255
faktı xatırlamaq yerinə düşər.
Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə
rastlaşmışdır: Xəstə bütün duyğulardan məhrumdur. Onun
ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də
əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim
göstərir ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki
hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə
huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır.
I V . 8 . 2 .
D u y ğ u l a r ı n t ə s n i f a t ı
Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif
prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları
reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir.
Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda
birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.
Ekstreoseptorlar
bədənin
xarici
səthində
yerləşir.
Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və
yaxud xarici duyğular adlanır. Bunlara
görmə, eşitmə, iybilmə,
dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli
qişasında yerləşir. Bunlara isə intreoseptorlar deyilir.
İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili
duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan
duyğulardır.
Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda,
onları
birləşdirən
vətərlərdə
yerləşir.
Bunları
isə
proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan
duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və
müvazinət duyğuları bu bölgəyə daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla
təmasından asılı olaraq kontakt və distant duyğulara da
ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
256
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duy-
ğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına
bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə
duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün
qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.
Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini
qısaca nəzərdən keçirək.
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın
inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və
axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün
rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380
milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan
elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı
əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən
uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı
uzunluqda olan dalğa hansı rəngi yaradır? Bunu aşağıdakı
cədvəldən görə bilərik:
Dalğanın uzunlu-
ğu
Müvafiq uzunluqda olan dalğanın
yaratdığı rənglər
380 – 450
480
500
521
540 – 560
572
600 – 650
650 - 780
Bənövşəyi
Mavi
Göy
Yaşıl
Yaşıl
Sarı
Çəhrayı
Qırmızı
Görmə duyğularının reseptorları gözün torlu qişasında
yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar
mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma
orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar
257
pozulduqda isə yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından
ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə
analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən
dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə
olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu
və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu
dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır.
İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan
səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin
fiziki ölçü vahididir.
İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin
inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud
xoşagəlməz
olması
baxımından
fərqləndirirlər. İybilmə
duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində
yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif iylərə qarşı
çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik
hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və
reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ
gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud
tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda
dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin
nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları
yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun
yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq
duyğuları.
Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm
də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cürbəcürdür.
Məsələn adamın dilinin ucu şirinə, ətrafı turşuya, kökü acıya
daha həssasdır.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra
xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma,
temperatur, ağrı duyğuları.