Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə122/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

 
271
 
Oxşar cəhətlər

 
Hər üç dövlətdə ordunun baş komandanı vəzifəsini əmir-ül-üməra daşıyırdı. 

 
Hər üç dövlətdə vəzir maliyyə əməliyyatlarına başçılıq edirdi. 

 
Hər üç dövlətdə sədr dini işlərə başçılıq edirdi. 

 
Hər üç dövlətdə məhkəmə işləri şəriət qaydalarına əsaslanırdı. 
Fərqli cəhətlər: 

 
Səfəvilər dövlətində dövləti şah, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində isə hökmdar idarə edirdi. 

 
Səfəvilər dövlətində ikinci şəxs vəkil, Qaraqoyunlu və Ağqoyunlu dövlətində isə əmir-ül-üməra sayılırdı. 
 
XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin idarəetmə sxemi 
 
 
 
 
 
 
 
 
 
  
 
Şiəlik dövlətin rəsmi idologiyası idi, şah 
şiələrin başçısı sayılırdı 
 
 
 
 
 
Şahın müavini olan vəkil dövlətdə ikinci 
şəxs sayılırdı 
 
 
Vəkil şahın dünyəvi və dini işlərdə tam 
hüquqlu müavini idi 
 
 
 
Səfəviləri 
dövlətində 
idarəçilik 
qaydaları 
 
 
Dövlətin başında qeyri-məhdud 
hakimiyyətə malik şah dayanırdı 
 
 
 
 
 
 
 
Şahın yanında məşvərətçi səslə Ali 
məclis fəaliyyət göstərirdi 
 
 
 
 
Dövlətdə məhkəmə işləri şəriət əsasında 
aparılır, dini idarələrə sədr başçılı edirdi 
 
 
Ali məclis 
 
 
 
 
 
 
 
 
Şah 
 
 
 
Vəkil   
 
 
 
 
 
 
 
 
 Əmir-ül-üməra   
 
 
 
 
 
 
 
Qazi 
 
 
 
 
 
 
 
Qorçubaşı 
 
 
 
 
 
 
 
Sədr 
 
 
 
 
 
 
 
Vəzir 
 
 
 
 
 
 
 
Kəntxuda 
 
 
 
 
 
 
 
 
Naib 
 
 
 
 
 
 
 
 
Kələntər 
 
 
 
 
 
 
 
 
Bəylərbəyi 
 
 
 
 
 
 
 
 
Darğa 
 
 
 
 
 
 
 


 
272
 
Səfəvilər dövründə Azərbaycanın inzibati quruluşu 
Səfəvilər  dövründə    Azərbaycan  ərazisi    bəylərbəyililiklərə,  onlar  da  mahallara bölünürdü.  Bəylərbəyililiklər  bəylərbəyilər 
tərəfindən idarə olunurdu. Bəylərbəyilər: 

 
Bəylərbəyilər yalnız Azərbaycan hərbi əyanları tərəfındən təyin edilirdilər 

 
Onlar öz məmurları tərəfindən əhalidən yığılan vergiləri xəzinəyə ödəyirdi 

 
Müəyyən miqdarda hərbi qüvvə saxlayırdılar 

 
Şahın əmri ilə hərbi yürüşlərdə iştirak etməyə borclu idilər 

 
Daxili işlərdə böyük müstəqilliyi var idi 
XVI əsrin birinci yarısında Azərbaycan ərazisi inzibati cəhətdən üç bəylərbəyiliyə bölünürdü: 
1.
 
Şirvan bəylərbəyiliyi (mərkəzi Şamaxı şəhəri) 
2.
 
Qarabağ bəylərbəyiliyi (mərkəzi Gəncə şəhəri) 
3.
 
Təbriz bəylərbəyiliyi (Cənubu Azərbaycan torpaqlarını əhatə edirdi) 
1578-1590-cı  illərdəki  Səfəvi-Osmanlı  müharibəsində  Azərbaycan  torpaqlarının  xeyli  hissəsi  Osmanlılar  tərəfindən  işğal 
edildiyi  üçün  1593-cü  ildə  I  Şah  Abbas  yerdə  qalan  əraziləri  birləşdirərək    mərkəzi  Təbriz  şəhəri  olan  vahid  Azərbaycan 
bəylərbəyiliyi yaratdı.  
Səfəvilər  dövlətində  mahalları  bəylərbəyiliklər  tərəfindən  təyin  edilmiş  naiblər,  kəndləri  kəntxudalar,  şəhərləri  isə 
kələntərlər idarə edirdilər. Şəhərlərdə asayişin qorunmasına darğa başçılıq edirdi və kələntərə tabe idi. 
 
Kənd təsərrüfatı. Torpaq mülkiyyəti formaları. Vergi və mükəlləfiyyətlər 
XVI  əsr  –  XVII  əsrin  birinci  yarısında  Azərbaycanda  əhalinin  başlıca  məşğuliyyəti    əkinçilik  idi.  Kənd  əhalisi  taxıl 
bitkiləri (buğda və arpa), bəzi yerlərdə isə çəltik əkirdi. Ölkənin təsərrüfat həyatında oturaq maldarlıq, bağçılıq   bostançılıq da 
mühüm  yer  tuturdu.  Həmdullah  Qəzvini    Övliya  Çələbi  Azərbaycanda  yeddi  növ  pambıq  yetişdirildiyi  barədə  məlumat 
vermişdilər. 
Səfəvilər dövründə əvvəlki divani,  xassə, vəqf  mülk torpaq mülkiyyəti qalırdı. Sadəcə bu dövrdə tiyul torpaq mülkiyyəti 
meydana gəldiXV əsr – XVII əsrin birinci yarısında Səfəvilər dövlətində aşağıdakı torpaq mülkiyyət formaları mövcud idi: 

 
Divan – dövlətə məxsus torpaqlar idi. 

 
Xass – şah ailəsinə məxsus torpaqlar idi. 

 
Vəqf - dini idarələrə məxsus torpaqlar idi. 

 
Mülk – feodalların şəxsi torpaqlar idi. 

 
Tiyul – feodalların şərti torpaqlar idi. 

 
Camaat (icma) – kənd ismasının istifadə etdiyi torpaqlar idi. 
İlk Səfəvi şahları mərkəzləşdirmə  siyasəti yürüdərək irsi soyurqal torpaq sahibliyini  məhdudlaşdırılmasına çalışır və torpaq 
mülkiyyətinin yeni forması olan - tiyul torpaqları paylayırdılar. Tiyul torpaq mülkiyyətinə aid xüsusiyyətlər bunlar idi: 

 
Torpaq sahibliyinin şərti forması idi. 

 
Tiyul sahibi tiyuldar adlanırdı və o, dövlətə xidmət etməyə borclu idi. 

 
Bu torpaqlardan toplanan məhsulun 1/5-dən 1/10-nə qədəri xəzinəyə verilirdi. 

 
Tiyuldar ona verilən torpaqdan gələn gəlirin müəyyən hissəsini özünə götürmək hüququna malik idi. 

 
Tiyul yalnız şahın icazəsi ilə iris olaraq keçə bilərdi 
XVI əsrin ikinci yarısı – XVII əsrin birinci yarısında camaat (icma) torpaqları xəzinənin və feodalların ixtiyarında idi. 
İcmanın başçısı hesab olunan ağsaqqal vergiləri müəyyən edir, toplayır, əvəzində isə məhsulun müəyyən hissəsini özünə götürürdü. 


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə