Din və məhəbbət – faciələrə aparan ziddiyyət


partiya daxilində onun namizədliyinə mane olmaq üçün olan hərəkata ünvanlanmış



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə71/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   67   68   69   70   71   72   73   74   ...   102

164 
 
partiya daxilində onun namizədliyinə mane olmaq üçün olan hərəkata ünvanlanmış 
bir siqnal idi. O, tam sakitliklə hərəkatın yatmasını gözləyirdi, lakin partiya pis bir 
şəkildə  bölünmüşdü.  Rəqib  Respublikaçı  kimi  Con  Frimont  ayrılmış  qrup 
tərəfindən  namizəd  göstərilmişdi  və  hələ  də  cəbhədə  idi.  Aparıcı  radikallar  söz 
vermişdilər  ki,  əgər  Linkoln  mühafizəkar  Poçt  naziri  general  Montqomeri  Blerin 
istefasını  qəbul  etsə,  onlar  Frimontun  öz  namizədliyini  geri  götürməsinə  nail 
olacaqlar.  Frimont  namizədliyini  geri  götürdü  və  Bler  istefaya  getdi.  Partiya  bu 
vaxt 1864-cü il seçkiləri üçün yenidən birləşdi.  
1860-cı  ildə  olduğu  kimi,  1864-cü  ildə  də  Linkoln  öz  seçki 
kampaniyasının baş strateqi idi. O, çox şey etdi ki, əsgərlərin və dənizçilərin çoxu 
mümkün  qədər  ona  səs  versin.  Uniformada  olan  vətəndaşların  çoxu 
Respublikaçılara  səs  verdi.  O,  xeyli  populyar  üstünlüklə  –  55%-lə  Demokrat 
opponenti general Makklellanın üzərində qələbə çalıb, yenidən prezident seçildi. 
1864-cü ildə Demokrat platforması barışığa çağırırdı. Sülh Konfransı və 
Demokratlar  kimi,  görkəmli  Respublikaçılar  da  Linkolndan  tələb  edirdilər  ki, 
Konfederatın sülh təkliflərinə razılıq versin. O, açıq məktubunda öz şərtlərini elan 
etdi:  
«İstənilən  təklif  sülhün  bərpasını,  bütöv  Birliyin  inteqrasiyasını  və 
quldarlığın ləğv edilməsini əhatə edir və bunlar indi o hakimiyyətdən gəlir ki, o, 
müharibədə  Birləşmiş  Ştatlara  qarşı  ordulara  nəzarət  edir  və  nəzərdə  tutur  ki, 
Birləşmiş Ştatların icraedici orqanı tərəfindən bu həyata keçirilsin və həmin təklif 
digər  substansional  və  ikinci  dərəcəli  nöqteyi-nəzərlə  liberal  şərtlərlə 
qarşılaşacaqdır».  
 “Müharibə  qulları  azad  etməyi  davam  etdirməlidir”  barədəki  onun 
mövqeyinə, hətta yenidən birləşmə qalib gəldikdən sonra da mühafizəkarlar etiraz 
etdikdə, Linkoln belə cavab verdi: «Mənə bu, düz olan kimi gəlir, yenidən birləşmə 
və  quldarlığı  tərk  etmə  dedikdə,  nəzərə  alınmalıdır  ki,  bu  təklif  edilsə,  o  demək 
deyildir ki, daha heç nə edilməyəcəkdir və ya az şey gözləniləcəkdir».  
Vaxtilə Viqlərin bütü olan Henri Kley yeganə siyasətçi idi ki, nə vaxtsa 
Linkolnu  dinləyib,  onu  bir  natiq  və  moralist  kimi  tanımışdı.  Linkoln  vaxtilə 
xəbərdar etmişdi ki, indi qul olanların hamısı qul olaraq qalacaqdır, lakin onların 
uşaqları yaşa dolduqca azad olacaqlar. Təkcə bir nəsil ərzində bu dəhşətli institut 
sona  çatacaq  və  qul  sahibləri  çətinliklə  şikayətlənməli  olacaqlar  ki,  onların 
mülkiyyəti  qəsb  edildi.  Abolyutsionistlər  isə  qul  sahiblərinə  qarşı  zorakılıq 
törədəcəkləri ilə hədələyirdilər.  
Linkoln özünün yenidən prezident seçilməsindən sonra Konqressə ilkin 
müraciətində dedi:  
«Sülhün  sadə  vəziyyətini  elan  edəndə,  mən  düşünürdüm  ki,  sadəcə 
deyim  ki,  müharibə  dövlətin  bir  hissəsində  qurtaracaqdır,  ancaq  həmin  vaxt  onu 
başlayanların tərəfində də başa çatacaqdır». 
3  fevral  1865-ci  ildə  o,  özü  buxar  gəmisi  ilə  gəlib,  Konfederat 
komissionerləri  ilə  Hamilton  Rodda  (Hamilton  çubuğu)  görüşdü.  O,  vəd  etdi  ki, 
Cənub müharibəni qurtarsa, barışanlarla liberal münasibətdə olacaqdır.  


165 
 
Lakin  həm  də  yenidən  birləşməyi,  hər  bir  sülh  barışığı  üçün  ilkin  şərt 
kimi təkid etdi. Özünün ikinci inauqurasiya müraciətində isə öz siyasətini məşhur 
sözlərdə  təcəssüm  etdirdi:  «Heç  kəsə  qarşı  qəzəblə  davranılmayacaq,  hamıya 
mərhəmət  göstəriləcəkdir».  Onun  şərtləri  nə  Konfederat  liderlərini,  nə  də  radikal 
Respublikaçıları  razı  salmadı  və  beləliklə,  məlum  oldu  ki,  Konfederasiyanın 
məğlubiyyəti olmadan heç bir sülh mümkün deyildir.  
Müharibənin  sonunda  məğlub  olmuş  Cənub  üçün  Linkoln  siyasəti 
özünün bütün detallarında heç də aydın deyildi, baxmayaraq ki, o, buna inanmaqda 
davam edirdi. Başlıca məsələ «ayrılmış adlanan ştatların bərpa edilməsi», onların 
Birliklə «düzgün praktiki əlaqələrinin mümkün olduqca çox tezliklə yaranmasıdır». 
Bütün region üçün o, dini və ümumi plana malik deyildi. 11 aprel 1865-ci ildəki 
son çıxışında dediyi kimi, «belə böyük xüsusilik» hər bir ştata məxsusdur və «belə 
mühüm və qəflətən geriyə gedən dəyişikliklər» zamandan zamana  meydana çıxır 
və «belə yeni və təkrarı olmayan» elə bir bütöv problemdir ki, bu barədə «heç bir 
müstəsna və sarsılmaz plan» təhlükəsiz qaydada əvvəlcədən yazıla bilməz. 
O,  müharibə  ərzində  özünün  on  faizlik  planını  Luiziana  və  Tennessiyə 
bənzər  ştatlara  hörmət  əlaməti  olaraq  yeni  hökumət  tərəfindən  qəbul  edilməsini 
təklif edirdi. Virciniya və Şimali Karolinayaya bənzər ştatlara isə hörmət əlaməti 
kimi  o,  müharibədən  sülhə  keçmək  üçün  köhnə  qiyamçı  qubernatorlardan 
müvəqqəti  olaraq  istifadə  edilməsinə  hazır  olduğunu  bildirmişdi.  O,  “yadların” 
(«xalça  heybəlilərin»-  kənardan  ştat  rəhbərliyinə  gələnlər  belə  adlanırdı)  Cənubu 
idarə etmək üçün təyin edilməsinə zidd çıxırdı. O, ümid edirdi ki, cənublular özləri 
yeni ştat hökumətini formalaşdıranda müəyyən yol tapacaqlar ki, ağlar və zəncilər 
«tədricən  bir-biriylə  köhnə  münasibətlərdən  uzaqlaşmaqla,  birgə  yaşayacaqlar  və 
hər ikisi yenilik üçün daha yaxşı hazırlanacaqlar». 
Linkoln Yenidənqurmaya praqmatik yanaşırdı, təkid edirdi ki, cənublular 
təslim olduqda Birliyə gələcəkdə loyallıq vəd etsinlər və öz qullarını azad etsinlər. 
Linkoln  bütün  cənublulara  amnistiya  verilməsini  nəzərdə  tuturdu.  Bu  şərtlə  ki, 
seçicilərin  onda  biri  konstitusiyaya  sədaqət  andı  içsin  və  o  yerlərdə  qul  sahibliyi 
ləğv olunsun. O, bərpaya nəzarət üçün hərbi qubernatorlar təyin etdi. Onlardan ən 
cəsarətlisi Endryu Conson idi. O, Tennessidə loyal hökumət yaratdı və bu işi onu 
1864-cü  ildə  Respublikaçıların  bileti  (partiyanın  namizəd  siyahısı  ilə)  vitse-
prezidentliyə namizəd olmağa gətirib çıxardı. 
Azad adam üçün təhsil proqramı Linkolnun düşüncəsinə görə, özlərinin 
yeni statusuna onları hazırlamaq üçün mühüm şərtdir. O, həm də güman edirdi ki, 
bilavasitə  zəncilərə  verilən  səs  onların  «müəyyən  müddətə  ən  bacarıqlılarına  və 
xüsusən  elələrinə  ki,  onlar  bizim  cərgəmizdə  igidliklə  vuruşmuşlar,  yeni  imkan 
verilməsi olacaqdır».  
Yenidənqurma məsələsinə görə, Linkoln partiyasından olan ekstremistlər 
1865-ci ildə bir il əvvəl olduğundan daha uzağa gedən bir mövqedə dayanmışdılar. 
Bəzi  radikallar  Cənubun  hərbi  işğalı  müddətini  uzatmağı  tələb  etməyə 
başlamışdılar.  O,  Virciniyanın  qiyamçı  qanunvericiliyinin  toplanmasına  verdiyi 
icazəni  geri  götürdü  və  Cənub  ştatlarının  hərbi  işğalı  barədə  Stenton  sxemini 
prinsip  etibarilə  bəyəndi.  14  apreldə  Kabinetin  iclasından  sonra  Baş  prokuror 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə