Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə58/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   102

138 
 
170  min  tay  xam  pambıq  istehsal  etmişdisə,  bu  1860-cı  ildə  4,6  milyon  pampıq 
tayı  istehsalına  yüksəldi,  onun  dəyər  məbləgi  isə  50  dəfə  çox  idi.  1850-ci  ildə 
Cənub  pambığının  93  faizini  qul  əhali  istehsal  edirdi,  onların  sayı  son  yarım  əsr 
ərzində  xeyli  artmışdı.  Yeni  qyl  idxalının  1808-ci  ildə  qadağan  olunmasına 
baxmayaraq,  1860-cı  ildə  afro-amerikan  qullarının  sayı  4  milyon  idi  və  ya  60  il 
əvvəlkindən dörd dəfə çox idi.  
Pambıq  iqtisadiyyatı  ilə  plantasiya  sahibliyinə  əsaslanan  quldarlıq  sıx 
əlaqədə  idi  və  bu  Cənubu,  XIX  əsrin  yarısında  artan  dərəcədə  özünü  müdafiə 
etmək barədə düşünən, həm də monolit və izolə olunmuş bir regiona çevirdi. Elə 
həmin vaxt Şimalda abolyutsionist hərəkat qalxmaqla, Cənubun qaydalarına çağırış 
etdi  və  “emosional  zəncir  reaksiyası”  yaratdı  ki,  bu  da  vətəndaş  müharibəsinə 
aparıb çıxardı. 
Ölkədə siyasi böhran da zəifləmirdi. Amerika XIX əsrdə bir ölkə olsa da
heç də hələ millət deyildi. Təhsil, nəqliyat, səhiyyə və ictimai qayda ilə əlaqədar 
olan hökumətin başlıca fəaliyyət funksiyaları ştatlara və yerli səviyyəyə keçmişdi, 
çox az saydakı məsələlərdə Vaşinqtondakı hökumətə tabe olma qalırdı. Az sayda 
milli institutlar, kilsələr və siyasi partiyalar kimi ölkəni sıx bağlamaq barədə Bani-
Ataların  vəsiyyətinə  əməl  edirdilər.  Sərbəst  strukturlaşdırılmış  cəmiyyətin 
içərisində hər bir sektsiya, hər bir ştat, hər bir yerlilik cəmiyyəti, hər bir qrup öz 
yolu  ilə  getməyi  seçə  bilərdi.  Lakin  iqtisadiyyat  inkişaf  edir,  texnologiya 
dəyişikliyə  uğrayırdı.  Nəqliyat  yaxşılaşır,  ilk  kanallar,  sonra  isə  yollar,  xüsusən 
dəmir  yolları  çəkilirdi.  Ölkədə  mətbuat  da  inkişaf  edirdi,  çoxlu  qəzetlər  çap 
olunurdu. Teleqraf sistemi inkişaf edirdi. Birləşmiş Ştatlarda qaydanı və stabilliyi 
təmin  etmək  üçün  milli  dəmir  yolu  korporasiyları  əsl  “böyük  biznes”  kimi 
meydana çıxdı. 
Amerikanın  həyatında  sektsionallığa  loyallıq  hissinin  güclü  şəkildə 
artması milliləşmə meyllərinə qarşı düşmənçiliyin nümayişi idi. Yeni İngiltərəlilər 
( ABŞ-ın şərqindəki region New England - Yeni İngiltərə adlanır) özlərinə qalxan 
Qərbdən təhlükə hiss edirdilər. Qərb, dəmir yol şəbəkəsi tikilib başa çatdırıldıqda 
istehsal  etdikləri  taxılı  Yeni  İngilərə  sakinlərinə  satırdılar.  Qərbdə  möhkəm 
sektsional hiss inkişaf edirdi, buna onların özlərini unikal hesab etməsi düşüncəsi 
də əlavə olunurdu. 
Cənub isə tam ayrı iqlimə malik idi, plantasiya sistemi pambıq, tütün və 
şəkər istehsal edirdi. Burada əsas işçi qüvvəsi zənci qullar idi, quldarlıq saxlanırdı. 
Lakin  Birləşmiş  Ştatların  digər  bütün  hissələrində  quldarlıq  ləğv  edilmiş  və  ya 
qadağan olunmuşdu. 
Cənublular birbaşa “xüsusi instituta” cəlb olunmuşdular. Burada 1850-ci 
ildə yalnız 347 min qul sahibi var idi, ağ əhalinin sayı isə 6 milyon nəfərə yaxın 
idi.  Qul  sahiblərinin  yarısı  4  və  ya  az  qula  malik  idi,  onları  heç  də  plantator 
adlandırmaq olmazdı. Cənubda bütövlükdə 1.800-dən az adam 100-dən artıq qula 
malik  idi.  Buna  baxmayaraq,  quldarlıq  Cənub  həyatının  bütövlükdə  fərqli  cəhəti 
idi.  İri  plantatorlar  varlı  və  qüdrətli  idilər,  öz  sektsiyalarının  onlar  bəzən  həm  də 
siyasi  və  iqtisadi  liderləri  olurdular.  Kiçik  fermerlər  də  bu  imkana  malik  olmaq 
üçün plantatorlarla qan qohumluğuna, nikah və dostluq əlaqlərinə girirdilər. Qullar 


139 
 
isə  Afrikadan  gəlmiş  barbarlar  kimi  qəbul  olunduqlarından,  aşağı  təbəqə  hesab 
olunurdu. Onlar yalnız quldarlıq mərhələsindən keçməklə intizama cəlb olunsalar, 
sivilizasiyalı  cəmiyyətdə  yaşaya  bilərdilər.  1860-cı  ildə  Cənubda  250  min  azad 
qara adam var idi. Ağ cənubluların əksəriyyəti, qullar azad olunduğu tərzdə onların 
öz  keçmiş  ağaları  ilə  dinc  birgə  yaşamalarına  inanmaq  istəmirdilər.  Dəhşətli 
istismar  həm  də  qaraların  üsyanına  səbəb  olurdu.  Öz  sektsiyalarından  kənarda 
quldarlığa qarşı müxalifətin artmasına görə Cənub bu institutu bioloji, iiqtisadi və 
sosial  müstəvilərdə  müdafiə  etmək  üçün  “quldarlığın  xeyrinə  dəqiq  arqument” 
tapmağa çalışırdı.  
Cənubla  Şimal  arasındakı  münaqişə  1854-cü  ildə  Stefen  Duqlasın 
Konqressə  Kanzas-Nebraska  qanun  lahiyəsini  təqdim  etməsi  ilə  ciddiləşdi. 
Cənublular Senatda bərabər səsə malik idilər və onlar Ərazilərdə hansısa yeni azad 
ştatın  meydana  gəlməsi  ilə  qətiyyən  razılaşmırdılar.  Duqlasın  təklif  etdiyi  bill 
qanuna çevrildi. 
Viq partiyası quldarlığa münasibətə görə bölündü və 1852-ci il prezident 
seçkisindən sonra yoxa çıxdı. Duqlas billi Kanzasda və Nebraskada quldarlığa yol 
açdı. Bu torpaqlar isə Qərb tərəfdə azad ştatların genişlənməsi üçün saxlanmışdı. 
Şimallılar  antiquldarlıq  partiyasında  təşkil  olunmağa  başladılar,  bu,  nəhayət 
Respublikaçılar partiyası adını aldı. 
Bu  hadisə  azad  və  qul  ştatları  arasında  döyüş  cəbhəsi  təsiri  bağışladı. 
Qarışıqlıq  vaxtı  azad  ştat  tərəfdarı  olan  Con  Braun  öz  dəstəsini  1856-cı  ilin 
mayında qul tərəfdarı olan bəzi sakinlərin üzərinə apardı, beş adam öldürüldü. Bu, 
qul  sahiblərini  xəbərdar  etmək  üçün  idi.  1856-cı  ildəki  prezident  seçkisindəki 
səsvermə  nəticəsi  isə  göstərdi  ki,  sektsiya  xəttləri  qütbləşmişdir.  Demokrat 
namizəd  Ceyms  Byukenen  prezident  seçildi.  Respublikaçı  namizəd  Con  Frimont 
azad ştatlarda çoxluğun səsini aldı. 
Şimalın  və  Cənubun  amerikanlarının  çoxunun  nöqteyi-nəzərinə  görə 
Birləşmiş Ştatlarda quldarlıq və azadlıq artıq uzun müddət birgə yaşaya bilməzdi. 
Buna  cənublular  Birlikdən  çıxmaqla  cavab  verdilər,  çünki  Birlik  artıq  onların 
hüquqlarını  və  mənafelərini  himayə  etmirdi.  Şimallılar  üçünsə  məlhəm  Cənubun 
sosial  institutlarını  dəyişdirmək  idi.  Ölkənin  daim  yarıqul  və  yarıazad  olması 
ağlabatan  deyildi.  Bunu  Abraham  Linkoln  hələ  Senata  seçilmək  üçün  mübarizə 
apararkən qeyd etmişdi. 
Açıq  təhlükəni  hiss  edən  cənublular  qorxurdu  ki,  şimallıların  cəhdləri 
onların  sosial  sistemini  dağıtmağa  yönəlmişdir.  Axı  şimallılar,  xüsusən  radikal 
respublikaçılar öz uzağa gedən məqsədlərini gizlətmirdilər. 
Ona  görə  də  1860-  cı  ildəki  prezident  seçkisi  böyük  gərginlik 
atmosferində  keçdi.  Cənublular  Ərazilərdə  quldarlığı  himayə  etməyə  görə 
Demokrat  namizədi  müdafiə  edirdilər.  Onlar  Con  Brekinrincin  xeyrinə  Stefen 
Duqlası, onun doktrinasını şübhəli hesab etdiklərindən rədd etdilər. Duqlas ayrıca 
Demokrat  bileti  ilə  səsə  qoyuldu.  Con  Bell  Konstitusional  Birlik  partiyasının 
namizədi idi. Respublikaçılar uğur qazanacaqlarına əmin olmaqla, böyük təcrübəyə 
malik  olan  Syuardın  ideyasına  məhəl  qoymayıb,  onun  əvəzinə  Linkolnun 
namizədliyini  irəli  sürdülər.  Səsvermə  sektsional  nümunələrlə  özünü  göstərdi. 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə