Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

– Sibil? Ah, o necə də zərif və utancaq idi! Uşaq məsumluğu vardı onda! Mən 
onun tamaşadakı ifası barədə öz fikirlərimi söyləyən zaman qız gözlərini əzəmətli 
təəccüblə açıb mənə baxırdı və mənə elə gəlirdi ki, o, qeyri-adi bir istedad 
olduğunu anlamırdı. Mənə elə gəlirdi ki, biz ikimiz də bir qədər həyəcanlı idik. 
Qoca yəhudi tozlu foyenin qapısı ağzında dayanıb gülümsəyir, bizə bəlağətli 
sözlər deyirdi; biz isə üz-üzə dayanıb bir-birimizə uşaq kimi baxırdıq. Qoca məni 
elə hey “Milord” çağırırdı, lakin mənsə Sibili inandırmağa çalışırdım ki, mən 
lord-filan deyiləm. Qız isə sadəlövhcəsinə mənə dedi: 
– Siz lorda yox, daha çox şahzadəyə bənzəyirsiniz. Bundan sonra mən sizi “Gözəl 
şahzadə” çağıracağam. 
– Vallah, Dorian, miss Sibil kompliment deməyi bacarır... 
– Yox, Harri, düz başa düşmürsünüz; mən onun üçün hansısa pyesin bir 
qəhrəmanıyam. Onun həyat barədə heç bir təsəvvürü yoxdur. Sibil anasıyla qalır; 
əzab-əziyyət görmüş, solğun bir qadındır; birinci gecə səhnədə qırmızı don 
geyərək Kapuletti rolunu oynayırdı və adama elə gəlirdi ki, bu qadın daha 
bəxtəvər günlər yaşayıb. 
– Belələrinə rast gəlmişəm. Onları görəndə sıxılıram, – lord Henri mızıldandı, 
barmağındakı üzüklərini nəzərdən keçirdi. 
– Yəhudi mənə o qızla bağlı tarixçəni danışmaq istəyirdi; lakin dedim ki, bu, məni 
maraqlandırmır. 
– Düz də eləmisiniz. Özgə faciəsində nəsə həddən artıq bir miskinlik var. 
– Məni Sibilin özü maraqlandırır. Nəyimə lazım onun ailəsi, hansı nəsildən 
çıxmağı? Onda hər şey mükəmməl idi, hər şey ilahiydi, başdan-ayağadək hər şey 
müqəddəs bir məlaikə idi. Mən hər axşam gedib onun oyununa baxıram və hər 
tamaşadan sonra o daha cazibədar və füsunkar görünür. 
– Həəəə. Bax buna görə siz daha axşamlar mənimlə nahar eləmirsiniz! Elə belə də 
düşünürdüm; düşünürdüm ki, siz, yəqin, kiməsə vurulmusunuz... Lakin bu.... 
mənim gözlədiyim şey deyil. 
– Əzizim Harri, az qala, hər gün biz ya səhər yeməyini birgə yeyir, ya da birlikdə 
şam edirik.... Bundan başqa, mən sizinlə bir neçə dəfə operaya da getmişəm, – 
Dorian etiraz elədi. 
– Elədir, amma siz həmişə insafsızcasına gecikirsiniz. 
– Neyləmək olar! Mən Sibili hər axşam görməliyəm! Heç olmasa, bir tamaşada, 
bir fraqmentdə görməliyəm. Görməsəm olmaz, onsuz yaşaya bilmirəm! Mən o 
füsunkar varlığın nərmənazik bədənində, sanki, fil sümüyündən hörülmüş  qəlbini 
düşünəndə məni iltifatlı həyəcan hissləri bürüyür. 
– Bu gün necə, Dorian, mənimlə nahar edərsinizmi? 
Dorian başını bulayıb dedi: 
– Bu axşam o, İmocendir. Sabah axşam isə Cülyetta olacaq... 
– Bəs nə vaxt Sibil Veyn olur? 


– Heç vaxt. 
– Onda sizi təbrik etmək olar ki!.. 
– Siz necə də dözülməzsiniz! Siz başa düşmürsünüz ki, o qızın içində dünyanın 
bütün məşhur qəhrəmanları yaşayır! O qız individual fərd deyil! Ondan da 
artıqdır! Siz gülürsünüz! Amma mən sizə deyirəm ki, o qız dahidir, istedad 
mücəssəməsidir! Mən onu sevirəm və elə etməliyəm ki, o da məni sevsin. Siz 
həyatın bütün sirlərini bilən adam kimi deyin görüm Sibil Veyni necə özümə 
heyran edim? Necə edim ki, o, mənə vurulsun? Mən Romeonu rəqib etmək 
istəyirəm, qoy o, qızı mənə qısqansın! Mən istəyirəm ki, dünyanın bütün ölən 
aşiqləri qəbirdən bizim sevgi dolu şaqraq gülüşlərimizi eşidib qəm dəryasına 
batsınlar! Qoy bizim ehtiraslarımızın nəfəsi onların ruhlarını titrətsin, oyadıb 
iztirab içində qovursun! İlahi, mən onu necə də çox sevirəm, Harri! 
Dorian danışa-danışa otaqda var-gəl edirdi. Onun yanaqları əməlli-başlı allanmış, 
həyəcanı isə get-gedə coşurdu. 
Lord Henri gizli məmnunluqla dostunu seyr edirdi. Bazil Holvardın 
emalatxanasındakı o utancaq oğlandan əsər-əlamət belə qalmamışdı! Onun bütün 
varlığı al-qırmızı çiçəklərin ləçəkləri kimi açılmışdı. Qəlbi öz gizli sığınacağından 
çıxmışdı, istəkləri isə qəlbi ilə görüşə tələsirdi. 
– İndi nə etmək fikrindəsiniz? – nəhayət, lord Henri maraqlandı. 
– İstəyirəm siz və Bazil bir dəfə mənimlə teatra gedəsiniz və qızın oyununa 
tamaşa edəsiniz. Əminəm ki, siz onun oyununa baxsanız, Sibilin dahi olduğunu 
görəcəksiniz. Sonra o qızı hansı yolla olur-olsun, o qoca yəhudinin əlindən almaq 
lazımdır. Qız onunla müqavilə bağlayıb – ən azı, üç il orada qalmalıdır; hər halda, 
iki il səkkiz ayı qalıb... Əlbəttə, mən o yəhudiyə nəsə ödəməli olacağam. Haqq-
hesab ödənildikdən sonra mən Sibili Vest End Teatrına aparacağam, onu insanlara 
tanıdacaq, şan-şöhrətli edəcəyəm... O, məni dəli etdiyi kimi, dünyanı da dəli 
edəcək... 
– Eh, əzizim, bu mümkün deyil! 
– Yox, mümkündür! Görəcəksiniz! Onun təkcə gözəl aktyorluq istedadı yoxdur 
ki! O qızda parlaq fərd, şəxsiyyət gözəlliyi də var! Axı siz özünüz də mənə 
dəfələrlə demisiniz ki, dünyanı şəxsiyyətlər idarə edir, ideyalar yox!  
– Yaxşı, teatra nə vaxt gedək? 
– Qoy bir fikirləşim... Hə, bu gün çərşənbə axşamıdır. Gəlin sabaha təyin edək. O, 
sabah Cülyettanı oynayacaq. 
– Danışdıq. Onda saat səkkizdə “Bristol”da görüşürük; mən Bazili özümlə 
gətirərəm. 
– Harri, səkkiz gecdir, yeddinin yarısında. Biz teatrda tamaşa başlanmazdan 
qabaq olmalıyıq. Siz onu gərək birinci pərdədə, Romeo ilə ilk görüş səhnəsində   
görəsiniz. 


– Yeddinin yarısı? Belə tez niyə? Bir saat tez! Çay içəcəyik, yoxsa ingilis romanı 
oxuyacağıq? Yeddi olsa, yaxşıdır. Heç bir mötəbər adam yeddidən tez nahar 
etmir. Bəlkə, siz elə qabaqcadan Bazilin yanına gedəsiniz? Ya da, bəlkə, ona 
məktubla xəbər verim, hə? 
– Oh! Əziz və sevimli Bazil! Düz bir həftədir mən onun  gözünə görünmürəm! 
Bu, mən tərəfdən vicdansızlıq deməkdir! Axı o, mənim portretimi çəkib qurtarıb 
və mənə evə göndərib; özü də elə gözəl çərçivəyə salıb ki! Düzdür, mən bu 
portretə bir qədər həsəd də aparıram; o, düz bir ay məndən cavandır; lakin 
boynuma alıram ki, o, məni heyran edib! Yaxşı olar ki, siz yazasınız ona! Mən 
onunla göz-gözə gəlmək istəmirəm; o danışanda mən darıxıram. O, mənə daim 
yaxşı məsləhətlər verir. 
Lord Henri gülümsəyib dedi: 
– Bəzi adamlar özlərinə çox lazım olan şeyləri böyük həvəslə özgələrə verirlər. 
Bax mən bunu ifrat alicənablıq adlandırıram. 
– Bazil çox xeyirxah adamdır! Amma məncə, o, bir qədər meşşan təbiətlidir. 
Harri, mən səni tanıyandan sonra bunu özümçün kəşf elədim. 
– Əzizim, görürsünüz, Bazil özündə olan bütün gözəl cəhətlərini sənətinə qoyur. 
Beləliklə, o, həyat üçün heç nə qoymur; yalnız mövhumat və əxlaq prinsiplərini, 
bir də sağlam düşüncələrini qoyub gedir. Mənim tanıdığım rəssamlar arasında 
yalnız istedadsızlar şəxsiyyətcə sevimli olublar. İstedadlı sənətkarlar öz 
yaradıcılıqları ilə nəfəs alırlar və buna görə də onlar tamamilə maraqsız olurlar. 
Böyük şair – həqiqi böyük şair – həmişə ən cansıxıcı, bayağı adam kimi olur. 
İkincidərəcəli şairlər isə cazibədar, heyranedici adamlar olurlar. Onların şeirləri 
nə qədər zəif və bayağıdırsa, xarici görkəmləri və maneraları da bir o qədər 
cazibəli və təsirli olur. Əgər bir adam zəif sonetlər toplusu buraxıbsa, qabaqcadan 
demək olar ki, silinməz təəssürat oyadan adamdır. O, öz həyatına şeirlərinə gətirə 
bilmədiyi poeziyanı gətirir. Lakin digər şairlər isə poeziyanı kağıza köçürürlər; 
onların poeziyanı həyata gətirmək üçün cəsarətləri çatmır. 
– Harri, bilmirəm, görəsən, dedikləriniz doğrudurmu? – Dorian Qrey tərəddüd 
içində soruşdu və qızılı qapağı olan ətir şüşəsini götürüb burun dəsmalına vurdu. 
– Əgər siz deyirsinizsə, deməli, düz olmalıdır... Yaxşı, mən gedim. İmocen məni 
gözləyir. Sabahkı görüşümüzü yaddan çıxarmayın. Hələlik. 
Dorian gedəndən sonra lord Henri qaşlarını çatıb fikrə getdi. Əlbəttə, o, başqa 
adamlardan daha çox Dorian Qreylə maraqlanırdı; oğlanın dəlicəsinə vurulması 
lord Henrinin qəlbində, azca da olsa, nə bir qısqanclıq, nə də təəssüf hissi 
oyatmamışdı. Əksinə, o, buna sevinirdi. İndi Dorian ona öyrənmək üçün daha 
maraqlı obyekt olmuşdu. Lord Henri hər zaman təbiətşünaslıq elminin 
metodlarına rəğbətlə yanaşmışdı, lakin bu elmin tədqiqat sahəsini darıxdırıcı və 
əhəmiyyətsiz hesab etmişdi. Öz şəxsi tədqiqatlarına o, öz üzərində viviseksiya1 
ilə başlamışdı, sonra o, bu prosesi başqalarının üzərində aparmağa başladı. İnsan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə