Dərsliklərindən



Yüklə 10,44 Kb.
Pdf görüntüsü
səhifə120/124
tarix15.03.2018
ölçüsü10,44 Kb.
#31785
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

 
267
 
1622-1639-cu illərin Səfəvi-Osmanlı müharibəsi. Qəsri-Şirin sülhü 
XVII  əsrin  20-ci  illərində  Osmanlı  imperiyasında  hərc-mərcilik  başlandı,  yeniçərilər  sultanları  hakimiyyətdən  devirərək 
Sultan  IV  Muradla  (1623-1640) əvəz etdilər. Osmanlı imperatorluğunda hərci-mərciliyin başlanması XVII əsrin 20-ci illərində 
səfəvilərin  osmanlılarla  müharibəyə  başlamasına  imkan  verdi.  Bundan  istifadə  edən  I  Şah  Abbas  1618-ci  il  Səfəvi-Osmanlı  sülh 
müqaviləsinin şərtlərini pozaraq 1622-1623-cü illərdə Bağdadla birlikdə İraqı ələ keçirdi. 
 
1629-cu ildə I Şah Abbasın ölümündən sonra Səfəvi taxtına onun nəvəsi Şah I Səfi (1629-1642) gətrildi. I Şah Səfi: 

 
Azərbaycanın idarəsində xeyli dəyişiklik etdi 

 
Rüstəm xanı Azərbaycan bəylərbəyi və Təbriz hakimi təyin etdi. 
I Şah Səfinin hakimiyyəti dövründə: 

 
Səfəvi-Osmanlı müharibəsini uğurla davam etdirildi. 

 
1634-cü ildə Osmanlılar İrəvanı və Təbrizi ələ keçirsə də tezliklə ölkəni tərk etdilər. 

 
1635-ci ildə İrəvan qalasını Osmanlılardan azad edildi. 

 
1638-ci ildə Bağdad şəhəri Osmanlılar tərəfindən tutuldu. 

 
Səfəvilər dövləti ilə  Osmanlılar arasında Qəsri-Şirin sülhü imzalandı. 
Osmanlı sultanı IV Murad itrilmiş torpaqlarla barışmayaraq 1634-cü ilin yayında böyük qoşunla hücum edərək İrəvanı  
Təbrizi ələ keçirdi. Lakin ərzaq  yem çatışmazlığı, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi onları Təbrizdən 
çıxmağa  məcbur  etdi.  Ümumiyyətlə,  bu  səbəblərdən  XVII  əsrin  birinci  otuz  ilində  Osmanlılar  işğal  etdikləri  Azərbaycan 
torpaqlarında möhkəmlənə bilmədilər. Bundan sonra Şah I Səfi İrəvan qalasını 1635-ci ildə azad etdi.  1637-1638-ci illərin hərbi 
əməliyyatları yenə də İraqa keçdi. 1638-ci ildə Bağdad şəhər Osmanlılar tərəfindən tutuldu. 
1639-cu  il  mayın  17-də  Qəsri-Şirində  Səfəvi  elçisi  Sarı  xan  Osmanlı  nümayəndəsi  Qara  Mustafa  paşa  ilə  sülh  sazişi 
imzaladı. Qəsri-Şirin sülh müqaviləsinin şərtlərinə əsasən: 
1.
 
Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu. 
2.
 
Ərəb İraqı osmanlılara verildi. 
3.
 
Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə verildi. 
4.
 
Səfəvilər Van və Qars qalalarına, həmçinin Ahalsıxa hücüm etməyəcəklərinə dair təminat verdilər. 
Beləliklə, Qəsri-Şirin sülh müqaviləsinin imzalanması nəticəsində: 

 
XVIII əsrin ikinci rübünə kimi iki dövlət arasındakı münasibətlər nizama salındı. 

 
Azərbaycanda sakitlik qismən bərqərar edildi 

 
Şəhərlərin bərpası, iqtisadiyyatın  inkişafı üçün şərait yarandı 
 
 
 
 
 
 
 
 
 
 
 


 
268
 
 
 
Səfəvilərlə Osmanlılar arasında bağlanmış sülh lüqavilələri 
 
Amasiya sülhü 
1555  29-may 
 
Qərbi Gürcüstan, Osmanlıların ixtiyarına keçdi, Gürcüstanın Şərq vilayətləri isə Səfəvilərdə qaldı 
 
 
I İstanbul sülhü 
1590 
Azərbaycan ərazisi ilk dəfə Səfəvi və Osmanlı dövlətləri arasında bölündü, Şirvan, Qarabağ, Sərab, 
Marağa, Təbriz və onların qərbində yerləşən torpaqlar osmanlılara verildi, Şərqi Gürcüstan,  İranın 
bəzi  qərb  vilayətləri  Osmanlı  imperiyasının  tərkibinə  qatıldı,  Qaradağ,  Xalxal,  Ərdəbil  və  Talış 
vilayətləri Səfəvilərdə qaldı 
Sərab sülhü 
1612  17 oktyabr 
1555-ci  il  Amasiya  sülhünün  şərtləri  bərpa  olundu,  Osmanlı  dövləti  Azərbaycan,  Şərqi  Gürcüstan, 
habelə Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olmasını tanıdı,  Səfəvilər rusların tikdiyi Terek 
qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər 
Mərənd sülhü 
1618  sentyabr 
 
 
Səfəvi-Osmanlı müharibəsi başa çatdı 
Qəsri şirin sülhü 
1639 17 may 
Sülhün şərtlərinə əsasən Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu, Ərəb İraqı osmanlılarda, Zəncir 
qalasından  şərqdəki  torpaqlar  Səfəvilərdə  qaldı,  Səfəvilər  Van  və  Qars  qalalarına,  həmçinin 
Ahalsıxa  hücüm  etməyəcəklərinə  dair  təminat  verdilər.  Qəsri-Şirin  sülhü  ilə  1555-ci  il  Amasiya 
sülhünün şərtləri  təsdiq olundu 
 
 
Cəlalilər hərəkatı. Koroğlu 
  XVI  əsrdə Azərbaycanda yerli feodalların çoxu Osmanlı hakimiyyətini tanıyaraq  onların hakimiyyətini müdafiə etdiyi 
halda,  XVII  əsrin  əvvəllərində  Səfəvilərə  doğru  dönüş  etdilər.  Osmanlı  idarəçiliyi  dövründə  Azərbaycanda  onlara  qarşı  yeni 
mübarizə dalğası başladı və bu hadisə tarixə Cəlalilər hərəkatı adı altında daxil oldu. Cəlalilər hərəkatı XVI əsrin 90-cı illərində 
Şərqi  Anadoluda  başladı  və  XVII  əsrin  əvvəllərində  Azərbaycana  və  qonşu  ölkələrə  yayıldı.  Cəlaililər  hərəkatının  səbəbləri 
aşağıdakı amillərlə bağlı idi: 

 
Kütləvi narazılıq, aclıq və soyğunçuluq 

 
Dəhişətli dağıntılar və iqtisadi tənəzzül 
 
Cəlalilər hərəkatının iştirakçıları əsasən aşağıdakı qüvvələrdən təşkil edilmişdir: 

 
Qərbi Azərbaycan kəndlilərinidən 

 
Osmanlı qaçqınlarından 

 
Şəqri Anadolu qaçqınlarından 

 
İraq qaçqınlarından 
 
Cəlalilərin  ayrı-ayrı  dəstələri,  onlara  qoşulmuş  şəhər  və  kənd  yoxsulları  yerli  feodallar  üzərinə  hücum  edərək  onların  var 
dövlətlərini ələ keçiridilər.  


Yüklə 10,44 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə