Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

Dil qaydaları
6. Mətndə göy rənglə verilmiş söz birləşmələrini əsas tərəfin ifadə
vasitəsinə görə qruplaşdırın. 
7. Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələrini qruplaşdırın. 
insan qocaldıqca, həyatı sevən, qaranlıq yollar, xəyallar
gerçəkləşəndə, arzuların qanadlarında uçmaq, şəhərdə yaşayan,
yağışın zümzüməli səsi, gözəgörünməyən qüvvə, uşaqların körpəsi,
şagirdlərdən ikisi, sevincdən gözləri yaşarmaq, yolun sağı 
8. Mətni oxuyun. Altından xətt çəkilmiş mürəkkəb söz birləşmə lə -
rinin tərkibindəki birləşmələri seçin.
Nümunə:  Quba rayonunun bir-birinə bənzəməyən kənd ləri 
XINALIQ
Quba rayonunun bir-birinə bənzəməyən kənd ləri çoxdur. Xına lığa
avqust ayının axırlarında getmişdik ki, maşınla kəndə qalxa bilək. Bu
kəndə bir neçə yolla getmək olar. Ən yaxınını seçirik. Qədim Albaniya
torpağının bir parçası kimi yaşayan Alpan kəndinin yanından keçirik...
Neçə saatdır, qalxırıq, amma yoxuş hələ bitməyib. Bakının bürkülü
havasından sonra adam bu sərinliyə valeh olur.
Kəklikotunun gözəl ətri maşına dolur. Yolun qırağından – otların
arasın dan pırıltı ilə kəkliklər, bildirçinlər qalxır... 
(S.Rəhimov)
Əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasından asılı
olaraq söz birləşmələri iki cür olur: 
ismi və feili birləşmələr. 
İsmi birləşmələr: xalqın tarixi, gözəllər gözəli, maraqlı fikir.
Feili birləşmələr: işləri təqdim etmək, kəndə yol çəkəndə, irəliyə
addımlayan.
Yadda saxla!       
SÖZ BİRLƏŞMƏLƏRİNİN NÖVLƏRİ
Feili birləşmələr
İsmi birləşmələr
Söz birləşmələri
sadə
mürəkkəb
ismi 
feili
Quba rayonu 
+
+
bir-birinə bənzəməyən
+
+
Quba rayonunun kənd ləri 
+
+
33
KAMİLLİYƏ DOĞRU


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Xarakterin formalaşdırılmasında və dünyagörüşünün genişlən di -
rilməsində ən vacib hesab etdiyiniz amilləri sadalayın.
2. Mütaliəyə daha çox vaxt ayırmaq üçün nə etmək lazımdır: yuxuya
ayrılmış vaxtı azaltmaq, yoxsa oxu sürətini ar tı r maq? Cavabınızı
əsaslandırın.
3. Yalnız söz birləşmələrindən ibarət olan cərgələri müəyyən edin.
1. Təbiətdən ilham alanda, torpağın qeydinə qal, dünyaya yenidən
gəlmək
2. Səhərə qədər düşündü, tarixin qızıl səhifələri
3. Azad olandan sonra, ulu dağlar, göyün yeddinci qatı
4. Dağ yaylaqlarına gedən yol, qısa ömür tarixi, səbəbsiz göz yaşları
5. Xanəndənin zənguləsi, vətəni qoru, həyətin hündür hasarı
6. Zəngin sərvətləri olan torpaq, Kəpəz dağına tərəf boylananda,
solğun bəniz
4. Şeir parçasındakı söz birləşməsini müəyyənləşdirin. Asılı tərəfin
ifadə vasitəsinə görə fərqlənən birləşməni müəyyən edin.
Nəğmələr yaşadır not sətirində
Nəğməkar yaranan insan oğlunu.
Fəzada dünyalar axtarırıq biz,
Beş xətdə kəşf edib tapan var onu!
(Ş.Əkbərzadə)
5. Təsriflənməyən feilləri təsriflənən feillə əvəz edib dəftərinizə
yazın, yaranmış fərqi izah edin. 
Vətənə sədaqətlə xidmət  etmək, sözü düşünüb danışanda, 
azadlıq uğrunda vuruşan, səbirlə məqsədə doğru irəliləmək,
böyüklərin fikrinə hörmətlə yanaşaraq
6. Verilmiş söz qruplarından istifadə etməklə əvvəl söz birləşmələri,
sonra isə cümlələr düzəldin.
dağ, sürü, otlamaq; gözəl,  yay, gecə; qəfildən, dolu, yağmaq; 
soyuq, su, iç
34
I BÖLMƏ



QƏZET
Bu gün insanları informasiya ilə təmin edən
qəzet, jurnal, radio, televi ziya, internet kimi
kütləvi informasiya vasitələri (KİV) cəmiyyətin
inki şa fın da, onun maariflən mə sin də böyük rol
oynayır. Hər bir dövrün mət buatı həm də onun
aynasıdır. 
Dünyada ən “qocaman” kütləvi in forma siya
vasitəsi qəzetdir. İlk qəzet nə vaxt, ha rada,
hansı məqsədlə yara nıb? Bu sa hədə araşdır -
ma aparmış alimlərin möv qe yi müx təlifdir.
Ən geniş yayılmış versiyalardan biri budur ki, ilk qəzet bizim eradan əv -
vəl I əsrin ortalarında Romada yaranıb. Bu, gil və ya taxta lövhələr üzə -
rində əl ilə yazılmış “Günün hadisələrı” adlı “mətbu orqan” idi. Bu lövhələri
ictimai yerlərdən asır, hətta dövlət məmurlarının evlərinə çatdırırdılar.
Adından da göründüyü kimi, “Günün hadisələri” gündəlik “nəşr” idi.  
Digər versiyaya görə, 1300 il əvvəl Çində ksiloqrafiya üsulu ilə çap
olunmuş “Paytaxt yenilikləri” adlı dövri nəşr dünyada ilk qəzet hesab olu -
nur. Həmin dövrdə Çində qəzet nəşri üçün zəruri şərait yetişmişdi: kağız
istehsalı və bəsit də olsa, çap üsulu ixtira olunmuşdu. Bundan əlavə,
mərkəzləşdirilmiş dövlətdə fərman və sərəncamların ucqar vilayətlərə tez
bir zamanda təhrif olunmadan çatdırılması vacib idi. 
* * *
Təxminən 1550-ci ildə geniş ticarət hesabına çiçəklənən Venesiyada
son xəbərlər çap olunduğu vərəqələr yayılmağa başladı. Onlar balaca və
çox ucuz idi. O dövrdə İtaliyada ən kiçik pul vahidi qazetta idi. Xəbər
vərəqələrinin bir nüsxəsini bir qazettaya almaq olardı. Tezliklə bu
vərəqələri də belə adlandırmağa başladılar. 1631-ci ildə Parisdə çıxan
qəzet isə artıq rəsmi olaraq bu adı daşıyırdı: “La Gazette”. “La Gazette”
tarixdə ilk qəzet idi ki, orada ödə nişli reklam və elanlar yerləşdirilirdi. Bəlkə
də, məhz bu nəşr “qəzet” sözü nün bir çox dillərə daxil olmasına rəvac
verdi.
1. Altından xətt çəkilmiş cümlədəki fikri genişləndirin və şərh edin.
2. VII sinifdə öyrəndiklərinizə əsasən ksiloqrafiya sözünün mə na -
sını izah edin və bu çap üsulu haqqında bildiklərinizi söyləyin.
36
II BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə