Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

olan Mark Zukkerberq instaqramı 1 milyard, vatsapı isə 19 milyard dol lara
alaraq kütləvi istifadəçisi olan bu proqramları da öz nəzarəti altına almışdır.
Tvitterdə isə atılan hər 50 tvitə (mesaja, statusa) görə şirkət 1 dollar
qazanır. Nəzərə alsaq ki, burada hər gün 500 milyondan artıq tvit yazılır,
Tvitterin günlük gəlirini hesablamaq o qədər də çətin deyil.
İnsanları sosial şəbəkələrə bağlayan nədir? 
Sosial şəbəkələr vasitə silə bir çox işlər görmək olur: dostlarını tap,
şəkillər və videolar paylaş, şərh lər yaz, münasibət bildir və daha nələr,
nələr... Əlbəttə, çoxdan görmədiyin dostları tapmaq, onlarla ünsiyyətdə
olmaq çox yax şı dır. Lakin insanlar internetlə əlaqə yaratmağa o qədər alu -
də olurlar ki, nəinki uzaqda, hətta ən yaxında olan insanlarla belə so sial
şə bə kələr vasitəsilə ünsiyyət qururlar. Bununla da sosial şə   bə  kə lərin on -
ları asosiallığa apardığının fərqinə varmırlar.  Araşdır ma   lara görə, so sial
şə bəkədə çox vaxt keçirən insanlar canlı ünsiyyətdə 
in sanın gö zünə baxıb
danışma qabiliyyətini itirirlər. Psixoloqlar isə de yirlər ki, həyatda uğursuz
olan, özünə dost tapmayan insanlar sosial şə   bə kə lər dən istifadəyə daha
çox vaxt ayırırlar. 
Son zamanlar bir çox qabaqcıl ölkələrdə sosial şəbəkələr dən tədris
resurslarını paylaşmaq məqsədilə geniş istifadə edilir. Bir sıra insanlar
könüllü olaraq öz vaxtlarını, təcrübə və biliklərini sosial şəbəkələrdə infor-
masiya mü badiləsinə sərf edirlər. Sosial şəbəkələrə bu yöndən yanaşsaq,
görərik ki, əslində, bunlar çox nəhəng bir informasiya resursudur. Şagirdlər
də bilməlidirlər ki, “XXI əsrin şəbəkəsi” adlanan sosial şəbəkələrdən, ilk
növ  bədə, faydalı bilik və məlumat bazası kimi istifadə etmək lazımdır. 
Məsələn, 
dil öyrənmək
istəyənlərə kömək məqsədilə sosial şəbəkə lər
yaradılmışdır. Bu saytlarda qeydiyyatdan keçmiş istifadəçi müxtəlif dil
daşıyıcıları olan insanlarla tanış olur və öz ana dilini onlara öy rət mə yin
müqabilində onlardan yeni dil öyrənir. Bu şəbəkələr müxtəlif dil lər də danışan
milyonlarla internet istifadəçisini bir araya gətirir və on lara bir-birinin dilini
öyrənməyə imkan yaradır.
Ümumiyyətlə, bilmək lazımdır ki, internetdən istifadənin müsbət və
mən fi tərəfləri vardır. Sadəcə olaraq
bu virtual dünyanın təklif etdiyi
faydalı
məqamlardan mümkün qədər çox istifadə etmək, mənfi təsir lər  dən uzaq -
laş maq lazımdır.
Tural İsmayılov
Nailə Rüstəmova
2. 
Şəbəkələrin adı və məqsədi arasında məntiqi əlaqə yaradın. Da -
 ha sonra mənbələrdən əldə etdiyiniz məlumatla müqayisə edin. 
52
II BÖLMƏ


Söz ehtiyatı
3. “Virtual”, “format”, “asosiallıq” sözlərinin mənasını kontekstə görə
izah edin.
Araşdırma
4. İmeyl, skayp, MSN, vatsap və feysbukun xüsusiyyətlərini araşdır -
maqla aşağıdakı cədvəli tamamlayın.
Dil qaydaları
5. Mətndə göy rənglə verilmiş söz birləşmələrinin əsas tərəfinin feilin
hansı forması və növü ilə ifadə  olunduğunu müəyyən edin. 
6. Verilmiş feili birləşmələri əsas tərəfin ifadə vasitəsinə görə qrup -
laşdırıb yazın.
gözəlliyi görə bilən, adının təmizliyini qorumaq, yaşadığı yeri 
təmiz saxlamaq, geri dönmədən, kəndə çatar-çatmaz, hər günü
gözəlləşdirən, daim yüksəlmək, həsrətlə gözlədiyim, yarımçıq
öyrənmək, həqiqət üzə çıxdıqda, sözünü deyə-deyə 
Sosial şəbəkə saytları
Proqramın imkanları
Feysbuk
.............
Feili birləşmələrin ikinci tərəfi feilin təsriflənməyən formaları
ilə ifadə olunur: 
kitab oxumaq (məsdər), kitab oxuyan (feili sifət),
kitab oxuyarkən (feili bağlama).
Feili birləşmələr cümlə daxilində məsdər tərkibi, feili sifət tər -
ki bi və feili bağlama tərkibi adlanır.
Tərkiblər bütövlükdə bir cümlə üzvü vəzifəsində çıxış edir:
Mübtəda: Dünən eşitdikləri (nə?) Sabiri çox təəccübləndirdi. 
Xəbər: Mənim məqsədim həyatda şərəflə yaşamaqdır (nədir?).
Yadda saxla!       
FEİLİ BİRLƏŞMƏLƏR
Əsas tərəfi
məsdərlə ifadə 
olunanlar
feili sifətlə 
ifadə olunanlar
feili bağlama ilə 
ifadə olunanlar
53
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


7. Asılı tərəfin funksiyasına görə verilmiş birləşmələri qruplaşdırın.
həyəcansız danışmaq, mən baxanda, dəfələrlə demək, şəhərdə
yaşamaq, kitabı oxumaq, sən məşğul olduqca, uşaq 
oynayarkən, sərgini nümayiş etdirmək, kəndə getmək, 
xeyli gəzmək, ucadan gülmək
8. Verilmiş sözlərin köməyi ilə bir ismi, bir feili birləşmə yaradın.
Nümunə: açılan – üzümüzə açılan, açılan pəncərə
düşünmək, təəccüblənən, sürgün edilmiş, razılaşmaq
9. Verilmiş sözlərə təsriflənməyən feillər artırıb feili birləşmələr
düzəldin. 
Nümunə:     
sevmək
həyatı anlamayan
dərk edəndə
məsələni                    xaricdə                   şəhərdən
həyəcanla                  bağçada                     axşam
10. Feilləri və birləşmələri aşağıdakı kimi qruplaşdırın.
danışa bilmək, adı dildən-dilə gəzmək, başqasının nəzarətinə
keçdikdə, şad olmaq, əldən düşmək, gözləri yol çəkəndə, tanış
edən, bir-birini əvəz etmək, ağlı başına gəlmək, heyran 
olmaq, bel bağlamaq, qulaq asan, gözəlliyi duyarkən, 
dil boğaza qoymayan, tənəffüs elan edən, ayaqlaşa 
bilmək, həyatla mücadilə etmək
Hərəkətin
subyektini
bildirir
Hərəkətin
obyektini
bildirir
Hərəkətin
yerini bildirir
Hərəkətin
kəmiyyətini
bildirir
Hərəkətin
tərzini
bildirir
Feili birləşmə
Mürəkkəb feil
Frazeoloji birləşmə
54
II BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə