Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə118/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   124

 
263
 
Ümumiyyətlə,  I  Şah  Abbas  hərbi-köçmə  qızılbaş  əyanlarının  müqavimətini  qıraraq    daha  çox  oturaq    tacir-sənətkar 
təbəqəsinə  arxalandı,  özünü  qədim  İran  şahlarına  bənzətməyə  başladı.    Lakin,  Şah  Abbasın  bu  tədbirlərindən  sonra  da  qızılbaş 
əmirləri Səfəvilər dövlətində əhəmiyyətli mövqeləri əllərində saxlaya bildilər. Azərbaycan yenə də imperiya tərkibində mühüm ölkə 
olaraq qaldı. Bunu aşağıdakı faktlar da sübut edir: 

 
Azərbaycan vilayətinə Qızılbaşlar hökmdar təyin edilirdi. 

 
bütün Səfəvi ordusunun ali baş komandanı vəzifəsini Qızılbaşlar yerinə yetirirdilər. 

 
Azərbaycan dili orduda və şah sarayında hakim mövqe tuturdu. 

 
Səfəvi şahları və saray xidmətçiləri Azərbaycan dilində danışırdılar. 
 
Şah I Abbasın islahatları 
 
 
Məqsədi 
 
 
Səfəvilərin itrilmiş ərazisini geri qaytarmaq, Səfəvilər dövlətinin sarsılmış qüdrətini bərpa etmək 
 
 
Sahələri 
 
 
Hərbi və  inzibati  islahatlar 
 
 
Əhəmiyyəti 
 
Azərbaycanın  bütövlüyünü,  qızılbaşların  himayəsindəki  ərazidə  onun  vüqarlı  adı  qorundu,  onun 
Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı 
 
Nəticəsi 
Mərkəzi hakimiyət qüvvətləndi, ölkədə İran etnik ünsürünün rolu artdı, qızılbaş əyanlarının qüdrəti 
sarsıldı,  siyasi  sabitlik  bərpa  edildi,  məhsuldar  qüvvələr  yenidən  canlandı,  dövlət  hərbi-siyasi 
baxımdan möhkəmləndi və keçmiş qüdrətini bərpa etdi, müstəqillik ənənələr qoruyub saxladı 
 
 
XVIII əsrin birinci yarısında yeni Səfəvi Osmanlı müharibələri 
 
XVIII əsrin əvvəllərində I Şah Abbasın xarici siyasəti
 
XVI əsrin sonlarında Səfəvilər dövlətinin xarici siyasətinin qarşısında üç mühüm vəzifə dururdu: 
1.
 
Şimal-şərqdə Şeybanilər dövlətini məğlub edərək Xorasan vilayətini geri qaytarmaq. 
2.
 
1578-1590-cı illərin müharibəsində Osmanlıların işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq. 
3.
 
İran körfəzində Portuqaliyanın hegemonluğuna son qoymaq və Hind okeanına çıxış əldə etmək. 
I Şah Abbas 1599-cu ildə Şeybaniləri məğlub edərək Xorasan vilayətini yenidən Səfəvilər dövlətinin tərkibinə qatdı və öz 
təsirini Mavərannəhrə yaydı. 
I Şah Abbas Osmanlılar tərəfindən işğal olunmuş torpaqları geri qaytarmaq üçün hərbi-inzibati islahatlar keçirdikdən sonra 
Avropa dövlətləri ilə, xüsusilə İngiltərə, Fransa, İspaniya, Roma papası  Rusiya ilə əlaqələr yaratmaq üçün danışıqlara başladı.  
1603-cü  ildə  Almaniya  səfiri  Georgi  Tektander  Təbrizə  gəldi.  Almaniya  səfiri  Georgi  Tektanderin  Təbrizə  gəlməkdə  məqsədi 
Osmanlı  imperatorluğuna  qarşı  əməliyyatlarda  Səfəvilərlə  hərbi  ittifaq  bağlamaq  idi.  İran  körfəzinin  Portuqaliyalıların  əlindən 
almaq  üçün    isə  İspaniya  Səfəvilər  dövlətinə  kömək  etməyi  vəd  edirdi.  Osmanlıların  Azərbaycandan  çıxarılmasında  Rusiya  da 
maraqlı idi. Çünki Osmanlıların Azərbaycanın Xəzəryanı bölgələrini əldə saxlaması Volqa-Xəzər yolu ilə ticarətdə müəyyən əngəl 
törədirdi. 
 


 
264
 
III Səfəvi-Osmanlı müharibəsinin başlaması. I Şah Abbasın “böyük sürgün” siyasəti  
1603-cü  ildə  Səfəvi-Osmanlı  müharibəsinin  yeni  mərhələsi  başladı.  1603-cü  il  sentyabrın  14-də  I  Şah  Abbas  Osmanlı 
hakimiyyətində olan Azərbaycan ərazilərini azad etmək məqsədilə 15 minlik qoşunla Təbrizə tərəf hərəkətə başladı. Səfəvi ordusu 
Təbrizə yaxınlaşarkən şəhər əhalisi Osmanlı hakimiyyətinə qarşı üsyan qaldırdı. Nəticədə, 1603-cü il  oktyabrın 21-də üsyançılar 
və  Səfəvi ordusunun Təbriz şəhərinə hücumu nəticəsində: 

 
Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini qazanaraq Təbrizi ələ keçirdi. 

 
Bununla da Azərbaycanın cənub vilayətlərinin taleyi həll olundu. 
Bu qələbədən sonra Səfəvi qoşunu Azərbaycanın şimalına irəlilədi. Osmanlı işğalı ərzində dağıdılmış Ordubad  əhalisi şah 
qoşununun gəlişini gözləmədən osmanlılara qarşı üsyan qaldırdı. Hacı Qəssab şəhəri zəbt etmək haqqında şahdan xüsusi göstəriş 
aldı. Beləliklə, əhalinin köməyi ilə Ordubad geri alındı. Ordubad əhalisinin Osmanlı hakimiyyət orqanlarına qarşı üsyan qaldırdığı 
üçün Şah Abbas baş vəziri Hatəm bəy Ordubadinin xahişi ilə ordubadlılar bütün dövlət vergilərindən azad edildilər. 
1603-cü ilin payızında I Şah Abbas Culfanı  Naxçıvanı tutduqdan sonra İrəvan qalasını ələ keçirməyi qərara aldı. İrəvan 
qalası  1603-cü  il  noyabrında    mühasirəyə  alınsa  da,  1604-cü  ilin  avqustunda  tutuldu  .  Çuxursəd  (İrəvan)  vilayətinin  hakimi 
vəzifəsinə Əmirgünə xan Qacar təyin edildi. Maqsud Sultan Kəngərli isə Naxçıvan hakimi təyin olundu. Bu zaman, Şah Abbas 
Ciqaloğlu Sinan paşanın komandanlığı altında Osmanlı ordusunun Azərbaycana yürüş (1604) xəbərini alaraq Təbriz istiqamətində 
geri  çəkildi  və    Osmanlılara  qarşı  Səfəvilərin  ənənəvi  "yandırılmış  torpaq"  taktikasını  tətbiq  etdi.  Bu  məqsədlə  I  Şah  Abbas 
"Arazın sol sahilini dağıtmaq və əhalisizləşdirmək; bütün azərbaycanlıları köçürmək, ərzaq və ələf nə varsa götürmək, qalanını 
isə  məhv  edib  yandırmaq"  haqqında  fərman  verdi  (1604).  Bununla  da  Cənubi  Qafqazda  yaşayan  azərbaycanlıların  və  başqa 
xalqların zorla köçürülməsinə başlandı.  Şah fərmanına  uyğun olaraq  Naxçıvan,  İrəvan,  Culfa və.b bölgələr yandırılaraq onların 
əhalisi zor gücünə  İsfahana,  Mazandarana    İranın  digər  vilayətlərinə  köçürüldü. Bu zorakı  köçürmə  tədbiri tarixşünaslıqda 
“böyük sürgün” siyasəti adlanır. 
Azərbaycanlıları  öz  doğma  yerlərindən  köçürməsinin  hərbi-strateji  məqsəddən  başqa,  köçürmənin  digər  səbəbi  Culfadan 
Avropaya gedən karvan yolu (tranzit ticarəti) Osmanlı imperatorluğu ərazisindən keçdiyindən I Şah Abbas Avropa-Asiya ticarət 
yolunu  Səfəvi  dövlətinin  cənubuna,  İran  körfəzi  limanlarına  köçürmək  və  qızılbaş  ipəyini  Afrika  ətrafından  dənizlə  Avropaya 
daşımaq    istəyi  idi.  I  Şah  Abbas  məhz  bu  məqsədlə,  İran-ingilis  ticarətinin  mənafeyi  üçün    Culfa  əhalisini  İsfahana,  Naxçıvan 
əhalisini isə Dizağa (Qarabağa) köçürdü. 
Bu zaman Ciqaloğlu Sinan paşanın komandanlığı altında Osmanlı ordusu İrəvana və Naxçıvana kimi irəliləsə də, qızılbaşlar 
tərəfındən ərzaq ehtiyyatının məhv edilməsi onların vəziyyətini ağırlaşdırdı və onlar Vana qayıtmağa məcbur oldu.  
 
1605-1607-ci illərin hərbi əməliyyatları. Müharibənin yekunları 
Şah Abbas Vanda olan Sinan paşanın qüvvələrini dəf etmək üçün Təbrizdə yeni qala tikdirdi  və Allahverdi xanın başçılığı 
altında Vana - Ciqaloğlu Sinan paşa üzərinə 30 minlik qoşun göndərdi. Bu qüvvələr Osmanlı qoşununu darmadağın etdi. 
1605-ci ilin mayında Ciqaloğlu Sinan paşa 100 minlik qoşunla Azərbaycana ikinci dəfə yürüşə başladı. Osmanlı qoşununun 
Azərbaycana  gələcəyindən  xəbər  tutan  şah  onların  yolları  üzərində  olan  bütün  ərazinin  əhalisini  yenə  köçürdü  və  ərzaq  ehtiyatını 
məhv etdi. Osmanlı qoşunu Urmiya gölünün şimalında Təbrizin 6 fərsəxliyində yerləşən ərazidə qızılbaş ordusu ilə qarşılaşdı. 1605-
ci  ilin  noyabrında  Ciqaloğlu  ilə  Səfəvilər  arasında  baş  vermiş  həlledici  döyüş  nəticəsində  Osmanlılar  sayca  üstün  olsalar  da, 
Səfəvi qoşunu qələbə çaldı.. Ciqaloğlu Sinan paşa Diyarbəkirə qaçdı və tezliklə orada vəfat etdi.  
I  Şah  Abbas  Sinan  paşa  üzərindəki  qələbədən  sonra,  qışın  sərt  keçməsinə  baxmayaraq,  Qarabağa  daxil  olub,  Gəncəni 
mühasirəyə aldı. Gəncədəki Osmanlı qarnizonu şəhərin təslim edilməsi təklifini qəbul etmədi. Ona görə də qalanın müdafiəsi dörd 
ay çəkdi, 1606-cı ilin iyununda Gəncə azad edildi. 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə