Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

Lakin ona bir şey təsəlli verirdi: portret ona artıq nəyisə öyrətmişdi. Portret ona 
öyrətmişdi ki, o, Dorian, Sibil Veynə qarşı amansızlıq edib, qızla ədalətsiz 
davranıb! Bunu dərk etməyi öyrətmişdi portret! Sibildən üzr istəmək hələ gec 
deyil; o, öz səhvini düzəldə bilər! Sibil onun arvadı olar! Onun uydurma və 
xudbin sevgisinə qız təsir göstərər, ona xeyirxah hisslər aşılayar; və Bazil 
Holvardın çəkdiyi portret isə həyatda həmişə ona yol göstərər, onu idarə edər: 
bəzilərini Yaxşılıq, bəzilərini Vicdan, bəzilərini isə Allah xofu idarə edir! Nə olar, 
onu da Portret idarə edər! Həyatda vicdan əzabına qarşı narkotiklər mövcuddur; 
bunlar əxlaqi dəyərləri, tərbiyəni bihuş edən vasitələrdir. Lakin burada, onun 
gözləri qarşısında açıq-aşkar görünən pozğunluq rəmzi durub – bu, günahın əyani 
nəticəsidir! Bu sübut-dəlil həmişə onun gözləri qarşısında olacaq və ona deyəcək 
ki, insan öz qəlbini məhv etməyə qadirdir. 
Saat üçü, sonra dördü vurdu; yarım saat da ötdü və Dorian Qrey hələ də yerindən 
tərpənmirdi. O, həyatın bütün al-qırmızı saplarını bir yerə yığıb onlardan hansısa 
bir  naxış hörməyə, azdığı ehtirasların qırmızı labirintində öz yolunu tapmağa 
çalışırdı. O nə etməli, nə düşünməli olduğunu bilmirdi. Nəhayət, yerindən qalxıb 
stola yaxınlaşdı və sevdiyi qıza alovlu bir məktub yazdı; məktubda peşman 
olduğunu bildirir, bağışlanmasını yalvarır və özünü axmaq və dəli adlandırırdı. 
Səhifədən-səhifəyə adladıqca o daha çox peşmançılıq sözləri yazır və ağrı içində 
qovrulduğunu deyirdi. Vicdan əzabında da bir təntənə var. Biz öz-özümüzü 
günahkar hesab edəndə düşünürük ki, özgə heç kimin bizi belə günahlandırmağa 
haqqı yoxdur. Bizim günahlarımızı, əslində, keşiş yox, etiraflarımız, tövbəmiz 
bağışlayır. Dorian məktubu yazıb qurtaran kimi, sanki, özünü yüngül hiss etdi və 
ona elə gəldi ki, günahları bağışlanmışdır.  
Birdən qapı döyüldü və o, lord Henrinin səsini eşitdi. 
– Dorian, əzizim, mən sizi görmək istəyirəm, vacib işim var! İcazə verin, içəri 
girim! Nə olub, niyə qapını bağlayıb özünüzə qapanmısınız? 
Əvvəlcə cavab vermədi, səssizcə yerində donub-qaldı. Qapı fasiləsiz döyülürdü 
və Henrinin səsi daha bərkdən gəlirdi. Hə, yaxşı olar ki, lord Henrini içəri 
buraxsın və indən belə başlayacağı yeni həyatı barədə ona danışsın; o, lazım 
gəlsə, lord Henriylə dalaşacaq və əgər zərurət yaranarsa, onunla bütün əlaqələri 
belə kəsəcək.  
 
O, cəld yerindən qalxdı, ekranı tələsik portretin qabağına çəkdi və bundan 
sonra qapını açdı. Lord Henri içəri girən kimi gileyini bildirdi: 
– Dorian, belə şeylər heç yaxşı deyil! Siz olub-keçən hadisələr barədə çalışın 
düşünməyəsiniz! Unudun onları getsin! 
– Siz Sibil Veyni nəzərdə tutursuz? 
– Əlbəttə! – lord Henri oturub əlcəklərini asta-asta çıxarmağa başladı, – 
ümumiyyətlə, deyim ki, bir tərəfdən bu heç də yaxşı iş deyil; o biri tərəfdən isə 


axı bu, sizin də günahınız deyil! Deyin görüm, tamaşa qurtarandan sonra siz o qızı 
gördünüzmü? 
– Hə, gördüm... 
– Mən elə belə də düşünürdüm. Siz küsüşdünüz, eləmi? 
– Mən çox kobudluq etdim, Harri! Hətta ona qarşı çox qəddarlıq etdim! Amma 
indi sakitəm. Hətta olanlara görə təəssüf də etmirəm. Bu, mənə özümü daha yaxşı 
tanımaqda kömək etdi... 
– Ah, Dorian, mən buna şadam! Mən qorxurdum ki, siz vicdan əzabı çəkəsiniz və 
hətta o gözəl qızılı qıvrım saçlarınızı belə yolasınız! 
– Bunları yaşadım, – Dorian başını tərpədərək güldü. – İndi mən özümü daha 
bəxtiyar hiss edirəm. Əvvəla, dərk etdim ki, vicdan nə deməkdir. Bu heç də sizin 
mənə dediyiniz kimi deyil. Bu, bizdə olan ən ilahi bir şeydir! Ona lağ etməyin, 
Harri, bir daha, hər halda, mənim yanımda bir daha ona istehza ilə baxmayın! 
Mən insan olmaq istəyirəm, təmiz vicdanı olan insan! Mən qəlbimi murdarlamaq 
istəmirəm! 
– Dorian, bu, tərbiyə və əxlaq üçün çox gözəl bir estetik bünövrədir ki! Təbrik 
edirəm sizi! Bəs nədən başlamaq istəyirsiniz? 
– Sibil Veynlə evlənməkdən! 
– Sibil Veynlə evlənmək? – lord Henri ayağa qalxıb ucadan səsləndi və Doriana 
təəccüblə baxıb əlavə etdi. – Amma əziz Dorian... 
– Bəli, Harri! Bilirəm nə deyəcəksiniz?.. Nikah barədə nəsə pis bir şey! Lazım 
deyil, deməyin! Belə şeylər barədə mənə bir daha heç nə deməyin! İki gün əvvəl 
Sibilə təklif etdim ki, mənə ərə gəlsin. Mən vədimə xilaf çıxmaq istəmirəm. O, 
mənim arvadım olacaq. 
– Sizin arvadınız olacaq? Dorian!.. Siz mənim məktubumu almamısınız? Bu gün 
səhər yazmışam sizə... və mənim xidmətçim onu sizin evinizə gətirib... 
– Məktub? Ah... hə, hə, yadıma düşdü... Mən onu hələ oxumamışam, Harri. 
Qorxurdum ki, orada mənim xoşlamadığım şeylər ola bilər. Siz öz qəbirüstü 
yazılarınızla həyatı tikə-tikə doğrayırsınız... 
– Onda sizin heç nədən xəbəriniz yoxdur, hə? 
– Nə demək istəyirsiniz? 
Lord Henri otaqda gəzişməyə başladı; sonra Dorian Qreyin yanında oturdu, onun 
hər iki əlini ovuclarının içinə aldı, onları bərk-bərk sıxdı. 
– Dorian, – lord Henri pıçıldadı, – mən məktubda.... qorxmayın... yazmışdım ki... 
hə, bildirmişdim ki, Sibil Veyn... ölmüşdür... 
Oğlandan dəhşətli bir qışqırıq qopdu; o, Henrinin əllərini kənara itələyib bağırdı: 
– Ölüb? Sibil ölüb?! Yox, ola bilməz! Yalandır! Dəhşətli yalandır! Bunu necə 
dilinizə gətirirsiniz? 
– Bu, yalan deyil, Dorian! Həqiqətdir! – lord Henri dedi. – Bugünkü qəzetlərin 
hamısı yazıb! Sizə yazmışdım ki, mən gələnə kimi heç bir qəzetə-filana 


baxmayasınız! Yəqin ki, istintaq olacaq və mən istəyirəm ki, bu işə siz cəlb 
olunmayasınız! Parisdə belə hallar adamı məşhurlaşdırır, amma Londonda 
insanlarda mövhumatçılıq hələ də qalıb. Burada gərək öz karyeranı qalmaqalla 
başlamayasan. Qalmaqallar qocalara aiddir; onlar diqqətdən kənarda qaldıqları 
üçün bunu yaradırlar ki, diqqəti cəlb etsinlər. Ümidvaram ki, teatrda sizin kim 
olduğunuzu bilmirdilər. Əgər belədirsə, onda hər şey qaydasındadır, narahat 
olmağa dəyməz. Sibilin qrim otağına girəndə sizi kimsə gördümü? Bu, çox vacib 
məsələdir... 
Dorian bir müddət susdu. O, dəhşətə gəlmişdi və rəng-ruyu ağappaq ağarmışdı. 
Nəhayət, dili topuq vura-vura pıçıldadı: 
– Harri, siz... deyə-sən... istintaq... dediniz, hə? Bu nə deməkdir? Məgər Sibil... 
Ah... Harri! Mən buna dözə bilmərəm! Tez olun, danışın! Hər şeyi danışın! 
– Dorian, şübhə etmirəm ki, bu, sadəcə, bədbəxt bir hadisədir; lakin camaat da 
gərək belə düşünə. Danışırlar ki, həmin gecə, təxminən, birin yarısında anasıyla 
teatr binasını tərk edərkən qız deyib ki, qrim otağında nəyisə unudub. Qızı xeyli 
gözləyiblər, amma o, geri qayıtmayıb; nəhayət, onu öz qrim otağında döşəmədə 
sərilmiş vəziyyətdə tapıblar. Qız səhvən zəhərli bir dərman udub; bu dərmandan, 
adətən, qrim üçün istifadə edirmişlər. Mən bilmirəm bu nə olan şeydir, lakin onun 
tərkibində, gərək ki, ya sianid turşusu var, ya da ağ qurğuşun məhlulu... Yəqin, 
sianid turşusu olub, çünki qız dərhal keçinib... 
– Ah! Harri! Harri! Nə dəhşətli xəbərdir! – oğlan inildədi. 
– Əlbəttə, faciədir, çox böyük faciədir! Lakin siz gərək özünüzü bu məsələyə 
qatmayasınız! “Standard” qəzeti yazıb ki, qızın on yeddi yaşı varmış. Amma 
üzdən ona az yaş vermək olardı; o, məsum uşaq kimi görünürdü və görünür, elə 
buna görə də səhnədə təcrübəsiz idi. Dorian, siz gərək bu faciəni qəlbinizə 
salmayasınız. Gəlin gedək mənimlə nahar eləyək, sonra operaya gedərik. Bu gün 
Patti oxuyur, hamı orada olacaq. Siz mənim bacımın lojasında otura bilərsiniz; 
operaya onunla bir neçə cazibəli qadın da gələcək. 
– Deməli, mən Sibil Veyni öldürdüm! – Dorian Qrey dodaqucu mızıldadı. – Nə 
fərqi var ki, elə bil, onun balaca boğazını bıçaqla doğramışam; amma mənim 
bağçamda qızılgüllər  hələ də gözəldir, buna baxmayaraq, quşlar burada hələ də 
oxuyur, bəxtəvər-bəxtəvər oxuyurlar. Lakin mən bu axşam sizinlə nahara, sonra 
operaya, daha sonra isə harasa şam yeməyinə gedəcəyəm... Həyat necə də qeyri-
adi və faciəvidir! Əgər bütün bunları kitabda oxusaydım, doğrusu, ağlayardım. 
Amma indi bunlar həyatda baş verir, özü də mənimlə baş verir; və mən o qədər 
sarsılmışam ki, heç ağlaya da bilmirəm. Budur, baxın, mənim sevgi məktubum 
orada durub; mənim həyatda ilk ehtiraslı sevgi məktubum. Sizə qəribə gəlmirmi? 
Mən bu məktubu, ilk sevgi məktubumu ölmüş bir qıza yazmışam?! Maraqlıdır, 
mən bilmək istəyirəm: o bənizi solub-saralmış ölülər nə hiss edirlər? Sibil! Sibil 
hiss edirmi, görəsən? Məni eşidə bilirmi, hiss edə bilirmi, bunlardan xəbəri 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə