«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə44/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   40   41   42   43   44   45   46   47   ...   122

 
98 
gəni «erməni çarı Paruyr» kimi tərcümə edirlər.
 84
 Göründüyü kimi, hay və 
alban tarixçiləri Ermən bölgəsinin ilk hökmdarı//caniĢini olan adamı saqa-
soylu sayır, sonrakı əksər tədqiqatçılar da bunu quĢqusuz qəbul edir, ancaq 
haydilli qaynağı orijinaldan oxuya bilməyən bəzi azər tarixçiləri dirənib ki, 
bu adam hay-ermənidir. M. Xorenatsinin Mada hökmdarının adını Varbak 
(Ərbəg) kimi yazması isə Ktesidən gələn və Kesariyalı Yevsevinin, Siçi-
liyalı Diodorun təkrar etdiyi bir gələnəkdir. Saqa-qamər boylarının Kiçik 
Asiya və Azərbaycanda at oynatdığı bir çağda onların yardımı ilə 612-də 
Asur dövləti üzərində qələbə çalan Mada elbəyi Ərbəg (=Kiaksar) subar 
və mitan-ermən boylarının yaĢadığı keçmiĢ Urartu torpağında adı hələ ki 
heç bir qaynaqda çəkilməyən, tarixi olaylarda görünməyən bir xalqa (hay-
lara) necə hökmdar təyin edə bilərdi?  
 Əlbəttə, Mada elbəyi Ərbəyin ölkənin quzey bölgələrində iç və dıĢ 
oğuzlar kimi, Van gölünün quzey-batısında yerli və gəlmə türk boylarının 
qovuĢduğu Ərmən adlanacaq bu Urartu bölgəsində bir saqa bəyi Paruyru 
bölgə bəyi təyin etməsi gerçək olay sayıla bilər, lakin bunun haylara heç 
bir aidiyəti yoxdur. Mada tarixi üzrə tanınmıĢ uzman Ġ. M. Dyakonov yazır 
ki, vaxtilə Q. A. Kapantsyan, B. B. Piotrovski və baĢqa tarixçilər hətta bu 
Paruyr bəyin məĢhur saqa elbəyi Partatua (Prototi) ola biləcəyi fikrini irəli 
sürmüĢlər.
85
 
Beləliklə, m.ö. 
612
-də Van gölü yaxasında Parur bəyin yönətimi ilə 
yaranan və haylara heç bir aidiyatı olmayan bu bəylik yalnız 90 il sonra 
əhəmənilər çağında «Ermən vilayəti» adlanır. Sonralar xristianlığın yaran-
dığı  çağlarda  Suriyanın  quzey-batısından  buraya  sızan  hay  tayfalarının 
gəliĢinə  qədər bölgədə əsasən armi (ermən), urmu, qaĢqay, subar-mitan, 
saqa-qamər türk boyları və qafqazdilli urartu boyları yaĢayırdı.  
Fərat
 
çayının yuxarı axarıda Murad-suyun yaxaları ilə
 
Van gölünün 
quzey-batı  tərəfində  yerləĢən  Ermən  bölgəsi  Mada  dövlətindən  sonra 
dalbadal Pers  (Əhəməni), Makedoniya-Selevki, türkmən-ərsaq soylu Part, 
Rum-Bizans, Ġran (Sasani), ərəb xilafəti, daha sonra Səlcuq və XX əsrin 
əvvəlinə  qədər  Osmanlı  imperiyasının,  sonra  da  bugünə  qədər  Türkiyə 
dövlətinin ərazisi olmuĢdur. Adı çəkilən dövlət və imperiya hökmdarları 
bura təyin etdikləri satrap və ya caniĢinlərə bəzən qonĢu bölgə və ölkələrin 
də  idarəçiliyini  verirdi.  Bu  da  müəyyən  çağlarda  Ermən  ölkəsinin  etnik
 
                                                 
84
 Хоренаци, I, XXII ; Kalankatlı, I. III;  Алб.Т, 1993,16. 
85
 Дьяконов, 1956, 352. 


 
99 
baxımdan
 
deyil,
 
siyasi-inzibati ərazi baxımından geniĢ əraziləri əhatə edən 
ölkə  (caniĢinlik)  statusu  ilə  tanınmasına  səbəb  olurdu.  Səid  Nəfisi  qeyd 
edir  ki,
 
«Xilafət  zamanı  ərəblər  Aran  torpağını  Qafqazda  fəth  etdikləri 
baĢqa  nahiyələrə  birləĢdirərək,
 
ona  Ərməniyə,  yəni  Ermənistan  adı  verdi-
lər».
86
 «Böyük Ərməniyə» ifadəsi də belə yaranmıĢdır.
  
Beləliklə,
 
Ermən ölkəsinin tarixini izləyə-izləyə gəlib
 
yeni eranın qa-
pısında
 
dayandıq.
 
Bura  qədər  deyilənlərə  kiçik  özət  verib,  sonra  Ermən 
ölkəsinin «haylaĢma» məsələsinə qayıdaq: 
1)  Fərat
 
çayının  yuxarı  axarında  m.ö.  III  minildən  X
 
əsrə  qədər 
subar-mitan, arada hurri-mitan, X-VIII əsrlərdə isə Urartu ərazisi olan və 
VII  əsrdə  saqa-qamər  boylarının  məskunlaĢdığı  Ermən  ölkəsinin  əhalisi 
əsasən türk (subar, armi-mitan, saqa-qamər) və hurri-urartu boyları idi. 
Bu bölgə VII əsrin sonundan Mada dövlətinin, VI əsrin ortalarından isə 
Əhəməni
 
dövlətinin əyaləti idi.
 
Selevkə qədər buranı zaman-zaman urartu, 
saqa, mada, sonra ərsaq və pers kökənli satraplar idarə etmiĢlər. 
 
2) Makedoniyalı Ġskəndərin Ön Asiyaya yürüĢündən sonra Əhəmə-
ni sülaləsinin hegemonluğuna son qoyuldu və artıq III əsrin baĢında Pers 
imperiyasının  yerində Selevki hökmranlığı  yarandı. Yalnız III Antioxun
 
(m.ö. 
223-187
) romalılara məğlubiyətindən sonra Ermən ölkəsi Romadan 
asılı iki vilayətə bölündü.
 
Böyük Tiqranın vaxtında bu vilayətlər qısa müd-
dətdə (20 il) vahid mərkəz - baĢkənd Tiqranakertdən idarə olunsa da, az 
sonra yenə də batıda romalılardan, doğuda ərsaqlardan asılı vassal bölgə-
lərə çevrildi.  
3)  Miladdan
 
sonra
 
Səlcuqların  gəliĢinə qədər Ermən  ölkəsi  zaman-
zaman Ərsaq, Sasani, Bizans, Xilafət (Ərəb) dövlətlərinin əyaləti olmuĢ-
dur.  Bu  çağlarda  Ermən  əyalətinə  təyin  edilən  caniĢinə  həvalə  olunmuĢ 
fəaliyət  məkanından  asılı  olaraq,  ölkənin  adı  siyasi-inzibati  ərazi  kimi  
gah böyümüĢ, gah da kiçilmiĢdir. Herodotun vaxtında «Böyük Armeniya»  
uzunluğu 310 km olan bir ölkə idi, hətta onun doğu qonĢusu olan Matien 
ərazisi uzunluğuna görə 
(750 km)
 ondan ikiqat artıq idi (Herodot, 
V.
 
52
). 
                                                 
86
 Няфиси, 1990, 26.  
    Ərmən adının etnik anlamda deyil, belə siyasi-inzibati və coğrafi anlamda süni Ģəkildə 
geniĢlənməsi 1828-də də olmuĢdur. Həmin ilin martında rus çarı I Nikolayın imzaladığı 
fərmana əsasən Ġrəvan xanlığı ilə Naxçıvan xanlığını birləĢdirib «Armyanskaya oblast» 
(Erməni vilayəti) adlandırdılar. Döğrudur, bütöv Güney Qafqazda Gürcü-Ġmeret və Kaspi 
Quberniyaları  yaranana  qədər  Armeniya  vilayəti  inzibati  ərazi  kimi  cəmi  12  il  mövcud 
oldu, lakin onun əks-sədası bugünə qədər hayların qulağında uğuldayır. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə