«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

28

 

14.1.

 

Banklarda  əməliyyatlar  elektron  ödəniş  sənədləri  əsasında  aparıla  bilər.  Elektron 



ödəniş  sənədlərində  müəyyən  olunmuş  qaydada  bank  sənədləri  üçün  nəzərdə 

tutulmuş bütün rekvizitlər olmalıdır. 

14.2.

 

Bank  sənədlərinə  -  mühasibat uçotu  və  nəzarət  üçün  kredit  şöbəsinin  sərəncamları, 



bankın  istifadə  etdiyi  ciddi  hesabat  blankları  və  digər  sənədlər  də  aiddir.  Ciddi 

hesabat  blankları  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  Azərbaycan 

Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. 

14.3.


 

Əks  etdirilən  əməliyyatların  xarakterinə  görə  bütün  bank  sənədləri  kassa,  memorial 

və    balansdankənar  sənədlərə  bölünür.  Kassa  sənədləri  ilə  pulların  mədaxil  və 

məxarici  üzrə  əməliyyatlar  rəsmiləşdirilir  və  mədaxil  və  məxaric    sənədlərinə 

bölünür.  Mədaxil  kassa  sənədlərinə  -  pulların  bankların  kassalarına  daxil  edilməsi 

üçün  müştərilərin  elanları,  mədaxil    kassa  orderləri,  pulların  qəbul  edilməsi  barədə 

qəbzlər  aiddir.  Məxaric  kassa  sənədlərinə  nağd  pulun  alınması  üçün  çeklər  və 

məxaric  kassa orderləri aiddir. 

14.4.

 

Memorial sənədlərdən hesablar üzrə nağdsız köçürmələr üçün istifadə edilir. Onların 



tərkibinə  müştərilər  tərəfindən  banka  təqdim  olunan    hesablaşma  sənədləri  (ödəniş 

tapşırıqları,  inkasso  tapşırıqları,  akkreditivlər,  vergi  orqanlarının  sərəncamları  və  s.) 

daxildir. 

14.5.


 

Balansdankənar  sənədlərə  balansdankənar  mədaxil  və    məxaric    orderləri,  şərti 

tələblər və öhdəliklər üzrə əqdlərin qeydiyyat sənədləri aiddir. 

14.6.


 

Pul çeki üzrə nağd pul, çekdə adı göstərilmiş şəxsə verilir. Çek üzrə nağd pulu almaq 

hüququnun  başqasına  etibar  edilməsinə  yol  verilmir.  Müəssisənin  (təşkilatın, 

idarənin)  baş  mühasibinin  və  ya  çeki  ikinci  imzalamış  digər  işçinin  adına  yazılmış 

çek üzrə nağd pul verilməsinə yol verilmir.  

14.7.


 

Hesabın  sahibi  ödəniş  tapşırıqlarında,  habelə  pul  çeklərinin  arxa  tərəfində  ödənişin 

təyinatını göstərməlidir. Pul çeklərinin arxasında ödənişin təyinatı haqqında məlumat 

çek verənin imzası ilə təsdiq edilir. 

14.8.

 

Xüsusi əhəmiyyətli dövlət qurumlarının ödəniş tapşırıqlarında və çeklərində ödənişin 



təyinatı göstərilmədən təqdim oluna bilər. 


 

29

14.9.



 

Banklar çek və ödəniş sənədlərini, onların yazıldığı günü hesaba almadan, 3 iş günü 

ərzində icraya qəbul edir. Nağd pulun verilməsi üçün tərtib olunan elanlarda onların 

banka faktiki təqdim edildiyi tarix göstərilməlidir.  

14.10.

 

Çek və ödəniş tapşırıqları üzrə məbləğ, mütləq sətrin əvvəlində yazı ilə başlanır, boş 



yerdə və yazı ilə göstərilmiş məbləğdən sonra qoşa xətt çəkilir.  

14.11.


 

Sənədlərdə  əməliyyatın  mahiyyəti  dəqiq  şərh  edilməlidir.  Hər  sənəddə  müştərinin 

səlahiyyətli şəxslərinin imzaları və möhürü olmalıdır. Nağd pulun verilməsi haqqında 

elanları  onu  ödəyən  şəxs  imzalayır.  Sənədlərin  doldurulmamış  hissəsinin  üstündən 

xətt çəkilməlidir.  

14.12.


 

Sənəd, imzalar və möhür şübhəli hesab olunduqda, bank çek və ya ödəniş tapşırığını 

qəbul  etməkdən  imtina  edir  və  bunun  üçün  məsuliyyət  daşımır.  Bank,  hesab 

sahibinin  çeki  itirməsi  və  ya  oğurlanması  haqqında  məlumatını  almazdan  əvvəl 

itirilmiş və ya oğurlanmış çek üzrə nağd pul verərsə, bunun üçün məsuliyyət daşımır.  

14.13.


 

Bank  hesablaşma  sənədlərində  məlumatın  və  riyazi  hesablamaların  düzgün  olub  – 

olmamasına məsuliyyət daşımır. İmzaları, möhürü və ya mətni saxta olan çekin və ya 

ödəniş  tapşırığının  ödənilməsində  bankın  təqsiri  sübut  edilmədikdə,  bunun 

nəticəsində dəyən zərər  üzrə məsuliyyət hesab sahibinə  aid edilir. 

14.14.


 

Nağd pulun və digər qiymətlilərin verilməsi üçün əsas olan pul çeklərində, məxaric 

kassa orderlərində və balansdankənar orderlərdə alıcıların imzaları olmalıdır. Bundan 

başqa, həmin sənədlərdə alıcının şəxsiyyət vəsiqəsinin (pasportunun) və ya onu əvəz 

edən  sənədin  təqdim  olunduğu  barədə  qeydlər  edilməlidir.  Bu  qeydlərin  alıcıların 

özləri  tərəfindən  aparılmasına  yol  verilmir,  əməliyyat  işçisi  alıcının  təqdim  etdiyi 

şəxsiyyət  vəsiqəsini  və  ya  onu  əvəz  edən  sənədi  yoxladıqdan  sonra  həmin  sənədin 

rekvizitlərinin  düzgünlüyünü  yoxlamalı,  sənəddə  olan  imza  nümunəsini  alıcının 

çekdə və ya məxaric orderində olan imzası ilə tutuşdurmalıdır. Şəxsiyyət vəsiqəsi və 

ya alıcının şəxsiyyətini təsdiq edən digər sənəd haqqında qeydin düzgünlüyü, çekdə 

və ya orderdə əməliyyat işçisinin imzası ilə təsdiq olunur. 

14.15.


 

Nağd  pulun  və  başqa  qiymətlilərin  qəbul  edilməsi  və  verilməsi,  vəsaitlərin  bir 

hesabdan  bankdakı  başqa  hesablara  köçürülməsi  üçün  əsas  olan  bank  sənədlərində 

mühasibat  yazılışının  tarixi,  sənədi  rəsmiləşdirmiş  və  onu  yoxlamış  bankın  vəzifəli 

şəxslərinin  imzaları,  əlavə  nəzarətin  tələb  olunmadığı  əməliyyatlar  üzrə  sənədlərdə 

isə əməliyyatçının imzası olmalıdır. Bu sənədlərdə, o cümlədən həmin sənədlər üzrə 




 

30

qəbzlərdə  yuxarıda  göstərilmiş  imzalardan  başqa,  nağd  pulu  və  qiymətliləri  qəbul 



etmiş və ya vermiş xəzinədarın da imzası olmalıdır. 

14.16.


 

Bankın  qəbul  etdiyi  elektron  ödəniş  tapşırıqları  kağız  daşıyıcılarda  bir  nüsxədə  çap 

edilir  və  ödəniş  tapşırığını  qəbul  etmiş  bankın  məsul  işçisi  və/və  ya  müştərinin 

bankdakı  hesabını  aparan  işçi  köçürmənin  həyata  keçirildiyi  tarixi  öz  imzası  ilə 

təsdiqləyir. 

14.17.


 

Aparılmış əməliyyatlar üzrə təsdiqləyici sənədlər kimi saxlanması nəzərdə tutulmuş, 

habelə hesablardan çıxarışlara əlavə olan elektron ödəniş sənədlərinin kağız surətləri 

bankın məsul işçilərinin ştampı və imzaları ilə təsdiqlənir. 

14.18.

 

Sənədi imzalamış bankın vəzifəli şəxsi həmin sənəd üzrə bankda aparılan mühasibat 



əməliyyatının düzgünlüyünə məsuliyyət daşıyır. 

14.19.


 

Məsul  şəxsə  hesablaşma-pul  sənədlərini  imzalamaq  hüququ  bank  rəhbərinin 

sərəncamı ilə rəsmiləşdirilir.  

14.20.


 

Əlavə  nəzarət  tələb  edən  hesablaşma-pul  sənədlərində  aparılan  əməliyyatları 

imzalamaq hüququna, vəzifəyə görə bankların rəhbərləri və baş mühasibləri, onların 

müavinləri və uçot- əməliyyat şöbələrinin rəisləri malikdirlər. Hər hansı hesablaşma-

pul  sənədini  imzalamaq  hüququ  olmadan  həmin  sənədi  imzalamış  işçilər 

qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar.  

14.21.

 

Baş  mühasib  imza  nümunələrinin  əməliyyat  və  nəzarət  işçilərinə  vaxtında 



verilməsinə nəzarət etməlidir. Hesablaşma-pul sənədlərinə bu və ya digər imza etmək 

hüququ verilmiş  vəzifəli  şəxslərin  imza nümunələrinin bir nüsxəsi nəzarət  üçün baş 

mühasibdə qalır.  

14.22.


 

Pul çek kitabçasının verilməsi hesab sahiblərinin hesab barəsində sərəncam verməyə 

vəkil  edilmiş  şəxslər  tərəfindən  imzalanmış  ərizəsi  əsasında  aparılır.  Müştərinin 

ərizəsində müvafiq surətdə ona bir hesab üzrə eyni vaxtda yalnız bir pul çek kitabçası 

verilə bilər və bu zaman çeklərin nömrələrinin ardıcıllığına əməl edilməlidir.  

14.23.


 

Çek  kitabçasının  verilməsi  üçün  banka  bir  nüsxədə  ərizə  təqdim  olunur.  Əməliyyat 

işçisi ərizənin düzgünlüyünü, ərizədəki imzaların və möhürün, hesab üzrə sərəncam 

verməyə vəkil edilmiş şəxslərin imza və möhür nümunələrinə uyğunluğunu yoxlayır, 

çek  kitabçasının  verilməsi  üçün  icazəni  və  ərizəni  talonla  birlikdə  kassaya  verir. 

Xəzinədar  ərizəni  aldıqdan sonra  bankın məsul işçilərinin  ərizədə  imzalarının  olub-

olmadığını  yoxlayır,  verilən  çek  kitabçasındakı  çeklərin  nömrələrini  ərizədə  və 



 

31

ərizəyə aid talonda qeyd edir, talonda imza etdirərək, çek kitabçasını ərizə ilə birlikdə 



əməliyyat işçisinə verir. Ərizəyə aid talon kassada qalır.  

14.24.


 

Əməliyyat  işçisi  kitabçada  bütün  çeklərin  olub-olmadığını  yoxlayır  və  kitabça 

müştəriyə verilməzdən  əvvəl mütləq doldurulmalı  rekvizitləri  (müəssisənin  adını  və 

kitabça  bir  hesab  üçün  tələb  olunduqda,  hesablaşma  hesabının  və  ya  cari  hesabın 

nömrəsini) bütün çeklərdə əks etdirir və ərizəni xəzinədara verir.  

14.25.


 

Xəzinədar  çek  kitabçasında  bütün  çeklərin  olub-olmadığını  yoxlayır,  talonu 

imzalayır. Məxaric orderinin yazılması üçün çek kitabçası verildikdən sonra talonlar 

əməliyyat  işçisinə  qaytarılır.  Xəzinədar  müştərinin  ərizədəki  imzasını  onun  imza 

nümunəsi  ilə  əvvəlcədən  tutuşdurub  imza  etdirdikdən  sonra  kitabçanı  müştəriyə 

təqdim  edir.  Məxaric  orderi  yazıldıqdan  sonra  çek  kitabçalarının  verilməsi  üçün 

ərizələrə  aid  talonlar  məhv  edilir.  Çek  kitabçalarının  verilməsi  üçun  müştərilərin 

ərizələri  gün  ərzində  verilmiş  kitabçaların  ümumi  sayı  üzrə  tərtib  edilən  məxaric 

orderi ilə birlikdə saxlanılır. 

14.26.


 

Müştəriyə  verilmək  üçün  hazırlanmış  çek  kitabçaları  30  gün  ərzində  müştərilər 

tərəfindən  alınmazsa,  müştərinin  ərizəsi,  bankın  rəhbəri,  baş  mühasibi  və  xəzinə 

müdiri  tərəfindən  imzalandıqdan  sonra  çeklərin  imza  üçün  təyin  olunmuş  hissəsi 

kəsilir və məxaricə silinir. Ləğv edilmiş çek kitabçaları məxaric orderinə tikilir. 

14.27.


 

Əmanət  kitabçaları  əmanətlər üzrə  şəxsi  hesablar  aparan mühasibə  kassa  tərəfindən 

baş mühasibin və ya onun müavinin, yaxud da şöbə rəisinin imzası olan yazılı tələblə 

verilir.  Hər  gün  əməliyyatlar  qurtardıqdan  sonra  əmanətçilərə  verilmiş  əmanət 

kitabçaları  silinib  məxaricə  yazılır.  Məxaric  orderinə  baş  mühasib  və  ya  onun 

müavini,  yaxud  da  uçot-əməliyyat  şöbəsinin  rəisi  nəzarət  imzasını  edir.  Silinib 

məxaricə  yazılan  kitabçaların  sayı  əmanətçilərin  gün  ərzində  açılmış  şəxsi 

hesablarının  sayı  ilə  tutuşdurulur.  İstifadə  edilməmiş  əmanət  kitabçaları  xəzinədara 

təhvil  verilir  və  xəzinədar  kitabçaların  avansla  alınması  barədə  mühasibin  verdiyi 

iltizamı ona qaytarır. 



 

15. Uçot sənədlərinin saxlanmasının təmin edilməsi 

 

15.1.  Banklar mühasibat sənədlərinin etibarlı şəkildə saxlanmasını təmin etməlidirlər. 




 

32

15.2.  Banklarda  ilkin  uçot  sənədlərinin,  mühasibat  uçotu  registrlərinin  və  maliyyə 



hesabatlarının  saxlanması  qaydası  və  müddətləri  müvafiq  qanunvericiliklə 

tənzimlənir. 

15.3.  Uçot sənədlərinin düzgün arxivləşdirilməsinə görə məsuliyyət bank rəhbərlərinin və 

baş mühasiblərin ( rəhbərlik tərəfindən müvəkkil edilmiş digər məsul şəxsin) üzərinə 

düşür.  Rəhbər  və baş mühasib bu sahə üzrə müvafiq  əməkdaşları  təlimatlandırmalı, 

sənədlərin saxlanması üçün şkaflar və digər qorunan yerləri müəyyən edərək müvafiq 

əməkdaşları  ora  təhkim  etməli,  lazım  gələrsə,  sənədlərin  təhlükəsiz  yerlərə 

çıxarılmasını və növbəliyini təmin etməlidir. 

15.4.  Bu  Qaydalara  və  bankın  daxili  qaydalarına  uyğun  olaraq,  kitabça  şəklində 

formalaşdırılmış  uçot  sənədləri  iş  günü  ərzində  gündəlik balans  tərtib  edildikdən  və 

bütövlükdə  yoxlama  aparıldıqdan  sonra  istifadəsi  məhdudlaşdırılmaqla  arxivə 

göndərilir.  Arxivdə  cari  ilin  və  əvvəlki  ilin  sənədləri  ayrı-ayrılıqda  metal  şkaflarda 

(seyflərdə)  saxlanılır.  İllik  hesabat  təhvil  verildikdən  sonra  hesabat  ilindən  əvvəlki 

ilin sənədləri ümumi əsaslarla saxlanmaq üçün arxivdə yerləşdirilir. 

15.5.  Daimi istifadə olunan sənədlərin (hüquqi işlər, kredit işləri, müqavilələr, kontraktlar, 

müddətli  öhdəliklər  və  s.)  saxlanması  qaydası,  bankın  rəhbəri  və  baş  mühasib 

tərəfindən müəyyən edilir. 

15.6.  Kassa  sənədləri,  əmanətçilərin  sənədləri,  kreditlər  üzrə,  qiymətli  metallarla,  xarici 

valyuta ilə əməliyyatlar, bankın təsərrüfat və başqa əməliyyatlar üzrə sənədləri ayrı-

ayrı qovluqlarda saxlanılır. 

15.7.  Kitabça  halına  salınmış  sənədlər  hesablama  lenti  üzrə  sayılır  və  onların  məbləği 

mühasibat jurnalı üzrə dövriyyələrin  yekunu ilə tutuşdurulur. Əgər ümumi  yekunlar 

və  dəstlər  üzrə  yekunlar  üst-üstə  düşmürsə,  sənədlər  və  dövriyyələr  ayrı-ayrılıqda 

balans  hesabları  üzrə  yoxlanılır.  Memorial  orderlər  və  digər  sənədlər  günün 

sənədlərində  yerləşdirilir  və  onlarla  birlikdə  kitabça  şəklinə  salınır.  Bu  sənədlərin 

məbləğləri mühasibat jurnalları ilə tutuşdurulur. 

15.8.  Sənədlərin  formalaşdırılması  həvalə  olunmuş  işçilər  memorial  orderlərə  əlavə 

edilmiş 


vərəqlərin 

sayının 


düzgünlüyünü 

və 


əlavələrin 

mövcudluğunu 

yoxlamalıdırlar. 

15.9.  Kağız  daşıyıcılarda  çap  olunmuş  icra  edilmiş  elektron  ödəniş  tapşırıqları  bankın 

gündəlik  sənədlərinə  daxil  edilir  və  Mərkəzi  Bankın  normativ  aktları  ilə  müəyyən 



 

33

olunmuş  müddətdə  saxlanılır.  Xarici  və  daxili  maqnit  daşıyıcılarda  (disketlərdə, 



maqnit  lentlərdə  və  s.)  elektron  ödəniş  tapşırıqlarının  saxlanması  da  eyni  qaydada 

müəyyən edilir. 

15.10. Telefonla  əqd  bağlanarkən  dilerlərin  danışıq  yazılarının  maqnit  daşıyıcılara 

köçürmək  və  əqdin  bağlandığı  tarixdən  başlayaraq  1  (bir)  ildən  az  olmayaraq 

odadavamlı metal şkaflarda saxlamaq lazımdır. 

15.11. Sənədlərin  saxlanmasının  həvalə  olunduğu  işçilər  onların  tam  mühafizəsini  təmin 

etməlidirlər. Bankın baş mühasibinin, onun müavinin və ya baş mühasibin müvəkkil 

şəxsinin  icazəsi  olmadan,  hər  hansı  bir  işçinin  həmin  sənədlərə  baxmasına  icazə 

verilmir.  

15.12. Hesab açılması üçün müştərinin təqdim etdiyi sənədlər xüsusi qovluqlara tikilməli və 

bankda  saxlanılmalıdır.  Bu  qovluqlardan  hər  hansı  bir  sənədin  çıxarılmasına  yol 

verilmir.  

15.13. Hesabların  rəsmiləşdirilməsi  üzrə  sənədlərin  saxlanması  baş  mühasibə  və  ya  onun 

müavininə həvalə  edilir.  Bu  sənədlər  bağlı  şkaflarda  saxlanılmalıdır.  Qüvvədə olan 

imza  nümunələri  mühasibat  işçilərində  bağlanan  şkaflarda  saxlanılmalıdır. 

Hesablaşmaların rəsmiləşdirilməsi üzrə qüvvəsini itirmiş sənədlər qovluqlarda qalır, 

lakin  onların  üstündən  çarpaz  xətt  çəkilir.  İmza  nümunələri  olan  sənədlər 

dəyişdirilərkən,  köhnə  imza  sənədləri  nümunələri  hesabın  rəsmiləşdirilməsi 

qovluğunda saxlanılır. 

15.14. Mühasibat uçotunun bütün sənədləri (ötən ayların memorial sənədləri, şəxsi hesabları 

və  s.)  bankın  arxivinə  təhvil  verilənədək  stellajlarla  və  dəmir  şkaflarla  təchiz 

olunmuş mühasibat xidmətinin cari arxivində saxlanmalıdır. Bu cari arxiv sənədlərin 

saxlanması üçün məsul olan xüsusi işçinin sərəncamında olmalıdır.  

15.15. Mühasibatlığın  anbarında  və  cari  arxivdə  saxlanılan  sənədlər  üzrə  arayışlar  baş 

mühasib  və  ya  onun  müavini  (şöbə  rəisi)  tərəfindən  imzalanmış  tələblər  əsasında 

həmin sənədlər üçün məsuliyyət daşıyan xəzinədarın və ya cari arxivi aparan işçinin 

iştirakı  ilə  tərtib  edilir.  Məlumat  əldə  etmək  üçün  icazə  almış  bank  bölməsinin 

əməkdaşı, xəzinədarın və ya cari arxivi aparan işçinin iştirakı ilə sənədlərdən istifadə 

edə  bilər.  Sənədlər  üçün  məsul  olan  şəxslər,  məlumat  almasına  icazə  verilmiş 

əməkdaşlar  tərəfindən  sənədlərdə  hər  hansı  bir  düzəliş  və  qeydlər  edilməməsinə 

nəzarət etməlidirlər. 



 

34

15.16. Anbardan  və  cari  arxivdən  uçot  sənədlərin  verilməsi  baş  mühasibin  yazılı  icazəsi 



əsasında  həyata  keçirilir.  İş  günün  sonunadək  sənədlər  mütləq  geri  qaytarılmalı  və 

onların tamlığı, düzəlişlərin olmaması yoxlanılmalıdır. 

15.17. Bank,  uçot  sənədlərini  kompüter  texnikasından  istifadə  etməklə  formalaşdırılmış 

elektron  məlumat  bazaları  (fayllar,  kataloqlar)  şəklində  saxlanmasını  da  təşkil  edə 

bilər.  Bu  zaman  həmin  mühasibat  sənədlərinin  Mərkəzi  Bankın  normativ-hüquqi 

aktlarında  müəyyən  olunmuş  formalar  üzrə  kağız  daşıyıcılarında  çap  edilməsi 

imkanını  təmin  etmək  lazımdır.  Mühasibat  sənədlərinin  məlumat  bazalarının 

strukturunu  elə  qurmaq  tövsiyə  olunur  ki,  həmin  sənədləri  müəyyən  olunmuş 

tələblərə uyğun qruplaşdırmağa imkan yaradılsın. 

15.18. Uçot  sənədləri  yalnız  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 

olunmuş  qaydada  səlahiyyətli  dövlət orqanları  tərəfindən  bank  rəhbərliyinin  icazəsi 

ilə bankdan götürülə bilər. Götürülmüş sənədin baş mühasib tərəfindən təsdiqlənmiş 

surəti,  götürülmə  protokolunun  bir  nüsxəsi  sənədin  əslinin  yerinə  qoyulur.  Baş 

mühasib  sənədlərin  olduğu  qovluğun  üstündə  götürülmə  barədə  qeyd  apararaq 

imzalayır.  

15.19. Eyni  zamanda  bir  ilin  müxtəlif  tarixləri  üçün  uçot  sənədləri  götürüldükdə, 

götürülmüş  bütün  sənədləri  siyahıya  daxil  etməklə  protokol  tərtib  edilir.  Bu 

sənədlərdən birinin yerinə onun surəti və götürülmüş protokolun bir nüsxəsi qoyulur, 

qalan sənədlərin yerində isə onların üzərində götürmə tələbinin saxlandığı yerin qeyd 

olunduğu surətləri qalır.  



 

16. Yekun müddəalar 

 

 



Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. 

 

 



 

 

 



 

 

 



 

Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə