Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə37/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

84 
 
B.e.ə. 390-cı ildə Brennin başçılığı altında qallar romalıları məğlub edib, 
sonra  Romanı  tutdular  və  şəhəri  qarət  etdilər.  Şəhərdə  təkcə  Kapitoli  təpəsi 
qalmışdı,  qall  casusları  ora  dırmaşdıqda,  məbəd  qazları  səs  salıb,  müdafiəçiləri 
oyatdılar  və  onlar  yuxarı  qalxan  qalları  təpədən  aşağı  tulladılar.  Bu  döyüşdə 
keçmiş  konsul  Manli  fərqləndi.  Qallar  min  fut  qızıl  almaq  bahasına  şəhəri  tərk 
etməyə razılıq verdilər. Qızıl çəkilən vaxt onlar həyasızlıq edir, tərəzinin gözünü 
əyirdilər.  Diktator  seçilən  Kamill  gəlib  çıxdıqda,  belə  biabırçı  sövdələşmədən 
imtina  etdi  və  bildirdi  ki,  Roma  özünü  qızılla  deyil,  həmişə  dəmirlə  müdafiə 
etmişdir. Qallar şəraiti nəzərə alıb, Romanı tərk etdilər.  
Kamill həm də Romanı qaragüruhun anarxiyası təhlükəsindən xilas etdi 
və  qaragüruha  başçılıq  edən  Manli  tutulub,  mühakimə  edildi  və  ölüm  cəzasına 
məhkum  edildi.  Vaxtilə  qallara  qarşı  igidlik  göstərdiyi  Kapitoli  təpəsindən 
atılmaqla  edam  edildi.  Roma  yavaş-yavaş  bərpa  olunmağa  başladı.  Apardığı 
müharibələr hesabına isə xeyli ərazilərə sahib oldu.  
B.e.ə. IV və III əsrlər arasındakı yüzillik müddətdə Romanın ərazisinin 
genişlənməsi ona xeyli iqtisadi fayda gətirdi. Bu ərazilərdə öz koloniyalarını saldı 
və  torpaqları  Roma  vətəndaşlarına  verdi.  Şəhərin  əhalisi  100  min  nəfərə  çatdı. 
İşğallardan  gələn  qənimət  bir  sıra  ictimai  işlərin  görülməsi  xərclərini  ödəməyə 
kömək  etdi.  Bura  məbədlər  və  yollar  tikintisi,  şəhərin  su  təchizatının 
yaxşılaşdırılması  daxil  idi.  III  əsrin  əvvəlindən  iki  akveduk  –  suyun  bu  qaydada 
dərə-təpədən  keçməklə  hündür  divar  üstü  ilə  gətirilməsi  romalıların  icadı  idi  – 
şəhərə dağlardan təzə içməli su gətirirdi.  
Romalılar  sonralar  işğal  etdikləri  ərazələrdə  də  akveduklar  tikirdilər. 
İspaniyanın  Merida  şəhərinin  kənarında  mən  b.e.ə.  I  əsrdəki  romalılardan  miras 
qalmış  nəhəng  akvedukun  qalıqlarını  görmüşəm,  ondan daha möhtəşəm  olanı  isə 
ölkənin Seqoviya şəhərindədir. 
Qədim romalılar yol çəkməkdə də mahir usta idilər. Axı qədim dünyada 
qurudakı  yol  elə  bir  əhəmiyyət  kəsb  etmirdi.  Hərəkət  və  əlaqə  üçün  dənizlər  və 
çaylar başlıca vasitə idi, çünki onlarda yol tikmək üçün xərc çəkməyə ehtiyac yox 
idi,  təbiət  özü  bu  yolu  yaratmışdı.  B.e.  ə.  IV  əsrdə  Romadan  Kapuyaya  çəkilən 
Appi  yolu,  III  əsrdə  onun  tikintisinin  davam  etdirilməsi  ilə  cənub  limanı 
Brundiziyaya qədər uzadılmışdı. B.e.ə.70-ci ildə Krass bu yolda qoydurduğu 6 min 
dar  ağacında  məğlub  olmuş  qul  üsyanın  rəhbəri  Spartakın  inqilabçı  əsgərlərini 
çarmıxa  çəkdirmişdi.  İlk  səfərimdə  mənə  bu  yolun  bir  hissəsini  göstərmişdilər. 
Yola  iri  sal  daşlar  döşənmişdi,  indiki  ölçülərlə  götürüldükdə  dar  idi.  Onun 
tikintisinin keyfiyyəti təəccüb doğurmaya bilməz, çünki həmin yol indiyədək bütün 
uzunluğunda  bir  abidə  kimi  salamat  qalmışdır.  Sonralar  Romadan  şimala  gedən 
Flamini yolu çəkilmişdi. Lakin dünyada Appi yolundan da qədim və daha uzun yol 
mövcud  idi.  B.  e.  ə.  VI  əsrin  sonu,  V  əsrin  əvvəlində  Persiyada  çarlıq  etmiş  I 
Daranın tikdirdiyi, persiyalıların işğal etdikləri Lidiya çarlığının paytaxtı Sardıdan 
özünün  baş  paytaxtı  Suzaya  qədər  olan  yol  1800  mil  uzunluğunda  idi  və  onun 
üstündə  dünyada  ilk  mükəmməl  poçt  sistemi  yaradılmışdı.  Şah  yolu  adlanan  bu 
magistralla müqayisədə Appi yolu, əlbəttə ki, uduzur. Lakin romalılar yol çəkmək 


85 
 
sahəsində  Qərbi  Avropaya  da  böyük  xidmət  göstərmişdilər  və  oradakı  indiki  yol 
şəbəkəsi əsasən romalıların tətbiq etdiyi mühəndislik irsinə əsaslanır.  
B.e.ə. 264-cü ildə Roma az qala 130 il davam edən bir münaqişəyə cəlb 
edildi,  üç  Puniya  müharibəsi  aparmalı  oldu.  İlk  müharibə  Şimali  Afrikadakı 
finikiyalıların  böyük  ticarət  mərkəzi  olan  Karfagenlə  Siciliya  üzərində  ağalığa 
sahib olmaq barədəki mübahisədən meydana gəlmişdi. Finikiyaya romalılar Puniya 
deyirdilər,  ona  görə  də  müharibələr  apardığı  Karfagenin  adı  ilə  deyil,  Puniya 
müharibələri adlanırdı. Karfagen dəniz dövləti olduğundan güclü donanmaya malik 
idi,  Roma  bunu  nəzərə  alıb,  özünə  rəqibindən  zəif  olmayan  donanma  düzəltdi, 
aberdajdan  –  düşmən  gəmisinə  yaxınlaşıb,  onun  göyərtəsinə  keçmək  üsulu  – 
istifadə edib, quru torpaq döyüşündəki ustalığını tətbiq etməklə Karfageni birinci 
müharibədə məğlubiyyətə uğratdı.  
İkinci  Puniya  müharibəsində  məşhur  Karfagen  sərkərdəsi  Hannibal 
özünün böyük ordusu və 37 fili ilə b.e.ə. 218-ci ildə Alp dağlarını aşaraq İtaliyaya 
müdaxilə etdi. Dənizdə Roma güclü olduğundan, su yolu təhlükəli idi. İki il sonra 
Hannibal  Kannda  70  milik  Roma  ordusunu  darmadağın  etdi  və  konsul  döyüşdə 
öldürüldü. Hannibalın isə itkisi vur-tut 8 min nəfər idi və ya romalıların itkisindən 
9 dəfə az idi. Lakin bu vaxt Romaya hücum etməkdən çəkindi, strateji təşəbbüsü 
əldən  verdiyindən,  heç  nə  əldə  edə  bilməyib,  vətənə  qayıtmalı  oldu.  Nəhayət, 
Karfagen b.e.ə. 201-ci ildə öz torpağında ağır məğlubiyyətlə üzləşdi.  
B.e.ə.  149-cu  ildə  başlanan  müharibə  isə  üç  il  sonra  Karfagenin 
dağıdılması, yandırılması və tarixdən silinməsi ilə nəticələndi. Roma güclü Aralıq 
dənizi  dövlətinə,  əslində,  dünya  dövlətinə  çevrildi.  Acı  məğlubiyyətdən  əvvəl 
romalılar  Karfagenə  olduqca  ağır  sülh  şərtləri  təklif  etmişdilər,  bu  Karfagenin 
dəniz  dövləti  olmasına  son  qoymaq  tələbi  idi,  ona  görə  də  bu  şərtlər  qəbul 
edilmədi. Bu alçaldıcı şərtlər tarixə təhqiramiz «Karfagen sülhü» kimi məlumdur. 
Elə həmin il Roma Yunanıstanı da işğal etdi.  
Persiya  və  Makedoniyalı  Aleksandrın  nəhəng  imperiyalarından  sonra 
Roma  imperiyası  meydana  gəldi,  burada  dövlət  quruluşu  hələ  də  respublika 
idarəetmə forması kimi qalırdı. İmperiyanın ərazisi tezliklə üç qitənin torpaqlarını 
əhatə etdi.  
Yeni  ərazilər  həm  də  böyük  iqtisadi  gəlir  gətirirdi.  B.e.ə.  I  əsrin 
ortalarından Romada 500 min adam taxılı müftə alırdı. İctimai binaların, teatrların 
tikintisinin  xərci  ianə  və  soyğunçuluq  hesabına  ödənildiyindən,  şəhərin  gözəlliyi 
daha  da  artırdı,  yaşamaq  üçün  onu  daha  əlverişli  edirdi.  Əsasən  də  ellinistik 
şərqindən Romaya gələn güclü miqrasiya, izafi əhalisi olan şəhərin yükünü daha da 
artırırdı.  
B.e.ə. 49-cu ildə Qalliyadan qayıdıb, şəhərdə hakimiyyəti asanlıqla əlinə 
keçirən Yuli Sezar şəhərin problemləri ilə sistematik qaydada məşğul olmağa can 
atırdı,  lakin  beş  il  sonra  qətlə  yetirilməsi  onun  planlarının  həyata  keçirilməsini 
yarımçıq qoydu. Onun varisi Avqust isə Romanı Yeni İmperiyanın varlı paytaxtına 
çevirməyə  cəhd  etdi.  O,  bir  qədər  qeyri-təcavüzkar  şəkildə  tərcümeyi-halında 
yazırdı  ki,  Romanı  kərpicdən  qəbul  edib,  mərmərdən  inşa  edilmiş  kimi  qoyub 
gedir. Bu sözlər həqiqətə o qədər də uyğun deyildi. Böyük şəxsiyyətlər, bir qayda 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə