Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

DÜNYAGÖRÜŞÜNÜ NECƏ
GENİŞLƏNDİRMƏLİ
İnsanın ətraf aləm, bə 
şə riyyət
haq   qın da təsəv vürləri onun dün yag ö -
 rü şünü forma laşdırır. Müxtəlif za     man -
lar da insanlar fərqli dün ya  gö rü şünə
malik ol 
muş lar. Qədim dövrlərdə
dünyanın dərk edilməsində dini ba -
xış lar üstünlük təşkil edirdi; təbi ə tin
sirlərini anlamayan in san  lar əsatirlər,
totemlər yaradırdılar. Müa sir dövrü -
müzdə isə insanların dün yagörüşü
elmi bi liklər əsa sında inkişaf etdirilir.
İnsanın dünyagörüşü həyatın bü -
tün mərhələlərində dəyişir, zən 
gin -
ləşir. Bunun üçün, sadəcə, öy rən mək,
çalışmaq, təcrübə toplamaq lazımdır. Çünki müasir həyat bu inkişafın sü -
rətli olmasını tələb edir. Zəmanə ilə ayaqlaşmaq, cəmiyyətdə özünəlayiq
yer tutmaq üçün durmadan yeni texnologiyalarla tanış olmaq, yeni dillər
öyrənmək, seçdiyin ixtisası daha dərindən mənimsəmək lazım gəlir.
* * *
Məktəbdə keçilən fənlər sizə həyatda lazım olan ilkin bilikləri verir, ba -
carıqlar formalaşdırır. Məktəbi bitirərkən dünyagörüşünüzün hansı sə viy -
yədə olması həmin biliklərə nə dərəcədə yiyələnməyinizdən asılıdır.
Əl bəttə, sizin texniki və ya humanitar fənlərə daha çox həvəsiniz ola bilər
və həmin fən ləri daha dərindən mənimsəyə bilərsiniz. Lakin digər fənlərə
etinasız yanaşmağınız dünyagörüşünüzün natamam olmasına gətirib
çıxara bilər. 
Ola bilər ki, təsviri incəsənət, musiqi və ya idman sahəsində xüsusi
istedada maliksiniz. Düşünürsünüz ki, bu istedad sizə həyatda yüksək
mövqe qazanmağa imkan verəcək. Lakin nəzərə almalısınız ki, istedad
yonulmamış ağacdır. Ona lazımi görkəm vermək üçün çox çalışmaq,
öyrənmək lazım gəlir. Dünya şöhrətli rəssam Mikelancelo deyirdi: “İnsanlar
1. Hər hansı bir təbiət hadisəsinin elmi izahını verin və bu haqda
bildiyiniz əsatiri danışın.
20
I BÖLMƏ


mənim necə məşəqqətlə çalışdığımı görsələr, istedadlı olmağıma şübhə
ilə yanaşarlar”. 
Haşiyə
Zəngin iş adamlarından biri dünya şöhrətli rəssamı evinə çağırıb öz port -
retini ona sifariş edir. Rəssam sifarişi qəbul edib həmin dəqiqə işə baş layır.
Üç saatdan sonra portret hazır olur. İş adamı öz portretini çox bəyənir və bu işin
qiymətini soruşur. Rəssam işinin müqabilində bir milyon dollar is təyir. Sahib -
kar təəccüblənir:
– Usta, üç saat üçün bir milyon çox deyilmi? 
– Üç saat üçün yox, cənab, otuz il və üç saat üçün, – deyə rəssam ca vab
verir.
* * *
Dünyagörüşü mədəni səviyyənin əsas göstəricilərindən biridir. Yüksək
mədəni səviyyə isə həyatda 
vacib olan
keyfiyyətdir. Öz işini dərindən bilən
peşəkarlara cəmiyyətdə hamı hörmət edir. Lakin onlar digər sa hə lərdə də
bilik və bacarıqlarını nümayiş etdirdikdə bu hörmət pərəstişə çev rilir. Mə -
sələn, Albert Eynşteyn skripkada gözəl çalır, 
xeyriyyə konsertləri
verirdi.
Çox güman ki, o, skripkada 
Paqanini kimi
çala bilmirdi.  Lakin insanlar onu
hey ranlıqla dinləyirdilər. Çünki səhnədəki Eynşteyn idi. Nisbilik nə zə riy -
yəsini kəşf etmiş dahi fizik Albert Eynşteyn. 
Deyirlər, insan nə qədər dil bilirsə, o qədər şəxsiyyətdir. Hər yeni dili
öyrəndikcə böyük bir bilik və mədəniyyət xəzinəsinə qapı açılır. İnsan hə -
min dildə yazılmış elmi və bədii əsərləri orijinalda oxuyub öyrənmək imkanı
əldə edir. Bundan başqa, onun sosial fəallığı da artır: yeni dostlar qazanır,
sərbəst şəkildə səyahət edə bilir, ünsiyyətdə tərcüməçiyə ehtiyacı olmur
və s.
Hər bir insanın nitqi, istər yazılı olsun, istərsə də şifahi, onun dün ya gö -
rüşünü və intellektini əks etdirir. Xüsusilə müəyyən mövzu ilə bağlı mətnləri
dinləyərkən və ya oxuyarkən müəllifin dünyagörüşü haqqında aşağıdakı
meyarlar əsasında fikir yürütmək olar: 
– fikirlərin sadə və anlaşıqlı şəkildə ifadəsi;
– istifadə edilən leksikanın zənginliyi;
– atalar sözləri və aforizmlərdən yerli-yerində istifadə edilməsi;
– fikirlərin sübuta yetirilməsi üçün tarixi faktlara, maraqlı hadisələrə
müraciət.
3. Rəssamın cavabını şərh edin.
2. Mikelancelonun sözlərini şərh edin.
21
KAMİLLİYƏ DOĞRU


Bütün bunlara nail olmaq üçün daim öyrənmək, öyrəndiklərindən nəticə
çıxarmaq lazımdır. Mustafa Kamal Atatürk demişdir: “Mədəni olmaq oxu -
maq, anlamaq, məna çıxarmaq deməkdir”.
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
4. Kontekstə görə “əsatir”, “totem”, “intellekt” söz lə rinin  mənasını
müəyyənləşdirin. 
Düşün və cavab ver
5. Mətnin sonunda verilmiş meyarlar əsasında mətn müəllifinin dün -
yagörüşü və intellektual səviyyəsi haqqında fikir yürüdün.
6. Qruplarla iş. Siz aşağıda sadalanan elm sahələrindən heç biri üzrə
mütəxəssis deyilsiniz.
1. Anatomiya üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
2. Fizika üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
3. Tarix üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
4. Botanika üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
Dil qaydaları
7. Mətndə göy rənglə verilmiş ifadələrdən biri aşağıdakı xüsusiyyət -
lə rin hamısına malikdir.
• İki müstəqil mənalı sözün birləşməsindən ibarətdir.
• Tərkibindəki sözlərdən hər biri ayrılıqda suala cavab verir.
• Birinci söz ikinci sözün mənasını konkretləşdirir. 
Söz birləşməsi leksik mənası olan iki və daha artıq sözün məna
və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir: 
sehrli aləm,
dəniz suyu, Qarabağın dağları, göyləri seyr etmək, zəmanə ilə
ayaqlaşan, şəhərə gedəndə.
Leksik mənası olmayan sözlər – köməkçi nitq hissələri və kö -
mək çi feillər (etmək, olmaq, bilmək) söz birləşməsi yarada bilmir:
evə tə rəf, çox böyük, cəlb etmək, nail olmaq, yaza bilmək.
Yadda saxla!             
SÖZ BİRLƏŞMƏSİ
22
I BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə