Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə74/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   70   71   72   73   74   75   76   77   ...   102

170 
 
qələbələri barədə mətbuata xəbər verirlər. Əlavə etdi ki, Qrant məni ilhamlandıran 
kimi, mən də onu ilhamlandıracağam.  
Qrant qoşun başçılarını seçməkdə də uğurlu hərəkət edirdi. O, divizion 
komandirliyinə  bir  bacarıqlı  zabiti  məsləhət  görmüşdü.  Bu,  Filip  Şeridan  idi. 
Syuard  onu  uşaq  adlandırmışdı.  Prezident  isə  demişdi  ki,  yox,  oğlandır  və  bizim 
axtardığımız oğlandır. Qrant onu ən yaxşı süvari zabiti kimi təqdim etmişdi. 
General  Mid  isə  Prezidentin  məsləhətinin  əksinə  gecə  hərbi  şura 
çağırmışdı ki, bundan sonra nə etmək lazım olduğunu komandirlərindən soruşsun. 
Linkoln bu vaxt Midi Makklellanla müqayisə etdi və Syuard belə bir qənaətə gəldi 
ki, bu, Midin sonunun başlanğıcıdır.  
Bundan  bir  qədər  əvvəl  baş  verən  hadisələr  Midin  necə  böyük  səhv 
etdiyini açıq şəkildə göstərir. Gettisburqda döyüş 1863-cü ilin iyulunun ilk üç günü 
ərzində  keçdi.  4  iyulda  yağan  leysan  yağış  bütün  ərazini  suya  basdı  və  Federal 
qüvvələrə onsuz da məğlub olan general Li Cənuba geri çəkilməyə məcbur oldu. 
Stixiya da federalların xeyrinə öz mərhəmətli işini görmüşdü. Birliyin bu qələbəsi 
Konfederasiyanın xarici dövlətlər tərəfdən tanınması perspektivinə bütünlüklə son 
qoydu.  
Təbiətin döyüşə, müharibəyə müdaxiləsi bəzən gözlənilməyən nəticələrə 
səbəb  olur,  hətta  məğlubiyyət  qarşısında  olan  ordunu  qalibə  çevirir,  bəzən  isə 
müdafiə  olunanı  məğlubiyyətdən  xilas  edir.  1812-ci  ildə  ingilislər  Vaşinqtonu 
tutanda  Ağ  Evi  və  Kapitolini  də  oda  vermişdilər.  Prezident  Ceyms  Medison 
paytaxtdan  qaçmağa  məcbur  olmuşdu.  Bu  vaxt  başlanan  tufan,  leysan  yağış  və 
tornado  ingilisləri  ABŞ  paytaxtını  tərk  etməyə  məcbur  etmişdi,  amerikalıların 
biabırçı məğlubiyyətinin isə qarşısını almışdı. 
B.e.ə. 216-cı ildəki Kann döyüşündəki nəhəng qələbədən sonra Karfagen 
sərkərdəsi  Hannibal  Romaya  hücum  etməyə  tələsməmiş,  vaxtı  uduzmuş,  bir 
müddətdən sonra Roma ətrafında hərbi düşərgə salıb, ona hücuma hazırlaşanda üç 
gün davam edən leysan yağış onu bu fikirdən daşındırmış, o, orduya geri çəkilmək 
əmrini vermişdi. Sonra  o, öz qoşunu ilə birlikdə vətənə dönməli olmuş və 201-ci 
ildə isə Karfagen ağır məğlubiyyətə uğramışdı.  
Rus  qışı  və  şaxtası,  bunu  Qərbdə  çox  vaxt  «general  qış»  və  “general 
şaxta”  adlandırırlar,  Napoleonu  ağır  əzablara  düçar  etməklə,  Rusiyadan  qaçmağa 
məcbur etmiş və onun ordusunun yalnız 30 mini və ya 5 faizi vətənə dönə bilmişdi. 
Hitlerin  «blitskriq»  –  «ildırımsürətli  müharibə»  planı  baş  tutmadıqda,  Rusiyanın 
sərt  qışı  alman  ordusunu  bütünlüklə  məğlubiyyətə  aparan  dəhşətli  səhnələrlə 
üzləşdirmişdi.  
Gettisburqda  da  təbiət  general  Liyə  belə  gözlənilməyən  «hədiyyə» 
vermişdi. Özünün məğlub olmuş ordusu ilə o, Potomak çayının yanına gəldi. Onun 
arxasında Federal ordu dururdu. Bu, göydən düşən bir tələ idi. Balıq tora salınsa, 
oradan  çıxa  bilməzdi.  Konfederat  ordusunun  xilas  olması  mümkün  deyildi  və 
Linkoln  bunu  başa  düşürdü.  Allahın  göndərdiyi  əla  imkan  yaranmışdı,  Linin 
ordusunu  əsir  götürmək  və  elə  o  saatca  müharibəni  qurtarmaq  olardı.  Belə  bir 
ümidlə  sevinən  Linkoln  general  Midə  əmr  etdi  ki,  hərbi  şura  çağırmağa  vaxt 


171 
 
itirmədən cənublulara bilavasitə hücum etsin. Öz əmrini o, teleqrafla verdi, sonra 
xüsusi kuryer də göndərdi ki, təxirəsalınmaz tədbirlər görülsün.  
Bəs  general  Mid  nə  etdi?  O,  əmrin  tam  əksinə  hərəkət  etdi.  Linkolnun 
əmrini  pozub,  şura  çağırdı  və  qətiyyətsizlik,  əslində,  qorxaqlıq  göstərib,  vaxtı 
nəhayətsiz qaydada uzatdı, müxtəlif bəhanələrlə hücum etməkdən tam imtina etdi. 
Bir  qədər  sonra  çayda  suyun  səviyyəsi  endi  və  cənubluların  ordusu  Potomakı 
keçib,  tələdən  xilas  ola  bildi.  General  Midin  bu  vaxt  baş  verən  belə  sərkərdəlik 
«qabiliyyəti»  Birliyin  müharibəni  başa  çatdırmasına  mane  olan  ciddi  bir  faktor 
kimi  özünü  göstərdi.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Mid  sonralar  qətiyyətlə 
vuruşmuş, qəti qələbənin qazanılmasına öz töhfəsini vermişdi. 
Linkoln qəzəblənmişdi, oğlu Robertə dedi ki, onlar, demək olar ki, bizim 
əlimizdə  idilər,  azacıq  cəhd  kifayət  idi  ki,  hər  şey  başa  çatsın.  Lakin  mənim 
dediklərim  və  etdiklərim  ordunu  yerindən  tərpədə  bilmədi.  Belə  şəraitdə  hər  bir 
general  Lini  məğlub  edə  bilirdi.  Mən  özüm  ora  ketsəydim,  onu  darmadağın 
edərdim. 
  
Alicənablıq və vicdanlılıq Linkolnun təbiətindən irəli gəlirdi 
 
Çox əsəbiləşən Linkoln Midə göndərmək üçün məktub yazdı. Həyatının 
bu dövründə o, çox mülayim, ifadələrində isə təmkinli idi. Ona görə də məktub nə 
qədər  yumşaq  tərzdə  olsa  da,  ən  ciddi  töhmətə  bərabər  sayıla  bilərdi:  «Əziz 
general! Güman edirəm ki, Siz Linin geri çəkilməsi ilə meydana gələn bədbəxtliyin 
miqyasını təsəvvür edə bilmirsiniz. O, demək olar ki, bizim əlimizdə idi və bizim 
bu yaxınlardakı digər uğurlarımızla yanaşı, onun ordusunun tutulması müharibəyə 
son qoyardı. Siz keçən bazar ertəsi Liyə hücum etmək istəmədiniz, indi Siz bunu 
necə  edəcəksiniz,  axı  artıq  o,  çaydan  cənubdadır.  Siz  isə  onda  malik  olduğunuz 
həmin  qüvvənin  2/3-ni  özünüzlə  götürə  bilərsinizmi?  Ağılsızlıq  olar  ki,  ümid 
edəsən və mən bunu gözləmirəm ki, Siz indi çox şeyə nail ola bilərsiniz. Siz əla 
imkanı əldən verdiniz, bununla da xüsusilə ordunu ruhdan saldınız».  
Bəs  Linkolnun  məktubunu  aldıqda  o,  nə  etdi?  Məsələ  ondadır  ki,  Mid 
heç vaxt bu məktubu görmədi, çünki Linkoln onu göndərməmişdi. Linkoln öləndən 
sonra məktub prezidentin yazıları arasında tapıldı.  
General Midin qorxaqlığı, uğur vəd edən hücumdan imtina etməsi kəskin 
məzəmmətə, bəlkə də, cəzaya layiq idi. Axı Li məğlub edilsəydi, müharibə 1 il 9 
ay  əvvəl  başa  çatardı,  xeyli  az  qan  tökülərdi.  Lakin  Linkolnun  alicənablığı, 
başqasının  ləyaqətinə  hədsiz  hörmətlə  yanaşması  Midin  adi  məzəmmət  edici 
sözlərdən də kənarda qalmasına şərait yaratmışdı. 
Linkoln bütün məsələlərdə öz vicdanlılığını qoruyub saxlayır, özünə isə 
heç  nədə  güzəştə  getmirdi.  O,  özünün  təmiz  vicdanı  ilə  öyünə  bilərdi.  O, 
cavanlığında da vicdanlılığı ilə başqalarından seçilirdi. O, ehtiyac zəminində də öz 
xarakterinin  nəcibliyindən  irəli  gələn  hərəkətlər  edirdi.  Bir  dəfə  1839-cu  və  ya 
1840-cı  ildə  gözəl  bir  qızla  tanış  olmuş,  qız  onun  nə  işlə  məşğul  olduğunu 
soruşduqda o, səmimi cavab vermişdi. Qız bir qədər etirazdan sonra onun istəyini 
məmnun  etməklə  razılaşmışdı.  Linkoln və  qız  ehtiras  alovlarını  söndürdülər.  Hər 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə