Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

Düşün və cavab ver
5. Hansı fikir mətnin məzmununa uyğun deyil?
A) Kaliforniya Universiteti 1998-ci ildə insan yuxusu ilə bağlı
araşdırmalara başladı.
B) London Universitet Kollecinin 1991-ci ildə başladığı araş dır -
ma nı ən irimiqyaslı tədqiqat hesab etmək olar.
C) 1990-1999-cu illərdə yapon alimləri on minlərlə adam üzərində
tədqiqat aparmışlar.
Dil qaydaları
6. Sözlərin düzgün ardıcıllığını bərpa etməklə cümlələri oxuyun.
1. Bir çox insanlar aciz qalırlar problemlər qarşısında, problemlə -
ri n həllini tapa bilmirlər, hətta çıxış yolu asan olsa belə.
2. Sizin yaşlarda, əsasən, vaxtın böyük hissəsi yoldaşlarınızla
söhbət etməkdə keçir.
3. Siz əvvəlcə özünüzü ətrafınızdakıların dəyişilməsini gözləmə -
dən dəyişməyə çalışın.
4. Dostunu bağışlaya bilmirsən səni incidən bir söz söylədi deyə?
7. Mətndə göy rənglə verilmiş cümləni düzgün intonasiya ilə oxuyun.
• Cümlədəki sözlərə sual verin. Sadalama intonasiyası ilə oxu du -
ğu nuz sözlərin oxşar xüsusiy yət lərini müəyyən edin.
 
8. Çəhrayı rənglə verilmiş sözlər arasındakı sintaktik əlaqənin
növünü (tabelilik, yoxsa tabesizlik) müəyyənləşdirin.  
1. O, 
süfrəni, stəkan-nəlbəkini
yığışdıranda da Şamxalın sözləri qu -
lağından getmədi. 
(İ.Şıxlı)
2. Usta hər 
işin yerini
biləndir.
3. Baxdı mənə
yana-yana, sevə-sevə. 
(N.Həsənzadə)
5. 
Onlar
yarğanın kənarında sudan gələn qızlarla 
qarşılaşdılar
.
Cümlə üzvləri, eləcə də söz birləşməsindəki sözlər arasında qram-
matik bağlılıq olur. Buna sintaktik əlaqələr deyilir. Sintaktik əlaqələr
iki cür olur: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi. 
Tabesizlik əlaqəsində tərəflər bərabərhüquqlu olur: 
Dairə, kvadrat
və trapesiya müstəvi fiqurlardır.
Tabelilik əlaqəsində tərəflərdən biri digərinin tələbi ilə müəyyən
qrammatik formada işlənir: 
evə qayıdanda, dağın zirvəsi.
Yadda saxla!
SİNTAKTİK ƏLAQƏLƏR: 
TABESİZLİK VƏ TABELİLİK ƏLAQƏLƏRİ
17
KAMİLLİYƏ DOĞRU


18
I BÖLMƏ
9. Cümlələrdə altından xətt çəkilmiş sözlə sintaktik cəhətdən əla qə -
lənən sözləri göstərin.
1. Mən səliqəli xətlə yazılmış bu məktubu bir daha oxudum. 
2. Mavi səmada haçaquyruq qaranquşlar süzürdü. 
3. Ağacların arasından keçib köşkə tərəf getdilər. 
4. Yuxarı başda uzun mizin ətrafında beş-altı stul qoyulmuşdu.
5. Şəhərə gələndə bizə də baş çəkərsən.  
6. Mən o günü yaxşı xatırlayıram.
*
10. Test-debat. “Bulaq suyu” birləşməsinin tərəfləri arasında hansı
sintaktik əlaqə(lər) var? Qaydalardan çıxış edərək cavabınızı
əsaslandırın.
A) uzlaşma əlaqəsi
B) idarə əlaqəsi
C) yanaşma əlaqəsi
D) həm uzlaşma, həm də idarə əlaqəsi
Tabelilik əlaqəsinin üç növü var: 
1. Uzlaşma əlaqəsi – tərəflərdən birinin digər tərəflə şəxsə və
kəmiyyətə görə uyğun laş ması: 
Buta badamabənzər naxışdır 
(uyğunlaşan tərəf)

Yerin yeganə təbii peyki
(uyğunlaşan tərəf) 
Aydır. 
2. İdarə əlaqəsi – tərəflərdən birinin digər tərəfin tələbi ilə
ismin müəyyən hallarında (adlıq haldan başqa) işlənməsi: 
Teymur kitabı oxudu. 
Müəllim bu cavabdan razı qalmadı.
3. Yanaşma əlaqəsi – tərəflərdən birinin heç bir qrammatik
şəkilçi qəbul etmədən digər tərəflə bağlanması: 
dəyirmi masa; irəli getmək; hər şagird; 5-ci səhifə;
Axşam oxudum. Çox gəzdik. 
Yadda saxla!
TABELİLİK ƏLAQƏLƏRİ:
UZLAŞMA, İDARƏ, YANAŞMA
Elə söz birləşmələri var  ki,
tərəfləri arasında həm uzlaş ma,
həm də idarə əlaqəsi olur:
əsgərin  şücaəti
uzlaşma əlaqəsi
idarə əlaqəsi


11. Nöqtələrin yerinə uyğun gələn şəkilçiləri əlavə edin. Bu şəkilçiləri
hansı sözün tələbi ilə artırdığınızı müəyyənləşdirin. 
1. Bir müddət mən Ədiləni küçə... görəndə utandığımdan qaçıb
gizlənirdim ki, mən... görən olmasın.
(Elçin) 
2. Faytonçu müştərisi... səsini eşidib geri döndü, üfüqə doğru
əyilən günəş... göstərdi. 
(İ.Şıxlı) 
3. Atasının cəbhə... qara xəbəri gələndə o... ürəyi eynilə belə
döyünmüşdü. 
(Y. Səmədoğlu) 
4. Qadın ağ, qəşəng, təmiz əlləri ilə çörəy... parça-parça qopardıb
çini boşqab... yığdı. 
(Əbülhəsən)
5. Murad stəkan..., nəlbəki... stolun üstünə qoydu, köksünü ötürüb
soyuq, laqeyd nəzərlərlə öz yarımçıq səhifəsi... baxdı. 
(İ.Hüseynov)
12. Eyni rənglə verilmiş sözlər arasındakı sintaktik əlaqənin növü nü
müəyyənləşdirin.
1. Karvan qəsəbə meydanının 
günçıxanında yerləşən
karvan sa -
ranın önündə
dayandı. 
(Ə.Cəfərzadə)
2. 
Sənin
şair 
həmkarların
məni
şeirlə kifayət qədər 
doyurmuşlar
.
(İ.Əfəndiyev) 
3. 
Siz
mənim azad olmağıma
çox 
çalışıbsınız

(C.Cabbarlı)
4. 
O

səhəngi götürüb
, bulağa 
getdi

(İ.Şıxlı)
5. 
Faytona qoşulmuş

qoşa atın
ikisi də başını aşağı salıb din cə -
lirdi. 
(Elçin) 
13. Verilmiş cümlədə tabelilik əlaqəsinin hansı növünə rast gəlinmir?
Arıq oğlan asta-asta, qırıq-qırıq danışırdı. 
14. Verilmiş cümlədəki sözlər arasında tabelilik əlaqəsinin növünü
müəyyənləşdirin (U – uzlaşma; İ – idarə; Y – yanaşma).
Təbrizin kərpic evləri yenə qalın dumanın qoynunda uyu muş du.
U
İ
Y
Təbrizin evləri
kərpic evlər
qalın duman
dumanın qoynu
yenə  uyu muş du 
qoynunda  uyu muş du
Təbrizin kərpic evləri  uyumuşdu 
19
KAMİLLİYƏ DOĞRU


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə