Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

– Harri, heç olmasa, qız yaxşı olsun! Mən hansısa cındır bir qadının Dorianın əl-
ayağını həmişəlik bağlamasını istəməzdim; bu izdivac onun bütün ruhunu və 
intellektini məhv edə bilər. 
– Sən nə danışırsan?! Yaxşı nədir, qız mələkdir, ilahədir! – lord Henri pıçıldadı, 
içki stəkanını ağzına apardı. – Dorian deyir ki, qız çox gözəldir, məncə, belə 
şeylərdə o yanılmır. Sənin çəkdiyin portret ona başqalarındakı gözəlliyi 
dəyərləndirməyi öyrətdi. O portret ona çox böyük təsir göstərdi. Bu axşam biz 
onun sevdiyi aktrisanı görəcəyik; əlbəttə, əgər Dorian bizim görüşəcəyimizi 
unutmayıbsa... 
– Harri, sən ciddi deyirsən bunları? 
– Tamam ciddi deyirəm. Allah eləməsin, mən nə vaxtsa bundan da ciddi söhbətlər 
edim! 
– Harri, sən necə, onun bu fikrini bəyənirsənmi? – rəssam soruşdu və kabinetdə 
var-gəl edərək dodağını gəmirməyə başladı. – Yox, sən bunu bəyənməzsən! Bu, 
sadəcə, ağılsız bir əyləncədir! 
– Mən heç vaxt heç nəyi nə təqdir edirəm, nə də inkar... bu, həyata qarşı çox 
axmaq bir münasibətdir. Biz bu dünyaya ondan ötrü gəlməmişik ki, öz tərbiyə 
moizələrimizi yayaq, yaxud kiməsə öyrədək. Mən heç vaxt heyvərə adamların 
söz-söhbətlərinə əhəmiyyət vermirəm; və mən heç vaxt sevimli, gözəl insanların 
da həyatına müdaxilə etmirəm. Əgər bir adam mənim xoşuma gəlirsə, özünü necə 
göstərir-göstərsin, mənim üçün qəbulediləndir. Dorian Qrey Cülyetta rolunu 
oynayan gözəl bir qızı sevir və onunla evlənmək istəyir. Niyə də yox? Hərgah o, 
Messalina ilə evlənsəydi, bununla o heç də az maraqlı olmazdı. Sən bilirsən, mən 
heç də evlənmək tərəfdarı deyiləm. Evlənməyin başlıca zərəri budur ki, o, insanın 
eqoistliyini əlindən alır. Xudbin olmayan insanlar isə yekrəng olur, onlar öz 
fərdiliklərini itirirlər. Düzdür, elə adamlar var ki, evlilik onların həyatını daha 
mürəkkəb edir. Onlar eqoistliklərini saxlamaqla yanaşı, başqalarının da eqolarını 
bura əlavə edirlər. Bu adamlar məcbur olurlar ki, təkcə öz həyatlarını yox, 
başqalarının həyatını da yaşasınlar, onlar həyatda daha mütəşəkkil şəxsiyyətə 
çevrilir, bu da, məncə, bizim mövcud olmağımızın məqsədidir. Bundan başqa, hər 
hansı bir təcrübə qiymətlidir; evlilik əleyhinə kim nə deyir-desin, bu da bir 
təcrübədir, yeni yaşantıdır. Ümid edirəm ki, Dorian Qrey bu qızı özünə arvad 
edəcək, təxminən, altı ay onu ehtirasla sevəcək, sonra isə qəflətən bir başqasına 
vurulacaq. Bax o zaman onu müşahidə etmək çox maraqlı olacaq. 
– Harri, sən bütün bunları ciddi deyirsən? Axı əgər Dorianın həyatı məhv olsa, 
hamıdan çox buna sən yanacaqsan?! Axı sən göründüyündən daha yaxşı adamsan! 
Lord Henri qəhqəhə ilə güldü. 
– Bizim özgələr barədə yaxşı fikirləşməyimizin sadə bir səbəbi var: biz 
özümüzdən qorxuruq. Optimizmin mayasında xalis qorxaqlıq durur. Düşünürük 
ki, biz alicənabıq; çünki yaxınlarımıza yaxşılıq edirik və burada öz mənafeyimizi 


də güdə bilərik. Bankiri tərifləyirik, çünki inanmaq istəyirik ki, o, öz bankından 
bizə daha çox kredit verəcək; biz hətta quldurun özündə də yaxşı bir cəhət 
axtarırıq; ümid edirik ki, o, bizim cibimizə girməyəcək. Nə deyirəmsə, ciddi 
deyirəm. Həyatda ən çox nifrət elədiyim şey də optimizmdir, Bazil... Sən 
qorxursan ki, Dorianın həyatı korlana bilər, puç olub gedər; lakin məncə
korlanmış həyat o həyatdır ki, onun inkişafı dayanır, dustaq edilir. İnsan təbiətini 
düzəltmək, yaxud yenidən qurmaq o deməkdir ki, sən onu korlayırsan. Dorianın 
evlənməyinə gəlincə isə, əlbəttə, bu, axmaqlıqdır. Lakin kişi ilə qadın arasındakı 
münasibətlərdə ayrı, daha maraqlı yaxınlıqlar da var. Təbii ki, mən bunlara 
üstünlük verirəm... Hə, budur, bu da Dorian...  özü də gəlib çıxdı... Sən onun 
özündən daha çox şey eşidə bilərsən... 
– Harri, Bazil! Mənim əzizlərim! Məni təbrik edə bilərsiniz! – Dorian atlaz milləri 
olan əzilmiş ipək plaşını tullayaraq dostlarının əllərini sıxdı. – Mən heç vaxt belə 
xoşbəxt olmamışam. Əlbəttə, bütün bunlar qəflətən baş verdi; həyatda bütün 
möcüzələr qəflətən baş verir. Mənə elə gəlir ki, həmişə bax bunu axtarırdım 
həyatda...  
O, sevinc və həyəcandan yanırdı və qeyri-adi dərəcədə füsunkar görünürdü. 
– Ümid edirəm ki, həmişə beləcə xoşbəxt olacaqsınız, Dorian, – Holvard dedi, – 
lakin mənə evlənmək istəyinizi niyə bildirməmisiniz? Mən bunu sizə 
bağışlamıram. Amma Harriyə demisiniz...  
– Bir də ona görə bağışlamırıq ki, nahara gecikmisiniz, – lord Henri əlini 
dostunun çiyninə qoyub gülərək söhbətə qoşuldu. – Gəlin, oturun, görək bunların 
təzə aşpazı necədir... Sonra siz bizə bütün təfərrüatları başdan danışarsınız... 
– Danışmağa bir şey də qalmayıb, – Dorian kiçik dairəvi stolun arxasına keçib 
əyləşdi. – Deməli, Harri, dünən axşam, sizdən çıxıb əynimi dəyişəndən sonra 
restorana, Rupert-stritdəki italyan restoranına yollandım, nahar etdim, sonra saat 
səkkizdə teatra getdim. Sibil Rozalind rolunu oynayırdı. Əlbəttə, səhnə dekoru 
bərbad idi, Orlando isə, sadəcə, mənasız bir şey idi. Lakin Sibil! Gərək onu 
görəydiniz! Oğlan kostyumunda görünəndə o, necə də füsunkar idi! Əynində yaşıl 
gödəkcə vardı, qolları darçın rəngdə; qəhvəyi corabları, ayaqlarını tutan qısa 
şalvarı, şahin tükündən yaşıl kepkası, işıldayan toqqası, yaxalığında başlıq olan 
tünd-qırmızı plaş vardı! O, heç vaxt mənə belə gözəl görünməmişdi! Bazil, o qız 
sizin studiyada gördüyüm zərif, nəcib Tanaqra fiqurunu xatırladır. Saçları üzünə 
tökülmüşdü, elə bil, solğun qızılgülün başına dolanan tünd yarpaqlar idi. Hələ 
onun oyununu görəydiniz! Ah.... hə, siz onu bu axşam görəcəksiniz! Bu qız, 
sadəcə, səhnə üçün doğulub! Mən o miskin lojada oturub, sadəcə, valeh 
olmuşdum. Londonda olduğumu unutmuşdum; unutmuşdum ki, indi on 
doqquzuncu əsrdir. Mən sevgilimlə uzaqlara uçub getmişdim, insan ayağı 
dəyməyən mürgüləyən bir meşədə idim. Tamaşadan sonra mən səhnə arxasına 
getdim, onunla danışdım; biz yanaşı oturmuşduq; birdən onun baxışlarında elə bir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə