Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

varmı? Ah, Henri! Mən onu necə sevirdim?! İndi mənə elə gəlir ki, bu, çoxdan 
olub, lap çoxdan! O, mənim üçün hər şey idi, mənim həyatım idi! Sonra bu 
məşum ölüm gecəsi gəldi! Doğrudanmı, ötən gecə olub? Həmin o məşum gecə – 
o, səhnədə çox pis oynadı və mənim qəlbim, demək olar ki, qırıldı... Sonra Sibil 
mənə hər şeyi izah elədi. Bu, elə təsirli, elə həssas idi ki! Mən isə ona “axmaq” 
dedim... Sonra  yenə nəsə oldu o gecə... mən onu sizə deyə bilmərəm. Lakin bu, 
dəhşət idi... və mən qərara aldım ki, Sibilin yanına qayıdım... Başa düşdüm ki, 
səfeh iş görmüşəm... Budur... o öldü! Aman Allah! Aman Tanrım! Harri, mən 
neyləyəcəyəm? Siz təsəvvür etmirsiniz məni hansı təhlükə gözləyir?! Mən hansı 
bəlaya düşmüşəm? İndi məni heç kəs ayaq üstə saxlaya bilməz! Mən yıxılmışam! 
Sibil məni saxlaya bilərdi! Sibil özünü öldürməməli idi! Onun buna haqqı yox idi! 
Bu, səfehlik, axmaq bir addım olub! 
– Əzizim Dorian, – lord Henri portsiqarından papiros çıxarıb cavab verdi, – qadın 
yalnız bir yolla kişini dəyişdirə bilər: onu elə zinhara gətirər ki, o, həyata qarşı 
bütün marağını itirər. Əgər siz o qıza evlənsəydiniz, siz də bədbəxt olardınız. 
Əlbəttə, onunla yaxşı davranardınız. Sevdiyin adam olanda bu daha asan olur. 
Lakin o qız günlərin bir günündə başa düşəcəkdi ki, siz onu sevmirsiniz. Qadın 
başa düşəndə ki onun əri ona qarşı laqeyddir, dəhşətli dərəcədə zövqsüz olur, 
başlayır dəbdən düşmüş pal-paltar geyməyə, yaxud onun çox qəşəng şlyapası 
peyda olur ki, bunu da ona özgə kişi alır. Bu qeyri-bərabər izdivacın sosial 
həqarət olduğu bir yana dursun, mən, onsuz da, bunun əleyhinəydim, çalışırdım 
bu baş verməsin, mən sizi əmin edirəm ki, bütün hallarda o qızla sizin nikahınız 
uğursuz olacaqdı. 
– Məncə, siz düz deyirsiniz, – oğlan pıçıldadı və otaqda var-gəl etməyə başladı, 
sifəti tamamilə ağarmışdı, – lakin düşünürdüm ki, mən onunla evlənməliydim. 
Əgər bu faciə bizim evlənməyimizə mane oldusa, bu, mənim günahım deyil. Siz, 
deyəsən, demişdiniz ki, yaxşı qərarların başında ağır bədbəxtlik daşı fırlanır; onlar 
həmişə gec qəbul olunur. Yəqin, mənimki də ona bənzədi... 
– Xeyirxah niyyətlər təbii qanunlara qarşı atılan faydasız addımlardır. Onların 
kökündə xalis təkəbbür, özündən bədgümanlıq var. Onların nəticəsi sıfıra 
bərabərdir. Onlar bizə hərdən sevinc bəxş edir, lakin çox vaxt mənasız, boş 
duyğular verir və bu duyğular da yalnız zəif adamlar üçün təsəllidir. Bax belə. 
Xeyirxah niyyətlər bank çeklərinə bənzəyir – bu çekləri o adamlar yazıb verir ki, 
onların heç cari bank hesabları da yoxdur. 
– Harri, – Dorian qorxa-qorxa gəlib Henrinin yanında oturdu, – niyə axı mən 
istədiyim kimi əzab çəkə bilmirəm? Doğrudanmı, mənim qəlbim yoxdur? Hər 
halda, mən belə düşünmürəm. Siz necə fikirləşirsiniz? 
– Son iki həftədə sizin etdiyiniz çoxsaylı səfeh hərəkətlərdən sonra sizə qəlbsiz 
insan demək olmaz, Dorian, – lord Henri nəvazişlə gülümsündü. Dorian qaşlarını 
çatdı. 


– Bu cür cavab mənim xoşuma gəlmir, Harri, – Dorian etiraz etdi. – Lakin şadam 
ki, siz məni qəlbsiz insan hesab etmirsiniz. Mən belə bir adam deyiləm, bunu 
bilirəm. Lakin hər halda, baş verən bədbəxt hadisə mənə o qədər də təsir etmədi, 
yəni lazım olduğu dərəcədə demək istəyirəm. Bu hadisə, elə bil, mənim üçün 
gözəl bir pyesin qeyri-adi sonluğudur; bu pyesdə yunan faciə janrının ən müdhiş 
gözəlliyi var; bu faciədə mən də iştirak edirəm, özü də əhəmiyyətli dərəcədə, 
lakin bu faciədən mən sağ-salamat çıxmışam, yaralanmamışam.  
– Maraqlı məsələdir, – lord Henri dedi; qarşısındakı gəncin düşüncəsiz eqoizmi 
ilə oynamaq ona ləzzət verirdi. – Çox maraqlı məsələdir, çox! Düşünürəm ki, 
bunu belə izah etmək olar: həyatda çox vaxt əsl faciələr elə qeyri-estetik forma 
alır ki, bizi öz kobud azğınlığı, son dərəcə məntiqsizliyi və mənasızlığı, 
zəriflikdən belə əlamət olmaması ilə incidir, əzab verir. Onlar bizə vulqar təsiri 
bağışlayır. Onlar bizə yalnız heyvani hisslər bəxş edir və biz buna qarşı üsyan 
edirik. Lakin bəzən də biz həyatda elə dramlarla qarşılaşırıq ki, orada bədii 
gözəllik elementlərini görürük. Əgər bu gözəllik həqiqi gözəllikdirsə, onda 
hadisələrin dramatizmi bizə təsir edir və biz qəflətən görürük ki, artıq aktyorlar 
deyil, sadəcə, faciənin tamaşaçısı qismindəyik. Ya da həm aktyoruq, həm də 
tamaşaçı. Biz öz-özümüzü seyr edirik və bu mənzərənin son dərəcə qeyri-adiliyi 
bizi valeh edir. Bəs indiki halda nə baş verib? Qız sizə görə, sizi sevdiyi üçün 
özünə qəsd edib. Təəssüf ki, mənim həyatımda belə bir hadisə baş verməyib. 
Versəydi, mən onda məhəbbətə inanardım və o qızın qarşısında daim baş 
əyərdim. Lakin məni sevənlərin hamısı – onlar o qədər də çox olmayıb, amma 
olub – inadla yaşamış, hətta mən onları və onlar məni atandan sonra da uzun illər 
yaşamışlar. Bu qadınlar kökəlmişdilər, darıxdırıcı və dözülməz olmuşdular. Mən 
onlarla görüşəndə onlar dərhal xatirələri dilə gətirirlər. Ah, bu qadın yaddaşı! 
Dəhşətli qadın yaddaşı! Belə də cəza olar!? Onları gör necə ətalət, ruhi durğunluq 
bürüyüb! İnsan gərək özünü həyatın rəngləri altında gizlətsin, onun detallarını heç 
vaxt xatırlamasın. Təfərrüatlar həmişə bayağı olur. 
– Mən bağçada lalə əkməli olacağam, – Dorian ah çəkdi. 
– Buna ehtiyac yoxdur, – lord Henri etiraz elədi. – Həyatda bizim üçün hər zaman 
hazır lalələr var; əlbəttə, biz uzun zaman unuda bilmirik. Mən nə vaxtsa bütün 
mövsüm ərzində yaxama bənövşə taxdım; bu, ölmək istəməyən sevgi üçün yas 
saxlamaq nişanəsi idi. Lakin axır ki, o sevgi öldü. Yadıma gəlmir ki, onu nə 
öldürdü. Görünür, bu, o qadının mənə vədi idi: mənim üçün bütün həyatını qurban 
verməyə hazır olduğunu demişdi. Bu, həmişə dəhşətli an olur; o, insana 
əbədiyyətdən qorxmaq hissini təlqin edir. Beləliklə, təsəvvür edin ki, ötən həftə, 
ledi Hampşirgildə gördüm ki, həmin xanım mənimlə yanaşı oturub; və o qadın 
nəyin bahasına olur-olsun, hər şeyi təzədən başlamaq istəyirdi; keçmişi eşələyib 
qurdalayır, gələcək üçün yolu təmizləməyə çalışırdı. Mən bu sevgi romanımı gül 
kolları altında basdırmışam. Amma o qadın onu təzədən qazıb çıxartdı və məni 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə