Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

bizi bu həqiqət yolundan sapındırır, elm isə ona görə yaxşıdır ki, orada emosiya 
yoxdur. 
– Axı bizim üzərimizə ağır məsuliyyət də düşür! – missis Vandelör söhbətə 
ürəksiz girişdi. 
– Çox ağır bir məsuliyyət! – ledi Aqata təsdiq etdi. 
Lord Henri mister Erskinə tərəf boylanıb dedi: 
– Bilirsiniz, bəşəriyyət yer üzündəki rolunu çox şişirdir. Bu, dünyanın elə ilk əsas 
günahıdır. Əgər, belə deyək ki, ibtidai insanlar gülməyi bacarsaydılar, onda tarix 
başqa cür olardı. 
– Siz məni sakitləşdirdiniz, – Hersoginya yerində qurcalandı, – hər dəfə mən sizin 
xalanızın yanına gələndə özümü günahkar hiss edirdim ki, İst Endlə maraqlanıb-
eləmirəm. Deməli, mən onun gözlərinə dik baxa biləcəyəm, qızarıb-eləmədən, 
hə? 
– Qızarmaq qadın sifətinin yaraşığıdır, hersoginya, – lord Henri vurğuladı. 
– Yalnız gənc qadının, – hersoginya etiraz etdi. – Mənim kimi qoca bir qarı 
qızaranda, əlbəttə, bu, pis əlamətdir. Eh, lord Henri, kaş yenidən cavan olmağın 
sirrini mənə deyə biləydiniz! 
Lord Henri bir qədər düşündükdən sonra soruşdu: 
– Cavanlıqda buraxdığınız ən böyük səhvi yadınıza sala bilərsinizmi, hersoginya? 
– Eh, o qədər səhv buraxmışam ki! Hansını deyim? 
– Onda o səhvləri yenə buraxın! – lord Henri ciddiləşdi. – Gəncliyi qaytarmaq 
üçün onun şıltaqlıqlarını təkrar etmək kifayətdir. 
– Nə gözəl nəzəriyyədir! – Hersoginya heyrətləndi. – Mən mütləq bunu 
təcrübədən keçirəcəyəm. 
– Bu nəzəriyyə təhlükəlidir! – ser Tomas dodaqlarını sıxaraq donquldandı. Ledi 
Aqata isə, sadəcə, başını buladı və qeyri-ixtiyari gülümsədi. Mister Erskin 
susmuşdu, qulaq asırdı. 
– Bəli,  – lord Henri davam etdi, – bu, elə həyatın ən böyük sirlərindən biridir. 
Bizim günlərdə adamların əksəriyyəti qul düşüncəsinin sürüşkən formasından 
ölür; və çox gec anlayırlar ki, həyatda bizim təəssüf etmədiyimiz yeganə şeylər 
bizim səhvlərimizdir.  
Hamı gülüşdü. 
Lord Henri isə özünəməxsus şəkildə bu fikir ətrafında oynamağa başladı; gah 
fantaziyasına güc verir, gah ortaya atdığı ideyanı istədiyi istiqamətə yönəldir, gah 
da ona min cür don geyindirib, yenidən əvvəlki parlaqlıq qatırdı; o, öz 
təxəyyülünü paradokslarla qanadlandırıb onu əlvan boyalarla daha cazibəli 
etməyə çalışırdı. Bu divanəlik ideyasının tərənnümü göylərə qalxıb fəlsəfənin 
zirvəsinə yüksəlmişdi; fəlsəfə özü gənclik eşqinə bürünmüşdü və nəşənin dəli 
avazıyla xumarlanırdı; o, ehtiraslı şərab pərisinə bənzəyirdi və sarmaşıq çələngi 
kimiydi; azıb özündən çıxaraq həyat təpələri başına dolanır, ağlı başında olan 


astagəl Silenusa1 lağ edirdi. Faktlar  ürkmüş meşə ruhları kimi uçub uzaqlara 
getmişdi. İdeyanın çılpaq ayaqları müdrik Ömər Xəyyamın oturduğu üzümsıxan 
nəhəng daşın üstünə çıxmışdı; və üzümün şırıldayan şirəsi bu çılpaq ağ ayaqların 
ətrafında al-qırmızı dalğalar yaradır, sonra da maili qara çənin divarları boyunca 
axıb gedirdi. Bu, bir orijinal, parıltılı improvizə idi. Lord Henri hiss etdi ki
Dorian Qrey gözlərini ona zilləyib və ona qulaq asanlar arasında elə bir adam var 
ki, onun şüurunu əsir etmək istəyir; bu adam onun hazırcavablığını, düşüncəsini 
daha da itiləyir, nitqinə bəlağət qatırdı. Henrinin söylədikləri cəzbedici, fantastik 
və məsuliyyətsiz idi. O, öz dinləyicilərini yoldan çıxarırdı, lakin onlar Henrinin 
dediklərinə gülür, ondan həzz alır və qeyri-ixtiyari olaraq onun fantaziyalarının 
dalınca uçurdular; Henri ona qulaq asanları ovsunlamışdı. Dorian Qrey gözlərini 
Henridən çəkmirdi, ona heyranlıqla qulaq asır, arabir dodaqları qaçırdı; onun 
qaralan gözlərindəki heyrət arabir dalğınlıqla əvəz olunurdu. 
Nəhayət, reallıq əsrin bürüncəyində xidmətçi formasında otağa daxil oldu; 
xidmətçi hersoginyaya dedi ki, xanımın minik faytonu qapı ağzında gözləyir. 
Hersoginya əllərini arxasına aparıb yellədərək mülayimcəsinə söyləndi: 
– Ah! Çox heyif! Mən getməliyəm! Mən kluba ərimin dalınca gedib, onu hansısa 
sarsaq bir yığıncağa aparmalıyam. Villinin mənzilinə, ərim orada sədrlik edəcək... 
Geciksəm, hirslənəcək, mənsə qalmaqaldan qaçmağa çalışıram; xüsusilə bu 
şlyapa başımda olanda; o çox şişkindir, kəskin bir söz onu partlada bilər. Yox, 
mən getməliyəm, əzizim Aqata! Xudahafiz, lord Henri! Siz çox valehedici 
insansınız, adamı yoldan yaman çıxarırsınız. Bilmirəm sizin baxışlarınız barədə 
nə deyim?! Gərək bizə nahara gələsiniz. Çərşənbə axşamı necədir? Məşğul 
deyilsiniz ki? 
– Hersoginya, sizin üçün mən hər şeyi təxirə salmağa hazıram, – lord Henri 
xanıma təzim etdi. 
– Ah! Çox gözəl! Həm də çox pisdir, Henri! – qadın gülümsədi. – Deməli, 
danışdıq, gəlirsiniz... 
Hersoginya ledi Aqata və digər xanımların müşayiəti ilə otağı tərk etdi. 
Lord Henri yenidən öz yerini tutanda mister Erskin stolunu ona yaxın çəkdi və 
əlini Henrinin çiyninə qoyaraq dedi: 
– Sizin danışdıqlarınız bütün kitablardan maraqlıdır. Niyə də bunları 
yazmayasınız? 
– Mister Erskin, mən kitab oxumağı daha çox sevirəm və buna görə də kitab 
yazmıram. Əlbəttə, roman yazmaq yaxşı olardı, əntiqə bir roman yazmaq olardı! 
Uçan fars xalçası kimi fantastik bir şey yazmaq olar! Lakin bizim İngiltərədə 
yalnız qəzet oxuyurlar, ensiklopedik lüğət və dərslikləri oxuyurlar, vəssalam. 
İngilislər ədəbiyyatın gözəlliyini o biri xalqlardan az başa düşürlər. 
– Məncə, düz deyirsiniz, – mister Erskin cavab verdi. – Mən özüm haçansa 
ədəbiyyata maraq göstərirdim, yazırdım, sonradan atdım... İndi isə, mənim gənc 


dostum – icazə verin, sizi belə çağırım – sizə bir sualım var: bizə söylədiklərinizə 
özünüz də inanırsınızmı? 
– Mən nə dediyimi heç özüm də xatırlamıram indi, – Lord Henri gülümsədi. – 
Nədir, cəfəngiyat söyləmişəm? 
– Əlbəttə! Məncə, siz çox təhlükəli adamsınız! Əgər bizim əziz hersoginyada nəsə 
bir dəyişiklik baş versə, onda bütün günahları sizdə görəcəyik... Lakin mən sizinlə 
həyat barədə söhbət etmək istərdim. Mənim nəslimdən olan adamlar çox 
darıxdırıcı bir ömür sürmüşlər. Nə vaxt gördünüz ki, London bezikdiricidir, gəlin 
Tredleyə, mənim yanıma. Orada mənə öz Nəşə Fəlsəfənizi izah edərsiniz, özü də 
əla Burqund şərabı içə-içə... bu şərabdan məndə hələ də var... saxlamışam. 
– Böyük məmnuniyyətlə. Tredleydə olmaq xoşbəxtliyinə nəsib olmaq istərdim, 
özü də belə bir mehriban, qonaqpərvər ev sahibi və onun kitabxanası ilə tanış 
olmaq çox xoş olardı. 
– Gəlsəniz yaxşı olar, bizi şərəfləndirmiş olarsınız, – qoca centlmen təzim etdi. – 
İndi qoy gedim sizin çox hörmətli xalanızla xudahafizləşim... Mən Atenuma 
getməliyəm. Bu vaxtlar biz orada mürgü vururuq. 
– Hamınız, eləmi? 
– Əlbəttə, qırx nəfərik, qırx dənə də kreslomuz var! Bu minvalla biz İngiltərənin 
Akademik Ədəbiyyatı olmağa hazırlaşırıq. 
Lord Henri qəhqəhə ilə güldü. 
– Mən də parka gedirəm, – deyib ayağa durdu. 
Qapıya yaxınlaşanda Dorian Qrey onun əlinə toxundu və pıçıldadı: 
– Mən də sizinlə gəlmək istəyirəm... 
– Məncə, siz Bazil Holvardın yanına getməliydiniz, – lord Henri sualedici 
nəzərlərlə gənci süzdü. 
– Mən sizinlə getmək istəyirəm... hə, hə, məncə, sizinlə getmək daha yaxşıdır. 
İcazə verirsinizsə... Mənimlə söhbət eləməyə söz verirsinizmi? Heç kəs sizin kimi 
maraqlı söhbət eləmir. 
– Oooooo! Mən bu gün çox danışdım... – lord Henri təbəssümlə etiraz etdi. – İndi 
yalnız baxmaq istəyirəm, həyata tamaşa eləmək istəyirəm. Vəssalam. Gəlin gedib 
birlikdə baxaq, etiraz etmirsinizsə.... 
 
DÖRDÜNCÜ FƏSİL 
 
Bir ay ötdü; günlərin birində, günorta vaxtı Dorian Qrey lord Henrinin 
Mayferdəki evinin kiçik kitabxanasında kresloda oturmuşdu. Bura çox gözəl idi, 
palıd ağacından hazırlanmış yaşıl zeytun rəngli hündür panellər, sarı haşiyəli və 
yapma naxışlı tavan otağa xüsusi yaraşıq verirdi; qırmızı kərpici xatırladan 
döşəmə boyu ipəkdən toxunmuş uzunsaçaqlı fars xalçası sərilmişdi. Xırda taxta 
masanın üstündə kiçik bir  statuetka qoyulmuşdu, onun yanında  Klovis Evenin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə