Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

olar  ki, görüb; və o çalışacaq ki, bu ecazkar gəncin ruhu ona məxsus olsun! Bu 
Məhəbbət və Ölüm oğlunda nəsə bir ovsun var! 
Birdən lord Henri dayandı və gözlərini evlərə dikdi. Xalasının evini xeyli ötüb-
keçmişdi, öz-özünə güldü və geri döndü. Lord Henri qaranlıq dəhlizə girəndə ev 
xidmətçisi ona dedi ki, hamı artıq yemək otağındadır. O, şlyapasını və əlağacını 
xidmətçilərdən birinə verib içəri keçdi. 
– Həmişəki kimi gecikirsən, Harri, – xalası onu görcək başını bulaya-bulaya 
ucadan dedi. 
Henri üzr istədi və dərhal nəsə bir səbəb uydurub xalasının böyründəki boş stulda 
əyləşdi, gələn qonaqları gözdən keçirtdi. Stolun küncündə oturan Dorian utana-
utana başını tərpətdi, yanaqlarına məmnunluq qızartısı çökdü. Qarşı tərəfdəki 
stulda hersoginya Harley oturmuşdu; gözəl və ehtiraslı bir xanım idi; öz 
zümrəsinin sevimlisinə çevrilmişdi; qadın elə bir memarlıq nümunəsi idi ki, 
hersoginyadan daha çox şən və yumşaq xanım təsiri bağışlayırdı; müasir tarixçilər 
ona “əndamlı, ətli-qanlı qadın” deyərdilər. Hersoginyanın yanındakı ser Tomas 
Burdon idi, parlamentin radikal üzvüydü; ictimai-siyasi həyatda o, öz liderinin 
sadiq köməkçisi kimi çıxış edirdi, şəxsi həyatında isə bunu demək olmazdı; o, 
mətbəx dəlisiydi, daha doğrusu, hamıya məlum belə bir müdrik qaydaya riayət 
edirdi: konservatorlarla birgə nahar elə, liberallarla birgə düşün! 
 Xanım Harleyin sol tərəfində Tredleydən olan mister Erskin oturmuşdu, yaşlı 
centlmen idi; həddən artıq nəzakətli və səliqəli görünüşü vardı; cəmiyyət arasında 
onu sakit, danışmayan adam kimi tanıyırdılar. Hətta bir dəfə özü bu barədə ledi 
Aqataya demişdi ki, o, otuz yaşına qədər deməli olduğu hər şeyi deyib qurtarıb, 
daha deyiləsi sözü qalmayıb. Henrinin öz yanında missis Vandelör oturmuşdu, 
xalasının köhnə rəfiqəsiydi, həqiqətən, müqəddəs bir qadın idi, lakin zövqsüz, 
diqqəti cəlb edən paltar geyinmişdi; onu kitabın yaman gündə düzəldilmiş üz 
qabığına bənzətmək olardı. Xoşbəxtlikdən, qadının o biri qonşusu lord Faudel idi; 
ortayaşlı,  ağıllı bir kişiydi, lakin qabiliyyəti orta səviyyəliydi; primitiv və 
darıxdırıcı bir adam idi; belə adamlar nazirin ümumilər palatasındakı hesabat 
məruzəsini xatırladırlar; bu adamla missis Vandelör arasındakı söhbət çox ciddi 
şəkil almışdı; elə lordun sözlərinə görə, əslində, bütün yaxşı adamlar bağışlanmaz 
səhvlər edirlər və bu səhvlərdən heç kəs tamamilə qurtula bilmir. 
– Lord Henri, biz yazıq Dartmur barədə danışırıq, – hersoginya başını əyib 
mehribancasına səsləndi. – Necə bilirsiniz, o, cazibəli amerikalı qızla, həqiqətən, 
evlənəcəkmi? 
– Məncə, evlənəcək, hersoginya; qız ona ərə getməyə qərar verib. 
– Bu dəhşətdir ki! – ledi Aqata təəccübləndi. – Buna mütləq mane olmaq 
lazımdır! 


– Mən mötəbər mənbələrdən eşitmişəm ki, qızın atası qalantereya malları, nə 
bilim, min cür xırdavat ticarəti ilə məşğul olur, – ser Tomas Burdon həqarətli bir 
əda ilə bildirdi. 
– Ser, mənim əmim deyir ki, o, donuz əti idxalı ilə məşğul olur... 
– Min cür xırdavata bax! Bu, nə deməkdir belə? – hersoginya əllərini qaldırıb 
təəccüblə soruşdu. 
– Amerika romanlarıdır, – lord Henri kəklik ətindən götürüb öz boşqabına qoydu. 
Hersoginya karıxdı, bilmədi nə desin. 
– Əzizim, ona qulaq asma, – ledi Aqata yüngülcə hersoginyaya toxundu, – o, heç 
vaxt heç nəyi ciddi söyləmir. 
– Amerika kəşf olunanda... – radikal lord söhbətə başladı və... sonra dalınca boş 
və darıxdırıcı faktlar gətirməyə başladı. Mövzunu başa çatdırmağa çalışan bütün 
adamlar kimi o da ona qulaq asanları üzdü. Hersoginya ah çəkdi, üstünlüyündən 
istifadə edərək başqalarının sözünü kəsirdi. 
– Kaş heç o Amerika kəşf olunmayaydı! – hersoginya səsini qaldırdı. – Axı 
amerikalı qızlar bizim qızların bütün adaxlılarını əlindən alır! Belə olmaz, bu 
rüsvayçılıqdır! 
– Mən deyərdim ki, Amerika hələ tamam kəşf olunmayıb, – mister Erskin qeyd 
etdi. – Amerika təzəlikcə aşkar edilib. 
– Ah! Mən o ölkənin qadınlarını görmüşəm, – hersoginya qeyri-müəyyən tonda 
cavab verdi. – Boynuma almalıyam ki, onların əksəriyyəti çox gözəldir. Onlar çox 
yaxşı da geyinirlər. Bütün pal-paltarlarını da Parisdən alırlar. Kaş mən də onlar 
kimi edəydim... 
– Belə bir məsəl var: yaxşı amerikalılar öləndən sonra Parisə gedirlər, – ser 
Tomas istehza ilə güldü. 
– Doğrudan? Bəs pis amerikalılar öləndən sonra hara gedirlər? – hersoginya 
maraqlandı. 
– Amerikaya, hara gedəcəklər ki?!  – lord Henri qımıldandı.  
Ser Tomas qaşlarını çatdı, üzünü ledi Aqataya tutub dedi: 
– Sizin bacınız oğlu o böyük ölkəyə qarşı yaman yanlış fikirdədir! Mən oranı 
başdan-ayağa maşınla gəzmişəm; inandırıram  sizi ki, iltifatlı direktorların 
sayəsində gəzdiyim o ölkə çox sivildir və oradan çox şey öyrənmək olar. 
– Məgər təhsilli və maarifçi adam olmaq üçün mütləq gərək Çikaqonu görəsən? – 
mister Erskin şikayətləndi. – Belə bir səyahətə özümü layiq bilmirəm. 
Ser Tomas əlini yellədi. 
– Tredleyli mister Erskin üçün dünya onun kitab rəfləridir. Biz isə praktik 
adamlarıq, şeyləri görməyi xoşlayırıq, onlar haqqında oxumağı yox. Amerikalılar 
həddən artıq maraqlı adamlardır. Onlar çox böyük sağlam təfəkkürə malik 
xalqdır. Düşünürəm ki, elə Amerika xalqını fərqləndirən əsas xarakterik cəhət də 


budur. Bəli, mister Erskin, onlar tamamilə sağlam düşüncəli insanlardır. Sizi əmin 
edirəm ki, amerikalı heç vaxt axmaq hərəkətlərə yol verməz. 
– Necə dəhşətlidir, aman Allah! – lord Henri səsini ucaltdı. – Mən heyvani gücə 
birtəhər dözə bilərəm, lakin mənasız düşüncəyə tamam dözümsüz oluram. 
Mühakimədən istifadə etməkdə nəsə bir alçaqlıq var. Bu, o deməkdir ki, sən 
ağlını satırsan, idraka xilaf çıxırsan.  
– Başa düşmürəm, siz bununla nə demək istəyirsiniz? – ser Tomas qızardı. 
– Mən sizi başa düşdüm, lord Henri! – mister Erskin gülümsədi. 
– Paradoksların öz gözəlliyi var, amma... – baron söhbətə davam etmək istədi. 
– Məgər bunlar paradoks idi? – mister Erskin soruşdu. – Mən belə düşünmürəm...  
Nə isə... ola bilsin, düzdür. Paradokslar həyat haqqında həqiqətləri açır. Reallığı 
görmək üçün gərək biz görək ki, o, tarım çəkilmiş kanatda necə balans yaradır. 
Həqiqətin necə akrobatik gedişlər etdiyini gördükdən sonra biz onun haqqında 
mühakimə yürüdə bilərik. 
– İlahi, bu kişilər mübahisə etməyi necə də sevirlər! – ledi Aqata ah çəkdi. – 
Nədən danışdığınızı heç cür anlaya bilmirəm. Harri, sənə isə çox əsəbiləşmişəm. 
Nə üçün sən bizim əziz Dorian Qreyi İst Enddə mənimlə işləmək fikrindən 
daşındırırsan, hə? Səni əmin edirəm ki, o, bizə çox gərəkli xidmətlər göstərə bilər. 
Onun çalmağını hamı xoşlayar. 
– Mənsə istəyirəm ki, o yalnız mənim üçün çalsın, – lord Henri güldü və gözü ilə 
Dorianı aradı; baxışları küncdə oturan Dorianın sevinc dolu baxışlarıyla toqquşdu. 
– Görürsən, Harri, Uaytçappeldə nə qədər bədbəxt var?! – ledi Aqata davam etdi. 
– Mən məşəqqətdən başqa bütün kədərlərə şərikəm, – lord Henri çiyinlərini 
çəkərək bildirdi, – mən insanın dərdinə şərik ola bilmərəm. Bu, çox sarsaq işdir, 
eybəcərlik və rüsvayçılıqdır; adamı dəhşətə gətirir və istismar edir, əzir. Dərdə, 
kədərə ümumi baxışda hansısa bir qeyri-sağlam münasibət var. Gərək parlaq 
rənglərə, gözəlliyə şəfqət göstərəsən, həyatın sevinclərinə şərik olasan; insan 
gərək həyatın qaranlıq və dumanlı tərəflərindən mümkün qədər az danışsın. 
– Axı İst End çox ciddi bir problemdir, – ser Tomas nüfuzedici tonla başını 
buladı. 
– Əlbəttə, – cavan lord Henri cavab verdi, – bu axı quldarlığın problemidir və biz 
də qulların könlünü almaqla, onları əyləndirməklə çalışırıq ki, bu məsələni həll 
edək.  
Qoca siyasətçi gözlərini Henriyə zillədi, uzun zaman onu nəzərləri altında saxladı. 
– Bəs siz, əvəzində nə təklif edirsiniz? – qoca soruşdu. Lord Henri gülüb dedi: 
– Mən İngiltərədə havadan başqa heç nəyi dəyişmək istəməzdim. Fəlsəfi 
seyrçilikdən də tamamilə məmnunam. Lakin on doqquzuncu əsr ona görə iflasa 
uğradı ki, mərhəməti həddən artıq səxavətlə israf etdi. Buna görə də mənə elə 
gəlir ki, biz həqiqətə yalnız elmlə çata bilərik. Emosiyalar ona görə yaxşıdır ki, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə