Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə34/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

77 
 
simpoziumların  keçirilməsi  də  diqqəti  cəlb  etmir.  Multikulturalizmin  reallıqdan 
uzaqlaşmış  şəkildə  təbliğ  edilməsi,  bəlağətli  söz  tufanına  çevrilməsi  elə  bir  ciddi 
fayda  vermir.  Necə  ki,  başqa  dinə  aid  məbədlərin  tikilməsi  də  o  dinə  sitayiş 
edənlərin  sayını  artırmır,  dini  münaqişələr  davam  etdiyi  bir  şəraitdə  belə 
təşəbbüslər öz məqsədlərinə nail ola bilmir. Dini tolerantlıq bilavasitə cəmiyyətin 
özünə  sirayət  etməlidir,  cəmiyyət  üzvlərinin  gündəlik  həyatında  özünü  büruzə 
verməlidir.  
Parisdə heç kəs ateistlərə qarşı da səlib yürüşü aparmaq çağırışı ilə çıxış 
etmir,  çünki  vicdan  azadlığı  adamın  özünün  dini  inanca  bəslədiyi  münasibətdən 
asılıdır,  başqa  sözlə,  onun  özünün  şəxsi  işidir.  Qədim  Romada  isə  bütpərəstlərin 
allahlarının  sayı  çox  olduğundan,  adamlar  özləri  öz  allahını  seçib,  ona  da  inanc 
gətirirdi. 
Allahla insan arasında, Martin Lyuterin dediyi kimi, vasitəçilərə ehtiyac 
yoxdur. Əslində, keşişlər, mollalar, ravvinlər iyerarxiyası da elə bir təsiri olmayan 
təbliğat  maşınına  çevrilirlər.  Əlbəttə,  din  xadimləri  yaxşı  təbliğat  apardıqda, 
müsbət  iş  görmüş  olurlar,  lakin  onların  danışığında  cəhalətə  yol  verildikdə, 
mövhumatçılıq bayrağı qaldırıldıqda, onlar nə könülə, nə də şüura faydalı bir təsir 
göstərə bilmirlər. Mövhumat isə hökmən dinin dayaqlarını zəiflətməyə, dağıtmağa 
kömək edir.  
Fransızların əksəriyyəti katolikdir, lakin həmin dinə hücum edənlərə də, 
onların  potensialı  nəzərə  alınmaqla  hörmətlə  yanaşılır.  Böyük  filosof  və  maarifçi 
Volter  katolitsizmə  qarşı  çıxır,  hətta  Allahın  varlığına  da  şübhə  ilə  yanaşırdı.  O 
deyirdi: «Əgər Allah olmasaydı, onu icad etmək lazım gələrdi». Və yaxud istehza 
qaydasında  Bibliyanın  məşhur  kəlamını  dəyişərək,  deyirdi  ki,  Allah  insanı  öz 
obrazında və özünə bənzər yaratmışdır, deməli, insanın malik olduğu qüsurların da 
hansısa bir mənbəyi vardır. Belə yeretikliyinə görə katolik kilsəsi Volteri məhkum 
edirdi. Axı Rusiyadakı pravoslav kilsəsi də Lev Tolstoyu dinin sıralarından kənar 
etmişdi. Paris isə böyük mütəfəkkirin ateist olmasını nəzərə almadan, ona ehtiram 
bəsləməkdə davam etmişdir. O, öldükdən 13 il sonra Sena çayının şəhərin mərkəzi 
hissəsindəki son sahili Volter sahili adlandırılmışdı.  
Volterin  böyük  nəzəri  irsi  qalmışdır.  O,  fransız  dilinin  təmizliyinə  də 
qayğı göstərirdi. Kardinal Rişelye dövründə təsis edilən Fransa Akademiyası da bu 
məsələ  ilə  məşğul  olurdu.  Onun  institutları  paytaxtın  Volter  sahilində  yerləşir. 
Katolik  dininin  Volteri  məhv  etməyə,  sıradan  çıxarmağa  gücü  çatmadı.  Onu  da 
qeyd etmək lazım gəlir ki, Volter islam dininin yaradıcısına, Allahın rəsuluna da, 
yumşaq  desək,  tənqidi  yanaşmış,  özünün  «Məhəmməd»  adlı  pyesində  Allahın 
rəsulunu şəhərdə iğtişaş törədən, qiyamçı kimi göstərmiş, onun qatı düşməni olan 
Əbu Sufyanı isə şəhərin uğurlu meri kimi qələmə vermişdir.  
Bütün bunlara baxmayaraq, Volter XVIII əsrin ən güclü filosoflarından 
və maarifçilərindən biridir. 1715-ci ildə XIV Luinin ölümü ilə taxt-tacda onu əvəz 
edəcək nəticəsi XV Luinin 5 yaşı olduğundan, ona Orlean hersoqu, II Filipp regent 
təyin  edilmişdi.  II  Filipp  özünü  xalqın  gözündə  qənaətcil,  bədxərcliyə  yol 
verməyən  bir  hökmdar  kimi  göstərmək  üçün  kral  sarayının  tövləsindəki  atların 
sayını  iki  dəfə  azaltmaq  göstərişini  verdi.  Axı  kral  və  əyanları  ova  at  belində 


78 
 
gedirdilər. Bunu eşidən 20 yaşlı Volter sarkazm şəklində yazmışdı ki, Filipp atların 
sayını  iki  dəfə  azaltmaqdansa,  saraydakı  eşşəklərin  sayını  ikiqat  azaltsaydı,  daha 
yaxşı olardı.  
Parisin  cənubi-şərq  hissəsi  Latın  kvartalı  adlanır.  Burada  Sorbonna 
Universiteti,  Fransa  kolleci  yerləşir.  Orta  əsrlərdə  tələbələr  latın  dilində  dərs 
keçdiklərinə  görə  həmin  dildə  də  danışırdılar.  Bundan  da  məhəllə  Latın  kvartalı 
adını  götürmüşdür.  Sorbonna  dünyanın  Oksford,  Kembric,  Harvard,  Yel  kimi  ən 
məşhur universitetləri sırasına daxildir. 
Parisdə  ölkənin  görkəmli  şəxslərinin  adı  küçələrə  və  meydanlara 
verilmişdir.  Filosof  Didro,  Amerika  İstiqlaliyyət  müharibəsinin  fəal  iştirakçısı 
Lafayet,  yazıçı  Emil  Zolya,  II  Dünya  müharibəsinin  qəhrəmanı  general  Leklerk 
küçələri,  Viktor  Hüqo  meydanı  vardır.  Şəhərin  meydanlarından  biri  II  Dünya 
müharibəsində Stalinqrad qələbəsi şərəfinə, Stalinqrad meydanı adlanır. Rusiyada 
1961-ci  ildə  qəhrəman  şəhərin  Stalinqrad  adı  ləğv  edilsə  də,  Parisdə  bu  ad 
saxlanılmaqda davam edir.  
Parisdə  doğulan,  baş  qaldıran  Böyük  Fransa  inqilabına  dünyada 
münasibət heç də bir mənalı deyildir. Inqilab monarxiyanı ləğv etməyə nail olmuş, 
qədim  Roma  respublikasının  və  ABŞ-ın  nümunəsində  Fransada  ilk  respublika 
yaratmışdı.  Lakin  onun  meydana  gətirdiyi  Terror  adından  irəli  gələn  dəhşətlər 
mənzərəsi meydana gətirilmişdi. İnqilab həmişə faciəvi bir şey olmuşdur. İnqilab 
sosial  quruluşu  radikal  qaydada  dəyişə  bilmir.  İnsanları  dəyişmək  isə  daha 
mürəkkəb  məsələdir,  çünki  antropoloji  inqilablar  baş  vermir,  insanlar  əvvəldə 
olduqları  kimi  qalırlar.  Həm  də  yaddan  şıxarmayaq  ki,  inqilabı  romantiklər 
başlayır,  onun  qələbəsindən  isə  əclaflar  istifadə  edir.  Lakin  inqilaba  təkcə  bir 
cəhətinə  görə  qiymət  vermək  düzgün  deyildir,  onun  müsbət  və  mənfi  əməlləri 
obyektivcəsinə qiymətləndirilməlidir.  Çin  Kommunist  Partiyasının  rəhbərlərindən 
biri, görkəmli dövlət xadimi Çjou Enlaydan həmin inqilaba necə qiymət verməsini 
soruşduqda, Fransanı yaxşı tanıyan, gəncliyində orada təhsil almış bu müdrik insan 
cavab verib demişdi ki, axı hələ az vaxt keçmişdir. Bu cavabı söyləyərkən Böyük 
Fransa  inqilabının  baş  verməsindən  180  ilə  yaxın  vaxt  ötüb  keçmişdi.  Onun 
sözlərindən  göründüyü  kimi,  yalnız  uzun  tarixi  müddətin  arxasından  inqilaba 
qiymət vermək mümkündür. 
İnqilablar da xalqların həyatının, taleyinin, tarixinin bir hissəsidir. Onları 
inkar etmək də mümkün deyildir. Axı heç kəs qədim dünyanın və ya orta əsrlərin 
tarixində hansısa bir düzəliş etmək fikrinə düşmür. Hansısa bir dövrün mədəniyyət 
plastını silib yoxa çıxarmaq da mümkün deyildir.  
Böyük  hind  yazıçısı  Rabindranat  Taqor  Aqradakı  Tac  Mahalı  tarixin 
yanağında donmuş göz yaşı adlandırmışdı. Parisin bir sıra abidələrini bəşəriyyətin 
sərvəti  kimi  müvafiq  təşbehlərlə  adlandırmaq  olar.  Təkcə  Notr-Dam  de  Pari  Tac 
Mahaldan  dörd  əsr  əvvələ  gedib  çıxır.  Şah  Cahan  sevimli  arvadı  Mümtaz  Mahal 
öləndə  ona  bu  mavzoleyi  tikdirmişdi.  Qədim  Halikarnasda  Kariya  hökmdarı 
Mavsola belə sərdabə tikilməyə başlanmış, onun inşasını arvadı Artemisiya bizim 
eradan  əvvəl  V  əsrdə  başa  çatdırmışdı.  Mavsolun  adından  da  sonrakı  sərdabələr 
mavzoley adlanmağa başlamışdı. XX əsrdə mavzoley ənənəsi daha eybəcər şəkildə 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə