Din və məhəbbət – faciələrə aparan ziddiyyət


İnauqurasiya və ilk prezidentlik günləri



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə62/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   58   59   60   61   62   63   64   65   ...   102

146 
 
İnauqurasiya və ilk prezidentlik günləri 
 
 
1861-ci  ilin  4  martında  Prezidentin  yaxınları  artıq  sübh  tezdən 
oyanmışdılar ki, sevincli anın şahidi olsunlar. Elələri də var idi ki, bu təntənənin 
matəmə çevrilməsini arzu edirdi. Onlar Kapitoliyə getməyə hazırlaşırdılar ki, orada 
Qoca Eybin güllə atəşi ilə qətlə yetirilməsini müşahidə etsinlər. Onlardan biri 19 
yaşlı  Devid  Herold  idi,  dörd  il  sonra  isə  o,  Con  Uilkis  Butun  sui-qəsdçilər 
dəstəsinə qoşulacaqdı. 
30  milyon  amerikalı  bu  günə  xüsusi  diqqət  verirdi.  Şəhər  qorxulu 
şayiələrlə  dolu  idi.  Deyirdiər  ki,  Prezident  Kapitolidə  atəş  həmləsinə  məruz 
qalacaqdır.  Ya  da  ki,  Prezident  inauqurasiya  balında  oğlurlanıb,  Virciniyadakı 
Lonq  Bric  (Uzun  Körpü)  ətrafına  götürülüb  girov  saxlanacaqdı.  Bu  şayiələr 
həyəcanı gücləndirməyə bilməzdi. 
Kapitoliyə  getməyə  hazırlaşan  Linkoln  yaşlı  prezident  Byukenenlə 
görüşdü və hərarətlə onun əlini sıxdı. Byukenen dedi:  
– Mən buradayam ki, ser, Sizi Kapitoliyə müşayiət edim.  
– Nəzakətinizə görə Sizə minnətdaram, mister Prezident.  
Onlar  bu  vaxt  qol-qola  tutaraq  «Uilyard»  hotelinin  qarşısında 
dayanmışdılar.  
Artıq  təntənəli  mərasim  başlanmışdı.  Kapitolinin balkonunda  mərasimə 
başçılıq edən qoca marşal bəyan etdi:  
–  Vətəndaş  dostlar!  Mən  sizə  Birləşmiş  Ştatların  seçilmiş  Prezidenti 
Abraham Linkolnun təqdim edirəm.  
Seçkidə  uduzmuş  Demokrat  namizəd  Stefen  Duqlas  irəli  əyilib 
Linkolnun şlyapasını aldı, o, minnətdarlıqla gülümsəyərək şlyapasını ona verdi.  
Linkoln açıq havadakı kütləyə müraciət etdi:  
– Birləşmiş Ştatların vətəndaş sirdaşları, hökumətin özü kimi köhnə olan 
adətə müvafiq olaraq, Sizin qarşınızda mən qısaca müraciət edəcəyəm və Birləşmiş 
Ştatların Konstitusiyasında yazılmış andı Sizin iştirakınızla içəcəyəm.  
Baş hakim, 83 yaşlı Rocer Taneyin, o, Konstitusiyanın özündən bir neçə 
yaş böyük idi, yanında dayanan Prezident onun dediklərini təkrar edib and içirdi: 
«Mən,  Abraham  Linkoln  təntənəli  qaydada  and  içirəm  ki,  Birləşmiş  Ştatların 
Prezidenti vəzifəsini sədaqətlə və özümün ən yaxşı qabiliyyətimlə icra edəcəyəm». 
O, sonra öz bəyanatını dilə gətirdi: «Birləşmiş Ştatların Konstitusiyasını qoruyub 
saxlayacaq, mühafizə və müdafiə edəcəyəm». Bunu bəziləri, müharibəyə başlamaq 
bəyanatı kimi başa düşdü. 
Prezident  və  missis  Linkoln  inauqurasiyadan  sonra  təşkil  edilən  balda 
pavilyonun  mərkəzində  dayanmışdılar.  Onlar  yan-yana  duranda  bir  qədər  komik 
cütlük kimi görünürdülər, o, çox uzun, qadın isə çox gödək idi. Ona görə də Meri 
icazə  vermirdi  ki,  fotoqraflar  onları  yan-yana  çəksinlər.  Meri  senator  Stefen 
Duqlasla rəqs edirdi, ona vaxtilə evlənməli olan adamın qolları arasında idi. İndiki 
prezident  isə  onun  əri  idi.  İnauqurasiya  balının  səhərisi  günü  ruh  nisbətən  aşağı 
düşdü.  Linkolnun  Konstitusiyanın  sözünü  sitat  gətirəndə,  onun  ruhunu  yada 


147 
 
salmadığına  görə  ondan  narazılıq  edənlər  də  var  idi.  Həm  də  bir  sual  adamları 
maraqlandırırdı – quldarlığı dəstəkləməkdə onu dəstəkləmək olarmı? 
Bu  vaxt  xarici  siyasətdə  də  bəzi  problemlər  mövcud  idi.  İspaniyanın 
Cənubi Amerikadakı, Fransanın isə Meksikadakı təsiri təşviş doğurmaya bilməzdi. 
Monro doktrinasını (bu Doktrina 1823-cü ildə bəyan edilməklə, onunla çıxış edən 
prezident  Ceyms  Monronun  adını  daşıyırdı)  köməyə  çağırmaqla  və  Cənub 
ştatlarının  köməyi  ilə  quldarlığın  yarımkürənin  bütün  cənub  yarısına 
genişləndirməyin mümkün olduğunu düşünənlər də var idi.  
Ən  ciddi  məsələ  isə  ölkənin  parçalanması  təhlükəsi  idi  və  bu,  artıq 
reallaşırdı.  Prezident  vəzifəsini  öz  üzərinə  götürən  Linkolnun  qarşısında  nəticəsi 
bilinməyən  belə  bir  ağır  böhran  dayanırdı.  Şimalın  və  Cənubun  diqqəti  Çarlston 
limanında  yerləşən  Fort  Samterdə  cəmləşdi.  Bu  fort  hələ  də  qurulurdu,  mayor 
Robert  Andersonun  başçılığı  altında  Birləşmiş  Ştatlar  qoşunlarının  qarnizonu 
hesab olunurdu. Konfederasiya artıq ona iddia edirdi. Narahatlığı irəlicədən görən 
Linkoln  hələ  Sprinqfilddə  olanda  Birləşmiş  Ştatlar  ordusunun  baş  komandanı 
Uinfild  Skottdan  məxfi  qaydada  tələb  etdi  ki,  «inauqurasiyadan  sonra  fortları  ya 
qoruyub saxlamağa, ya da köçürməyə hazır olsun».  
İnauqurasiya nitqində o, buna işarə edərək demişdi: «Mənə həvalə edilən 
vəzifə mülkiyyəti və əraziləri saxlamaq, istifadə etmək və onlara sahib olmaq üçün 
hökumətə məxsus olan resurslardan və ianələrdən istifadə edəcəkdir». 
Nitqinin axırına yaxın orada olmayan cənublulara xitabən müraciət etdi: 
«Siz özünüzü təcavüzkar etməsəniz, heç bir münaqişəyə malik olmayacaqsınız».  
Administrasiyanın,  hökumətin  tərkibini  də  vaxt  itirmədən  həll  etmək 
lazım idi. Uilyam Syuard prezidentin təşkil etdiyi kabinetdə Dövlət katibi, Selmon 
Çeyz isə maliyyə naziri təyin edildi. Linkoln siyasəti öz əlinə götürdü. Syuard heç 
bir ay keçməmiş, ona hökumət üçün konturları cızılan memorandum təqdim etdi. 
Linkoln dərkənar qoydu ki, əgər bunlar edilməlidirsə, onu etməliyəm. Bu, o demək 
idi ki, Linkoln prezident səlahiyyətlərini özü icra edəcəkdir, bu vəzifəyə kiminləsə 
şərik olmasına onun ehtiyacı yoxdur.  
 
 
 
 
Fort Samter və Vətəndaş müharibəsinin başlanması 
 
 
Vəzifəsinə  başladıqdan  az  sonra  Linkoln  Samter  qarnizonundan  mesaj 
aldı  ki,  ərzaqla  təmin  olunmasalar  və  ya  köçürülməsələr,  qısa  müddətdə  acından 
öləcəklər.  Linkoln  hərəkət  etməyi  bir  aylıq  müddətə  təxirə  saldı.  Ona  bu  məsələ 
barədə bir-birinə zidd olan məsləhətlər verilirdi.  
Linkoln  düşünürdü  ki,  əgər  müharibə  başlasa,  təbii  olaraq  orduları 
qaldırmaq,  gəmilər  qayırmaq  lazım  gələcəkdir.  Vahid  ölkədə  birləşmək  prinsipi, 
həm də əgər ABŞ Fransa və İspaniya ilə müharibəyə girsə, bütün amerikalılara öz 
təsirini göstərəcəkdir.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə