Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə119/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

 
265
 
1605-1606-cı  ilin  qışı  hər  iki  tərəfın  dağıdıcı  fəaliyyəti  nəticəsində  Azərbaycanı  və  qonşu  ölkələri  aclıq  bürüdü.  Qarabağ 
kəndliləri  taxıl  əkib-becərə  bilmədilər.  Şah  Qarabağa  daxil  olan  kimi  qoşunu  ərzaqla  təmin  etmək  üçün  təcili  tədbirlər gördü,  şah 
Azərbaycanın  digər  bölgələrindən  Qarabağa  20  min  xalvar  (7  min  tona  yaxın)  taxıl  gətirilməsi  barədə  xüsusi  fərman  verdi
Gəncənin ardınca Lori, Tiflis  Dumanisi qalaları müqavimət göstərmədən təslim oldular.  
I  Şah  Abbas  Şirvanın  və  Dağıstanın  tutulması  ilə  Qafqaz  əməlliyyatını  mümkün  qədər  tez  başa  çatdırmağa  çalışırdı.  Şah 
Şirvandakı  osmanlı  hərbi  hissəsinin  yardım  ala  bilməməsindən  istidadə  edərək  Şamaxını  sülh  yolu  ilə  təhvil  verməyi  türklərdən 
tələb  etdi.  Şahın  təslim  təklifi  qəbul  edilmədiyi  üçün  Şamaxı  üzərinə  hücum  başlanıldı  və  şəhər  mühasirəyə  alındı.  Şamaxı  şəhəri 
mühasirədə olan vaxt Bakı  Dərbənd əhalisi osmanlılara qarşı üsyan qaldırdı. 
Bakıda osmanlıların əleyhinə üsyan 1607-ci ilin yanvarında başladı. Şəhər üsyan başçılarının əlinə keçdi və şah qərargahı ilə 
əlaqə  yaradıldı.  Bakıda  baş  vermiş  üsyan  Şah  Abbası  son  dərəcə  sevindirdi.  Səfəvi  hökmdarı  üsyançıların  əksəriyyətinə 
"hədiyyələr”,  Osmanlılardan  ələ  keçrilmiş  qənimətlər  göndərdi.  Dərbənddə  üsyançılar  tərəfindən  1607-ci  ilin  martında  şəhərdə 
Osmanlı  hakimiyyətinə  son  qoyuldu.  I  Şah  Abbas  göstərdikləri  şücaətə  görə 
Ordubad  şəhəri
  kimi 
Dərbənd  əhalisini  də  bütün 
dövlət  vergilərindən
  azad  etdi.  Bu  zaman  Şamaxı  şəhərinin  mühasirəsi  davam  edirdi.  1607-ci  ilin  iyununda  Səfəvi  hərbi 
hissələrinin şəhərə güclü hücumu nəticəsində Osmanlı hərbi hissələri təslim oldular və Şamaxı azad olundu. Zülfüqar xan Şirvana 
hakim təyin edildi. Dərbənd və Şabranın idarəsi Çıraq Sultan Ustaclıya tapşırıldı. 
Beləliklə, 1603-1612-ci illərin  Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsi (1603-1607)

 
Səfəvilərin qələbəsi ilə başa çatdı, Osmanlı qoşunu Azərbaycandan tamamilə çıxarıldı. 

 
Azərbaycanın bütün ərazisiŞəqri Gürcüstan və qismən Dağıstan Səfəvilər dövlətinin tərkibiə qatıldı. 
    Bundan  sonra  I  Şah  Abbas  Təbrizə  qayıtdı  və  osmanlılarla  sülh  bağlamağa  cəhd  etdi.  Səfəvi  sarayı  osmanlılarla  sülh 
bağlamağa  sonrakı  illərdə  də  cəhd  göstərdi.  Osmanlı  dövləti  Azərbaycanın  itirilməsi  ilə  hesablaşmayaraq  hər  vəchlə  1590-cı  il 
sülhünün  şərtlərini  saxlamağa  çalışırdı.  Uzun  tərəddüddən  sonra  1612-ci  ilin  oktyabrın  17-də      Osmanlı  dövləti  ilə  (Sultan 
Əhmədlə) Səfəvi dövləti arasında Sərab sülhü imzalandı. Sərab sülhünün şərtlərinə əsasən: 
1.
 
1555-ci il Amasiya sülhünün şərtləri bərpa olundu. 
2.
 
Səfəvilər rusların tikdiyi Terek qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər. 
3.
 
Osmanlı  dövləti  Azərbaycanın,  Şərqi  Gürcüstanın,  habelə  Şərqi  Anadolunun  Səfəvi  dövlətinə  mənsub  olmasını 
rəsmən tanıdı. 
QEYD: Osmanlı dövləti Səfəvilərin rusların tikdiyi Terek qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamaq şərtini 
Səfəvilərlə Rusiya arasında mümkün ittifaqın yaranmasına mane olmaq məqsədi ilə irəli sürmüşdür.  
 
I Şah Abbasın 1603-1612-ci illərdə Osmanlılardan azad etdiyi ərazilər 
 
 
 
 
Dərbənd (1607) 
 
Bakı (1607)
 
Culfa, Naxçıvan 
(1603)
 
 
 
İrəvan (1604) 
 
Təbriz  (1603) 
 
Gəncə (1606) 
 
Şamaxı (1607) 
 
 
Ordubad (1603) 
 


 
266
 
Səfəvilərin 1603-1612-ci illərdə hərbi əməliyyatların birinci mərhələsində əldə etdiyi ərazilər 
 
 
 
1616-1618-ci illərin Səfəvi-Osmanlı müharibəsi. Mərənd sülhü 
1612-ci  ildə  iki  dövlət  arasında  sülh  müqaviləsi  bağlansa  da,  bu  müqavilə  uzun  sürmədi,  1616-cı  ildə  Səfəvi-Osmanlı 
müharibəsi yenidən başladı. I Şah Abbas Şimali Qafqaz xalqlarını itaətə gətirmək üçün 1613-cü ilin oktyabrında böyük ordu ilə 
Azərbaycanın  şimal  vilayətlərinə  və  Gürcüstana  yürüşə  başladı.  Yürüş  uğurla  başa  çatdı.  Cənubi  Qafqazdakı  bu  hərbi 
əməliyyatlardan ciddi narahat olan Sultan I  Əhməd (1603-1617) 1612-ci il müqaviləsinin şərtlərini pozaraq, 1616-cı ilin yazında 
Səfəvilərə qarşı  müharibəyə başladı və Təbrizə hücum etdi, İrəvan qalası  mühasirəyə alındı. Lakin  qışın  sərt  keçməsi,  xəstəlik  və 
ərzaq qıtlığı Osmanlı qoşununu geri çəkilməyə məcbur etdi. 
1618-ci ilin yazında osmanlılar Diyarbəkrdən Azərbaycana doğru irəlilədilər. Osmanlılarla birlikdə Krım xanı Gəray xanın 
başçılığı ilə 15 minlik qoşun da Azərbaycana yürüşə başladı. 1618-ci  ildə Sərab vilayətində Osmanlılarla səfəvilər arasında Sınıq 
körpü  adlı  yerdə  döyüşü  baş  verdi.  Sınıq  körpü  döyüşü  nəticəsində  Osmanlı  qoşunu  məğlub  olaraq  geri  çəkildi.  Sınıq  körpü 
məğlubiyyətindən  sonra  Osmanlılar    sülh  danışıqlarına  başladılar.  1618-ci  ilin  sentyabrında  Mərənddə  I  Şah  Abbasla  Osmanlı 
sərkərdəsi Xəlil paşa arasında sülh müqaviləsi imzalandı. Osmanlı sultanı II Osman (1618-1622) Səfəvi-Osmanlı sülh müqaviləsini 
təsdiq edərək Avropa səfərinə çıxdı. Bu sülhün şərtləri 1612-ci il Sərab sülhündən elədə fərqi yox idi. 
 
 
 
 
 
 
Müxtəlif növ nizami qoşun növü 
yaradıldı 
 
 
 
 
 
 
Osmanlılar tərəfindən işğal edilmiş 
Azərbaycan torpaqları geri alındı 
 
 
 
 
 
Osmanlılarla Sərab və Mərənd sülh 
müqavilələri imzalandı 
 
 
 
Məvənnəhr vilayəti Səfəvilər 
dövlətinə birləşdirildi 
 
 
 
 
 
 
 
Böyük sürgün siyasəti həyata 
keçirdi, paytaxtı İsfahana köçrdü 
 
 
 
 
 
Vahid Azərbaycan bəylərbəyiliyi 
yaradıldı 
 
 
 
 
 
Dövlətdə fars etnik ünsürlərin 
mövqeyi möhkəmləndi 
 
 
 
 
 
Səfəvilərin əvvəlki nüfuzunu 
bərpa etdi, iqtisadi-siyasi 
cəhətdən möhkəmləndirdi 
 
 
 
 
 
II Səfəvi-Osmanlı 
müharibəsi İstanbul sülhü 
ilə başa çatdı 
 
Portuqaliyalıların İran körfəzində 
ağalığına son qoyuldu 
 
 
 
 
 
 
 
I Şah Abbas 
(1587-1629) 
 
Xorasan vilayəti yenidən Səfəvilər 
dövlətinə birləşdirildi 
 
 
 
 
 
 
 
Hərbi-inzibati islahatlar 
keçirildi 
 
 
 
 
 
Qismən Dağıstan 
 
 
 
Şərqi Gürcüstan 
 
 
Bütün Azərbaycan 
 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə