Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

eşitməmişdim! Əvvəlcə o səs astadan, yavaş-yavaş gəlirdi, sonradan hər bir dərin 
və nəvazişli ifadəsi adamın qulaqlarında apaydın səslənirdi. Sonra bu səs bir 
qədər də ucaldı, elə bil, kimsə tütək, yaxud da uzaqda qaboy çalırdı. Səhnədəki 
bağda elə bir titrək coşqunluq vardı ki, elə bilirdin bu səs bülbülün səsidir
oxuyur. Elə anlar olurdu ki, görürdün bu səs skripka kimi ehtirasla çığırır. Siz, 
yəqin, bilirsiniz, səs adamı necə həyəcana gətirə bilir. Sizin və Sibil Veynin 
səslərini mən heç vaxt unuda bilmirəm! Gözlərimi yumanda o səsləri eşidirəm,  
onların hər biri adama ayrı-ayrı şeylər deyir. Mən bilmirəm hansının dalınca 
gedim! Axı mən o qızı necə sevməyim, hə? Harri, mən onu sevirəm! O, mənim 
həyatımdır. Mən onu hər axşam səhnədə görürəm. O, səhnədə bir gün Rozalind
bir gün İmocen olur. Mən onu tamaşada gah İtaliyada sərdabədə ölən görürəm, 
gah da öz sevgilisinin dodaqlarından zəhəri sümürən aktrisa kimi görürəm. Mən 
onu gənc oğlan kostyumunda, qolsuz, qısa kişi paltarında, əyninə kip oturmuş 
şalvarda, başında papaq Arden meşələrini dolaşan bir aktyor kimi görürəm; o, dəli 
olur, cinayətkar kralın yanına gəlir, ona sədəfotu və acı otlar verir. O günahsızdır, 
qısqanclığın qara əlləri onun nərmənazik boğazından yapışır. Mən onu səhnədə 
hər yaşda və hər paltarda görmüşəm. Adi qadınlar kiminsə təxəyyülünün fərqinə 
varmırlar. Onlar öz zaman çərçivələrindən kənara çıxmırlar. Heç bir ovsun onların 
şəklini dəyişdirməyə qadir deyil! Onların qəlbi də bizə şlyapaları kimi aydın 
görünür. Onların heç bir sirri olmur, onları asan tapmaq olar. Onlar səhərlər 
parklarda at çapırlar, çay süfrəsi arxasında naqqallıq edirlər. Onların üzündə 
şablon təbəssüm, hərəkətlərində məlum ədalar olur. Belə qadınlar açıq kitab 
kimidirlər, onları oxumaq asandır. Amma o aktrisa! O aktrisa heç kəsə bənzəmir, 
Harri! Axı niyə mənə deməmisiniz ki, yalnız aktrisanı sevməyə dəyər? 
– Ona görə ki, mən özüm çoxlu aktrisa sevmişəm... 
– Bilirəm hansılarını sevmisiniz... Üz-gözü və saçları rənglənmiş və eybəcər hala 
düşmüş aktrisaları... 
– Niyə saçları rəngli, üz-gözü pudralı qadınları sevmirsiniz?! Onlarda hərdən elə 
füsunkarlıq olur ki!.. – lord Henri etiraz etdi. 
– Doğrusu, sizə Sibil Veyn barədə danışmağıma peşman oldum!  
– Siz mənə danışmaya bilməzdiniz, Dorian! Bütün həyatınız boyu nə 
edəcəksinizsə, mənə söyləyəcəksiniz! 
– Elədir, Harri. Görünür, siz haqlısınız! Mən sizdən heç nəyi gizli saxlaya 
bilmirəm. Siz mənim üstümdə hansısa görünməz hakimiyyətə maliksiniz. Hətta 
əgər haçansa bir cinayət törətsəm belə, birinci gəlib sizə söyləyərdim! Məncə, siz 
məni başa düşərdiniz! 
– Sizin kimi adamlar şıltaq günəş şüalarıdır, həyatımızı nura boyayır; onlar 
cinayət törətmirlər! Mənim haqqımdakı tərifə görə isə təşəkkür edirəm! Hə, indi 
davam edin.... Kibriti mənə verin, zəhmət olmasa. Təşəkkür edirəm... Deyin 
görüm, Sibil Veynlə münasibətləriniz hansı səviyyədədir? 


Dorian Qrey sıçradı və qızarıb yandı, gözləri parıldadı, dedi: 
– Harri! Sibil Veyn məlakədir! 
– Dorian, elə məlakələrə gərək toxunasan da! – lord Henri dedi, onun səsində 
qəribə pafos duyuldu. – Deyin görüm niyə acığınız tutdu? Güman edirəm ki, o qız 
əvvəl-axır sizin olacaq. Sevən adam həmişə özünü aldadır və son nəticədə isə 
başqalarını da aldatmış olur. Buna da dünyada eşq romanı deyirlər. Yəqin, siz 
artıq o qızla tanış olmusunuz, hə? 
– Əlbəttə. Onu artıq tanıyıram. Teatrda olduğum ilk gecə tamaşadan sonra qoca, 
eybəcər yəhudi mənim yanıma lojaya gəldi və mənə dedi ki, o, məni pərdənin 
arxasına aparıb həmin aktrisa ilə tanış edə bilər. Mən əsəbiləşdim və ona dedim 
ki, Cülyetta yüz illər bundan qabaq ölmüşdür və onun cənazəsi Veronadakı 
mərmər sərdabədə yatır. Qoca mənə təəccüb dolu baxışlarla baxırdı və yəqin, 
düşünürdü ki, mən çox içmişəm. 
– Bəlkə də... 
– Sonra məndən soruşdu ki, qəzetdə-zadda işləmirəm ki... Ona dedim ki, mən heç 
qəzet-filan da oxumuram. Görünür, o, çox məyus oldu və mənə dedi ki, bütün 
teatr tənqidçiləri ona qarşı tələ qururlar və onlar hamısı satqındır... 
– Bax burada o, tamam haqlıdır. Görünür, əksər teatr tənqidçiləri ucuz qiymətə 
satılırlar. 
– Elə, bəlkə, o qoca da düşünürmüş ki, həmin teatr tənqidçiləri onun cibinə uyğun 
deyillər... – Dorian güldü. – Söhbətə başımız qarışdı və bir də gördük ki, artıq 
teatrın işıqlarını söndürürlər və mən getmək istəyirdim; yəhudi mənə təkidlə siqar 
təklif etdi. İmtina etdim. Ertəsi gün axşam mən yenə teatra gəldim. Məni görən 
kimi qoca təzim etdi və bildirdi ki, mən sənətin səxavətli hamisiyəm. Qoca yəhudi 
Şekspirin ehtiraslı pərəstişkarı olsa da, xoşagələn adam deyildi. Bir dəfə hətta 
qürurla mənə söylədi ki, o, həmin bu “Bard”a1 görə düz beş dəfə müflis olub. Və 
bunu da, görünür, özünün böyük xidməti hesab edirdi. 
– Əzizim Dorian, bu, həqiqətən də, böyük xidmətdir. Əksər adamlar gündəlik 
məişət məsələlərinə görə müflis olurlar. Amma özünü poeziyaya, sənətə qurban 
verib iflasa uğramaq şərəfdir... Nə isə. Deyin görüm, ilk dəfə Sibil Veynlə nə vaxt 
danışdınız? 
– Üçüncü gecə. O, Rozalindi oynayırdı. Nəhayət, özümü saxlaya bilmədim və 
pərdə arxasına getdim. Buna qədər mən ona bir buket gül dəstəsi tulladım və qız 
mənə baxdı, hər halda, mənə elə gəldi ki, o, mənə tərəf boylandı... Qoca yəhudi 
isə məndən əl çəkmirdi... görünür, qət etmişdi ki, məni nəyin bahasına olursa 
olsun, Sibillə tanış etsin. Mən də getdim. Mən heç də onunla tanış olmaq 
istəmirdim. Sizə qəribə gəlmirmi? 
– Qətiyyən gəlmir! 
– Niyə axı, Harri? 
– Sonra deyərəm... İndi o qız barədə eşitmək istəyirəm... 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə