«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə47/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   43   44   45   46   47   48   49   50   ...   122

 
104 
rakı  əsrlərdə  bu  regionda  gedən  xristianlaĢma  dövrünə  aiddir.  Protohaylar 
Arme-Subar  bölgəsində  yaĢadıqları  bir  neçə  əsr  ərzində  hurri-subar  kul-
turu  ilə  formalaĢıb,  hay  xalqına  çevrildiyi  çağlarda  quzey  qonĢuluqdakı 
Ermən ölkəsi ilə sıx əlaqə qura bilmiĢdilər. Görünür, saqa-qamər boyları 
Ermən  ölkəsindən  Azərbaycana  çəkildikcə  hayların  bir  hissəsi  boĢalan 
bölgələrə keçib, orada məskunlaĢmıĢdır. Ona görə də, sonrakı əsrlərdə Er-
mən ölkəsindəki haylar da erməni adlanmıĢlar.  Xristianlığı burada qəbul 
edən hay-ermənilər artıq sasanilər çağında Qafqazın bəzi güney-batı böl-
gələrində görünməyə baĢlayır. Erməniyə ölkəadının Urartu//Ararat adı ilə 
dolaĢıq salınması isə Bibliyada RRT yazılıĢının yanlıĢ oxunuĢu ilə ortaya 
çıxmıĢdır.
96
 
Bibliyanın bu hissələri yazıya köçürülən
 
çağlarda Subar bəyliyinin 
dağılmasından bir əsr vaxt keçmiĢdi və artıq Urartu dövləti də yox idi, 
burada ölkənin adı gələnəksəl ədəbi priyom kimi iĢlənmiĢdir. Belə ki, 
Ararat  (Urartu),  AĢkenaz  (Saqa)  və  Minni  (Mana)  çarlıqlarının  adı  son 
dəfə  Bibliyada 
593
-də  çəkilir  (Yeremiya, 
51,  27
)  və  bu  çağda  həmin 
ölkələr artıq Mada dövlətinin əyalətləri idi. Bundan da bir neçə əsr sonra 
(m.ö.  III-II)  Bibliyanı  yunan  dilinə  çevirənlər  buradakı  Ararat  (Urartu) 
adını Armeniya adı ilə əvəz etdikləri kimi, bundan da 7-8 əsr sonra «hay 
tarixinin  atası»  M.
 
Xorenatsi
 
də  görünür
 
iki  müxtəlif  mənbədən  istifadə 
etdiyi  üçün  Sinaxxeribin  Armeniyaya  qaçan  oğlanlarının  adını  bir  yerdə 
Adramel və Sannasar, baĢqa bir yerdə Adramel və Arqamozan kimi verir 
və bəzi hay soyunun onlardan törədiyini yazır: 
97
 
         «O öz oğlanları
 
Adramel və Sannasar tərəfindən öldürüldü, bundan 
sonra  onlar  Armeniyaya  qaçdılar.  Bizim  ərdəmli  soybabamız  Skayordi 
onlardan  birini
 
-
 
Sannasarı
 
Asuriya
 
sərhədinə
 
yaxın
 
bizim
 
yurdun  güney-
doğusunada
 
yerləĢdirdi.
 
Onun törəmələri çoxalıb Sim adlanan dağı bürüdü.  
...  Arqamozan  isə  həmin  ərazidən  güney-doğuda  məskunlaĢdı.Tarixçi 
deyir ki,
 
Artsruni və Genuni soyu onun törəmələridir.
 
Məhz bu səbəbdən 
biz burada
 
Sennaxirim
 
haqqında söhbət açdıq.
 
Həmin
 
tarixçi
 
deyir ki,
 
Anqeğ 
evi Haykın hansısa nəvəsi Paskamdan törəmiĢdir» 
(I. XXIII).
 
                                                 
96
 Və vaqe oldu ki, öz tanrısı Nisrokun evində ibadət edərkən Adrammelek və ġaretsar onu 
qılıncla vurdular; və Ararat diyarına qaçdılar (II Çarlar, bar. 19, 37 və Ġsayi, bar. 37, 38). 
97
 
Həmin olayı  «Sasunlu David» eposu belə verir ki, Bağdadda oturan Sinekerim adlı 
Ģahın Sanasar və Bağdasar adlı iki oğlu gecə ikən qaçıb hay hökmdarı Tevadorosun ya-
nına gəlir, bu da ona 300 ailə verir və bu əhali Sasun adlı yeni yaĢayıĢ məskəni salır. 


 
105 
Göründüyü kimi, bu mənbələrdə bəzi hay boylarının Van hövzəsin-
də  məskunlaĢması tarixi  qaçqın asur Ģahzadələri  ilə əlaqələndirilir. Hər 
halda, sonrakı çağlarda da tanınmıĢ hay-erməni sülalələri (Mamikon, Baq-
rat,  ArĢak, Smbat və  b.)  doğudan  gələn  türk,  ərsaq  (part)  soylu  bəylərin 
və güney-batıdan gələn aramey, yəhudi nəslidir. Artıq V əsrdən hayların 
«qədim» və «böyük tarix» axtarıĢları vüsət alır. Halbuki elə həmin əsrdə 
M. Xorenatsi  yazırdı  ki, çox vaxt  baĢqalarının hakimiyəti  altında  yaĢa-
mıĢ haylar kiçik və azsaylı xalqdır.
98
 Hovanes
 
Drasxanakertsi (
XI əsr
) də 
Parura
 
qədər
 
Hayk
 
ölkəsində yadellilərin hakim olduğunu deyir.
99
 Lakin 
Parur bəyin və ondan sonrakıların da hay soyundan olmadığını yuxarıda 
gördük. 
Hayların öz soykökünü Ermen patroniminə bağlama səbəbini izah 
edən  V.  Ġ.  Nikonov  yazır  ki,  ilkin  mənası  çoxdan  unudulmuĢ  bəzi  etno-
nimlər  patronim  təsəvvürü  oyatdığı  üçün  onlar  mifik  «soybabası»  adını 
törədir və bu hal, sadəcə, mənası bilinməyən adları mifik surətlərə çevirib 
izah
 
etmək cəhdidir:
 
«Bir xalqın iki
 
-
 
hay və armen
 
-
 
adından onun əfsanə-
vi soy baĢçıları Hayk və oğlu Armenak haqqında miflər yarandı».
100
 Hay-
ların  mənĢəyi haqqında müxtəlif  əfsanələr vardır ki, bunlardan biri də 
Strabon tərəfindən  yazıya alınmıĢdır. Guya Yunan ərazisində olan Fes-
saliyadakı  Armeniya  Ģəhərinin  sakini  Armen  Yason  ilə  Armeniya  ölkə-
sinə gəlir və  «Ġskəndərin  yürüĢündə iĢtirak etmiĢ  Farsallı Kirsil və  Lari-
salı Midiy təsdiq edirlər ki, Armeniya onun adı ilə adlanmıĢdır».
101
 Əgər 
Yasonun səfər yoldaĢının adı Armen olsaydı belə, Ərmən ölkəsinin onun 
adı ilə adlana bilməsi üçün tarixi səbəb yox idi, ancaq bu əfsanədə bir hə-
qiqət varsa, o da hay-yunan əlaqəsinə dolayı iĢarədir. Strabon bir-iki belə 
əfsanəni xatırladandan sonra yazır:
 
«Bunlar keçmiĢ nağıllar idi. Daha yeni hekayə isə pers hökmranlığı 
dövründən  baĢlayaraq,  sonrakı  çağları  ta  bizim  dövrümüzə  qədər  olan 
olayları əhatə edir ki, bunu da qısaca belə söyləmək mümkündür. Arme-
niyaya öncə perslər və  makedoniyalılar sahib oldu, bundan sonra Suriya 
                                                 
98
 
«И хотя мы народъ не великий, и весьма ограниченный числом, и немогущест-
венный  силою,  и  часто  находившийся  подъ  чужим  владичеством;  однако  и  в 
нашем отечестве много совершено подвигов мужества, достойных воспомина-
ния…» (Хоренаци, 31).
 
99
 Дьяконов, 1983, 162. 
100
 Никонов, 1970, 19. 
101
 Страбон, 449. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə