Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   2   3   4   5   6   7   8   9   10   ...   71

edən dəhşətli qanunları sən yaratmısan və o qanunlar həmin istək və arzuları 
günah və cinayət kimi sayır. Kimsə deyib ki, dünyada ən böyük hadisələr insanın 
beynində baş verir. Mən də deyirəm ki, dünyanın ən böyük günahları beyində, 
yalnız insan beynində doğulur. Siz də, mister Qrey, özünüz gəncliyinizdə, 
yeniyetməlik çağlarınızda, öz ehtiraslarınızdan, istək və arzularınızdan 
qorxmusunuz; düşüncələriniz, ağlınıza gələn fikirləriniz sizi dəhşətə gətirib; siz 
bəzən elə istəklərlə yaşamısınız, elə yuxular görmüsünüz ki, onları xatırlayanda 
utandığınızdan qızarırsınız... 
– Bircə dəqiqə, bircə dəqiqə! – Dorian Qrey donquldandı, – dayanın! Siz məni 
həyəcanlandırırsınız. Mən bilmirəm indi sizə nə cavab verim! Sizinlə mübahisə də 
eləmək olar, mülahizələrinizə cavab da vermək olar; amma bu dəqiqə mən buna 
hazır deyiləm. Danışmayın! Qoyun bir qədər fikirləşim. Ya da, nə isə... yaxşısı 
budur, bu barədə düşünməyim! 
O, təxminən, on dəqiqə hərəkətsiz durdu; ağzı açıq, gözləri heyrətdən bərələ 
qalmışdı. Dorian dumanlı şəkildə hiss edirdi ki, onun içində hansısa yeni duyğular 
və fikirlər oyanır. Ona elə gəlirdi ki, bu duyğular çöldən yox, məhz onun içinin 
dərinliyindən baş qaldırıb. Bazilin dostunun dedikləri, həm də təsadüfən, elə-belə 
söylədikləri sözlər, paradokslarla dolu sözlər, onun qəlbinin “sarı simlərinə” 
toxundu və  bu vaxta qədər onlara beləcə toxunan olmamışdı; və indi o simlər 
titrəyir, coşqun təkanlarla yerindən oynayırdı. 
İndiyə kimi onu yalnız musiqi riqqətə gətirmişdi; bəli, musiqi onun qəlbində 
dəfələrlə təlatümlər oyatmışdı və bu təlatümlər qarışıq və qayğısız həyəcanlarla 
müşayiət olunurdu. Lakin bu musiqi aydın deyildi, orada yeni dünyanın nəfəsi 
duyulmurdu, əksinə, qəlbdə xaos yaradırdı. Burada deyilən sözlər isə! Ah! Necə 
sadə və... dəhşətli sözlərdir! Onlardan qaça bilməzsən! Bu sözlər necə aydın, necə 
rəvan, necə çevik və amansız idi! Heç kəs onlardan canını qurtara bilməz! Bu 
sözlərdə şeytani bir ovsun var! Onlar insanın qeyri-müəyyən istəklərinə gözə 
çarpacaq, hiss ediləcək bir forma verir; onların öz musiqisi var, lütnya1 və 
violanın şirin səsləri var! Yalnız sözlər! Deyin görüm həyatda sözdən sanballı  və 
real qüvvə olan nəsə varmı? Yox! O, Dorian, hələ yeniyetməlik çağlarında çox 
şeyləri başa düşmürdü! İndi isə anlayır. Həyat birdən-birə onun üçün rəngarəng 
boyalarla parladı. Ona elə gəlirdi ki, od-alovun içiylə addımlayır. Necə olub ki, bu 
vaxta qədər bunu hiss etməyib? 
Lord Henri onu incə təbəssümlə izləyirdi; hansı məqamda, nə vaxt susmaq lazım 
olduğunu yaxşı bilirdi. Dorian Qrey onu daha çox maraqlandırmağa başladı; 
Henri sözlərinin gənc oğlana necə təsir etməsi təəssüratından özü də heyrətə gəldi. 
On altı yaşı olanda oxuduğu bir kitab yadına düşdü; həmin kitab onun gözlərini 
açmışdı, əvvəllər bilmədiyi şeyləri ona öyrətmişdi. Ola bilsin ki, Dorian da eyni 
anları yaşayır! Necə oldu ki, onun elə-belə, qarasına havaya atdığı ox hədəfə 
dəydi? Ah! Bu oğlan necə də sevimlidir! 


Holvardın başı şəklə qarışmışdı; o, həmişəki kimi, parlaq və füsunkar boyalardan 
istifadə edir, sənətdə parlaq istedadın əlaməti sayılan möcüzəli və təbii boya 
elementlərindən incəlik və ustalıqla istifadə edirdi. Araya çökən sükutu hiss 
etmirdi. 
– Bazil, mən belə durmaqdan yoruldum, – Dorian Qrey birdən sükutu pozdu. – 
Havaya çıxmaq istəyirəm, bura boğanaqdır, ürəyim sıxılır... 
– Bağışlayın, dostum, mən şəkil çəkəndə hər şeyi unuduram. Bu gün siz yaxşı 
durdunuz, tərpənmədiniz. Mən də istədiyim cizgiləri götürdüm. Siz heç vaxt belə 
yaxşı durmamışdınız. Nə gözəl tapıntı – yarıaçıq dodaqlar, gözlərdə parlaqlıq... 
Bilmirəm Harri nədən naqqallıq eləyirdi, amma deyim ki, sizin üz cizgilərinizin 
dəyişilməsinə o səbəb oldu. Heyrətedici ifadələr vardı sifətinizdə! Görünür, sizə 
komplimentlər yağdırırmış, hə? Siz onun heç bir sözünə inanmayın. 
– Yox, o, mənə ayrı şeylər söyləyirdi. Bəlkə, buna görə də mən onun heç bir 
sözünə inanmıram. 
– Amma qəlbinizdə inandınız,  – lord Henri dalğın-dalğın ona baxdı. – Elə mən 
də bağçaya çıxmaq istəyirəm. Studiya çox istidir. Bazil, de, bizə sərin bir şey 
versinlər içməyə... meyvə şirəsi olsa, pis olmaz...  
– Əlbəttə, əlbəttə... Harri, zəngi bas, qoy Parker gəlsin, mən deyərəm bir şey 
gətirər... Bir azdan mən də sizə qoşularam, qoy fonu qurtarım... Amma Dorianı 
çox yubatma. Bu gün nəsə işləmək istəyirəm... Bu portret mənim şedevr əsərim 
olacaq. Hətta bu formada da artıq o, heyrət doğurur... 
Lord Henri bağçaya çıxdı və gördü ki, Dorian Qrey başını yasəmən kolları arasına 
soxub, üzünü gül topalarının sərin qoxusu içində gizlədib; sanki, cavan oğlan 
yasəmən güllərinin ətrini sərin, qırmızı şərab kimi içinə çəkirdi. Henri Doriana 
yaxınlaşdı, əlini onun çiyninə qoydu. Astaca dedi: 
– Əsl işi siz görürsünüz, belə yaxşıdır... Adamın qəlbini belə şeylər sakitləşdirir; 
qəlbi yalnız güllərdən aldığın duyğular sağalda bilir. 
Dorian diksindi və geri çəkildi. O, papaqsız idi və yarpaqlar onun qıvrım, sarışın 
saçlarına qarışıb onları oxşayırdı. Gözləri yuxudan qəfil oyanan adamın gözləri 
kimi qorxu içində idi; zərif burun pərələri gərginlik içində qalxıb-enir, çəhrayı 
dodaqları hansısa sirli həyəcanla titrəyirdi. 
– Hə, bax belə, mister Qrey, – lord Henri davam etdi, – həyatın belə bir böyük 
sirrini bilmək lazımdır – öz qəlbinizə duyğularla şəfa verin, duyğularınız isə qoy 
qəlbiniz vasitəsilə şəfa tapsın. Siz füsunkar bir varlıqsınız. Siz düşündüyünüzdən 
çox,  bilmək istədiklərinizdən az bilirsiniz. 
Dorian Qrey tutuldu və baxışlarını yerə dikdi. Belə bir hündürboy, yaraşıqlı cavan 
adamın onun yanında durması xoşuna gəlmişdi. Onun romantik, zeytun rəngli 
gözləri və yorğunluq ifadə edən səsi Dorianı maraqlandırdı. Onun yumşaq və 
həlim səsində nəsə vardı və bu, ovsuna bənzəyirdi. Onun soyuq, ağ, çiçək kimi 
zərif əllərində qəribə və gizli bir cazibə vardı. O danışanda əlləri də, sanki, musiqi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə