Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə123/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

 
273
 
Səfəvilərin  hakimiyyətinin  ilk  illərində  əhalidən  35  növ  vergi  alınır  və  çoxlu  mükəlləfiyyətlər  yerinə  yetrilirdi.  Kəndlilər 
torpaq sahibinə otlaqlardan istifadə əvəzində çobanbəyi, bağlar üçün bağbaşı və.s vergilər verirdilər. Şah I Təhmasib vergi sistemini 
nizamlamaq  üçün  1565-ci  ildə  fərman  verdi.  Şah  I  Təhmasibin  bu  fərmanına  əsasən,  monqollar  dövründən  mövcud  olan, 
sənətkarlardan və tacirlərdən alınan tamğa vergisi ləğv edildi. Şah I Təhmasib tərəfindən tamğa vergisinin ləğv edilmsi Səfəvilər 
dövlətində sənətkarlığın  ticarətin inkişafına müsbət təsir göstərdi 
 
Şəhərlər. Sənətkarlıq 
XVI əsrdə Azərbaycanda 50-dən artıq şəhər var idi. Bu dövrdə Təbriz, Şamaxı, Bakı, Gəncə, Ərdəbil, Ərəş, Culfa, Bərdə, 
Naxçıvan, Marağa, Dərbənd şəhərləri iqtisadi  siyasi-inzibati mərkəz hesab olunurdu.  
XVI əsr – XVII əsrin birinci yarısında Təbriz  Səfəvilər dövlətinin ilk paytaxtı və ən böyük şəhər idi. 1555-ci ildə I Şah 
Təhmasib  Osmanlı  sərhəddindən  uzaqda  yerləşdiyi  üçün  Səfəvilər  dövlətinin  paytaxtını  Təbrizdən  Qəzvinə    köçürdü.  Paytaxtın 
köçürülməsindən  sonra  da  Təbriz  ən  mühüm  iqtisadi  və  mədəni  mərkəz  kimi  qalırdı.  Lakin,  Səfəvilər  dövlətinin  paytaxtının 
Qəzvinə köçürülməsi və Səfəvi-Osmanlı müharibələri Təbriz şəhərinin sənətkarlıq və ticarət həyatına böyük zərbə vurdu və onun 
iqtisadiyyatını  zəiflətdi.  Burada  istehsal  olunan  sənətkarlıq  məhsulları  Avropanın  bir  sıra  ölkələrinə  ixrac  olunurdu.  Təbriz 
ustalarının  hazırladıqları  xalça    bəzəkli  parçalar  indi  dünyanın  bir  çox  muzeylərində  saxlanılır.  Şah  I  Təhmasibin  fərmanına 
əsasən, tamğa vergisi ləğv edildikdən sonra, Təbriz öz inkişafının yüksək səviyyəsinə çatdı. 
Şamaxı  Şirvanın  iqtisadi  və  siyasi  mərkəzi  idi.  Şirvan  Səfəvilər  dövlətinə  birləşdirildikdən  sonra  Şamaxı  şəhəri  Şirvan 
bəylərbəyiliyinin  paytaxtına  çevrildi.  XVI  əsrdə  Cənubi  Qafqazda  ipək  istehsalı    ticarəti  balıca  olaraq  Şamaxıda    Ərəş 
bölgəsində cəmləşmişdir. A.Cenkinson Şamaxını "gözəl şahlıq şəhəri" adlandırırdı. Burada 25 min  nəfərə qədər əhali yaşayırdı. 
Bakıdan  xaricə  dəniz  yolu  ilə  müxtəlif  mallar    neft  göndərilirdi.  XVI  əsrin  əvvəllərindən  etibarən  xüsusi  imtiyazlara 
malik  olan  Ərdəbil  şəhəri  yenidən  dirçəldi  və  Səfəvilər  dövlətinin  dini  və  mədəni  mərkəzlərinə  çevrildi.  Səfəvi  şahları  şəhərin 
abadlığına xüsusi fakir verirdilər. Burada tikilmiş Şeyx Səfi məqbərəsinə ölkənin hər yerindən ibadətə gəlirdilər. 1536-cı ildə Şah I 
Təhmasibin toxutdurduöu “Şeyx Səfi xalçası” hazırda Londonun “Viktoriya və Albert” muzeyində saxlanılır. 
Ərəş ingilis tacirləri tərəfındən bütün Cənubi Qafqaz miqyasında ipəkçiliyin ən iri mərkəzi kimi qeyd edilir. A.Cenkinsonun 
məlumatına  görə  Ərəş  bazarlarında  100  min  funt  müqabilində  müxtəlif  növ  ipək  almaq  mümkün  idi.  XVI  əsr  Venetsiya  səyyahı 
Minadoi yazırdı ki, Ərəşdə əla növ ağ ipək  istehsal olunur. 
Culfa  şəhəri  beynəlxalq  ipək  ticarəti  yolunun  üstündə  yerləşirdi.  Culfa  tacirləri  xam  ipəyi  istehsal  olunduğu  yerlərdən 
(Şamaxı,  Ərəş  və  Gilandan)  alaraq,  Qərbi  Avropanın  Venesiya,  Amsterdam    Marsel  kimi  mühüm  limanlarında,  Suriya, 
Türkiyə  Hindistanda satırdılar. 1581-ci ildə Culfada olmuş ingilis taciri qeyd edirdi ki, şəhərdə 3 min ev, 15-20 min əhali vardı.  
XVI  əsr–  XVII  əsrin  birinci  yarısında  Naxçıvan,  Əylis    Ordubad  mühüm  ticarət  əhəmiyyəti  olan  şəhərlər  idi. 
Qarabağ bəylərbəyiliyinin mərkəzi olmuş Gəncə də Azərbaycanın ən iri şəhərləri sırasında idi. Don Juan adı ilə Avropada yaşayan 
tarixçi Oruc Bəy Bayat burada 50 min ailənin yaşadığını qeyd edir. 
 
 
 
 
 
 
 
 


 
274
 
Azərbaycan şəhərləri XVI əsr –XVII əsrin birinci yarısında 
 
 
 
 
 
Ticarət. Azərbaycanın xarici iqtisadi əlaqələri 
XVI əsrin ticarət əməliyyatlarında başlıca əmtəə Azərbaycan ipəyi olmuşdur. Bu dövrdə Azərbaycan Avropa və Asiyanın bir 
çox  ölkələri  ilə  geniş  iqtisadi  əlaqələrə  malik  idi.  Rus  dövləti  ilə  ticarətdə  Səfəvilər  Avropa  tacirlərinin  dövlətin  ərazisində 
fəaliyyətinə  geniş  imkanlar  yaradır,  Avropa-Səfəvi  ticarət  mübadiləsinin  inkişafına  himayədarlıq  edirdilər.  Bəhs  edilən  dövrdə 
ingilislər Moskva dövlətinin icazəsi ilə Rus dövləti ərazisindən keçərək Azərbaycana, kəşfıyyat səfərləri etməyə başladılar.  
XVI əsr – XVII əsrin birinci yarısında Volqa-Xəzər ticarət yolu Rusiya dövlətinin əsas ticarət arteriyası rolunu oynamağa 
başladı.  Volqa-Xəzər  ticarət  yolunun  mənimsənilməsində  təşəbbüskarlığı  öz  üzərinə  götürmüş  ingilis  burjuaziyası  bu  məqsədlə 
öncə Rus dövləti ərazisində ticarət mövqelərini möhkəmləndirməyə can atırdı. Volqa-Xəzər ticarət yolunun çıxış məntəqəsi Moskva 
şəhəri idi. Buradan tacirlər Moskva, Oka və Volqa çayları vasitəsilə Həştərxana gəlir,  Həştərxana çatdıqdan sonra Xəzərin qərb 
sahilləri  ilə  gəmilərdə  üzür,  Dərbəndə  daxil  olmadan  Niyazabad  limanına  yetişirdilər.  Niyazabadda  yüklər  boşaldılır,  sonra  isə 
ticarət karvanları Şabrandan keçərək Şamaxıya çatırdılar. Buradan tacir-səyyahlar Cavad şəhərindən keçərək Ərdəbilə və Təbrizə 
gəlirdilər. 
1562-ci  ildə  "Moskva  şirkəti"  təcrübəli  kəşfiyyatçı  və  mahir  tacir  olan  Antoni  Cenkinsonu  Səfəvi  dövləti  ərazisinə 
göndərdi.  Cenkinson  şirkətin  Azərbaycana  gələn  ilk  nümayəndəsi  idi.  O,  Şirvana  gələrək  Şirvan  bəylərbəyi  Abdulla  xan 
Ustaclıdan gömrüksüz və maneəsiz ticarət etmək imtiyazı ala bildi.  
XVI  əsrin  sonlarında ingilislərin Azərbaycan bazarlarında möhkəmlənmək cəhdləri iflasa uğradı. Azərbaycan bazarlarında 
ingilislərin möhkəmlənmək cəhdlərinin iflasa uğramasının səbəbləri bunlar idi: 
Səfəvilər  dövlətinin  ilk  paytaxtı  və  ən  böyük  şəhər  idi.  Ustalarının 
hazırladıqları xalça və bəzəkli parçaları ilə məşhur idi 
 
Təbriz  
Bakı 
Şirvanın iqtisadi və siyasi mərkəzi idi. Cənubi Qafqazda ipək istehsalı 
və ticarəti burada cəmləşmişdi 
 
 
Bir sıra ölkələrə dəniz yolu ilə müxtəlif mallar və neft göndərilirdi
 
Şamaxı  
Ərəş 
Ərdəbil 
Çulfa 
Cənubi  Qafqaz  miqyasında  ipəkçiliyin  ən  iri  mərkəzi  idi.  Burada  əla 
növ ağ ipək  istehsal olunur 
 
Beynəlxalq ipək ticarəti yolunun üstündə yerləşirdi 
XVI əsrdə xüsusi imtiyazlara malik olub yenidən dirçəldi və Səfəvilər 
dövlətinin dini və mədəni mərkəzlərindən birinə çevrildi
 
 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə