«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə63/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   59   60   61   62   63   64   65   66   ...   122

 
136 
qədim  perslər  gəlmiĢlər.  Bütün  bu  gəlmələr  fonunda  subar  türklərinin 
xeyli hissəsi buradan getmiĢdir.  
Araz. Azərbaycanın əsas çaylarından birinin adı olan bu hidronim 
hələ  qədim  çağlardan  tarixçilərin  diqqətini  çəkmiĢ,  onun  etimologiyası 
və  coğrafi  koordinatları  üzərində  böyük  mübahisələr  aparılmıĢdır.
213
 Bu 
da səbəbsiz deyildir. Çünki Arazın coğrafi ölçüləri qədim Alban, Ərmən, 
Atropaten
 
sınırlarının,
 
saqa boylarının ilkin Atayurdu probleminin düzgün 
yozumu üçün böyük önəm daĢıyır.
 
Azər xalqının tarixi coğrafiyası Arazla 
sıx bağlı olduğu kimi,
 
onun  gerçək  tarixi-coğrafi  koordinatları  prototürk 
etnosunun ilkin yurd probleminə də iĢıq tutur. 
Öncə qeyd edək ki, türk hidronimikası  «gəzəyəndir», eyni çayadı 
bir-birinə yaxın və çox uzaq bölgələrdə ortaya çıxır, çünki türk boyu get-
diyi yerlərdə etnik yaddaĢını ətrafındakı coğrafi obyektlərə verib yaĢadır. 
Araz hidronimi də bu sistemdən kənarda qalmayıb, ona görə də, müxtəlif 
bölgələrdə ona rast gəlmək olur. Araz adı teonim, etnonim və toponim, 
kimi də iĢlənmiĢdir:
  
Urartu panteonunda
 
Araza, asur-urartu yazılarında
 
Urmu
 
gölündən 
yuxarıda  qədim  zəngi  boylarının  Sanqibut  bölgəsindəki  araz  apelyativi 
ilə  yaranan  xeyli  yer-yurd  adı  və  Arazu  Ģəhəri,  Həmədan
 
tərəfdə  verilən 
AraziaĢ Ģəhər-qalası, Boğazköy mətnlərində ArazaĢtiya, Arazın
 
orta axa-
rında
 
Araksena  ovalığı,  çayın  sağ  yaxasında  Arasbaran, sol
 
yaxası
 
Ağrı
 
vadisində müasir
 
Arazdəyən toponimləri; Qazax boy-soy adları  sırasında 
oraz etnonimi, kokan və jaybasar (çaybasar) boyunda oraz uruğu və bu 
uruğun tobıĢ-orazoraz-keldi soyu, Türkmən elində Araz-qöl, Dağıstan-
da Araks toponimi vardır.
214
 
Müxtəlif  Araz  çayları  olduğu  üçün  bəzi  qaynaqlar  bunları  dolaĢıq 
salır,  bəzən  də  qaynaqda  informasiyanın  qısa  olması  sonrakı  Ģərhçilərin 
səhv
 
fikir
 
söyləməsinə səbəb olur.
 
Əsas Araz çayı haqqında m.ö.VI əsrdən
 
üzübəri
 
Hekatey

Herodot

Strabon

Ptolemey

Plutarx
 

 
baĢqa  yazarların
 
                                                 
213
 Qara  MəĢədiyev  Araz  çayının  etimologiyası  haqqında  deyilmiĢ  fikirlərin  əksərini 
xülasə Ģəklində vermiĢ və bunun etnohidronim ola bilməsi ehtimalını istisna etməmiĢdir 
(Мяшядийев, 1990, 112-115). 
214
 ИНСК, 224; Övliya Çələbinin ġəki yaxınlığında qeyd etdiyi AraĢ qalası, Türküstanın 
Altın dağlarının güneyində AraĢ dağı aras sözü ilə bağlıdırsa, Arazı etnohidronim say-
maq
 
olar

lakin
 
Arazyaxası
 
toponimika
 
Arazı
 
tanrıadı kimi təqdim edir
 
(Арутюнян, 359); 
Yardımlıda Arus (Əris) kəndinin adı da diqqəti çəkir. Lakin R. Əskər bu adın ərəbcə ərus 
(gəlin) ola biləcəyi ehtimalını söylədi. 


 
137 
məlumatı
 
diqqəti
 
çəkir.  Bu
 
bəlgələrdə
 
ortaq
 
fikir  budur  ki,
 
Ermən  ölkəsin-
dən baĢlanan
 
Araz
 
çayı Azər ölkəsindən (Strabon, 
XI.
 
14.
 
3
) keçir, doğuya 
axıb Araksena bölgəsini arxada qoyur və sonra Kürə qoĢulub, Kaspiyə 
tökülür
 

 
ya Kürə qoĢulmadan bu dənizə ayrıca tökülür. Lakin qaynaqlar 
Orta Asiyadan Yunan elinə qədər bir neçə Araz hidronimi qeyd edir ki, 
bunlar da Sır-Dəryanın qolu (Arıs), Uzboy, Qızıl-üzən, Persopoldan axan 
bir çay və Ġtil (Volqa) ilə eyniləĢdirilir.
215
 
Araz  hidronimi  haqqında  məlumatı  iki  ayrı-ayrı  mənbədən  alan 
Herodot əsas Arazın coğrafi durumunu düzgün versə də, baĢqa bir yerdə 
Arazı Qızıl-üzənlə dolaĢıq salır.
216
 Strabon yazır ki, «Herodotun bu məlu-
matı
 
tamam
 
yanlıĢdır».
217
 S.  Vəliyevə  görə,  tarix  boyu  Xəzərin  səviyəsi 
bir  neçə  dəfə  enəndə  Araz  Kürdən  ayrılıb  birbaĢa  Xəzərə  axmıĢdır,  son 
dəfə 1896-da təkrarlanan bu olayın qarĢısı süni yolla alınmıĢdır.
218
  
Əsas  Arazın  coğrafi  durumu  üzərində  Strabon-Plutarx  dövründən 
baĢlanıb  hələ  də  davam  edən  mübahisəyə  vaxtilə  qoĢulan  Adam  Oleari 
ġamaxı,  Muğan,  Gilan  bölgələrində  olarkən  bu  ərazilər,
 
özəlliklə,
 
Kur-
Araz
 
hidronimləri  üzrə
 
gedən  mübahisələrə  aydınlıq  gətirmək  amacı  ilə 
mövcud
 
durumu
 
təsvir
 
edəndən
 
sonra  yazmıĢdır:
 
«Burada
 
göründüyü
 
kimi, 
qədim yazarlar bu yerlər və çayların durumu haqqında böyük səhvlər bu-
raxmıĢlar».
219
  
Araz çayı haqqında qaynaqların düzgün qavranılması olduqca
 
vacib
 
məsələdir

çünki coğrafi durumdan asılı olaraq,
 
bir çox protoazər uruq və 
boylarının, özəlliklə, saqa-qamər boylarının «ilkin yurd» məsələsi həmin 
coğrafi durumla aydınlaĢa bilir. Araz hidroniminin hansı dilə aid olması da 
                                                 
215
  Акопян, 1987,76; Велиев, 1983, 132-138; Сцмяр, 58;  
     Rusdilli  azər  tədqiqatçıları  içində  gərəkli  yazıları  ilə  seçilən  Teymur  Məmmədov 
«Azərbaycan  tarixindən  qoparılmıĢ  səhifələr»  adlı  dəyərli  silsilə  məqaləsində  Arazla 
bağlı xeyli dəqiqləĢmə aparmıĢdır (Мяммядов, 1998). 
216
 Doğu Anadolu (sasper və kolx boylarının əraziləri) ilə Xəzər arası hissədə Asiya qi-
təsinin quzey sınırı Araz çayı olduğunu deyən Herodot burada əsas Arazın coğrafi duru-
munu verir (Herodot, IV. 40), lakin Xəzərin batısındakı massaget boyları və Tomirisdən 
danıĢarkən  Qızıl-üzənlə  əsl  Arazı  dolaĢıq  salır  və  yazır  ki,  Araz  da  Qind  (Diala)  çayı 
kimi  qaynağını  Matien  dağlarından  alıb,  maneəsiz  (rusca  tərcümədə  açıqlıqdan)  keçib 
Kaspiyə tökülür (Herodot, I. 202). 
217
 Страбон, 500; Lakin Qızıl-üzənə yaxın toponimlərin tərkidində «araz» sözü vardı.  
218
 Велиев, 1983, 132-138. 
219
 ПОА, 288. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə