Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

– Onda bu, vaxtından qabaq təslim olmaq demək olar! 
– İncəsənətdə romantika kulminasiya nöqtəsindən başlanır. 
– Axı mən geriyə çəkilmək üçün özümə yol tapmalıyam... 
– Partianlar2 kimi, hə? 
– Partianları səhralar xilas etdi. Mənsə bunu edə bilmərəm. 
– Qadınlar üçün həmişə seçim mümkün olmur, – lord Henri cavab verdi, lakin bu 
vaxt bağçanın uzaq küncündən gurultu gəldi; sonra boğuq bir səs eşidildi, elə bil, 
nəsə tappıltı ilə yerə düşdü. Hamı həyəcanlandı. Hersoginya qorxu içində donub 
yerində qaldı. Lord Henri də qorxa-qorxa qaçıb palma ağaclarının yarpaqlarını 
araladı və gördü ki, Dorian Qrey üzüqoylu huşsuz halda yerə yıxılıb. 
Dorianı dərhal qonaq otağına gətirib divana uzatdılar; bir azdan o, özünə gəldi və 
təəccüblə ətrafa baxdı. 
– Nə olub? – o soruşdu. – Ah! Yadıma düşdü! Harri, mən sağ-salamatam? 
Dorian əsməyə başladı. 
– Əlbəttə, əzizim, sağsan. Sadəcə, bayılmışdınız. Görünür, yorğunluqdandır. 
Yaxşı olar ki, nahara gəlməyin. Sizi əvəz edərəm. 
– Yox, mən gələcəyəm, – dedi, çətinliklə ayağa durdu. – Yaxşı olar ki, aşağı 
düşüm, tək qalmaq istəmirəm. 
Dorian otağına keçib geyindi. Nahar süfrəsi arxasında Dorian özünü çox qayğısız 
və şən aparırdı; bu halın özündə dəli bir fədakarlıq da sezilirdi. Lakin o, hərdənbir 
dəhşət və qorxudan səksənir,  yadına şüşəbəndin pəncərəsindən ağappaq dəsmal 
kimi sifətin – Ceyms Veynin sifətinin ona tuşlandığı anı salırdı: Ceyms Veyn onu 
izləyirdi. 
 
ON SƏKKİZİNCİ FƏSİL 
 
Növbəti gün Dorian evdən çölə çıxmadı; günün çox hissəsini öz otağında keçirdi; 
həyata qarşı marağı sönsə də, ölüm barədə düşünəndə onu vahimə basırdı. Təqib 
olunması, izlənməsi, ona tələ qurulması fikrini heç cür başından çıxara bilmirdi; 
bu fikir onu əzir, ona işgəncə verir, dinclik vermirdi. Külək qapı və pəncərə 
pərdələrini bir balaca tərpədən kimi Dorian diksinirdi; quru yarpaqlar pəncərə 
şüşələrinə çırpılanda dərhal ölümü barədə düşünür, öldürüləcəyinin yaxınlaşdığını 
gözləri önünə gətirir və qəlbində dərin peşmançılıq hissləri oyanırdı. Gözlərini 
yuman kimi qarşısında, elə bil, o dənizçini görürdü; sanki, tərləmiş pəncərələrdən 
o adam Doriana baxır və yenidən ağır bir əlin onun ürəyindən tutub sıxacağı 
anların qorxusu canına hopurdu. 
Ola bilsin ki, gecənin zülməti onun təxəyyülündə qisasçı kabusu canlandırır, 
gözləri qarşısına dəhşətli intiqam səhnəsini gətirirdi. Gerçəklik xaosdur, lakin 
insan təxəyyülünün fəaliyyətində nəsə sərt bir məntiq var. Yalnız təxəyyül və 
xəyalımız vicdanımızı məcbur edir ki, cinayətin dalınca düşüb onu daban-dabana 


izləsin. Yalnız təxəyyülümüz bizim hər bir günahımızın mənfur nəticələrinin 
şəklini çəkir. Gerçək faktlar dünyasında günahkarlar cəzalandırılmır; möminlər 
mükafatlandırılmır. Güclülər uğur qazanır, zəiflər uğursuzluğa düçar olurlar. Bax 
belə! Bundan başqa, əgər yad bir adam evin həndəvərində dolanmışdısa, onu 
xidmətçi və gözətçilər mütləq görmüş olardılar. Şüşəbənd pəncərələrinin altındakı 
gül kərdilərində onun ayaq izləri qalardı, bağbanlar bu barədə dərhal ona məlumat 
verərdilər. Hə, hə, onu qara basıb! Yəqin, belədir! Sibil Veynin qardaşı onu 
öldürməyə gəlməmişdi. O, gəmiylə çıxıb gedib, Allah bilir haralarda, hansı 
sularda batıb qalacaq. Hə, əlbəttə, onun nə işi var burada?! O ki heç nə bilmir, 
Dorianı tanımır, tanıya da bilməzdi! “Gözəl şahzadə”nin gənclik maskası Dorianı 
xilas etmişdi! 
Nəhayət, Dorian özünü inandırmağa çalışırdı ki, bütün bunlar qarabasmadır, 
sadəcə, onun gözlərinə görünmüşdür; lakin düşünəndə ki vicdan bax belə mənfur 
kabuslar doğura bilər və onları məcbur edə bilər ki, insanın gözü qarşısında 
canlansınlar, dəhşətə gəlirdi; əgər onun cinayətinin kölgələri gecə-gündüz hər 
künc-bucaqdan çıxıb ona baxsalar, onu məsxərəyə qoyub təhqir etsələr, 
ziyafətlərdə qulağına nəsə pıçıldasalar, yatanda gəlib üzünə buzlu barmaqlarıyla 
toxunsalar, bütün həyatı cəhənnəm əzabına dönməzmi?! Bunları düşünəndə 
Dorian qorxudan rəng verib-rəng alır, bütün bədəni soyuyurdu. Axı nə üçün o, 
özündən çıxıb dostunu öldürdü?! O səhnə yadına düşəndə az qalırdı ürəyi 
partlasın! O səhnə, elə bil, indi də gözlərinin qarşısında canlanır! Hadisənin hər 
bir dəhşətli təfərrüatı, elə bil, yaddaşında yenidən oyanır, daha qorxunc 
görünməyə başlayırdı! Onun cinayətinin zəhmli kölgəsi qanlı bürüncəkdə 
zamanın qədərsiz qaranlığından çıxıb Doriana boylanırdı.  
Saat altıda lord Henri gələndə gördü ki, Dorian ağlayır. O, qəm-qüssədən ürəyi 
partlayan adamlar kimi hönkürtü vururdu. 
Dorian yalnız üç gündən sonra evdən bayıra çıxmağa cürət etdi. Qış səhərinin 
təmiz havasına qarışan şamağacıların ətri onun gümrahlığını və həyat eşqini 
yenidən oyatdı. Amma dirçəliş təkcə havayla bağlı deyildi; indi Dorianın bütün 
qəlbi ona uzun zaman dinclik verməyən, içini, az qala, darmadağın edən sonsuz 
iztirablarına qarşı üsyan edirdi. İncə qəlbli, həssas təbiətli insanlarda həmişə belə 
olur. Belə adamları ram olunmayan güclü ehtiraslar məhv edir. Bu ehtiraslar ya 
öldürür, ya da özləri ölür. Xırda dərdlər və cılız sevgi hissləri uzunömürlü olur.  
Böyük sevgi və böyük kədər isə izafi gücə malik olduqları üçün məhv olub gedir. 
Bundan əlavə, Dorian möhkəm əmin olmuşdu ki, o, öz  sarsıdıcı təxəyyülünün 
qurbanıdır; və artıq öz qorxulu anlarını da təəssüf hissi ilə, bir qədər də etinasız 
duyğularla xatırlamağa başladı. 
Səhər yeməyindən sonra o, hersoginya ilə birlikdə düz bir saat bağçada gəzdi
daha sonra parkın içindən keçib ovçuların dolaşdığı yerə gəlib çıxdı. Çəmənliyin 
üstünü xırtıldayan quru qırov basmışdı. Səma ağzı üstə çevrilmş mavi metaldan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə