Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

həyatı! Bax bu idi onun yeganə dəyərli tədqiqat obyekti. Bu obyektlə müqayisəyə 
heç nə girə bilməzdi. Təbii ki, qaynar həyatı bütün əzab və sarsıntıları, həzz və 
iztirabları ilə birgə müşahidə edən tədqiqatçı şüşə maska geyinmiş üzləri müdafiə 
edə bilməzdi və boğucu tüstülərdən, dumanlı beyinlərdən və eybəcər obrazların 
təxəyyülündən, müdhiş yuxulardan qurtula bilməzdi. 
Bu həyat sınaqlarında elə zərif zəhərlər meydana çıxır ki, onların xüsusiyyətlərini 
öyrənmək yalnız o zaman mümkün olur ki, gərək özün də zəhərlənəsən; burada  
elə qəribə xəstəliklər yuva salır ki, onların təbiətini anlamaq üçün gərək özün də 
xəstələnəsən. Bütün hallarda bu cəsur tədqiqatçını necə də böyük mükafat 
gözləyir! Dünyayi-aləm onun gözlərinə necə də qeyri-adi görünəcək! Ehtirasın 
heyrətamiz amansız məntiqini və idraki həyatın emosiyalarının çiçək kimi 
açılmasını müşahidə etmək, onlar harada birləşir, harada ayrılır, hansı nöqtədə 
birləşir və hansı nöqtədə uzaqlaşır – bax bütün bunları öyrənmək adama nə qədər 
zövq verir! Onun qiyməti neçəyədir, bunun nə dəxli var məsələyə? Öyrənilməmiş 
hər bir yeni hiss və duyğuya kim çox pul verər ki?! 
Lord Henri başa düşürdü ki (bu fikirlərlə onun qara gözləri sevinc işartılarıyla 
yanırdı), məhz onun söylədikləri, onun musiqili, nəğməli səslə ifadə etdiyi sözləri 
Dorianın qəlbini təlatümə gətirmiş, onu eşqə mübtəla etmiş və o gözəl qızın 
qarşısında diz çökməyə məcbur etmişdi. Bəli, oğlan nəzərəçarpacaq dərəcədə 
onun yaratdığı varlığa çevrilib və Dorian məhz Henriyə görə həyatda erkən 
oyanıb. Məgər bu, nailiyyət deyilmi? Adi adamlar gözləyirlər ki, həyat özü onlar 
üçün öz sirlərini açsın; lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sirləri 
erkən açılır; bəzən buna sənət kömək edir (özü də, əsasən, ədəbiyyat!); o, birbaşa 
insanın ağlına və hisslərinə təsir göstərir. Lakin hərdən elə də olur ki, sənətin bu 
missiyasını öz üzərinə hansısa bir mürəkkəb qəlbli insan götürür; bu adamın özü 
də əsl sənət əsəridir; çünki həyat da poeziya kimi, yaxud heykəltəraşlıq və ya 
rəssamlıq kimi öz şah əsərlərini yaradır. 
Bəli, Dorian erkən oyanmışdı. Onun ömrünün baharı hələ ötüb-keçməyib, lakin o 
artıq məhsul yığmağa başlayıb. Dorianda gəncliyin bütün həyatsevərliyi və 
coşqunluğu var, lakin o, utancaq olmağa başlayıb. Onu müşahidə etmək adama 
ləzzət verir! O, gözəl üzü, füsunkar qəlbi ilə, sanki, bir möcüzədir! Onun həyatı 
hansı sonluqla bitəcək, tale ona nə kimi qismət bəxş edəcək, dəxli yoxdur! Dorian 
elə bir pyes və misteriyaların1 şanlı qəhrəmanlarına bənzəyir ki, onların sevinci 
bizə yaddır, lakin onların iztirabları bizdə gözəlliyə qarşı sevgi hissləri oyadır. 
Onların ağrıları qırmızı qızılgüllər kimidir. 
Qəlb və bədən, bədən və qəlb! Bunlar necə də sirlidir! İnsanın qəlbində heyvani 
instinktlər yatır, bədən isə ruhi anlar hiss edir, ona ehtiraslı anlar duyumu bəxş 
olunub. Duyğular saflaşa, idrak kütləşə də bilər. Kim deyə bilər ki, bədəndə 
ehtiras nə vaxt susur və ya qəlbin şəhvəti nə vaxt danışmağa başlayır? 
Psixoloqların mötəbər və nüfuzlu qənaətləri necə də dayazdır! Onların hansı birisi 


həqiqətə daha yaxındır? Çox çətin məsələdir bunu demək! Doğrudanmı, insan 
qəlbi günah bürüncəyində olan yalnız bir kölgədir? Bəlkə, Cordano Brunonun 
dediyi kimi, bədən, əslində, insanın qəlbidir? Qəlbin bədəndən ayrılması da 
onların birləşməsi kimi bir sirdir.  
Lord Henri düşünürdü: görəsən, biz psixologiya elmini haçansa dəqiq elmlər 
sırasına daxil edə biləcəyikmi? O, bizim daxili aləmimizin hər bir xırda və 
məhrəm hissini, duyğusunu, ehtirasını açmaq qabiliyyətinə malik ola bilərmi? Biz 
çox vaxt özümüz özümüzü başa düşmürük və çox nadir hallarda başqalarını 
anlayırıq. Burada təcrübə heç bir etik dəyər kəsb eləmir; adamlar təcrübəyə “öz 
səhvləri” adını veriblər.  Əxlaq nəzəriyyəçiləri bir qayda olaraq təcrübəni ehtiyatlı 
olmaq, xəbərdarlıq vasitəsi kimi qəbul etmişlər; və onlar hesab etmişlər ki, o, 
xarakterin formalaşmasına təsir edir. Onlar təcrübəyə önəm verərək onu bizi 
öyrədən vasitə kimi təlqin etmişlər; çünki təcrübə məktəbdir, o, bizə yol göstərir – 
nəyi öyrənməli, nədən qaçmalıyıq? Lakin təcrübə hərəkətverici qüvvəyə malik 
deyil. Təcrübədə də insan şüurunda olduğu kimi az fəallıq var. Əslinə qalanda, 
təcrübə yalnız və yalnız bizim gələcəyimizin də keçmişimiz kimi olacağını 
nümayiş etdirir və deyir ki, biz həyatda bir dəfə qorxa-qorxa işlətdiyimiz günahı 
dəfələrlə təkrar edəcəyik; lakin növbəti dəfə böyük həvəs və sevinclə. 
Lord Henri anlayırdı ki, ehtirasların elmi təhlilini yalnız eksperiment yoluyla 
aparmaq olar; əlbəttə, Dorian Qrey də burada, onun əlinin altında  uyğun bir 
obyektdir; onu öyrənmək zəngin nəticələr vəd edir. Dorianın birdən-birə Sibil 
Veyni dəlicəsinə sevməsi çox maraqlı psixoloji fenomendir. Şübhə yox idi ki, 
burada marağın özü də rol oynamışdı: maraq və yeni duyğular təəssüratını 
yaşamaq ehtirası! Lakin bu sevgi, yeni təcrübələri yaşamaq həvəsi özü sadə 
məsələ deyil, çox mürəkkəb hisslərdir. Dorianda gəncliyin saf hissi instinktləri ilə 
doğulan duyğular onun özü üçün çox uzaq, əlçatmaz bir şey, həssaslıqdan uzaq 
bir şey idi və elə buna görə də daha çox təhlükəli idi. Təbiətini düzgün 
anlamadığımız məhz o ehtiraslardır ki, onlar bizim üzərimizdə daha güclü 
hakimiyyətə malikdir. Lakin təbiəti bizə məlum olan ehtiraslar çox zəif 
duyğulardır.  
Çox vaxt bizə elə gəlir ki, başqaları üzərində təcrübə qazanırıq, əslində isə 
təcrübəni öz üzərimizdə qazanırıq. 
Lord Henri beləcə düşünürdü; birdən qapının zəngi çalındı. Qulluqçu idi, 
xatırlatdı ki, nahar vaxtıdır, lord əynini dəyişməlidir. Lord Henri ayağa durdu və 
pəncərədən küçəni seyr etdi. Qürub edən günəşin ilıq qızılı şüaları qarşı tərəfdəki 
evin pəncərə şüşələrinin üstünə düşürdü və şüşələr közərmiş metal parçası kimi 
işıldayırdı. Göy üzü solğun çəhrayı rəngə boyanmışdı. Lord Henri isə öz yeni 
dostunun alovlu gəncliyi barədə düşünürdü və Dorianın taleyinin necə olacağını 
təsəvvürünə gətirməyə çalışırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə