Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə63/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

Ceyms Veyn bir anlıq dayanıb Dorianın nə demək istədiyini anlamadı. Daha 
sonra o, Dorianı üstüörtülü arkadan sürüyüb küçə işığına tutdu. Duman və 
küləkdə fənər işığı nə qədər zəif olsa da, Dorianın sifətini əməlli-başlı işıqlatdı və 
Ceyms Veyn inandı ki, az qala, kobud bir səhv edəcəkmiş, adamı nahaqdan 
öldürəcəkmiş. Onun öldürmək istədiyi adamın üzü gənc bir oğlanın üzü kimi 
alışıb-yanır, lap yeniyetmə məsumluğu ilə gülürdü. Üzdən ona iyirmidən artıq yaş 
verməzdin. O zaman o adam onun bacısından bir balaca böyük ola bilərdi; aydın 
idi ki, bu, bacısının həyatını məhv etmiş həmin adam deyil. 
O, Dorianı buraxıb geri çəkildi. 
– Ah! Aman Allah! Mən nə edirəm? – qışqırdı. – Allah, Allah, az qala, sizi 
öldürmüşdüm! 
Dorian dərindən nəfəs aldı və arxayın-arxayın dedi: 
– Hə, hə, az qala, siz dəhşətli bir cinayət törədəcəkdiniz! – Ceymsə sərt-sərt 
baxdı, sonra əlavə etdi: – Qoy dərs olsun sizə! İnsan gərək qisas almağı öz 
boynuna götürməsin. Bunu Allahın ixtiyarına vermək lazımdır. 
– Bağışlayın, ser, – Ceyms Veyn yavaşdan dedi. – Səhv etdim. O xarabada 
təsadüfən iki söz eşitdim və bu sözlər də məni çaşdırdı. 
– Yaxşısı budur, evə gedib tapançanı gizlədəsiniz, yoxsa başınız bəlaya düşər... – 
Dorian dedi və dönüb tələsmədən yoluna davam etdi. 
Ceyms Veyn səkidə durub hələ də özünə gələ bilmirdi. Onun bütün bədəni əsirdi. 
Bir azdan qara bir kölgə nəm divar boyunca sürüşüb işıq zolağında göründü və 
səssiz addımlarla dənizçiyə yaxınlaşdı və əlini Ceyms Veynin çiyninə qoydu. 
Ceyms səksəndi və dərhal geriyə qanrıldı. Tiryəkxanada olan bayaqkı qadınlardan 
biri idi. 
– Onu niyə öldürmədin? – qadın ağzını, az qala, onun üzgün sifətinə yapışdırıb 
pıçıltıyla soruşdu. – Sən Dehlidən hövlnak ayrılıb çölə çıxanda bilirdim ki, onu 
təqib edəcəksən! Eh, səfeh oğlan! Gərək onu güllələyəydin! Onun çoxlu pulu var
çox pis adamdır! 
– O, mən axtaran adam deyil! Mənə özgə adamın pulu da lazım deyil! Mən bir 
adamdan qisas almalıyam! İndi həmin adamın, təxminən qırx yaşı olmalıdır. Bu 
adam isə lap uşaqdır. Şükür Allaha, yaxşı ki, onu öldürmədim, yoxsa əllərim 
günahsız adamın qanına batardı! 
Qadın acı-acı güldü və kinayə ilə dedi: 
– Oğlan uşağına bax ha! Qorxuram belə olmaya! Bax, artıq on səkkz ildir “Gözəl 
şahzadə” məni də bu yola sürükləyib! 
– Yalan deyirsən! – Ceyms Veyn bağırdı. 
Qadın əllərini göyə qaldırdı. 
– Allaha and olsun, düz deyirəm! 
– Allaha and içirsən? 


– Yalan deyirəmsə, dilim qurusun! O, bura gələn adamların ən alçağıdır! Deyirlər 
ki, o, öz qəlbini Şeytana satıb, nə var-nə var, üzü göyçək qalsın! Mən artıq on 
səkkiz ildir onu tanıyıram, heç dəyişməyib, necə var, elə də qalıb! Amma mən… 
mənə bir bax… – qadının dodaqları kədərli təbəssümlə aralandı. 
– Deməli, and içirsən, eləmi? 
– And içirəm ki, belədir! – qadın xırıltılı səslə cavab verdi, – amma məni ələ 
vermə, ondan qorxuram. Gecəni qalmağa da mənə bir az pul ver! 
Ceyms qəzəb içində söyüş yağdıra-yağdıra Dorian Qreyin getdiyi tərəfə 
götürüldü, lakin Dorian itmişdi. Ceyms geriyə baxanda qadınların da heç birini 
küçədə görmədi. 
 
ON YEDDİNCİ FƏSİL 
 
Bir həftə sonra Dorian Qrey Selbi Royaldakı malikanəsində füsunkar hersoginya 
Monmaunla şüşəbənddə oturub şirin-şirin söhbət edirdi; hersoginya öz altmışyaşlı 
üzgün təsir bağışlayan əriylə birgə ona qonaq gəlmişdi. Çay dəstgahı başlamışdı; 
zərif çini qabların və gümüşü qab-qacağın üstünə krujevalı abajurun altından iri 
lampanın zəif işığı düşürdü; stol arxasında hersoginya sahibəlik edirdi. Onun ağ 
əlləri fincanların üstüylə uçurdu, al-qırmızı dodaqları isə təbəssümlə yumulub-
açılırdı; görünür, Dorian onun qulağına nəsə yaxşı bir şey pıçıldadı, ona görə də 
hersoginya gülümsündü. Lord Henri hörmə kresloda yarıuzanmış halda oturub 
onlara göz qoyurdu. Ledi Narboro ərik rəngli divanda oturub özünü elə göstərirdi 
ki, guya, o, hersoqun söhbətinə qulaq asır; qoca hersoq isə ona öz kolleksiyası 
üçün bu yaxınlarda tapdığı Braziliya böcəyini təsvir edirdi. Smokinq geyinmiş üç 
cavan oğlan isə qadınlara xidmət edir, onlara piroq qoyurdu. Malikanəyə artıq on 
iki nəfər gəlmişdi, sabah da bir neçə qonaq gəlməliydi. 
– Nə barədə danışırsınız? – lord Henri stola yaxınlaşıb fincanını mizin üstünə 
qoydu. – Qledis, yəqin, Dorian sizə mənim planım barədə danışıb, hər şeyi xaç 
suyuna salıb təzədən adlandırmaq planını deyirəm... Bu, çox yaxşı ideyadır...  
– Henri, axı mən təzədən xaç suyuna salınmaq istəmirəm! – hersoginya gözəl 
baxışlarını Henrinin üzündə gəzdirdi. – Mən öz adımdan məmnunam və inanıram 
ki, mister Qrey də öz adından razıdır... 
– Əzizim Qledis, mən heç vaxt sizin və Dorianın gözəl adlarını dünyada heç nəyə 
dəyişmərəm. Hər ikinizin adı çox gözəldir. Mən, əsasən, gül adlarını nəzərdə 
tuturam. Dünən mən butonyör1 üçün səhləb çiçəyi dərdim. Əntiqə xal-xal 
çiçəkdir, ölümcül yeddi günah kimi cazibədardır. Bağbandan qeyri-ixtiyari 
soruşdum ki, bu çiçəyin adı nədir. Mənə dedi ki, bu, “Robinziana” sortlu gözəl bir 
güldür, ya da nəsə qulağa xoş gəlməyən bir şey dedi. Bu, kədərli bir həqiqətdir ki, 
biz şeylərə sevimli adlar verməyi yadırğamışıq. Axı söz hər şey deməkdir! Mənim 
heç vaxt  davranış və hərəkətlərə iradım olmur, amma sözə qarşı çox tələbkaram. 


Elə buna görə də mən ədəbiyyatda vulqar realizmi sevmirəm. Hər şeyi öz adıyla 
çağıran insanı gərək məcbur edəsən ki, o həm də bu addan düzgün istifadə etsin. 
Bu, yeganə şeydir ki, insan onun üçün yaşayır. 
– Yaxşı, onda biz sizi necə çağıraq, Harri? – hersoginya soruşdu. 
– Onun adı Şahzadə Paradoksdur, – Dorian dedi. 
– Bax bu, uğurlu tapıntı oldu! – hersoginya alqışladı. 
– Belə bir adı daşımaq istəmirəm! – lord Henri kresloda oturub gülə-gülə etiraz 
etdi. – Yarlıq yapışdı, vəssalam, sonra ondan qaça bilmirsən! Yox, yox, bu, 
mənlik deyil, ondan imtina edirəm! 
– Krallar sözlərindən dönmürlər, – gözəl qadın dodaqlarından zərif xəbərdarlıq 
səsi gəldi. 
– Deməli, siz istəyirsiniz ki, mən öz taxt-tacımın müdafiəçisi olum? 
– Bəli. 
– Axı mən sabahın, gələcəyin həqiqətini bəyan edirəm! 
– Mənsə bu günün səhvlərinə üstünlük verirəm, – qadın dedi. 
– Qledis, siz məni tərk-silah edirsiniz! – Henri ucadan söylədi və qadının əhvali-
ruhiyyəsinə qatıldı. 
– Mən yalnız qalxanı əlinizdən alıb götürürəm, Harri, qılıncı yox. 
– Mən gözəlliyə qarşı heç vaxt vuruşmuram, – Harri başını bulaya-bulaya dedi. 
– Bu səhvdir, Harri! Mənə inanın! Siz gözəlliyi həddən artıq şişirdirsiniz. 
– Bunu necə dilinizə gətirirsiniz? Əlbəttə, mən hesab edirəm ki, yaxşı adam 
olmaqdansa, gözəl olmaq daha yaxşıdır. Digər tərəfdən, o fikirlə də, ilk növbədə, 
razılaşıram ki, yaramaz və çirkin adam olmaqdansa, elə yaxşı adam olmaq 
yaxşıdır. 
– Belə çıxır ki, çirkinlik o yeddi ölümcül günahdan biridir? – hersoginya 
heyrətləndi. – Bəs axı siz elə indicə onları səhləb çiçəyi ilə müqayisə etdiniz? 
– Qledis, çirkinlik yeddi günahdan biridir və Torilərin yaxşı bir nümayəndəsi kimi 
sizə də  onların əhəmiyyətini azaltmaq lazım deyil. Pivə, Bibliya və o yeddi 
ölümcül günah bizim İngiltərəni necə var, eləcə də göstərir. 
– Deməli, siz bizim ölkəmizi sevmirsiniz, hə? 
– Mən onunla yaşayıram, nəfəs alıram burada... 
– Ona görə ki, bu ölkəni səylə tənqid edəsiniz, hə? Ya da pisləyəsiniz? 
– Bəs siz istərdinizmi mən Avropanın bizim ölkə barədəki fikirləri ilə razılaşım? 
– Avropada bizim haqqımızda nə deyirlər axı? 
– Deyirlər ki, Tartüf  İngiltərəyə mühacir kimi gəlib və başlayıb burada ticarət 
mağazası açmağa... 
– Harri, bu, sizin zarafatdır, hə? 
– Bunu sizə bağışlayıram, istifadə edə bilərsiniz... 
– Mən bu məzəli zarafatı neynirəm? Ondan istifadə edə bilmərəm... həqiqətə çox 
oxşayır! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə