Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə87/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   191

304

larla fikirləşmir,  fikri bəzən sözü qabaqlayır.  Əyani obrazlar, 

sxemlər təfəkkürün hissi-əyani komponentlərini tükətmir.  Söz

anlayışlar təfəkkür üçün əsas əhəmiyyət kəsb edir.

Anlayışlar təfəkkürü – sözlü təfəkkürdür.  Söz fikrin

mövcudluq formasıdır,  onun vasitəsiz ötürülmə imkanıdır.  Fi-

kir ancaq o zaman    son formasını ala bilir ki,  niyyət nitq

simvollarında kodlaşır. Fikrin nitqdə kodlaşması ümumi idraki

forması olmasını L.S.Vıqotski belə ifadə etmişdir: «fikir sözdə

doğulur».  Ona görə nitq təkcə ünsiyyət vasitəsi deyil, həm də

təfəkkürün

silahıdır.  Söz

fikrin


forması –

təkcə


mücərrədləşmiş məna deyil, həm də əyani hissi təsəvvürdür.

Fikri proseslərin əsas əməliyyatları.  Fikri proseslər

problem situasiyanın mövcudluğundan asılı olaraq başlayır və

hansısa problemin həllinə istiqamətləniyaları subyektin

təsəvvürlərində

qeyri-adekvat,  təsadüfi

qeyri-əsas



əlamətlərlə verilib.

Daha adekvat dərk etmə təfəkkür qarşısında duran

məsələ həlli üçün,  idrak prosesləri çoxlu əməliyyatlardan

istifadə edir.

Belə

əməliyyatlara



təhlil, 

tərkib, 


müqayisə, 

mücərrədləşdirmə,  ümumiləşdirmə,  konkretləşdirməni aid edi-

lir.  Bütün bu əməliyyatlar təfəkkürün əsas əməliyyatlarının

müxtəlif tərəflərinin vasitəli mahiyyət əlaqələrinin və

münasibətlərinin açılmasına yönəlib.

. Fikri proseslərin və ya fikri əməliyyatların motivlərinin

– təhlil və tərkib (analiz və sintez)  vasitəsi ilə bu əlamətləri  

aydınlaşdırmaq mümkündür.



Təhlil – əşyanın,  hadisənin fikrən hissələrə,  anlara, 

tərəflərə bölünməsidir.  Tərkib təhlil vasitəsi ilə ayrılmış, 

parçalanmış tamı bərpa edir, mahiyyəti az və ya çox dərəcədə

təhlil vasitəsi ilə açılmış əlaqələri birləşdirir.

Təhlil problemi hissələrə bölür,  tərkib yeni əsasda onu

həll etmək üçün birləşdirir.  Təhlil və tərkib əməliyyatlarının

köməyi ilə fikir əşya haqqında yayğın təsəvvürlərdən anlayışa



305

doğru gedir. Təhlil vasitəsi ilə əsas elementlər aşkarlanır, tərkib

vasitəsilə tamın mahiyyət əlaqələri açılır.

Təhlil və tərkib digər təfəkkür əməliyyatları kimi, 

əvvəlcə əşyavi,  hərəkət planında əmələ gəlir.  Təhlil və tərkib

bir-biri ilə sıx əlaqədardır. Təhlil vasitəsi ilə ayrılmış əlamətlər

tərkibin köməyi ilə fikirdə bütövləşir.

Bəzi insanlar təhlilə meylli olmaları – dəqiqlik və

aydınlığı,  digərləri isə tərkibin genişliyi ilə seçilir.  Təhlil və

tərkib təfəkkürün bütün tərəflərini ifadə edə bilmədiyindən, 

digər münasibətlər mücərrədləşmə və ümumiləşmə ilə

aşkarlanır.



Müqayisə – şeyləri,  hadisələri,  onların xüsusiyyətlərini

qarşılaşdıraraq onların fərqini və oxşarlığını açır,  müəyyən

edir.  Onların digər fərqli şeylərdən oxşar əlamətləri müəyyən

edərək müqayisə oxşar əlamətlərin təsnifatını həyata keçirir. 

Müqayisə idrakın formasıdır, şeylər əvvəlcə müqayisə yolu ilə

dərk olunur. Bu, həm də idrakın elementar formasıdır. Oxşar və

fərqlər əqli idrakın əsas kateqoriyalarıdır və əvvəlcə xarici

münasibətlər kimi çıxış edir.  Müqayisə oxşarda fərqi,  fərqdə

oxşarı tapmağa yönəlib.  Daha dərin mahiyyət əlamətlərini, 

qanunauyğunluqları və daxili əlaqələrin açılmasını tələb edir. 

Müqayisə zamanı düzgün nəticəyə gəlmək üçün ona bir sıra

tələblər verilir.  Hər şeydən əvvəl,  müqayisəni eynicinsli

obyektlər üzərində aparmaq lazımdır.  Məsələn,  tələbə ilə

fincanı müqayisə etmək olmaz.  Digər tərəfdən müqayisə

zamanı müqayisə olunan obyektlərin hamısında eyni əlamət

götürülməlidir. Məsələn, iki tələbədən birinin intizamını, o bi-

rinin isə təlim müvəffəqiyyətini götürüb müqayisə etmək ol-

maz. 


Mücərrədləşmə – cisim və hadisələrdə mövcud olan hər

hansı bir tərəfin,  əlamətin,  xassənin fikrən nəzərdən

keçirilməsindən

ibarət


olan

təfəkkür


prosesidir. 

Mücərrədləşdirmə,  digər fikri əməliyyatlar kimi,  əvvəlcə

hərəkət planında doğulur.  Mücərrədə gedən yol konkret



306

əşyalara olan münasibətlərdən keçir,  fikir konkretdən

ayrılmayaraq,  daim və zəruri olaraq ona qayıdır.  Konkretə, 

şeyə, hadisəyə, qayıdış fikrin mücərrəd yolundan keçir. Bu hal

həmişə idrakın zənginləşməsi ilə başa çatır. Konkretdən arala-

nan fikri proses və ona abstrakt vasitəsi ilə qayıdan,  idrak

konkret olanı fikrən yenidən qurur və məzmunu zənginləşdirir. 

Mücərrədləşmə konkretdən keçir və konkret mücərrəd vasitəsi

ilə dərk olunur,  idrak prosesləri ikiqat fikri hərəkətlər vasitəsi

ilə baş verir.



Ümumiləşdirmə fikri proseslərin daha mürəkkəb

əməliyyatlarındandır.

Ümumiləşmə hərəkət planında doğulur,  fərd eyni

ümumiləşdirmə hərəkəti ilə bir neçə müxtəlif oyadıcılara cavab

verir,  onları müxtəlif situasiyalarda ümumilik xüsusiyyətləri

əsasında yaradır. Müxtəlif situasiyalarda eyni hərəkət müxtəlif

hərəkətlərin vasitəsi ilə tez-tez icra oluna bilər və bütün hallar-

da eyni,  ümumi hərəkət sxemlərini saxlayır.  Ümumiləşdirmə

mücərrədləşmiş mahiyyət xarakterli əlamətləri ona aid olan

predmetlər sinfi və hadisələrlə birləşdirir.  Anlayış fikri

ümumiləşmə formalarından biridir.

Konkretləşdirmə – ümumiləşməyə əks istiqamətli

hərəkətdir.  Konkretləşdirmə anlayışların müəyyənləşməsində

tək-tək şeylərin və hadisələrin müəyyən sinfə aidliyini göstərir. 

Konkretləşdirmə ümumi vəziyyətə və ya hər hansı anlayışa

müvafiq olan tək haqqında təsəvvürdür. Konkret təsəvvürlərdə

hadisə və predmetlərin müxtəlif əlamətlərindən azaltmalar baş

vermir, əksinə bu predmetlər özünün çoxobrazlılığı ilə əlamət

və xüsusiyyətləri ilə, bir əlamət digəri ilə əlaqədə konkret ifadə

edilir. Ümumi anlayışları konkretləşdirərək biz onu daha yaxşı

başa düşürük. «Stol» anlayışını konkretləşdirərək biz onu «yazı

masası», «yemək masası», «iş stolu» kimi ifadə edirik.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə