Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə76/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   72   73   74   75   76   77   78   79   ...   102

174 
 
Ancaq o düşünürdü ki, Nyu York ştatında uduzacaqdır. Ağ Evin işçisi ona dedi ki, 
artıq  seçkidə  qalib  gəlmisən.  Syard  Prezidentə  dedi  ki,  onlar  sənə,  həmçinin 
orduya, Birliyə, özlərinə, son dörd ildə gördükləri işə və bütün öz həlak olanlarına 
loyallığını nümayiş etdirirlər. 
Linkoln şampan qədəhini qaldırıb dedi:  
–  Mənə  səs  verdiklərinə  görə  şərəf  duyuram.  Şərəf  duyur  və 
təəccüblənirəm.  
Linkoln  üç  ştatda  –  Nyu  Cersidə,  Delaverdə  və  Kentukkidə  də  qalib 
gəldi. O, yarım milyon səs çoxluğunu qazandı, beləliklə, yenicə aydın olan kimi, 
artıq əvvəlki tək azlığın deyil, çoxluğun prezidenti idi. İllinoys ona 25 min artıq səs 
qazandırmışdı,  onun  doğma  qraflığında  isə  Makklellan  irəlidə  idi.  Özünün 
doğulduğu Kentukki ştatında da Makklellana uduzdu. O, belə izah etdi ki, bu, onu 
göstərir ki, mən az populyaram. Nevadada o, zəfər qazandı.  
Bir qədər əvvəl, 23 avqust tarixli bir sənəddə yazmışdı ki, belə görünür 
ki,  administrasiya  yenidən  seçilməyəcəkdir.  Linkoln  deyirdi  ki,  mənim  vəzifəm 
ondan  ibarət  olmalı  idi  ki,  seçki  ilə  inauqurasiya  arasındakı  dövrdə  seçilmiş 
Prezidentlə qüvvəni birləşdirib, Birliyi xilas edim. Güman edirdi ki, bir həftə əvvəl 
namizədliyi irəli sürülən Makklellan seçkini udacaqdır. Linkoln bu qərara gəlmişdi 
ki,  əgər  o,  udacaqsa,  mən  ona  deyəcəyəm  ki,  bax  dörd  aydan  sonra  sən  vəzifəni 
götürəcəksən.  O  vaxta  qədər  mən  hakimiyyəti  icra  etməliyəm,  bu  dövrdə  sən 
ölkənin  etibarını  qazanmalısan.  Beləliklə,  qoy  biz  birlikdə  bütün  qoşunları 
qaldıraq, bunu isə biz bacararıq və birlikdə bu müharibəni başa çatdıraq.  
Linkoln ştatlardan seçkinin nəticəsi barədə xəbərləri əldə etdikdən sonra 
dedi ki, beləliklə, mən yeni müddətə prezident olacağam. Bu yerdə, haranı ki, mən 
düşünürdüm, deməli, axırıncı Avqust olacağam.  
Qoca  siyasi  xadim  Frensis  Bler  Linkolna  demişdi  ki,  mən  bir  vaxtlar 
Cefferson  Devislə  yaxşı  münasibətdə  idim,  Riçmonda  (Konfederatın  Virciniya 
ştatındakı  paytaxtı)  getmək,  onunla  danışmaq  istəyirəm.  Mən  istəyirəm  ki,  bu 
müharibə qurtarsın, sona çatsın. Mən onu inandıracağam ki, sülh bağlasın, Birliyə 
qayıtsın  və  fransız-Habsburq  qüvvələrinin  (Fransa  və  Avstriya  imperiyalarını 
nəzərdə  tutur)  Meksikadan  qovmaq  üçün  bizə  birləşsin.  Riçmondda  bu 
haramzadalar  mənim  evimi  qarət  etmiş,  bütün  sənədlərimi  götürmüşlər.  Mən 
istəyirəm  ki,  onları  geri  alam,  Devis  bunu  başa düşəcəkdir.  O,  mənim  Riçmonda 
gəlməyimə icazə verəcəkdir. Bu vaxt mən ona öz planımı danışacağam.  
Linkoln ah çəkib dedi:  
–  Gözlə,  Savanna  yıxılana  qədər.  Onda  mənim  yanıma  gəl,  mən  sənə 
təhlükəsiz keçid verəcəyəm və ya bəlkə də, Qrant artıq orada olacaqdır. Quldarlıq 
məsələsi  də  həmin  vaxt  həll  olunacaqdır.  Mən  Konqressdən  xahiş  etmişəm  ki, 
quldarlığın  birdəfəlik  və  bütünlüklə  ləğv  olunması  barədə  Konstitusiyaya  düzəliş 
edilsin.  Bunlar  həyata  keçəndə,  mister  Devis  yaxşı  və  ya  pis  olmasından  asılı 
olmayaraq, özünün harada dayandığını biləcəkdir. 
Linkoln  Cənub  ştatları  haqqında  demişdi  ki,  onlar  yenidən  Birliyə 
birləşsələr, onların qulları azad olacaqdır – mənim tərəfimdən azad olacaqlar, özü 
də bir hərbi zərurət kimi. 


175 
 
Artıq  Linkolnun  seçildiyinin  səhəri,  cümə  günü  Senat  Selmon  Çeyzi 
yekdilliklə  Baş  hakim  təyin  etdi,  o,  bir  qədər  əvvəl  Maliyyə  naziri  vəzifəsindən 
istefaya  getmişdi.  Birləşmiş  Ştatların  hər  bir  hüquqşünası  düşünürdü  ki,  gedib 
Ceyin,  Marşallın  və  Taneyin  varisini  şəxsən  təbrik  etsin.  1801-1835  –  ci  illərdə 
Baş  hakim  işləyən  Con  Marşall  (1755-1835-ci  ilərdə  yaşamışdı)  Ali  məhkəməni 
mühüm  milli  instituta  çevirməklə  böyük  şöhrət  qazanmışdı.  Birinci  müddətə 
seçkidə  Linkolnun  rəqibi  olmuş  Çeyz  də  görkəmli  siyasətçi  və  hüquqşünas  idi. 
Qaçan qulların müdafiəsində o, xüsusi nüfuz qazanmışdı. Uzun illər senator olmuş, 
Ohayo  ştatının  qubernatoru  işləmiş,  1861–64-cü  illərdə  maliyyə  naziri  olmuş, 
Prezidentlə münasibətləri düz gəlmədiyindən istefa vermiş və bir qədər sonra Baş 
hakim  təyin  edilərək,  bu  vəzifədə  1873-cü  ildəki  vəfatına  qədər  fəaliyyət 
göstərmişdi. 
Çeyzin  Baş  hakim  vəzifəsinə  başlamasına  həsr  edilmiş  mərasimdə  o, 
kağızdan  oxuyurdu:  «Mən,  Selmon  P.Çeyz  təntənəli  sürətdə  and  içirəm  ki, 
Birləşmiş Ştatların Baş hakimi kimi kasıba və varlıya bərabər və dəqiq ədaləti icra 
edəcəyəm». 
 
Linkonun Konfederat rəhbərliyinin nümayəndələri ilə görüşü 
 
Linkoln  öz  şərtləri  əsasında  sülhün  bağlanmasına  Konfederat 
rəhbərliyindən razılıq almaq üçün, onlarla görüşmək təşəbbüsündə bulundu. Yalnız 
öz qulluqçularının müşayiəti ilə “River Queen” (“Çay Kraliçası”) buxar gəmisinin 
göyərtəsində olanda, gəmi 3 fevral 1865-ci ildə Potomak çayı üstündəki Hamilton 
Rodda  lövbət  saldı.  Gəmi  sahibi  Prezidenti  salamladı,  Syuard  və  mayor  Elner  də 
onunla görüşdülər. Prezident dedi ki, biz tam  məxfilik şəraitində yola düşmüşük, 
təkcə «Nyu York Herald» qəzeti bilir ki, mən buradayam. Sonra əlavə etdi ki, qoy 
səhər yeməyindən sonra birinci məsələni deyim və Syuarda tərəf döndü:  
–  Mən  yalnız  ona  görə  buradayam  ki,  bunu  mənə  general  Qrant  təkid 
etmişdi. 
 Syuard  cavabında  bildirdi  ki,  belə  görünür  ki,  Cefferson  Devis  bu 
adamlara sərbəst əl verməyə hazırdır.  
Linkoln isə öz mülahizəsini bildirdi:  
–  Onlar  Birliyin  qanunlarını  və  quldarlığın  ləğv  edilməsini  qəbul 
etməlidirlər.  Əgər  onlar  bunu  etsələr,  müharibə  başa  çatacaqdır  və  mən 
çalışacağam ki, qul sahiblərinə dəyən ziyan ödənilsin.  
Syuard:  
–  Qoca  mister  Bler  düşünür  ki,  onlar  bununla  razılaşacaqlar.  Mən  isə 
belə düşünmürəm.  
Linkoln  əlavə  etdi  ki,  onlar  guya  bizim  iki  ölkənin  müharibədə  olması 
barədə  mister  Devisin  yaratdığı  mifdə  inadkarlıq  edirlər.  Bizim  müharibənin  isə 
yeganə  niyyəti  vahid  ölkə  olduğumuzu  nümayiş  etdirmək  idi.  Onlar  quldarlıq 
məsələsinin həll edilməsinə yol verməyəcəklər.  
Sonrakı  günün  səhəri  Amerika  Konfederat  Ştatlarının  Vitse-prezidenti, 
keçmiş  görkəmli  konqressmen  Aleksandr  Stefens,  Birləşmiş  Ştatların  Ali 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə