«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

19

hesablar  üzrə  eyni  bankda  vəsaitin  bir  hesabdan  digər  hesaba  köçürülməsi  zamanı 



əməliyyatçı sənədlərin birinci nüsxəsini nəzarət şöbəsinə (qrupuna), ikinci nüsxəsini 

isə kredit hesabını aparan əməliyyatçıya təqdim edir. Hesabın krediti üzrə əməliyyat 

aparan  əməliyyatçı,  hesabın  debeti  üzrə  əməliyyat  aparan  əməliyyatçıdan  aldığı 

sənədin  surətində  onun  imzasının  olduğunu  və  imzanın  həqiqi  olmasını  yoxlayır, 

əməliyyatın düzgün rəsmiləşdirildiyini müəyyən etdikdən sonra, əməliyyatı icra edir 

və sənədlərin surətləri şəxsi hesabların çıxarışlarına əlavə olunur. 

10.16.

 

Hesablar üzrə əməliyyatlara əlavə nəzarət tələb olunan hallarda, vəsaitin bir hesabdan 



digərinə  nağdsız  köçürülməsi  üçün  əməliyyatçı  sənədləri  öz  imzası  ilə 

rəsmiləşdirdikdən  sonra  onların  hər  iki  nüsxəsini  nəzarətçiyə  verir.  Nəzarətçi 

əməliyyatın düzgünlüyünü yoxlayır, sənədin birinci və ikinci nüsxələri arasında tam 

uyğunluğu  müəyyən  etdikdən  sonra  onları  imzalayır  və  birinci  nüsxəni  debet 

əməliyyatlarının  əks  etdirilməsi  üçün  işlənməyə,  ikinci  nüsxəni  isə  kreditləşdirilən 

hesabı aparan əməliyyatçıya göndərir.  

10.17.

 

Bütün kassa sənədlərinə əlavə nəzarət həyata keçirilməlidir.  



Nəzarətçi  əməliyyatçılar  tərəfindən  aparılan  kassa  məxaric  əməliyyatlarına 

mərkəzləşdirilmiş  qaydada  nəzarət  edir.  Məxaric  əməliyyatlarına  nəzarət  elə  təşkil 

olunmalıdır ki, aşağıdakı hallara şərait yaranmasın: 

 



düzgün rəsmiləşdirilməmiş sənədlərin,  imzaları və  möhürü  verilmiş nümunələrə 

uyğun  olmayan  çeklərin  və  həmin  müştəriyə  məxsus  olmayan  kitabçadan 

çıxarılmış çeklərin ödənilməsinə; 

 



çeklərin  və  digər  kassa  məxaric  sənədlərinin  bankın  müvafiq  əməliyyat 

işçilərinin və nəzarətçilərin imzası olmadan kassaya daxil olmasına; 

 

kassa  sənədlərində  və  jurnallarında  əsaslandırılmamış  düzəlişlərin  və  əlavələrin 



aparılmasına. 

10.18.


 

Məxaric üzrə kassa jurnalı müvafiq olaraq iki nüsxədə tərtib olunur, jurnalın birinci 

nüsxəsində  xəzinədar  imza  etdikdən  sonra  kassaya  verilir,  ikinci  nüsxəsi  nəzarətçi 

işçidə  qalır  və  nəzarətçi  birinci  nüsxəyə  hər  hansı  düzəliş  və  ya  əlavələr  edilib-

edilmədiyini yoxlayır. Əgər kassa məxaric əməliyyatlarına nəzarət edən şəxsin iş yeri 

kassanın  yaxınlığındadırsa  və  ya  kənardan  müdaxiləyə  imkan  verməyən  nəqliyyat 

qurğusu  ilə  kassaya  birləşdirilibsə,  bankın  daxili  qaydalarına  əsasən  kassa  məxaric 



 

20

sənədlərinin  kassirə  nəzarətçinin  imzası  olmadan  verilməsi  qaydası  müəyyən  edilə 



bilər. 

10.19.


 

Mədaxil  kassa  əməliyyatları  üzrə  sənədlər  dövriyyəsi  elə  təşkil  edilməlidir  ki, 

müştərilərə qəbzlərin verilməsi və vəsaitin onların hesablarına daxil edilməsi, yalnız 

faktiki olaraq nağd pul kassaya daxil olduqdan sonra həyata keçirilsin. 

10.20.

 

Əməliyyatçı  tərəfindən  qəbul  olunmuş  və  ya  tərtib  edilmiş  mədaxil  kassa  sənədi 



onun  tərəfindən  imzalanaraq,  kassa  jurnalına  daxil  edilir  və  kassaya  verilir. 

Bankdaxili  hesablara  daxil  etmək  üçün  bank  işçilərindən  pulun  qəbulu  zamanı 

mədaxil kassa orderi iki nüsxədə yazılır, bunlardan biri qəbzi əvəz edir. 

Əməliyyatçı,  kassirin  imzası  ilə  nağd  pulun  qəbul  edildiyini  təsdiq  edən  orderi 

kassadan  aldıqdan  sonra  kassirin  orderdəki  imzasının  həqiqi  olub-olmadığını  imza 

nümunəsi ilə yoxlayır, bu sənədin qaytarılması barədə kassa jurnalına qeyd etdikdən 

sonra  mühasibat  uçotunda  həmin  əməliyyatın  əks  etdirilməsi  üçün  müvafiq 

mühasibat sənədlərinin nəzarət bölməsinə göndərilməsini təmin edir. 

10.21.

 

Bank  sənədlərində  bank  işçilərinin  imzalarının,  habelə  müştərilərin  hesab 



nömrələrində  düzəlişlərin  düzgünlüyünün  yoxlanması  bank  sənədlərinin  təhlili  və 

müvafiq informasiyanın ABİS-ə daxil edilməsi ilə məşğul olan işçilərə həvalə edilir. 

Göstərilən yoxlamanı aparmaq üçün bankın vəzifəli şəxsləri tərəfindən əlavə nəzarət 

olunan əməliyyatların, habelə bank işçiləri tərəfindən bank sənədlərində müştərilərin 

hesab nömrələrində edilə biləcək mümkün dəyişikliklərin siyahıları tərtib edilir.  

10.22.


 

İcraya  qəbul  edilən  bank  sənədlərində  olan  bankın  səlahiyyətli,  vəzifəli  şəxslərinin 

imzalarının  həqiqiliyini  yoxlamaq  üçün  müvafiq  işçilərdə  onların  imza  nümunələri 

olmalıdır.  Bankın  daxili  prosedur  qaydalarına  əsasən  bu  imza  nümunələri  müvafiq 

işçilərə elektron daşıyıcıları vasitəsi ilə ötürülə bilər. 

10.23.


 

Bank  hesabları  rəsmiləşdirilərkən,  baş  mühasib  və  ya  onun  müavini  müştərinin 

verdiyi  sənədləri  qəbul  edir,  onların  qüvvədə  olan  qaydalara  və  qanunvericiliyə 

uyğunluğunu  hüquq  şöbəsi  ilə  birlikdə  yoxlayır,  hesab  açılmasına  icazə  verilməsi 

üçün  rəhbərliyə  təqdim  edir.  Hesab  açıldıqdan  sonra  imza  və möhür  nümunələrinin 

vərəqləri bankın müvafiq işçilərinə verilir. 

İmza  və  möhür  nümunələrinin  vərəqələri  və  bank  hesabı  üzrə  digər  sənədlər 

dəyişdirildikdə, həmin sənədlər əməliyyatçılar tərəfindən qəbul edilir. Əməliyyatçılar 




 

21

bu  sənədləri  ləğv  olunan  sənədlərlə  birlikdə yoxlayır  və  öz  imzası  ilə  təsdiq  etmək 



üçün baş mühasibə və ya onun müavininə, yaxud müvafiq vəzifəli şəxsə təqdim edir.  

Hesab bağlandıqda, habelə müştərinin, təşkilatın adı və ya hesab nömrəsi dəyişdikdə, 

hesabın  sahibi  istifadə  olunmamış  çekləri  və  çek  kötüklərlərini,  onların  nömrələri 

göstərildiyi  ərizə  ilə  birlikdə  banka  qaytarmalıdır.  Əgər  hesab  bağlanırsa,  həmin 

ərizədə onun bağlandığı gün hesabdakı vəsaitin qalığı təsdiq edilməlidir. 

Mühasibat  uçotu  mərkəzləşdirilmiş  şəkildə  aparılan  banklarda  hesabların  açılması, 

bankdaxili  prosedur  qaydaları  ilə  tənzimlənməklə  bu  maddənin  tələblərinə  uyğun 

olaraq həyata keçirilir. 

10.24.

 

Bağlanan,  habelə  bankın  digər  bölməsinə  verilən  hesablar  üzrə  istifadəsiz  qalmış 



çekləri  müştərilərdən  yalnız  baş  mühasib  və  ya  onun  müavini  qəbul  edə  bilər.  O, 

təhvil verilmiş çeki qəbul edərək, çekin imzalanmaq üçün nəzərdə tutulmuş hissəsini 

gələcəkdə  istifadə  olunmaması  məqsədilə  kəsir  və  bundan  sonra  çeklər  müvafiq 

əməliyyat  işçisinə  təqdim  edilir.  Həmin  işçi  hesabın  bağlanması  barədə  order  tərtib 

etməli  və  onu,  yoxlamaq  və  imzalamaq  üçün  baş  mühasibə  və  ya  onun  müavininə 

təqdim etməlidir.  

10.25.

 

Bankın  sərəncamı  ilə  bank  hesabı  müqavilələri  ləğv  edildikdə  və  hesablar  planına 



müvafiq  olaraq  bağlanmış  müştəri  hesablarına  mədaxil  edildikdə,  bankın  baş 

mühasibi və ya müavini hesabdan axırıncı çıxarışın müştəriyə təqdim edildiyi gündən 

başlayaraq  bağlanan  hesabdakı  sənədlər  üzrə  bütün  mühasibat  yazılışlarını  diqqətlə 

yoxlamalı və çıxarılmış qalığın düzgünlüyünü müəyyən etdikdən sonra, bu barədə öz 

imzası ilə bağlanan şəxsi hesabdan çıxarışda müvafiq qeyd etməlidir.  

10.26.


 

Əməliyyat  işi  üzrə  şikayət  və  digər  məktubları  müştərilərdən  bank  ekspedisiyası 

bölməsi  (xüsusi  olaraq  ayrılmış  şəxslər)  və  ya  şəxsən  baş  mühasib  qəbul  edir.  Bu 

qayda  haqqında  məlumat  elanlar  vasitəsi  ilə  müştərilərə  bildirilir.  Əməliyyat 

işçilərinə belə məktubları qəbul etmək qadağan olunur.  

Müştərilərdən  şikayət  və 

digər  məktubları  qəbul  etmək 

üçün  bankın 

müəyyənləşdirdiyi yerlərdə xüsusi bağlı qutular quraşdırıla bilər.  

10.27.Uçot-əməliyyat  və  kassa  işinin  bütün  sahələrində  nəzarətin  təşkil  edilməsi  və  onun 

həyata keçirilməsi baş mühasibə tapşırılır.  

10.28.Bankda  daxili  nəzarətin  bir  hissəsini  aparılan  ardıcıl  yoxlamalar  təşkil  edir.  Bankın 

rəhbəri  uçot-əməliyyat  işinin  vəziyyətini,  balansın,  hesabatların  vaxtında  tərtib 



Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə