Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

 
Növbəti gün saat birin yarısında lord Henri Votton Kurzon küçəsini burulub 
Albani küçəsinə döndü; o, dayısı lord Fermora baş çəkmək istəyirdi. Lord Fermor 
yumşaqxasiyyətli adam idi, lakin bu qoca subayın sərtliyi də vardı; camaat 
arasında o, xudbin kimi ad çıxarmışdı, çünki bu adamdan heç bir xeyir 
görmürdülər; amma yüksək təbəqənin adamları arasında lord Fermor səxavətli və 
xeyirxah kimi tanınırdı; ona görə ki, lord onu əyləndirən hər kəsə böyük həvəslə 
qonaqlıq verirdi. Onun atası Madriddə İngiltərənin səfiri olmuşdu; hələ o vaxt 
kraliça İzabella1 cavan idi, heç Prim o vaxt gündəlikdə yox idi; ani şıltaqlıq 
ucbatından lord Fermorun atası istefa verdi və diplomatik xidmətdən uzaqlaşdı; 
əslində, buna səbəb onun Parisə səfir göndərilməməsi olmuşdu və o da buna etiraz 
edərək işdən getdi; bu vəzifəyə onun tam hüququ çatırdı; mənsəbi, adı-sanı, tənbəl 
həyatı, diplomatik xəbərlərin hazırlanmasında yaxşı təcrübəsi, əyləncələrə hədsiz 
meyilli olması buna əsas verirdi. 
Atasının katibi olmuş oğul Fermor da işdən getdi; o vaxt hamı bunu ağılsızlıq 
hesab etdi və bir neçə ay sonra irsi titul qazanan oğul böyük zadəganlıq sənəti 
sayılan bikarçılığı ciddi şəkildə öyrənməyə başladı. Onun şəhərdə iki böyük evi 
vardı, lakin o,  kirayələdiyi mebelli mənzildə yaşamağa üstünlük verdi; çünki belə 
bir mənzildə yaşamaq daha qayğısız idi; o, səhər yeməyini və naharını tez-tez 
klubda edirdi. Mərkəzi qraflıqda özünün bir neçə kömür mədəni vardı,  onlara 
diqqəti artırmağa başladı; sənayenin bu sahəsinə onun qeyri-sağlam marağı sübut 
etdi ki, belə bir sahibkarlıq məşğuliyyəti ona imkan verəcək ki, öz sobasını odunla 
yandırsın; əsl centlmenlərə xas xüsusiyyətdir! Siyasi əqidəsinə görə o, 
mühafizəkar idi, lakin bu, mühafizəkarların hakimiyyətdə olduqları dövrdə 
deyildi; həmin dövrdə o, mühafizəkarları qızğın söyür, onları radikalların güruhçu 
dəstəsi adlandırırdı. O, öz otaq xidmətçisi ilə çox böyük qəhrəmanlıqla dalaşır, 
onunla çox sərt rəftar edirdi. O, öz növbəsində, qohum-əqrəbasını da qorxudur, 
onları təftiş edirdi. Belə bir adamı yalnız İngiltərə doğa bilərdi; buna baxmayaraq, 
o heç də İngiltərədən razı deyildi və həmişə deyirdi ki, ölkə məhvə doğru gedir. 
Onun prinsipləri əskidənqalma prinsiplər idi, lakin bəzi mülahizələri ilə 
razılaşmaq da olardı.  
Lord Henri otağa girəndə dayısını qalın ov gödəkcəsində gördü; qoca ağzında 
siqar “Tayms” qəzetini oxuyur, bəzən isə qəzetin yazdığına etiraz əlaməti olaraq 
dodaqaltı donquldanırdı. 
– Harri, sənsən? – qoca təəccübləndi. – Belə tezdən nə əcəb gəlmisən? Mən elə 
bilirdim siz modabazlar yuxudan günorta saat ikidən tez durmursunuz və saat 
beşə kimi gözə görünmürsünüz?! 
– Corc dayı, inanın, məni bura belə tez çəkib gətirən yalnız qohumluq hissləridir. 
Sizdən bir şey istəyəcəyəm... 


– Yəqin, pul olar, hə? – lord Fermor üz-gözünü turşutdu. – Yaxşı, gəl otur görüm, 
nə istəyirsən? İndiki cavanlar elə bilirlər ki, pul hər şey deməkdir. 
– Elədir, – lord Henri təsdiqlədi və pencəyinin düyməsini açdı, – və onlar böyüyə-
böyüyə bunu daha yaxşı anlayırlar. Lakin mən pul istəmirəm. Corc dayı, pul o 
adamlara lazım olur ki, onlar borc ödəməyə adət ediblər, amma mən heç vaxt 
borcumu ödəmirəm. Kredit ailədə kiçik oğulun yeganə kapitalıdır; və bu kapitalla 
da yaxşı yaşamaq mümkündür. Bundan başqa, mənim işim Dartmur ticarətçiləri 
ilədir, təbii ki, onlar məni təchizat məsələlərində heç vaxt incitmirlər. Sizin 
yanınıza məlumat almaqdan ötrü gəlmişəm, əlbəttə, əhəmiyyətlisindən ötrü yox, 
əhəmiyyətsiz informasiyadan ötrü gəlmişəm... 
– Sən məndən hansı informasiyanı ala bilərsən axı? İngiltərənin “Mavi 
kitab”ında1 hər şey yazılıb da... Doğrudur, indi bu kitabda ağızlarına gələni 
yazırlar, amma necə olsa... Harri, bilirsən də, mənim vaxtımda, diplomat olanda 
bu məsələlər daha yaxşı həll olunurdu. İndi eşitmişəm ki, diplomatları işə 
götürməmişdən onları imtahan edirlər... İmtahanı verən adamlar işə qəbul 
olunur... Hə də, onlardan nə gözləyirsən bəs? İmtahan boş seydir, ser, başdan-
ayağa mənasız bir işdir. Əgər sən, həqiqətən, centlmensənsə, sənə nəyi 
öyrədəcəklər ki? Elə öz bildiklərin bəsdir. Əgər centlmen deyilsənsə, onda 
biliklərə yiyələnmək sənin üçün zərərlidir. 
– Mister Dorian Qrey “Mavi kitab”a düşməyib, Corc dayı, – lord Henri ehtiyatsız 
bir cümlə işlətdi. 
– Mister Dorian Qrey kimdir? – lord Fermor ağarmış əyri qaşlarını çataraq 
soruşdu. 
– Elə mən də bunu sizdən öyrənmək istəyirəm, Corc dayı! Əslində, onun kim 
olduğu mənə bəllidir. O, sonuncu lord Kelsonun nəvəsidir. Anası Devero olub – 
ledi Marqaret Devero. Mən istərdim ki, siz onun anası barədə mənə məlumat 
verəsiniz. O qadın haqqında nə bilirsiniz? O, kimə ərə getmişdi? Axı siz vaxtilə 
Londonun bütün yüksək mənsəb sahiblərini tanıyırdınız?! Ola bilsin, o qadını da 
tanıyasınız. Mən mister Qreylə çox maraqlanıram, onunla təzəcə tanış olmuşam.  
– Kelsonun nəvəsi deyirsən? – qoca ucadan dedi. – Kelsonun nəvəsi! Hə, əlbəttə! 
Əlbəttə! Mən onun anasını çox yaxşı tanıyırdım! Hətta onun xaç suyuna salınma 
mərasimində də iştirak etmişəm. Marqaret Devero! O, qeyri-adi gözəl bir qız idi! 
O, ağzından süd iyi gələnin birinə qoşulub qaçanda bütün kişiləri 
qəzəbləndirmişdi. Özü də yoxsulun biriylə qaçmışdı! Oğlan piyada alayının 
zabitiydi, deyəsən; ya da nə bilim, ona oxşar bir şey idi… Əlbəttə! Yadıma düşür! 
Elə bil, dünən olub! Yazıq oğlan, bir neçə ay idi evlənmişdilər, dueldə 
öldürüldü… O vaxt çirkin şayiələr də gəzirdi bu barədə. Deyirdilər ki, guya, 
Kelso hansısa belçikalı bir avaranı, əclafın birisini tutub qəsdən göndərib ki, öz 
kürəkənini təhqir etsin; başa düşürsən, onu satın alıbmış ki, gedib qızının ərini 
ictimai yerdə təhqir etsin…və o əclaf da həmin cavan zabiti dueldə güllələdi, işi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə