Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə74/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   191

261

də duyğulara xas olan qanunauyğunluqlardandır.  İnsan nəinki

müəyyən kəmiyyətdə olan qıcığı duyur,  eyni zamanda təsir

edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə

həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. 

Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq

kəmiyyətinə fərqləndirmə həddi deyilir.  Ən    kiçik fərq

kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı

adlanır.  Belə bir təcrübəyə nəzər salaq.  Əgər bizə min şamlıq

işıqla təsir edilirsə,  sonradan onun üzərinə 0,5; 0,8; 0,9  şam

əlavə edilərsə,  bu əlavələrin heç biri bizdə yeni duyğu,  yəni

fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir.  Əgər bir şam

əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq. Deməli görmə

duyğusu üçün fərqləndirmə həddi 1/100-ə      bərabərdir. 

Beləliklə də alman fizioloqu E.  Veber müəyyən etmişdir ki, 

duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq

artımından deyil,  ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım

arasında olan nisbətdən asılıdır.  Bu nisbət müxtəlif anali-

zatorlar  üçün müxtəlifdir. Məsələn,  görmə analizatorları üçün  

təxminən 1/100-ə,  eşitmə analizatoru üçün 1/10-ə,  toxunma

analizatoru üçün 1/30-ə bərabərdir.   

Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış

edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı

olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir:

                  

                       S = K Lg J + C

Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və

C isə sabit    kəmiyyətləri ğöstərir.  Bu düstur göstərir ki, 

duyğunun

intensivliyi

qıcıqlandırıcının

qüvvəsinin

loqarifmasına mütənasibdirBaşqa cür desək qıcığın qüvvəsi

həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə

ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir. 

Duyğulara aid qanunauyğunluqlardan adaptasiya,  sen-



sibilizasiyasinesteziya, ardıcıl surətlər haqqında da danışmaq


262

lazımdır.   



Adaptasiya (alışma)  duyğu üzvlərinin qıcıqlandırıcılara

uyğunlaşması nəticəsndə həssaslığın dəyişməsinə deyilir. 

Məsələn  qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi

görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları

görə bilirik.  Bu o deməkdir ki,  duyğu üzvümüz-gözümüz

qıcıqlandırıcıya,  qaranlığa uyğunlaşır və nəticədə onun

həssaslığı artır.

Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn

sinif otağında tədricən hava ağırlaşır.  Otaqdakılar adaptasiya

prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə

daxil olan adam otağın havasının ağır olduğunu söyləyir.  Bu

isə iy duyğusu orqanının həssaslığının aşağı düşməsi ilə

bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş verir:

1. Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duy-

ğunun tamamilə yoxa çıxması kimi;

2. Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların

kütləşməsi kimi;

3. Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın

artması kimi.

Duyğuların

qarşılıqlı

təsiri



sensibilizasiya. 

Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və

adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta

başqa    qıcıqlandırıcıların    hiss üzvlərinə olan təsirlərindən də

asılıdır.  Başqa hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər

analizatorun həssaslığının dəyişməsinə duyğuların qarşılıqlı



təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az

və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın

aşağı düşməsinə, başqa vəziyyətdə həssaslığın artmasına səbəb

olur. Məsələn, müəyyən olunmuşdur ki, eşitmə qıcıqlanmasının

təsiri altında görmə analizatorlarının həssaslığı dəyişir.  Eyni  

zamanda gözə işığın təsiri səslərin daha gur eşidilməsnə səbəb

olur.

Analizatorun    qarşılıqlı təsiri ilə yanaşı mümarisələr də




263

həssaslığın artmasına səbəb olur.  Analizatorların qarşılıqlı



təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına

sensibilizasiya deyilir.

Sinesteziya.  Duyğu ilə    bağlı bu qanun daha az

ümumiliyə malikdir.  Bu hadisə ən çox özünü    rəngli eşitmə

deyilən xüsusiyyətə malik insanlarda göstərir.  Rus bəstəkarı  

A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında

rəng çalarları yaranır,  rəng duyğusu əmələ gəlirmiş. 

Duyğularımızda    sinesteziyanın olmasını dilimizdə olan, 

«yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.

Ardıcıl surətlərHəyati faktlardan aydın gördüyümüz

kimi,  duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra

dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya digər

səviyyədə hələ də duymaqda davam edirik, başqa sözlə onların

surəti bizim tərəfimizdən hələ də duyulur.  Bu hadisə elmdə

ardıcıl surətlər adı ilə qəbul olunmuşdur. Ardıcıl surətlər həm

müsbət, həm də mənfi xarakter daşıya bilir.  Adətən müsbət

ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin

qıcığa uyğun gəlir.  Məsələn, bir üzündə quş,  o biri üzündə

qəfəs şəkli çəkilmiş kardon parçanın iki ucundan    bağlanmış

iplə fırlatsaq biz quşu qəfəsin içində duymağa başlayarıq.  Bu

ona ğörə baş verir ki, kardon parçasının o biri üzü gələnə qədər

hələ bizim gözümüzün tozlu qişasında quşun şəkli qalır. 

Nəticədə qəfəs şəkli ilə üst-üstə düşdüyünə görə biz quşu

qəfəsdə görməyə başlayırıq.



Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə

duyğularında aydın müşahidə edirik.  Məsələn,  əgər ağ vərəq

üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən

müddət gözümüzü    ona dikdikdən sonra qırmızı rəngli kağızı

götürsək onun yerində açığı göy yaşıl rəng görməyə

başlayacağıq.  Bu ona görə baş verir ki,  ağ rəng üzərindəki

qırmızı rəngə baxdıqda gözün tozlu qişasında həmin rəngi  

duyan qəbuledicilər yorulur,  daha az həssas olmağa başlayır. 

Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə