Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   17   18   19   20   21   22   23   24   ...   71

– Ana, şeylərimi hazırlamısan? 
– Hə, Cim, hər şey hazırdır! – ana cavab verdi.  
Missis Veyn son aylar özünü pis hiss edirdi; o, öz sərt və kobud oğlu ilə təkbətək 
qalanda özünü daha pis hiss edirdi. Ana oğlu ilə hər dəfə üz-üzə gələndə təşviş və 
həyəcan keçirirdi. Tez-tez özünə sual verirdi: oğlu nədənsə şübhələnmir ki?  
Ceyms var-gəl edə-edə susurdu, dinib-danışmırdı, bu da ananın səbrini tükətdi. 
Ana başladı giley-güzara, sonra məzəmmətə keçdi. Qadınlar hücumdan müdafiə 
olunmaq üçün həmişə danlağa keçirlər. Və onların hücumu çox vaxt qəfil və 
anlaşılmaz nəticə ilə bitir. 
– Ceyms, Allah qoysa, dənizçi həyatı ürəyincə olar,  – missis Veyn sözə başladı. – 
Sən özün bunu istəmişdin də… Hansısa vəkilin kontoruna girə də bilərdin. 
Vəkillər hörmətli adamlardır, onları tez-tez yüksək dairələr qonaq çağırır. 
– Ana, ofis və məmurluq işindən zəhləm gedir… – oğlan dedi. – Amma sən 
tamamilə düz deyirsən. Mən öz həyatımı özüm seçmişəm. Buna görə də öz 
həyatımı öz istədiyim kimi yaşayacağam. Amma ana, getməmişdən qabaq səndən 
bir xahişim var: Sibildən muğayat ol! Gözün üstündə olsun, ona bir bədbəxtlik-
zad üz verməsin! Sən onu qorumalısan… 
– Başa düşmədim?! Ceyms, nə üçün belə danışırsan? Əlbəttə, mən Sibili 
qoruyuram... 
– Eşitmişəm, hansısa cənab hər gün axşam teatra gəlir və tamaşadan sonra pərdə 
arxasına keçib Sibillə görüşür. Düzdür? Buna nə deyirsən? 
– Sən başa düşmədiyin şeylər barədə danışırsan, Ceyms. Bizim sənət elədir ki
tamaşaçı diqqəti tələb edir, aktyorlar belə şeylərə öyrəşiblər. Mənim özümə də 
vaxtilə gül buketləri verirdilər. O zamanlar insanlar bizim sənəti 
qiymətləndirməyi bacarırdılar. Sibilə gəlincə isə, deməliyəm ki... eh, bilmirəm 
hələ onun hissləri nə dərəcədə ciddidir. Amma o cənab ki var, cavan oğlanı 
deyirəm... şübhəsiz, əsl centlmendir. O, mənə qarşı çox nəzakətli davranır. 
Bundan başqa, görünür, o, varlıdır, Sibilə göndərdiyi çiçəklər də çox gözəldir... 
– Amma sən heç onun adını da bilmirsən, eləmi? – oğlan çox sərt soruşdu. 
– Yox, bilmirəm, – ana sakit tərzini pozmadan cavab verdi. – O, hələ bizə adını 
deməyib. Məncə, o, romantik oğlandır. Çox güman ki, o, zadəgan 
təbəqəsindəndir. 
Ceyms Veyn dodağını dişlədi. Çımxırdı: 
– Ana, Sibildən muğayat ol dedim. Gözün üstündə olsun! 
– Oğlum, sən məni nə hesab edirsən? Qəlbimi qırırsan! Sibil daim mənim 
nəzarətimdədir. Əlbəttə, əgər o cavan oğlan varlıdırsa, Sibil niyə də ona ərə 
getməsin? Mən əminəm ki, o, tanınmış ailədəndir. Onun üzündən də bilinir. Onlar 
bir-birinə çox yaxşı yaraşarlar. Sibillə o, yaxşı ər-arvad ola bilər. Onun yaxşı 
görkəmi də var, qəşəng oğlandır, gözəlliyi hamının gözünü deşir... 


Ceyms dilinin ucunda nəsə mızıldadı, barmaqları ilə şüşəni yüngülcə taqqıldatdı. 
Anasına sarı dönüb istədi yenə nəsə bir-iki kəlmə desin, lakin bu vaxt yuxarı 
otağın qapısı açıldı və Sibil oradan uça-uça çıxdı. 
– Nədir, nə olub belə ciddi durmusunuz, xeyir ola? – təəccüblə soruşdu. – Nə baş 
verib? 
– Heç nə! – Ceyms dedi. – Hamı gülməz ki! Hərdən ciddi olmaq da lazımdır! 
Yaxşı, ana, hələlik. Mən saat beşdə gəlib naharımı edəcəyəm. Hər şeyi yerbəyer 
etdim, köynəklərimdən başqa. Narahat olma! 
– Hələlik, oğlum, – missis Veyn oğluna əzəmətlə, lakin gərilmiş halda baxdı. 
Oğlunun onunla yüksək tonda danışması qadının kefini pozmuşdu və Ceymsin 
qəzəbli baxışları onu təşvişə salmışdı. 
– Ana, məni öp, – Sibil dedi. Qızın zərif qönçə dodaqları ananın solğun 
yanaqlarına toxundu və sanki, qadının donu açıldı. 
– Mənim balam! Əziz qızım! –yuxarı baxan missis Veyn tavanı teatrdakı yuxarı 
yarus (qalyorka) kimi zənn etdi. 
– Gəl gedək, Sibil, – Ceymsin hövsələsi daraldı. O, anasının süni həyəcanlara 
meyilli olmasına dözə bilmirdi. 
Onlar küçəyə çıxdılar; yüngül külək əsir, göydəki buludları qovur, günəşin zərrin 
şəfəqləri isə ətrafa səpələnirdi; bacı-qardaş səliqəsiz Eston küçəsiylə addımlayırdı. 
Yoldan ötüb-keçənlər səliqəsiz və qaraqabaq oğlana təəccüblə baxırdılar; Ceyms 
nimdaş və yöndəmsiz tikilmiş kostyumda idi. Onun belə gözəl, səliqəli geyinmiş 
bir qızla yanaşı addımlaması adamların təəccübünə səbəb olmuşdu.  Elə bil, 
kənddən bu saat çıxmış bir bağban qızılgüllə gəzirdi. 
Cim hərdənbir bu maraq dolu baxışlardan utanır, tutulur, özünü narahat hiss 
edirdi. Ona diqqətlə maraq göstərən gözlərə nifrət edirdi; ömrün qürub çağında 
gələn bu hisslər dahilərə yaxşı tanışdır, lakin adi adamları onlar heç vaxt tərk 
eləmir. Sibil ona olan belə dərin marağı heç hiss eləmirdi. Onun gülüşündə sevgi 
fərəhi vardı. O, “Gözəl şahzadə” barədə düşünürdü və sevgilisinin xəyalı ilə daha 
çox uçmağa heç kəsin mane olmaması üçün qız ondan söz açmırdı; əksinə, 
Ceymsin minib gedəcəyi gəmi barədə, Avstraliyada mütləq tapacağı qızıl barədə, 
qardaşının quldurlardan xilas edəcəyi gələcək gözəl və varlı qız barədə çənə 
döyürdü. Sibil ağlına belə gətirmirdi ki, qardaşı ömrü boyu elə adi matros olaraq 
qalacaq, ya da kapitanın üçüncü köməkçisi olacaq; yox, yox! Matros həyatı 
dəhşətlidir! Hansısa miskin bir gəmidə oturasan (sərçə qəfəsdə oturan kimi!), səni 
dəli dalğalar hər tərəfdən ağuşuna ala, sənə hücum edə, azğın küləklər də dorları 
silkələyə, yelkənləri qırıb-tökə, parça-parça edə! Dəhşətdir! Gəmi Melburna yan 
alan kimi Ceyms qoy kapitanla nəzakətlə sağollaşsın, desin “bağışlayın məni!” və 
dərhal sahilə çıxıb getsin qızılaxtaranlara qoşulsun. Heç bir həftə ötməz ki, xalis 
qızıl külçəsi tapar, onu sahilə gətirər, əlbəttə, furqonda, altı atlı polisin müşayiəti 
ilə. Cəngəlliklərdə, kolluqlarda gizlənən quldurlar da ona üç dəfə basqın edərlər, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə