Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə79/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   75   76   77   78   79   80   81   82   ...   102

181 
 
Prezidentə  su,  generallara  və  admirala  isə  viski  gətirdilər.  Onlar  qələbə  şərəfinə 
sağlıq dedilər.  
9  apreldə  saat  16.30-da  general  Qrantdan  raport  gəldi:  “General  Li 
özünün Şimali Virciniya ordusu ilə mənim irəli sürdüyüm şərtlər əsasında təslim 
oldu”. Linkoln dedi: «Bizim işimiz başa çatdı».  
Appamattoksun  məhkəmə  binasında  Konfederat  qoşunları  özlərinin 
təslim  olması  barədə  aktı  imzaladı.  Dörd  il  davam  edən  müharibə,  ölkənin 
aqoniyası  başa  çatdı.  Şimal  qələbə  çalmış,  Cənub  bütünlüklə  məğlub  olmuşdu. 
Birlik bərpa olunacaqdı və ölkəni indi yenidənqurmanın o qədər də asan olmayan 
problemləri  gözləyirdi.  Lakin  qələbə  sevincini  Prezident  Linkoln  başda  olmaqla 
bütün şimallılar yaşayırdılar, Cənub isə qatı matəm içərisində idi. 
Başa  çatan  Amerika  Vətəndaş  müharibəsi  qeyri-adi  qanlı  mübarizə 
olmaqla XX əsrdə baş verəcək total müharibələrin müjdəsi idi. 600 mindən artıq 
əsgər  həlak  olmuşdu.  Dörd  il  müddətində  Şimalın  Birlik  ştatları  özlərinin  fövqəl 
qüvvələrini  səfərbərliyə  almış  və  tədricən  Cənubun  Konfederat  qüvvələrini 
darmadağın etmişdilər. Birliyi xilas etmək üçün başlayan müharibə bir qədər sonra 
həm də quldarlığa qarşı müharibəyə çevrilmişdi. 
 
 
Linkolnun təşviş doğuran yuxusu 
 
Abraham Linkoln bu vaxt yatırdı və ölüm yuxusunu görürdü. Qəflətən o, 
qeyri-təbii qaydada yuxudan oyandı, gözlərini qaranlığa saçdı. 
Bir müddət bilmək istədi ki, görən, o, ölü ola və qəbirdə uzana bilərdimi. 
Sonra  o,  Merinin  otağına  keçdi,  lakin  arvadı  orada  yox  idi.  Dəhliz  də  boş  idi. 
Linkoln əsgərlərin birinin yanından keçdi, onlar otağa girişi mühafizə etmək üçün 
durmuşdular. O soruşdu:  
– Ağ Evdə kim ölmüşdür?  
Əsgər dedi:  
– Prezident. 
Bu adam ona elə baxırdı ki, elə bil ki, o, görünən adam deyildir:  
– O, qatil tərəfindən öldürüldü.  
Sonra  katafalkanın  yanında  olan  qadın  qəflətən  qışqırdı.  Linkoln  öz 
çarpayısında yuxudan oyandı. Onun sifətini tər basmışdı. O bilmək istədi ki, görən, 
bu  nə  deməkdir?  Bu,  mən  idimmi,  yoxsa  başqası  idi?  Yuxular  gələcəyin  əksinə 
olurmu  və  ya  yeni  qaydada  baş  verir?  O,  uzun  müddət  qaranlıqda  uzanıb, 
təəccüblənməyini davam etdirdi.  
Cümə  günü  1865-ci  ilin  14  aprel  səhəri  saat  11-də  Kabinetin  iclasında 
iştirak  edirdi.  Oğlu  Robert  Linkolnun  portretini  adamlara  göstərirdi.  İndi 
radikallarla yeni müharibə gözlənilirdi. Linkoln buna yalnız güldü:  
–  General  Qrant,  general  Şerman  və  general  Şeridan  mənimlədir. 
Konqressin onlara qarşı nəsə etməyə hazırlaşdığını mən görə bilmirəm.  
Prezident  yuxusunu  Kabinetlə  müzakirə  edirdi.  Bu,  təəccüblüdür  ki, 
Köhnə  və  Yeni  Vəsiyyətdə  (Bibliyada  və  İncildə)  yuxular  nə  qədər  tez-tez 


182 
 
xatırlanır.  Otaqdakılardan  biri  dedi  ki,  indiki  vaxtda  yuxu  qələbənin  və  ya 
məğlubiyyətin əlaməti ola bilməz. Çünki müharibə başa çatmışdır. Linkoln dedi:  
– İndiyədək az sayda qiyamçı sərbəst olaraq qalır. 
Stenton Prezidentin Birliyi yenidən qurmaq barədəki planını təqdim etdi. 
Linkoln əlavə etdi:  
–  Bu,  əlbəttə,  bizim  üzləşdiyimiz  böyük  problemdir,  nə  qədər 
mümkünsə,  ona  tez  baxmalıyıq.  Bu  da  bir  faktdır  ki,  Konqress  dekabrda  geri 
qayıdacaqdır.  Biz  doqquz  aya  malikik.  Bu  müddətdə  yeni  Birliyə  doğüş 
verməliyik.  
Linkoln  bildirdi  ki,  indi,  müharibə  qurtaranda  o,  qanlı  bir  iş  görmək 
istəmir. Heç kəs gözləməməlidir ki, mən çox sayda adamın, hətta onların ən pisinin 
də edam edilməsində və ya öldürülməsində iştirak edəcəyəm.  
Syuardın oğlu Fred soruşdu:  
– Cefferson Devis də daxil olmaqla? 
«Hə»  deyə  Linkoln  cavab  verdi.  Qiyam  liderləri  ölkəni  tərk  etsələr, 
Prezident, yəqin ki, buna peşman olmayacaqdır. Mən onların ölkədən getmələrinə, 
ümumiyyətlə, peşman olmayacağam.  
Linkolnun arvadı ərinin yenidən seçilməsinə sevindiyi kimi, perspektivin 
qısalığına görə xeyli qayğılanırdı. Meri ərinə dedi ki, ikinci müddətin qurtarmasına 
vur-tut  dörd  il  qalır.  Mən  cavan  olanda  bu  müddət  əbədilik  kimi  görünürdü.  İndi 
isə heç nədir. Dörd həftə, dörd gün. Zaman – çayın suyu üzərindəki qar lopası kimi 
suya  dönür.  Keçmişə  keçir.  Linkoln  arvadına  dedi  ki,  hər  şey  qurtarandan  sonra 
mən  Qərbə  getmək  istəyirəm.  Kaliforniyanı  və  Sakit  okeanı  görmək  istəyirəm. 
Arvadı isə bildirdi ki, mən də Avropaya getmək istəyirəm. Mən Parisi görməliyəm. 
“Orada  da  ayaqqabıdan  tutmuş  şlyapaya  qədər  hər  şeyi  alacaqsan”  deyən  ərinə 
cavab verdi ki, mən orada çox şey alacağam. Sonra soruşdu:  
– Biz harada yaşayacağıq?  
– Sprinqfilddə. Başqa harada?  
Meri dedi:  
– Ata, indi sən Sprinqfilddə necə yaşaya bilərsən?  
– Mən başqa nə etməliyəm ki? Mən 61 yaşında olacağam. Dolanmaqdan, 
qazanc əldə etməkdən ötrü axı mən nəsə etməliyəm. Qanun da belə nəzərdə tutur.  
Meri öz fikrini söylədi:  
– Onda Çikaqoda yaşayaq.  
Orada o, əvvəlcədən bir yaxşı ev də nəzərdə tutmuşdu.  
Podaqradan Linkolnun sifəti həbsxanadan yenicə çıxmağa icazə verilmiş 
adamın  sifətinə  bənzəyirdi.  Lakin  qələbəyə  görə  o,  özünü  xoşbəxt  hesab  edirdi. 
Həm də o, son vaxtlar çox arıqlamışdı, yeməkdən də imtina edirdi. Əynindəki sadə 
paltarı da onun böyük bədənindən asılmış kimi görünürdü.  
 
 
Linkolna sui-qəsd günü 
 
 


183 
 
14  apreldə,  qələbədən  beş  gün  sonra  Meri  teatra  getmək  üçün  paltarını 
dəyişməyə  yollandı.  Artıq  getmək  vaxtı  idi.  Linkoln  Merinin  əlini  sıxıb  dedi  ki, 
yaxşı  olar  ki,  mən  getməyim.  Axı  vaxtilə  dul  qadın  da  bədbəxt  hadisənin  baş 
verəcəyi  barədə  onları  xəbərdar  etmişdi.  Arvadı  isə  teatra  getməkdə  təkid  edirdi, 
bunu səbəb gətiriridi ki, bu aktrisa Laura Kiinnin son gecəsidir, bizə görə tamaşada 
çıxış edir.  
Linkoln  faytona  oturanda,  Çikaqodan  gəlmiş  dostuna  «xudahafiz»  dedi 
və əlavə etdi:  
– İsaak, məni bağışla, biz teatra gedirik. Sabah səhər gəl, görüşək.  
İşıqlandırılmış  teatrın  qarşısında  mister  Fordun  cavan  qardaşı  onları 
gözləyirdi. Tamaşa artıq başlanmışdı.  
Publika  Prezidenti  və  general  Qrantı  salamlamağa  başladı,  lakin  lojada 
təkcə Prezident görünürdü və o, öz kürsüsünə oturdu.  
Saat  10-da  atlanmış  və  silahlanmış  But,  Devid  Herold  və  Peyn  küçədə 
idilər. Butun işarəsi ilə Devid və Peyn Syuardın evinə yolandılar. But isə geri, Ford 
teatrına gedən alleya ilə atını çapdı. But sonra teatrın qarşısında gəzməyə başladı 
və teatrın dəhlizinə girdi. Qapıçıya əlini yelləyib dedi ki, ümid edirəm ki, mənim 
bilet almağımı gözləməyəcəksən. Qapıçı cavab verdi ki, əlbəttə ki, yox. 
But sonra pilləkənlə paltar dairəsinə (paltar saxlanan yerə) qalxdı. Polis 
nəfəri  öz  postunda  deyildi.  Bu,  gözləmədiyi  halda  onun  bəxtinin  yaxşı  gətirməsi 
idi. But qapını açdı və vestibüldən lojaya daxil oldu. Prezident onun qabağında  – 
bir  neçə  addımlığında  idi.  Prezidentdən  sağda  missis  Linkoln  oturmuşdu,  ondan 
sonra isə divanda cavan cütlük oturmuşdu.  
Tamaşaçılar səhnədə baş verənlərə gülüşəndə, But sağ tərəfdəki cibindən 
kiçik iriçaplı tapançanı, sol tərəfdəki cibindən isə uzun iti xəncərini çıxartdı. 
Meri  dirsəyini  Linkolnun  qoluna  söykəmişdi.  Sonra  o,  özünü  düzəldib, 
ərinin qulağına nəsə pıçıldadı:  
– Görən, miss Harris sənə söylədiklərim barədə nə düşünür?  
Əri dedi:  
– O, bu barədə heç nə düşünmür. 
Bu  an  beş  fut  məsafədən  But  Prezidentin  başının  arxa  tərəfinə  tək  bir 
atəş  açdı.  Linkoln  səsini  çıxarmadan  kürsüdə  dala  əyildi  və  onun  başı  sol  tərəfə 
düşdü. Meri Buta tərəf yox, ərinə tərəf döndü. 
Mayor  Ratbon  özünü  Butun  üstünə  atdı,  But  xəncərini  qaldırdı  ki,  bu 
cavan oğlanın düz ürəyinə vursun. Lakin mayorun əli xəncərin tiyəsini kənarlaşdıra 
bildi.  But  miss  Harrisin  arxası  tərəfdən  irəliləyəndə,  qız  qışqırdı,  But  isə  lojanın 
məhəccərindən tullandı. O, səhnədə dayanıb, dramatik qaydada xəncəri tamaşaçılar 
qarşısında  yelləyirdi,  bu  vaxt  latın  dilində  qışqırdı:  «Sic  semper  tyrannis»  – 
«Tiranlara  belə  olur».  Bu  sözlər  Virciniya  ştatının  gerbində  yazılmışdı.  Mayor 
lojadan atəş açdı. But tamaşaçılara qışqırdı:  
– Bu adamı dayandırın! 
Lojada Meri ayaq üstə durub qışqırırdı. Miss Harris onu sakitləşdirmək 
istəyirdi.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə