Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

REKLAM
Müasir dövrdə hər addımda – küçədə
gə zərkən, qəzet və ya jurnal oxuyarkən,
televizora baxarkən, radionu dinlə 
yər -
kən, internetə daxil olarkən reklam ça -
ğırışları ilə qarşılaşırıq. Hamısında da
oxşar ifadələrə rast gəlirik: “Ən key fiy -
yətli...”, “Ən ucuz...”, “Ən faydalı...”. Ar tıq
bu ça ğırışlara adət etmişik; çox zaman
onlara əhəmiyyət vermirik, bəzən hətta
əsə bi ləşirik də. Hər hansı televiziya
kanalında reklam baş layanda pultun düy -
məsini basıb başqa kanala çeviririk. Lakin bundan əvvəl reklam çağı -
rışından bir neçə söz, cümlə eşidirik, məhsulun emblemi ni,  loqotipini
görürük və bu bizim beynimizə həkk olunur. 
Təsəvvür edin ki, evə tozsoran və ya kondisioner almaq istəyirsiniz.
Mağazada vitrin qarşısında dayanıb bir-birindən gözəl məişət cihaz larına,
onların markasına baxırsınız. Hansını alacaqsınız? Əlbəttə, çox məşhur
markadan olanını. Satıcı cidd-cəhdlə başqa bir markanı tərifləyə bilər.
Lakin siz ona fikir verməyəcəksiniz, çünki seçdiyiniz markanın rek lamını
dəfələrlə görmüsünüz. “Bu cür məşhur marka pis ola bilməz”, – deyə
düşünürsünüz.
İnsanlar nə isə satmağa başladıqları andan reklamla məşğul olmuş -
lar. Dövrümüzə gəlib çatmış ən qədim reklam çağırışlarından biri Qə -
dim Misir şəhəri olan Memfis yaxınlığındakı qayada həkk olunmuş dur:
“Mən, Krit adasından olan Rinos, ilahların hökmü ilə yuxu yozuram”. 
“Reklam” sözü latınca reclamare sözündən olub “qışqırmaq” demək -
dir. Çox güman ki, bu anlayış bazarda, küçədə qışqırmaqla öz malını
tərifləyən tacirlərin fəaliyyəti ilə bağlı olmuşdur. Bu baxımdan keçən
əsrin əvvəllərində Bakı küçələrində tez-tez eşidilən “Arşın mal alan”
sədası əsl reklam çağırışı idi.
* * *
Reklam işində bir-biri ilə əməkdaşlıq edən üç tərəf vardır: reklam
olu nan, reklamı hazırlayan və reklamı yayan. 
1. Birinci iki abzasdan reklam haqqında hansı nəticələrə gəlmək
olar?
55
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


Reklam olunan tərəf öz məhsullarının tanınmasında və daha çox
satılmasında maraqlıdır. Hazırda dünya bazarında hər bir məhsul nö -
vün dən onlarla, yüzlərlə şirkətin istehsal etdiyi mallar satılır. Bu qədər
rəqabət olan yerdə hər bir şirkət öz markasını daha çox tanıtmağa ça -
lışır və bunun üçün böyük miqdarda vəsait yatırır. Hər il dünyada rek -
la ma yüz milyardlarla pul xərclənir. Təkcə ABŞ-da 2012-ci ildə 36 şirkət
rek lama 1-5 milyard arasında pul xərcləmişdir.
Reklam işində ikinci tərəf reklam agentliyidir.
Hər bir şirkət qoyduğu
vəsait müqabilində reklam kampaniyasının daha səmərəli olmasına
çalışır və bu işi peşəkarlara həvalə edir. Ona görə də müasir dövrdə rek -
lam hazırlığı müstəqil peşə növünə çevrilmişdir. Reklam agentliyi rek -
lamın şüarını, mətnini, ssenarisini, reklam çağırışının dizaynını ha  zır layır.
Onlar bu işə rəssam, dizayner, aktyor, yazıçı, psixoloq dəvət edirlər.
Reklam çağırışı hazır olduqdan sonra agentlik onu müxtəlif küt lə vi in-
formasiya vasitələrində (KİV) yerləşdirir.
KİV (qəzet, jurnal, radio, televiziya, internet) reklam işinin üçüncü tə rə -
fidir. Məhz onların vasitəsilə reklam çağırışı geniş alıcı kütləsinə çat dı rılır.
Reklama yatırılan vəsaitin əksəriyyəti də KİV-ə – reklam da  şı yıcısına
çatır. Belə ki, qəzet və jurnallar reklam sahəsinin hər kvad rat san ti met -
rinə, radio və televiziya isə reklam vaxtının hər saniyəsinə görə pul alır.
Lakin təyin olunmuş məbləğ müxtəlif olur. Bu, qəzet və ya televiziya
ka nalının əhatə etdiyi oxucu və tamaşaçıların sayından asılıdır. 
* * *
Reklam çağırışlarının əksəriyyətində üç suala cavab var: kim? (şirkət
və ya şəxs), nə? (mal, məhsul, xidmət), harada? (malın satıldığı yer).
Bu cür reklama əmtəə reklamı deyilir. Malın tez və çox satılması üçün
rek lam çağırışında bu üç məlumatın hər biri öz əksini tapmalıdır. Lakin
imic reklam növü də var ki, burada şirkət, sadəcə, öz markasını
tanıtmağa çalışır. Belə reklam növündən daha çox böyük şirkətlər
istifadə edir. İste dad lı, yaradıcı rejissorlar tərəfindən hazırlanan və
məşhur insanların iştirak etdiyi bu cür reklam kliplərini izləmək bəzən
çox maraqlı olur. Söz süz ki, bu reklam çağırışları çox baha başa gəlir.
Dünya şöhrətli id mançının və ya müğənninin reklam klipində iştirakına
görə aldığı qonorar milyon dollarlarla ölçülür.
Azərbaycanda da, bütün dünyada olduğu kimi, reklam fəaliyyəti qa -
nun vericiliklə tənzimlənir. İnsan sağ lamlığı və mənəviyyatı üçün zərərli
məhsul və xidmətlərin reklamı yol verilməzdir. Məsələn, qanuna əsasən,
2. Reklam işinin 4-cü tərəfinə nəyi (kimi) aid etmək olar? Bu tə -
rəf haqqında nə deyə bilərsiniz?
56
II BÖLMƏ


siqaretin və spirtli içkilərin rek lamı ciddi şəkildə məhdudlaşdırılır. Uşaq -
lar üçün nəzərdə tutulmuş verilişlərdə isə reklam qadağandır.
Belə bir fikir var ki, şirkətlər satılmayan keyfiyyətsiz mallarını reklam
edir. Bu, düzgün fikir deyil, çünki belə malın reklamına pul yatırmaq
ağıl sızlıqdır, onsuz da onun keyfiyyətsizliyi tez bir zamanda üzə çı xa -
caq və reklama qoyulan xərc batacaq. 
Hər bir KİV öz dövrünün aynası olduğu kimi, reklam da iqtisadiyyatın
güzgüsüdür.
Murad Kərimov və Rafiq İsmayılovun
“Mətbuatda reklam” kitabının materialları əsasında
Söz ehtiyatı
3. “Loqotip”, “marka”, “kampaniya” sözlərinin mənasını kontekstə görə
izah edin.
Araşdırma
4. Layihə tapşırığı (qruplarla iş)
1-ci qrup televiziya və radioda, 2-ci qrup internet saytlarında rek -
lam la bağlı araşdırma aparır:
– informasiya daşıyıcılarının reklam qiymətini öyrənmək;
– gün ərzində gedən reklamların monitorinqini aparmaq;
– KİV-in təqribi reklam gəlirini müəyyən etmək;
– obrazlılıq baxımından ən maraqlı reklam çarxlarını müəy yən -
ləşdirmək və təhlil etmək.
3-cü qrup: Azərbaycan mediasında daha çox nə reklam olunur? 
4-cü qrup: Azərbaycan Respublikasının “Reklam haqqında” qanunu
barədə məruzə hazırlamaq və qanunu müzakirə etmək.
Dil qaydaları
5. Mətndə göy rənglə verilmiş cümləyə istinadən aşağıdakı suallara ca -
vab verən söz və söz birləşmələrini müəyyənləşdirin. Hansı söz bir -
ləş  mə si nin tərəflərinin ayrılıqda suala cavab verdiyini müəyyən
edin.
Nədə?  ______________________
Hansı?______________________
Nə?________________________
Nədir?______________________
57
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə