Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

– Mən hər şeyi görmüşəm və bilirəm, – lord Henri yorğun gözlərini oğlana dikdi. 
– Lakin mən həmişə yeni şeylər görməyə hazıram. Lakin qorxuram ki, mənim 
üçün onların heç bir mənası olmasın. Ola bilsin ki, sizin o möcüzəli qızınız məni 
heyrətləndirsin, içimi tərpətsin. Mən səhnəni sevirəm. Tamaşa çox vaxt həyatdan 
daha real olur. Gəlin gedək. Dorian, gəlin siz mənim kabrioletimə minin! Bazil, 
təəssüf ki, mənim kabrioletimdə cəmi iki yer var. Sən bizim dalımızca faytonla 
gəlməli olacaqsan! 
Onlar qalxıb paltolarını geyindilər, ayaqüstü qəhvələrini içdilər; rəssam susurdu 
və düşüncəli görünürdü. Onun üzündə anlaşılmaz kədər vardı; Dorianın nikah 
niyyəti onun ürəyincə deyildi. Lakin Dorian üçün bundan da pis şeylər ola bilərdi. 
Bir azdan üçü də aşağı düşdü; rəssam, Harrinin dediyi kimi, fayton tutdu və 
dostunun karetinin dalınca getdi. Yolda onu qəribə itki hissləri bürüdü. O başa 
düşməyə başladı ki, Dorian heç vaxt əvvəlki kimi ona yaxın olmayacaq; həyat 
onların arasına girdi... Rəssamın gözləri qaraldı və izdihamlı işıqlı küçələr bulanıq 
ləkələr kimi gözləri qarşısında yayılmağa başladı. Fayton teatra çatanda rəssama 
elə gəldi ki, o, bu gün birdən-birə bir neçə il qocaldı. 
 
YEDDİNCİ  FƏSİL 
 
O gecə, nədənsə, teatr ağzınacan adamla dolu idi; onları qapıda gonbul yəhudi 
direktor qarşıladı; qoca şit-şit gülür, hırıldayır, qonaqlara yaltaqcasına təzim 
edirdi. O, təntənəli surətdə Dorianı və dostlarını lojada yerləşdirdi; yoğun 
barmaqlarında daş-qaşlı üzüklər parıldayan yəhudi qol hərəkətləri ilə qonaqlara 
nəyisə başa salmağa çalışır, səsini qaldırırdı ki, ətrafdakıların nəzər-diqqətini cəlb 
eləsin. 
Dorian Qrey qocaya daha çox nifrət bəsləməyə başladı; ona elə gəldi ki, qoca 
Miranda üçün gəlib, lakin Kalibanla rastlaşıb. Lakin bu qoca yəhudi lord 
Henrinin, deyəsən, xoşuna gəlmişdi; hər halda, lord Henri bunu dilinə gətirdi və 
istədi ki, qocanın əlini sıxsın. O, qoca ilə tanışlığına şad olduğunu bildirdi və qeyd 
etdi ki, o, dahi bir sənətkara, şairə sevgi ucbatından məğlub olan və həqiqi 
istedadları üzə çıxaran bir adamla qürur duyur. Holvard parterdə oturan 
tamaşaçıları seyr edirdi. 
İçəridə boğucu, kəsif bir bürkü vardı; iri çilçırağın işıqları nəhəng günəşin sarı 
şəfəqlərini xatırladırdı. Qalyorkada cavan oğlan və qızlar paltolarını çıxarıb 
baryerin üstünə qoymuşdular. Onlar bir-biri ilə zal boyu danışır, yanlarında oturan 
zövqsüz geyinmiş gənc qızlara portağal təklif edir, ucadan gülürdülər. Parterdə 
oturan bəzi qadınlar isə lap qaqqıldaşırdılar. Onların cingiltili səsləri adamın 
qulağını deşirdi. Bufetdən butulka qapaqlarının taqqıltıları gəlirdi. 
Lord Henri dedi: 
– Məhz belə bir yerdə siz öz ilahənizi tapdınız, hə?! 


– Bəli! – Dorian Qrey cavab verdi. – Mən onu burada tapdım və o, ölümə 
məhkum adi adamlar arasında ilahədir! O oynayanda siz hər şeyi unudursunuz! 
Baxın, bu adi, kobud adamlar, vulqar maneralı və eybəcər sifətli insanlar o qız 
səhnədə görünəndən sonra tamam dəyişirlər. Onlar oturub nəfəslərini belə 
çəkmirlər, baxırlar;  onlar gah ağlayır, gah gülürlər, yalnız o qızın oynadığı rolun 
sayəsində. Sibil onların bütün hisslərini səhnədən idarə edir, qız, sanki, skripka 
kimidir, onlara ruh verir, ilham verir; bax o zaman mən hiss edirəm ki, bu adamlar 
da mənim qanımdandır; biz hamımız eyni ətdən və qandan ibarətik. 
– Eyni ətdən və qandan? Yox, bu, ola bilməz! – lord Henri etiraz etdi və binoklla 
qalyorkada duran adamlara tərəf baxmağa başladı. 
– Dorian, ona fikir vermə, – rəssam dedi. – Nə demək istədiyini mən başa düşdüm 
və mən o qıza da inanıram. Sənin sevdiyin hər kəs, təbii ki, gözəl olmalıdır və 
əlbəttə, adamlara təsir göstərən qızın ürəyi də gözəl və nəcib olur. Gənc nəsli 
nəcibləşdirmək özü də az iş deyil. Əgər sizin sevdiyiniz qız tamaşaçıların qəlbini 
riqqətə gətirə bilirsə, əgər o qız ürəklərində çirkab və yaramazlıq gəzdirən 
adamları xeyirxah hisslərə sövq edirsə, əgər onları xudbinlikdən və eqoizmdən 
uzaq olmağa və özgənin kədərinə məlhəm olmağa səsləyirsə, o qız sizin 
məhəbbətinizə layiqdir; dünya onun qarşısında səcdə qılmalıdır! Onunla 
evlənməyə dəyər. Sözün düzü, əvvəlcə belə fikirləşmirdim, amma indi mən bu 
izdivacı məqbul sayıram. Sibil Veyni sizin üçün allahlar yaradıb. Həyat onsuz 
sizə yarımçıq görünər. 
– Təşəkkür edirəm, Bazil, – Dorian Qrey dostunun əlini sıxaraq dilləndi. – 
Bilirdim ki, məni başa düşəcəksiniz. Harri o qədər yaramazdır ki, məni qorxudur. 
Hə, bu da orkestr... Bu orkestr tamam cındır bir şeydir, amma cəmi beşcə dəqiqə 
çalır. Sonra pərdə açılır və siz həyatımı belə qurban verməyə hazır olduğum o qızı 
görəcəksiniz... 
On beş dəqiqədən sonra qız gurultulu alqışlar altında səhnəyə çıxdı; o, doğrudan 
da, gözəl idi, sevimli bir məxluq idi, hətta lord Henri də belə düşündü. Qızın 
utancaq çöhrəsi və ürkək baxışları, sanki, südəmər ceyranı xatırladırdı. Qız ağzına 
qədər dolmuş həyəcanlı tamaşaçı auditoriyasını görəndə yanaqları yüngülcə 
allandı; o, sanki, gümüş güzgüdə əks olunan qızılgül kölgəsiydi. Sibil bir neçə 
addım geri çəkildi, dodaqları əsməyə başladı; Bazil Holvard ayağa qalxıb əl 
çalmağa başladı. Dorian Qrey, elə bil, yuxuya getmişdi, hərəkətsiz oturmuş
gözlərini qıza zilləmişdi. Lord Henri isə binoklu gözlərinə tutub elə hey təkrar 
edirdi: “Əla! Çox gözəl!” Tamaşada Kapulettinin evi göstərilirdi; Romeo rahib 
paltarında içəri girir, onunla birlikdə Merkusio və bir neçə dostu da evə daxil 
olurlar. Orkestr yenə çaldı,  musiqi sədaları ətrafa yayıldı və rəqs başladı. 
Yöndəmsiz və nimdaş geyinmiş aktyorlar arasında Sibil Veyn, elə bil, ayrı 
aləmdən, uca göylərdən düşmüş bir varlıq kimi görünürdü. Qız rəqs edərkən onun 
bütün bədəni yellənirdi, sanki, suyun üzündə gül yırğalanırdı. Sinəsi ağappaq qar 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə