Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə64/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

– Qorxmayın! Bizim həmvətənlərimiz özlərini portretlərdə görəndə heç vaxt 
tanımırlar. 
– Axı onlar soyuqqanlı, praktik  adamlardır... 
– Daha doğrusu, hiyləgər və ehtiyatlı adamlardır. Onlar haqq-hesab tərtib edərkən 
(yəni balans tutarkən) öz axmaqlıqlarını var-dövlətlə örtür, eyiblərini isə 
riyakarlıqla...  
– Hər halda, keçmişdə biz böyük işlər görmüşük! 
– Qledis, böyük işləri bizə sırıyıblar... 
– Axı biz də onları şərəflə daşımışıq! 
– ... Fond Birjasına qədər... vəssalam. 
Hersoginya başını yelləyib dedi: 
– Mən millətin böyüklüyünə inanıram. 
– Millət yalnız zirəkliyin və inadkarlığın qalıqlarıdır... 
– Yox! Onda inkişaf var! 
– Tənəzzül məni daha çox heyrətləndirir. 
– Bəs sənətdə, incəsənətdə necə? – Qledis tələsik soruşdu. 
– Bu bir xəstəlikdir. 
– Bəs sevgi-məhəbbətdə? 
– Xülyadır. 
– Din necə? 
– Yayılmış saxta bir inam... 
– Siz skeptik adamsınız. 
– Qətiyyən yox! Skeptisizm inamın başlanğıcıdır. 
– Bəs siz kimsiniz axı? 
– Müəyyən etdinsə, deməli, onu məhdudlaşdırırsan. 
– Ah, heç olmasa, mənə bir ipucu verin... 
– İplər qırılır. Siz labirintdə azmaq təhlükəsi ilə üzləşə bilərsiniz. 
– Siz məni dalana dirədiniz. Gəlin ayrı şeydən danışaq. 
– Ən yaxşı mövzu elə ev sahibinin özüdür. Çox illər bundan qabaq onun adını 
dəyişdirib “Gözəl şahzadə” qoymuşdular... 
– Ah! Bunu yadıma salmayın! – Dorian Qrey qışqırdı. 
– Bizim ev sahibi bu gün yaman narahat görünür, – hersoginya qızardı. – Məncə, 
ona elə gəlir ki, Monmaunt mənimlə xalis elmi maraqlarından ötrü evlənib; 
məndə müasir kəpənəklərin ən yaxşı nümunəsini görə bildiyinə görə evlənib 
mənimlə...   
– Lakin ümid edirəm ki, o, sizdən sancaq kimi istifadə etməyəcək, hersoginya! – 
Dorian gülə-gülə cavab verdi. 
– Ah! Mister Dorian, artıq mənim qulluqçum bunu edir və hirslənəndə mənə 
sancaqlarını batırır. 
– Bəs o, sizə niyə hirslənir belə, hersoginya? 


– İnandırım sizi ki, boş-boş şeylərə görə, mister Qrey! Adətən, doqquza on dəqiqə 
işləmiş gəlirəm və ona deyirəm ki, doqquzun yarısına kimi vaxtım var, o, bu 
vaxta qədər məni geyindirməlidir. 
– Nə pis xasiyyəti var! Siz ona xəbərdarlıq etməlisiniz! 
– Bacarmıram, mister Qrey! Çünki o, mənim üçün yaxşı şlyapa formaları düşünüb 
tapır; mən birini ledi Histongilə gələndə qoymuşdum, yadınızdadır? Görürəm, 
unudubsunuz, amma nəzakət xətrinə özünüzü elə göstərirsiniz ki, guya, yadınıza 
düşür. Hə, bax mənim ev qulluqçum həmin o şlyapanı heç bir şeydən düzəldib. 
Elə bütün yaxşı şlyapalar heç nədən yaranır. 
– Yaxşı ad qazanmaq da eynilə belədir, Qledis,  – lord Henri onun sözünü kəsdi. – 
İnsan nə iləsə özünü göstərib qabağa gedirsə, bununla o, düşmən qazanır. Bizdə 
yalnız qabiliyyətsiz, istedadsız adamlar populyar ola bilirlər. 
– Bu, qadınlara aid deyil, Harri! – hersoginya çevik hərəkətlə cavab verdi. – 
Qadınlar dünyanı idarə edirlər. İnandırım sizi, biz qadınlar qabiliyyətsizliyə, 
istedadsız adamlara dözə bilmirik; biz qadınlar “qulağımızla sevirik...” – bunu 
kimsə deyib. Amma siz kişilər gözünüzlə sevirsiniz... Əlbəttə, əgər, ümumiyyətlə
sevirsinizsə... 
– Mənə elə gəlir ki, biz elə həyatımız boyu bundan başqa heç nə eləmirik, – 
Dorian dodaqucu mızıldadı. 
– Ah! Onda belə çıxır ki, siz heç kimi həqiqətdə sevmirsiniz, mister Qrey? – 
hersoginya bir qədər qəmli zarafatla cavab verdi.  
– Mənim əziz Qledisim! – lord Henri ucadan dedi. – Bunu necə dilinizə 
gətirirsiniz?  Sevgi təkrar olunmaqla qidalanır və yalnız təkrarolunma da 
incəsənətə meyil və həvəs oyadır. Bundan başqa, hər dəfə kimsə sevirsə, o, ilk 
dəfə sevir. Yəni adam sevəndə elə bilir birinci dəfədir sevir. Bu, bir növ, hər dəfə 
təkrar olunanda belə olur. Yəni ehtirasın predmeti dəyişir, ehtiras özü isə 
dəyişməz olaraq qalır, yeganə və təkrarolunmaz bir istək kimi qalır. Dəyişiklik 
yalnız onu şiddətləndirir. Həyat ən yaxşı halda insana yalnız bircə böyük an 
bağışlayır; və xoşbəxtliyin sirri də bundadır ki, sən gərək bu böyük anı mümkün 
qədər tez-tez yaşayasan. 
– Hətta bu an səni yaralasa da belə, hə? – hersoginya ani sükutdan sonra soruşdu. 
– Bəli, xüsusilə bu an səni yaralayanda, – lord Henri cavab verdi. 
Hersoginya Doriana tərəf çöndü və qəribə baxışlarla onu süzdü. 
– Mister Qrey, siz buna nə deyirsiniz? – qadın soruşdu. 
Dorian bir qədər tərəddüd etdi, sonra başını irəli verib güldü və dedi: 
– Mən həmişə Henriylə razıyam, hersoginya! 
– Hətta düz deməsə belə, hə? 
– O, heç vaxt səhv eləmir, hersoginya! 
– Yaxşı, bəs onun fəlsəfəsi sənə xoşbəxtliyini tapmaqda kömək etdimi? 


– Mən xoşbəxtliyi heç vaxt axtarmamışam. O, kimə lazımdır axı? Mən həzz və 
ləzzət axtarmışam. 
– Sonda tapmısınızmı, mister Qrey? 
– Tez-tez. Lap tez-tez... 
Hersoginya ah çəkib dedi: 
– Mən əmin-amanlıq axtarıram. Rahatlıq axtarıram. Bax indi mən bu saat gedib 
əynimi dəyişməsəm, onların ikisini də itirəcəyəm... 
– Hersoginya, icazə verin, sizin üçün səhləb çiçəkləri dərim, – Dorian durub 
şüşəbənddən bağçaya düşdü. 
Siz ona yaman əzilib-büzülürsünüz ha, Qledis! – lord Henri kuzeninə dedi. – 
Ehtiyatlı olun, o, çox cazibə 
– Belə olmasaydı, mübarizə də olmazdı! 
– Deməli, yunan yunanla görüşür, eləmi? 
– Mən troyalıların tərəfindəyəm. Onlar qadın uğrunda vuruşublar. 
– Onlar məğlub olublar. 
– Əsirlikdən də dəhşətli şeylər olur! – qadın cavab verdi. 
– Muğayat olun, yüyənsiz çapırsınız... 
– Çapmaq elə həyatdır da! – qadın cavab verdi. 
– Mən bunu bu gecə gündəliyimdə qeyd edəcəyəm! 
– Nəyi qeyd edəcəksiniz? 
– Yazacağam ki, əlini odda yandıran uşaq yenə oda can atır... 
– Od mənə toxunmadı, Harri. Mənim qanadlarım salamatdır, görmürsən? 
– Qanadlarınız sizin üçün uçmaqdan başqa hər şeyə yarayır...  
– Görünür, şücaət kişilərdən qadınlara keçib. Bu, bizim üçün yeni bir yaşantıdır... 
– Siz bilirsiniz ki, rəqibiniz var? 
– Kimdir? 
Lord Henri güldü, pıçıltıyla dedi: 
– Ledi Narboro! O, Doriana vurulub! 
– Siz məni qorxudursunuz! Qədim tarixə aludə olmaq biz romantiklər üçün 
fəlakətdir. 
– Siz romantiksiniz? Axı siz həmişə elmi metodlarla iş görürsünüz?! 
– Bizi kişilər belə öyrədib! 
– Öyrətməyinə öyrədiblər,  amma indiyə kimi sizi öyrənə bilməyiblər. 
– Yaxşı, onda bizi bir qadın kimi xarakterizə edin! – hersoginya bir qədər də 
mövzunu uzatmağa çalışdı. 
– Siz qadınlar sirsiz sfinkslərsiz1. 
Hersoginya gülərək lord Henrini süzdü. Sonra Doriana işarə edib dedi: 
– Bu mister Qrey harada qaldı? Gəlin gedək bağçaya, ona kömək edək. Axı 
nahara hansı rəngdə don geyinəcəyimi ona deməmişəm! 
– Qledis, siz gərək onun dərdiyi çiçəklərin rənginə uyğun don geyinəsiniz. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə