Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə61/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

bağışlanmaq mümkün deyilsə, onda onu unut, sil onu xatirəndən, getsin 
birdəfəlik! Keçmişi öldür! İnsanı çalan ilanı öldürdüyün kimi öldür keçmişi! 
Doğrudan axı, Bazilin nə haqqı vardı onunla belə danışmağa, hə? Onu kim vəkil 
tutub, nə haqla başqalarına hakimlik edirdi? O, elə dəhşətli sözlər deyirdi ki! O 
sözlərə kim dözərdi, hə? 
Üçtəkərli fayton yavaş-yavaş mənzilbaşına çatırdı; Dorian pəncərəni endirib 
sürücüyə qışqırdı ki, tələssin. O, tiryək çəkmək üçün yanırdı, dəhşətli dərəcədə 
yanırdı; boğazı qurumuş, hamar əlləri bükülüb qıc olmuşdu. Dorian öz əlağacı ilə 
ata güclü bir zərbə endirdi. Sürücü güldü və öz qamçısını da işə saldı. Dorian da 
güldü, lakin sürücü nə üçünsə susdu. 
Yol uzandıqca uzanır, sanki, sonu görünmürdü. Darısqal küçələr şəbəkəsi geniş 
hörümçək torunu xatırladırdı. Küçələrin bir-birinə oxşaması adamı lap 
darıxdırırdı. Duman getdikcə qatılaşır, Dorianı isə vahimə basırdı.   
Fayton kərpic zavodlarının yerləşdiyi kimsəsiz ərazilərdən ötdü. Duman 
seyrəlmişdi, zavodun uzunsov butulkalara bənzəyən kürəciklərini görmək olurdu; 
oradan yelpikvari narıncı alov dilləri qalxırdı. Faytona it hürdü, haradasa 
uzaqlardan, qaranlıq içindən yol azmış qağayı qışqırtısı eşidildi. Atın ayaqları 
nəyəsə ilişdi və o, kənara tullanıb dördnala çapmağa başladı.  
Bir azdan onlar gilli yoldan burulub kələ-kötür yola çıxdılar; fayton guruldayırdı. 
Evlərin əksəriyyətinin pəncərələrindən işıq gəlmirdi, orada-burada isə işıq düşən 
pəncərə pərdələri arxasından tərpəşən fantastik siluetlər görünürdü. Dorian bu 
siluetlərə maraqla tamaşa edirdi; onlar yekə kuklalar kimi tərpəşir, canlı adamlar 
kimi hərəkət edirdilər. Dorian onlara nifrət etməyə başladı. Onun qəlbinə donuq 
bir kin qondu. Onlar tini burulan kimi açıq qapı ağzında durmuş bir qadın əl 
eləyib nəsə qışqırdı; bir az getmişdilər ki, iki kişi arabanın dalınca düşdü, onları, 
təxminən, yüz metr təqib etdi. Faytonçu onları qırmancla qovdu.   
Deyirlər, ehtiraslı adam özünə qapananda düşünməyə məcbur olur. Əlbəttə, 
Dorian Qrey dodaqlarını çeynəyərək üzücü bir inadkarlıqla qəlb və duyğular 
barədə iblisanə sözləri təkrar-təkrar söyləyirdi və nəhayət, o, öz-özünə təlqin etdi 
ki, bu sözlər onun ruhunu tamamilə oxşayır və ehtiraslarına da bəraət verir; onsuz 
da, bu ehtiraslar bəraətsiz də onu idarə edirdi. Onun bütün beyin hüceyrələrində 
yalnız bir fikir dolaşırdı: həyata, yaşamağa olan dəli bir sevgi, insan 
iştahalarından ən qorxulusu bütün sinirlərini və bədəninin hər bir əzasını yerindən 
oynadır, titrədirdi. Şeyləri gerçəkləşdirdiyinə görə haçansa ona həqarətli görünən 
həyatın çirkinliyi indi ona elə həmin səbəbdən qiymətli olmuşdu. Çirkinlik yeganə 
gerçəklik olmuşdu. Səs-küylü küçə savaşları, dava-dalaşlar, rüsvayçı və çirkin 
fahişəxanalar, əyyaşlıq və pozğunluq, oğru və quldurların alçaqlıqları – bütün 
bunlar cəmiyyətdə onun təxəyyülünə gözəl sənət əsərlərindən və nəğmələrin yel 
kimi gətirdiyi şirin xəyallardan daha güclü zərbələr endirmişdi. Bu çirkinliklər 


Doriana lazım idi, çünki onlarda əyləncə, unutqanlıq vardı. Üç gündən sonra o
bütün keçmişin xatirələrindən xilas olacaqdı. 
Sürücü qaranlıq bir döngəyə çatanda qəflətən faytonu saxladı; damlarından tüstü 
qalxan alçaq və köhnə evlərin üstündən gəmilərin qara dorları görünürdü.  Şəffaf 
yelkənlərə bənzəyən ağ duman yumağı gəmilərin üfüqi ağaclarına sarı qısılmışdı.  
– Haradasa buralardadır, ser, eləmi?  – faytonçu boğuq səslə soruşdu. 
Dorian səksəndi və dərhal pəncərədən küçəyə boylandı. 
– Hə, buradır, – deyib cəld faytondan düşdü, sürücüyə söz verdiyi ikinci sovereni 
uzatdı, sonra tələsik addımlarla sahilboyu istiqamətinə getdi.  
Uzaqdan hansısa iri ticarət gəmilərindən işıq gəlirdi. İşıqlar sayrışır və 
gölməçələrin üzünə yayılırdı. Yenə uzaqdan özgə sulara yollanan daş kömür dolu 
gəmilərin qırmızı parıltıları görünürdü; sürüşkən döşəmə yol yaş makintoş kimi 
işıldayırdı.   
Dorian cəld sola buruldu; hərdən arxaya boylanıb əmin olmaq istəyirdi ki, onu 
izləyən yoxdur. Təxminən, yeddi-səkkiz dəqiqədən sonra o, köhnə, balaca bir evə 
çatdı; ev iki dağınıq fabrikin arasında yerləşirdi. Yuxarı mərtəbənin bir 
pəncərəsindən işıq gəlirdi. Dorian dayanıb qapını parolvari işarə ilə döydü. Bir 
azdan dəhlizdən ayaq səsləri gəldi və içəridən qapının cəftəsi açıldı. Qapı yavaş-
yavaş açıldı və o, qapıda dumanlı görünən pota, tosqun adama heç nə demədən 
içəri keçdi; adam divara tərəf qısıldı və yol verdi ki, Dorian içəri girə bilsin. 
Dəhlizin başında çirkli, yaşıl pərdə asılmışdı; qapı açılan kimi külək pərdəni 
yellətdi. Dorian pərdəni aralayıb hündür olmayan uzun bir otağa daxil oldu; otaq 
üçüncüdərəcəli rəqs salonuna bənzəyirdi. Divardan yanan qaz odluqları asılmışdı; 
onların güclü işığı güzgüyə yapışmış milçəyi donuq və çəpinə göstərirdi. Alovun 
dilləri qaz odluqlarının üstündəki büzməli dəmir təbəqələri ora-bura yellədirdi; 
döşəməyə sarımtıl taxta kəpəyi səpilmişdi, üzərində çirkli ayaqqabı və dağılmış 
tünd-qırmızı şərabın izləri görünürdü. Yanan xırda dəmir peçlərin böyründə bir 
neçə malaylı çömbəlib oturmuşdu; bir-birilə deyib-gülür, beşdaş oynayır, ağ 
dişlərini bir-birinə şaqqıldadıb qıcırdırdılar. Küncdə sinəsini stola söykəyib başını 
əlləri üstünə qoymuş bir matros oturmuşdu; pis rənglənmiş pinti piştaxta 
arxasında iki yorğun qadın öz paltosunun qollarını şotka ilə iyrənə-iyrənə 
təmizləyən yaşlı bir kişiyə sürtüşürdü. Dorian onların yanından ötəndə 
qadınlardan biri hırıldaya-hırıldaya yaşlı kişini göstərib dedi: 
– Elə bilir bədənində qırmızı qarışqalar gəzir! 
Kişi qorxaraq qadına baxdı və sızıldamağa başladı.  
Otağın qurtaracağında balaca bir pilləkən vardı, bu pilləkən qaranlıq, darısqal bir 
otağa aparırdı. Dorian pillələri qalxanda tiryəkin ətir saçan iyi burnuna dəydi. O, 
dərindən nəfəs aldı, qoxunu içinə çəkdi, burun pərələri bu ləzzətdən titrədi. O, 
darısqal qaranlıq otağa girəndə  lampa işığına sarı əyilən sarışın saçlı cavan bir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə