Dərsliklərindən


Səfəvilər dövləti XVI əsrin sonlarında. I Şah Abbasın islahatları



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə117/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   124

 
261
 
Səfəvilər dövləti XVI əsrin sonlarında. I Şah Abbasın islahatları 
 
I Şah Abbasın hakimiyyətə gələn zaman Səfəvilər dövlətinin vəziyyəti 
1587-ci ildə Məhəmməd Xudabəndə vəfat etdi. Bu zaman ustaclı və şamlu tayfalarından olan qızılbaşların Xorasan qrupu 
Qəzvində  16  yaşlı  Abbası  hakimiyyətə  gətirdilər.  XVI  əsrin  sonlarında,  Şah  I  Abbasın  hakimiyyətə  gəlməsi  ərəfəsində  Səfəvilər 
dövlətinin vəziyyəti aşağıdakı kimi idi: 

 
Azərbaycan Səfəvi dövləti demək olar ki, tənəzzülə uğrayırdı, daxili ziddiyətlər son həddə çatmışdır. 

 
Qızılbaş əyanlarının Xorasan və İsfahan qrupu arasında hakimiyyət uğrunda mübarizəsi güclənmişdir. 

 
Dövlət inkişaf etmiş iqtisadi rayomlarından və güclü hərbi potensianalından məhrum edilmişdir. 

 
Qaradağ, Ərdəbil, Lənkəran istisna olmaqla bütün Azərbaycan Osmanlılar tərəfindən tutulmuşdur. 

 
Azərbaycan və fars etnik ünsürləri dövlətin idarə işlərində üstünlük əldə etmək üçün bir biri ilə mübarizə aparırdılar 
(ümumən fars etnik ünsürləri feodal zümrəsində ikinci dərəcəli yer tuturdular). 

 
Kəndlilərdən  və  şəhər  sənətkarlarından  toplanan  vergi  və  mükəlləfiyyətlər  ümumi  narazılığı  artırır,  dövlətin 
bünövrəsini laxladırdır. 
 
I Şah Abbasın hərbi islahatları 
Şah I Abbas hakimiyyətə gələndən sonra hərbi-inzibati islahat keçirdi. Şah I Abbas islahat keçirməkdə məqsədi bunlar idi: 
1.
 
Səfəvilərin itrilmiş ərazisini geri qaytarmaq. 
2.
 
Səfəvilər dövlətinin sarsılmış qüdrətini bərpa etmək. 
Şah  Abbasdan  öncə  qızılbaş  ordusunda  daimi  nizami  hissələr  yox  idi,  odlu  silahlardan  (top  və  tüfəngdən)  geniş  istifadə 
edilmirdi. Şah Abbas bu sahədə əsaslı tədbirlər həyata keçirdi. Şah I Abbasın hərbi islahatına əsasən: 

 
Qızılbaşların təkbaşına silah gəzdirmək hüququ ləğv edildi. 

 
Qızılbaşlarla yanaşı başqa tayfalara da qoşuna daxil olmaq hüququ verildi. 

 
Qoşunun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edilməsinə başlanıldı. 

 
Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi. 

 
Müxtəlif dərəcəli qoşun növləri yaradıldı. 

 
Odlu silahla təchiz edilmiş 44 min nəfərlik güclü nizami ordu yaradıldı. 
 
Ümumiyyətlə,  Səfəvi  ordusu  qızılbaşlardan  ibarət  süvarilərdən,  xüsusi  qvardiyadan  (qulamlardan),  tüfəngçilərdən   
artilleriyadan ibarət idi: 
1.
 
Qızılbaşlar. Əsasən süvarilərdən ibarət olmaqla XVII əsr boyu Səfəvi qoşununda üstünlük təşkil edirdilər. Onların sayı 
200 min nəfərə çatırdı ki, yalnız 60 min nəfəri döyüşə gedirdi. 
2.
 
Qulamlar. Səfəvilər dövlətində gürcü,  çərkəz,  osetin  və digər  xristianlardan   toplanıb islamlaşdırılaraq xüsusi rejimlə 
tərbiyə olunan qvardiya idi (şahın şəxsi qıvardiyası hesab edilən xüsusi mühafizə dəstəsi çərik adlanırdı). 
3.
 
Tüfəngçilər. Müxtəlif  vilayətlərdən əhalinin yoxsul təbəqəsindən seçilir və sayı 12 minə çatırdı. 
4.
 
Artilleriya – topçular. I Şah Abbasın təşkil etdiyi ordunun 500 səhra opu var idi. 
 


 
262
 
 
 
 
I Şah Abbasın inzibati  islahatları 
I Şah Abbasın inzibati islahatlarına əsasən: 

 
Azərbaycanın cənub-şərq vilayətləri Qəzvinə tabe edildi 

 
1593-cü ildə vahid Azərbaycan bəylərbəyiliyi yaradıldı 

 
1598-ci ildə Səfəvilər dövlətinin paytaxtını İsfahana köçürüldü 

 
Ərdəbil şəhəri xüsusi idarəetmə hüququnu saxladı 
Azərbaycan  bəylərbəyiliyinin  ərazisi  Qızılüzən  və  Kür  çayları  arasında  yerləşən  geniş  ərazini  əhatə  edirdi.  Bura  Zəncan, 
Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri daxil idi. 1595-ci ildə Azərbaycan bəylərbəyiliyinin 10 min daimi qoşunu var idi 
və  Azərbaycan  qoşunu  adlanırdı.    Beləliklə,  “Şah  Abbas  Azərbaycanın  bütövlüyünü,  qızılbaşların  himayəsindəki  ərazidə  onun 
vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı” 
I  Şah Abbasın Səfəvilər dövlətinin paytaxtını Qəzvindən İsfahana köçürməsi nəticəsində: 

 
Səfəvilər dövlətində başqa etnik nümayəndələr artdı. 

 
İran əyanlarının sarayda və dövlət aparatında nüfuzu qüvvətləndi. 
Azərbaycan  türkləri  I  Şah  Abbasın  dövlətin  paytaxtını  İsfahana  köçürməsindən  narazı  qalsalar  da,  yeni  paytaxta 
Qaradağdan  Qəzvindən çoxlu Azərbaycan türkləri köçüb gələrək burada “Abbasabad” adlı xüsusi məhəllə saldılar. 
 
Səfəvilər dövlətinin paytaxtları 
 
 
 
I Şah Abbasın islahatlarının nəticələri 
I Şah Abbasın islahatları nəticəsində: 

 
Mərkəzi hakimiyət son dərəcə qüvvətləndi. 

 
Ölkədə İran etnik ünsürünün rolu kəskin surətdə artdı və qızılbaş əyanlarının qüdrəti sarsıldı. 

 
Ölkə daxilində siyasi sabitlik bərpa edildi və əhsuldar qüvvələr yenidən canlandı. 

 
Səfəvilər dövləti hərbi-siyasi baxımdan möhkəmləndi və keçmiş qüdrəti  bərpa edildi. 

 
Azərbaycan dövlətinin  müstəqillik ənənələrini qoruyub saxladı. 
Qəzvin (1555) 
 
Təbriz (1501) 
 
İsfahan (1598) 
 
Şah I Abbasın dövründə təşkil edilmiş qoşun növləri 
 
Qızılbaşlar
 
Qulamlar
 
Tüfəngçilər
 
Artileriya
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə