Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə54/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

130 
 
siyasət  aləmindəki  bu  kiçik  David  nəhəng  Qoliafla  vurulmuş,  Bibliyadakı  kimi 
primitiv silahla  – adi bir sapandla deyil, ölkənin taleyini müəyyən edən prezident 
seçkisində öz natiqliyi və fərasəti hesabına ona qalib gəlmişdi.  
Həmin  mübarizə  illəri  artıq  Linkolna  milli  populyarlıq  və  nüfuz 
qazandırmışdı.  O,  müharibə  illərinin  müdriki  və  “  Abraham  Ata”sı,  bütöv  bir 
xalqın zəncirlərini qırmaqla, ona Böyük Azadlıq verəni, yıxılan, Müqəddəs cümə 
günündə  (İisus  da  məhz  həmin  gün  çarmıxa  çəkildiyindən,  bu  gün  belə  adlanır) 
şəhid olan lider və çox sürətlə öz apofeozuna yüksələn bir insan olmuşdu. Linkoln 
həm  də  müharibə  dövründə  bir  siyasətçi  kimi  yaxın  niyyətini  gizlətməməklə 
yanaşı, adətən, düşündüyünü müvafiq qaydada ifadə etmə üsuluna meyil edən bir 
adam  idi.  Linkoln  yaxşı  halda  quldarlığın  laqeyd  bir  opponenti  idi  və  qara  dərili 
xalqın  heç  də  böyük  dostu  sayıla  bilməzdi.  Şimallılar  abolyutsionist  hərəkata 
(Şimal  ştatlarında  quldarlığın  ləğv  edilməsi  uğrundakı  hərəkat)  böyük  önəm 
verdikləri  halda,  o,  quldarlığa  qarşı  həmin  kəskin  mübarizəyə  qoşulmamışdı.  O, 
amerikan  irqçiliyinin  əsasında  dayanan  bu  ciddi  problemlə  əvvəllər  heç  vaxt 
yaxından məşğul olmamışdı. 
Linkolnun  həyatının  və  fəaliyyətinin  təsvirində  müəyyən  mübaliğələrə, 
hiperbolalara  yol  verilirsə,  buna  adi  hal  kimi  yanaşmaq  daha  düzgün  olardı.  Axı 
həmin  mübaliğələr  onun  həyat  tərzi  və  fəaliyyəti  ilə  heç  də  əkslik  təşkil  etmir, 
əksinə,  onun  portretini  daha  canlı  və  maraqlı  təsvir  edən  yaxşı  çalarlar  rolunu 
oynayır.  İdealizə  edilmiş  portret  romantik  millətçilik  ənənəsinə  xasdır,  çünki 
millətçilik  təkcə  real  düşüncə  ilə  qidalanmır,  ona  daha  parlaq  cazibə  qüvvəsi 
vermək  üçün  palitranın  müxtəlif  boyalarından  (rənglərindən)  istifadə  edir. 
Linkolnun şəxsiyyətinin təsvirinə gəldikdə, əgər antiəfsanələrə yol verilsəydi, bu, 
Amerikanın  keçmişi  ilə  ölkənin  sonrakı  günlərinin  uyğun  gəlməməsini  əks 
etdirərdi.  Həm  də,  tarixi  şəxsiyyətlərin  ölçüsü  heç  də  müasir  dünyanın 
standartlarına  və  tələblərinə  uyğun  gəlmir.  Bir  məsələni  də  unutmaq  olmaz  ki, 
hansısa şəxs əfsanəyə çevrildikdə onun tərcümeyi-halı hər dəfə təzədən yazılır.  
Həqiqətən  də,  Linkoln  öz  dövrünün  olduqca  böyük  adamı  idi  və  bəlkə 
də,  bir  əsr  sonra  prezident  seçilə  bilməzdi.  Kamil  olmayan  və  kənd  təsərrüfatı 
sərhədində,  təcrid  olunmuş  bir  cəmiyyətdə  böyüməklə  o,  öz  iradəsinin  gücü  ilə 
həmin  mühitdən  çıxmağı  bacarmışdı.  Onun  pionerlik  (ABŞ-da  Qərbi  ilk 
məskunlaşdıranlara «pioner» deyilir) təcrübəsi də Linkoln üslubunda görülən kimi 
qalmışdı. İlk bir imkan düşən kimi o, fermerlikdən, kəndlilikdən hüquqşünaslıqla 
və  siyasətlə  məşğul  olan  şəhər  adamına  çevrilmişdi.  Tezliklə  o,  hər  iki  sahədə 
tədricən uğur qazandı. Onun davranışı və yaxşı hissiyyatı fəaliyyətinə göstəriləcək 
etimadı  ilhamlandırırdı.  O,  qızğın  işləməyə  alışmışdı  və  məsələnin  bilavasitə 
özəyinə nüfuz  etmək  kimi  nadir  qabiliyyətə  malik  idi.  O,  şamın  alovunu küləyin 
əsdiyi  istiqamətdə  tutmağı  da  bacarırdı,  elə  bil  ki,  bu  onun  taleyi  və  həyatının 
mənası idi. Hər şeydən əvvəl Linkoln ingilis dilindən istifadədəki ustalığı ilə özünü 
üzə çıxarmışdı, onun ilhamlı danışığı dövrün ibarəli danışığı ilə kəskin əkslik təşkil 
edirdi.  Dili  səfərbərliyə  ala  bilməsi  prezident  seçilmək  üçün  onu  yarışa  girməyə 
cəsarətləndirmişdi, baxmayaraq ki, o, son bir dekadanın çox illəri ərzində heç bir 


131 
 
ictimai vəzifə tutmamışdı və senatorluğa nail olmaq üçün hətta seçkilərdə məğlub 
olmuşdu.  
Geniş mənada götürüldükdə, Linkoln öz təbiəti etibarilə islahatçı deyildi. 
Lakin onun müharibədəki qələbədən sonra ölkəni birləşdirmək planı, məğlub olan 
Cənuba  yumşaq  münasibət  timsalı  olmaqla  yanaşı,  islahat  yaradıcılığından  xəbər 
verirdi. O, quldarlığa nifrət etsə də, Konstitusiyada onun ləğv edilməsi barədə heç 
bir yol göstərilmədiyindən, bunu həll etmək üçün milli siyasəti hazırlamağa diqqət 
verirdi.  Ona  bir  şər  institutu  kimi  yanaşırdı,  quldarlığın  yayılmasının  qarşısını 
almağa çalışırdı və «bütöv ölkə»yə aid olan bir günü nəzərdə tuturdu. Bir prezident 
kimi onun birinci vəzifəsi, heç şübhəsiz, Birliyi xilas etmək idi. O, elə bir hüquqa 
malik  deyildi  ki,  bu  müharibəni  quldarlığa  qarşı  səlib  yürüşünə  çevirsin.  Çünki 
belə  hərəkət  həmçinin  Birlik  uğrunda  vuruşmağa  xüsusi  ehtiyacın  olduğu 
amerikanların çoxunu bu taleyüklü işdən uzaqlaşdıra bilərdi. Beləliklə, Linkolnun 
təklif  etdiyi  Azadlıq  Proklamasiyası  həm  Konstitusiya  tələblərinə,  həm  də  siyasi 
səbəblərə görə sırf hərbi tədbir kimi gündəliyə çıxarılmalı idi. 
Bu  sənəd,  əslində,  müharibəni  sosial  inqilaba  çevirdi.  Müharibə  isə 
milləti irqi uyğunlaşmanın yeni problemi ilə üz-üzə qoymuşdu. Linkoln dövrünün 
nəsli bu  məsələnin həlli üçün biliyə və  mənəvi resurslara malik deyildi. Problem 
onu narazı salmırdı və Linkolnun yenidənqurma proqramı buna az diqqət yetirirdi. 
Linkoln təkid edirdi ki, qaralar İstiqlaliyyət Deklarasiyasının təminat verdiyi bütün 
hüquqlara  yiyələnsin.  O  çalışırdı  ki,  ağ  amerikanların  irqi  məsələ  barədəki 
qorxusunu  sakitləşdirsin  və  o,  ölüm  ərəfəsində  israr  etməyə  başlamışdı  ki,  azad 
olunan qaralara siyasi sistemdə hökmən yer verilsin. Həm də o, öz həmvətənlərinin 
məhdud düşüncəyə malik olduğunu bildiyindən, iki irqli cəmiyyət kimi Birləşmiş 
Ştatların  gələcəyi  barədə  müəyyən  qədər  pessimist  idi.  Qul  problemi  irqi 
uyğunlaşma kimi daha çətin problemdən ayrı saxlansa, bunun daha effektli olacağı 
barədə onun mühakiməsi, güman ki, düzgün idi. Əlbəttə ki, quldarlıq Linkoln və 
onun müasirlərinin əksəriyyəti üçün daim ən böyük məsələ idi.  
Linkoln  nəzakətli  adam  idi,  lakin  hər  şeyi  sınaqdan  keçirmək  istəyirdi. 
O, yaxşı düzəldilmiş kağız dəstəsini papağının içində saxlayırdı. O, özünü vicdanlı 
Eyb  adlandırırdı,  bir  sıra  böhran  anlarında  belə,  onun  nəzakətliliyi,  adamların 
ləyaqətinə  həssaslıqla  yanaşması,  hər  kəsə  öz  təmiz  vicdanının  güzgüsündə 
baxması faktları buna əyani misal ola bilər.  
Onu  öz  ətrafında  olanlardan  bir  cəhəti  də  fərqləndirirdi.  Bu  adamların 
üzləri  təmiz  qırxıldığı  halda,  Linkoln  saqqal  saxlayırdı.  O,  sifətinin  kəskin 
cizgilərini  yumşaltmaq  üçün  saqqal  saxlamışdı  və  nəhayət,  bu  qaydada  bir 
prezident kimi görünəndə, millət tərəfindən əsl Abraham Ata kimi qəbul edilmişdi. 
O, ABŞ tarixində ilk saqqallı prezident idi.  
Linkolnun  ABŞ  tarixi  üçün  nəhəng  şəxsiyyət  olduğuna  şübhə  etmək, 
Yerin Günəş ətrafında fırlanmasını inkar etməyə bərabər olardı. Lakin XXI əsrin 
əvvəllərində zövqlərin dəyişilməsi hətta tarixi dəyərlərə münasibəti dəyişdirməyə, 
dəqiq  deyilsə,  korlamağa  da  səbəb  olur.  Bunun  utandırıcı  nümunəsini  Linkolnun 
siyasi  fəaliyyət  məkanı  olmaqla,  vətəni  saydığı  İllinors  ştatının  iqtisadi  mərkəzi 
olan  Çikaqoda  da  görürük.  Bu  şəhərin  mərkəzi  meydanında  məşhur  amerikan 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə