Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə3/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65


 
əlimdən  gələni  etdim.  Məni  lənətlə  yad  etməyin!  YaxĢı  nə  etdimsə  davam  etdirin, 
xətalarımı təkrar  etməyin... Atalar  sizə üç əmanət qoyublar: 
«Torpağımız, dilimiz, qeyrətimiz!» 
  
Şah İsamayıl Xətai  
 
«Azərbaycan  dili  çox  mükəmməl  dildir,  çox  zəngin  dildir,  çox  inkiĢaf  etmiĢ  dildir, 
böyük söz ehtiyatına malik  dildir» 
  Heydər Əliyev 
 
«Biz dünyanı dilimiz  vasitəsilə  öyrəndik, dilimiz  vasitəsilə  tərbiyə  tapdıq» 
                                                                   
 
  Abbas Səhhət 
 
«Qrammatikasız  oratoriya  kütdür,  poeziya  pəltəkdir,  fəlsəfə  əsassızdır,  tarix 
xoĢagəlməzdir,  hüquqĢünaslıq Ģübhəlidir»                                                 
     
 
 
 
 
 
 
 
 
 
 M.V.Lomonosov 
 
«Dilin  qanunlarına  itaətkarlıqla  tabe  olun  və  birdəfəlik  möhkəmcə  bilin  ki,  bu 
qanunlar  sizin  üçün müqəddəsdir» 
   
 
 
 
 
 
 
 
 
 
Bualo 
 
 
«Zaqafqaziya  diyarının  tatar  dili  (Azərbayjan  dili  -  R.N.)  türk  dilindən  az  fərqlənir 
və  fransız  dili  ilə  Avropanı  gəzmək  mümkün  olduğu  kimi,  onunla  da  bütün 
Asiyanın bu baĢından o baĢına getmək mümkündür»   
 
 A.A.Bestujev 

Marlinski 
                                                      
Azərbaycan dili  silahdı, qafil 
Qalacaq jahanda  GünəĢ qalınca, 
Gül yarpağı qədər bu tər, incə dil, 
Qəzəbli  vaxtında dönür qılınca. 
 
            B.Dubrovin 
 
 
 
 
 
 
 
 
 
 



 
Tapşırıq 1. Mətni oxuyun və məzmununu  danıĢın. 
 
 
 
                       
 Azərbaycan Texniki Universiteti                        
 
 
Sənin 
oxuduğun  elm  ojağı  -  Azərbayjan  Texniki  Universiteti 
respublikamızın  qojaman  və  iri  texniki  ali  məktəblərindən  biridir.  O,  16  noyabr 
1920-ji  ildə  Bakı  Politexnik  Ġnstitutu  adı  ilə  yaradılmıĢ,  1923-jü  ildə  Azərbayjan 
Politexnik  Ġnstitutuna  çevrilmiĢdir.  Yaradıldığı  ilk  illərdə  institutda  5  fakültə 
fəaliyyət  göstərmiĢdir.  1930-31-ji  illərə  qədər  fəaliyyət  göstərdikdən  sonra  institut 
Azərbayjan  Sənaye  Ġnstitutunun  (indiki  Azərbayjan  Neft  Akademiyası)  tərkibinə 
daxil  olmuĢ, 1950-ji  ildə yenidən  müstəqil  ali  məktəb kimi  fəaliyyətə  baĢlamıĢdır. 
Azərbayjan  Politexnik  Ġnstitutu  1992-ji  ildə  Azərbayjan  Texniki  Universiteti  adını 
almıĢdır. 
Universitetimiz  respublikada  öz  Ģanlı  ənənələri  ilə  tanınır.  O,  keçmiĢ  SSRĠ 
respublikaları,  o  jümlədən  doğma  ölkəmiz  üçün  on  minlərlə  mühəndis  kadrları 
hazırlamıĢdır.  Hazırda  universitetdə  fəaliyyət  göstərən  texniki  ixtisaslı  professor-
müəllim  heyətinin  əksəriyyəti  universitetin  yetirmələridir.  Keçən  əsrin  50-ji 
illərində  Moskva  Ģəhərinin  tanınmıĢ  memarı  olan  Mehdi  Usmiyev  universitetin 
yetirməsi  olmuĢ,  dövlət  xadimi,  kosmonavtika  sahəsində  görkəmli  alim  Tofiq 
Ġsmayılov  bizim  Universitetdə  iĢləmiĢdir  (kitabda  onlar  haqqında  oçerklə  tanıĢ  ola 
bilərsiniz).  Universitetin  müəllimlərindən  30  nəfəri  hazırda  xariji    ölkələrin  ali 
məktəblərində  pedaqoci  fəaliyyətlərini  davam  etdirir.  13  professor  xariji  ölkə 
akademiyaları  və elmi  qurumların üzvüdür. 
Azərbaycan  Texniki  Universiteti  fəaliyyətinin  60  ili  ərzində  müxtəlif  ixtisaslar  üzrə 
90  mindən  çox  mühəndis-bakalavr  və  magistr  səviyyəsində  təhsil  alan 
mütəxəssislər  hazırlamıĢdır.  
Avtomexanika  fakültəsi  universitetin  ən  qojaman  fakültəsi  hesab  olunur.  O,  1920-ji 
ildə  Bakı  Politexnik  Ġnstitutu  ilə  birlikdə  yaradılmıĢ,  1961-ji  ildə  avtomatika,  1964-
jü 
ildə 
metallurgiya, 
elektrotexnika 
və 
telekommunikasiya,  1977-ji  ildə 
radioelektronika,  1982-ji  ildə  maĢınqayırma,  1986-jı  ildə  isə  texnoloci  və  yüngül 
sənaye  maĢınları,  1995-ji  ildə  mühəndis  biznesi  və  menejment  fakültələri 
fəaliyyətə  baĢlamıĢdır.  Universitetimizdə  xariji  tələbələrin  hazırlığı  və  təhsili  ilə  
məĢğul  olan ayrıja  dekanlıq da fəaliyyət  göstərməkdədir. 
Müstəqillik  əldə  etmiĢ  respublikamızın  müdafiə  sənayesi  üçün  mütəxəssis 
hazırlığını  həyata  keçirmək  məqsədi  ilə  Nazirlər  Kabinetinin  qərarına  əsasən 
universitetdə  xüsusi  texnika  və  texnologiya  fakültəsi  yaradılmıĢ  və  2012-ci  ildə 
həmin  fakültəyə  tələbə  qəbulu həyata  keçirilmiĢdir. 
Hazırda  universitetdə  9  fakültə,  47  kafedra,  1  elmi  mərkəz,  18  elmi-tədqiqat 
laboratoriyası,  550  min  kitab  fonduna  malik  kitabxana  fəaliyyət  göstərir.  Burada 
26  istiqamət  və  68  ixtisas  üzrə  bakalavr  və  magistr  hazırlanır.  Bu  ali  məktəbdə 
təhsil  alan  7  mindən  çox  tələbənin  təlim-tərbiyəsi  ilə  633  nəfər  professor-müəllim, 



 
o  jümlədən  80  nəfər  elmlər  doktoru,  professor,  340  nəfər  elmlər  namizədi,  dosent 
məĢğul  olur.  
Universitetimizdə  120-dən  artıq  xarici  ölkənin  vətəndaĢları  təhsil  almıĢ  və  indi  də 
təhsil  almaqda  davam  edirlər.Hazırda  universitetin  dünyanın  ayrı-ayrı  ölkələrinin 
(ABġ,  Almaniya,  Rusiya,  Ġtaliya,  Türkiyə,  Kanada,  Cənubi  Koreya  və  s.)  müvafiq 
ali  məktəbləri  ilə  səmərəli  əlaqələri  vardır 
2000-2010-cu  illərdə  AzTU-nun  əməkdaĢları  tərəfindən  100-dək  patent  alınmıĢ, 
ixtiralar  edilmiĢdir.  Son  10  ildə  24  nəfər  elmlər  doktoru,  80-dək  elmlər  namizədi 
hazırlanmıĢdır. 
Universitetdə  2  yeni  tədris  korpusu  tikilib  istifadəyə  verilmiĢ,  1-ci  korpusda  əsaslı 
təmir  iĢləri  aparılmıĢdır.  Kafedralar,  laboratoriyalar  və  auditoriyalar  müasir 
standartlara  uyğun  yeni  texnologiyalarla  və  avadanlıqlarla  təchiz  edilmlĢdir. 
Universitetin  siması  ildən-ilə  dəyiĢir,  hər  il  təmir-abadlıq  iĢləri  aparılır,  onun 
maddi-texniki  bazası getdikcə daha da möhkəmlənir.      
2011-ci  il  noyabr  ayının  23-də  Azərbaycan  Dövlət  Akademik    Milli    Dram 
Teatrında  Azərbaycan  Texniki  Universitetinin  60  illik  yubileyi  münasibətilə 
təntənəli  tədbir keçirilmiĢdir. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Ġlham  Əliyevin  10  noyabr  2011-ci  il 
tarixli  sərəncamı  ilə  mühəndis  kadrların  hazırlanması  və  texniki  elmlərin 
inkiĢafındakı  xidmətlərinə  görə  universitetin  rektoru,  professor  Havar  Əmir  oğlu 
Məmmədov  yüksək  Dövlət  mükafatı  -  “ġöhrət”  ordeni  ilə  təltif  edilmiĢdir.  Həmin 
sərəncamla  universitet  əməkdaĢlarından  18  nəfəri  “Tərəqqi”  medalı  ilə  təltif 
olunmuĢ,  3  nəfəri  “Əməkdar  elm  xadimi”,  16  nəfəri  “Əməkdar  müəllim”,  8  nəfəri 
“Əməkdar  mühəndis”,  1  nəfəri  isə  “Əməkdar  mədəniyyət  iĢçisi”  fəxri  adlarına 
layiq  görülmüĢdür. 
Azərbaycanımızın  ərazi  bütövlüyü  uğrunda  gedən  döyüĢlərdə  Ģəhid  olmuĢ  tələbə 
və məzunlarımızın sayı 32 nəfərdir. Onlardan 6 nəfəri Azərbaycan Respublikasının 
Milli  Qəhrəmanıdır.  
Əziz  dostlar!  Siz  bizim  universitetin  auditoriyalarına  qədəm  basan  minlərlə 
tələbənin  -  gələjək  mühəndis  kadrların  yeni  nümayəndəsisiniz.  QarĢıda  sizi maraqlı 
təhsil  illəri  gözləyir.  Hesab  edirik  ki,  çətin  sınaq  imtahanlarından  nejə 
keçmisinizsə,  təhsil  illərini  də  elə  baĢa  vurajaqsınız.  Əgər  siz  bizim  universitetdə 
yaxĢı  oxusanız,  bakalavr,  magistr  diplomları  alajaqsınız.  Bu  diplomlar  isə 
istehsalatda  layiqli  yerinizi  tutmağa,  ali  məktəb  müəllimi  adını  daĢımağa  imkan 
yaradajaq,  öyrəndikləriniz,  bilikləriniz  təfəkkürünüzdən,  hər  zaman  sizinlə  olan 
zəngin  dilimizin  süzgəjindən  keçəjəkdir.  Sizə uğurlar  diləyirik! 
 
Tapşırıq 2. Mətni oxuyun və məzmununu  danıĢın. 
 
                       
  «ġərqin fransız dili» (M.Y.Lermontov) 
 
Dünya  dillərinin  ən  böyük  ailələrindən  biri  Altay  -  türk  dilləri  ailəsidir.  Bu  ailədə 
türk  dillərinin  (türk,  Azərbayjan,  özbək,  qazax,  tatar,  qaqauz,  qırğız,  uyğur  və  s.) 
xüsusi  yeri  var  və  bu  dillərdə  danıĢanlar  300  milyona  yaxın  olub  Majarıstandan 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə