«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

13

hesablarında  (balans  və  balansdankənar)  düzgün  əks  etdirilməsinə  nəzarət 



edilməsi. 

 

 

 

9. İş gününün və sənədlər dövriyyəsinin təşkili 

 

9.1.


 

Bank  müştərilərə  mühasibat  uçotu  xidmətləri  göstərən  və  mühasibat  uçotunda  əks 

olunmaq  üçün  bank  sənədlərinin  qəbul  olunması  (iş  günü  ərzində  həyata  keçirilən 

məsləhət  xidmətlərindən  başqa)  üzrə  iş  gününü  müəyyən  edən  əməliyyat  gününün 

müddətini  sərbəst  şəkildə  müəyyən  edir.  Bank  əməliyyat  gününün  açılması  və 

bağlanması vaxtını müəyyənləşdirir və xidmət göstərdiyi müştərilərə məlumat verir.  

9.2.

 

Bank  sənədlərinin  əməliyyat  günü  hesab  olunmayan  vaxtda  qəbul  olunma  qaydası 



bank tərəfindən müəyyən olunur və müştərilərə xidmət üzrə müqavilədə əks olunur. 

Əməliyyat  günü hesab  olunmayan  vaxtda  sənədlər banka bilavasitə frant-ofis  və  ya 

bunun  üçün  nəzərdə  tutulmuş  xüsusi  qutular  vasitəsilə  ötürülə  bilər.  Əgər  sənədlər 

hər hansı bir səbəbdən icra edilmirsə, bu barədə müştəriyə məlumat verilir. 

9.3.

 

Əməliyyat  yükünü  tənzimləmək  üçün  bankda  xidmət  olunan  bütün  müştərilərin 



adları göstərilməklə sənədlərin qəbul cədvəli müəyyən oluna bilər.  

9.4.


 

Mühasibat uçotu üzrə işçilərin iş gününü elə təşkil etmək lazımdır ki, daxil olan bank 

sənədlərinin  vaxtında  rəsmiləşdirilməsi,  onların  balans  və  balansdankənar  hesablar 

üzrə  mühasibat  uçotunda  əks  etdirilməsi  və  müvafiq  olaraq  gündəlik  balansın 

hazırlanması təmin olunmalıdır. 

9.5.


 

Bankın müəyyən etdiyi əməliyyat günü ərzində bankın mühasibat bölmələrinə daxil 

olmuş  bütün bank  sənədləri  həmin  gün  qəbul  olunmalı,  rəsmiləşdirilməli  və  bankın 

mühasibat  uçotu  hesabları  üzrə  əks  etdirilməlidir.  Əgər  bank  sənədləri  müəyyən 

olunmuş  əməliyyat  günü  müddətindən  keçdikdən  sonra  banka  daxil  olarsa,  yaxud 

sənəddə göstərilən valyutalaşdırma (köçürmə) tarixi qeyri-iş gününə düşərsə, həmin 

sənədlər  bank  tərəfindən  növbəti  iş  gününün  əvvəlində  alınmış  hesab  olunur  və 

növbəti  iş  günündə  müştərilərin  hesablarına  işlənilir.  Bank  sənədləri  konkret 

valyutalaşdırma tarixi göstərilməklə banka daxil olduqda, onun daxilolma vaxtından 



 

14

asılı  olmayaraq  müştərilərlə  bağlanmış  müqaviləyə  uyğun  olaraq,  göstərilən  gündə 



müştərilərin hesabları üzrə köçürülür.  

9.6.


 

Banklararası  pul  köçürmələri  üzrə  sistemlərin  istifadəçisi  olan  banklarda  əməliyyat 

günü 

Mərkəzi 


Bankla 

razılaşdırılmaqla, 

sistemlərarası 

iş 


rejiminə 

uyğunlaşdırılmalıdır. 

9.7.

 

Elektron bank sənədləri elektron ödəmə məlumatlarının köçürülməsi üçün müəyyən 



olunmuş  formata  uyğun  tərtib  edilir  və  telekommunikasiya  kanalları  ilə  banka 

ötürülür.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarında  başqa  hal  nəzərdə 

tutulmadıqda, elektron bank sənədinin təsviri və ya informasiyanın ötürülmə yolu ilə 

qəbul  edilməsi  və  göndərilməsi,  ödəniş  sənədlərinin  mübadiləsi  üzrə  elektron 

sistemlərdən  istifadə  edilməsi haqqında  müqavilə  (saziş)  və benefisiarla  onun bankı 

arasında,  yaxud pul  göndərənlə onun bankı  arasında proqram-kriptoqrafik  mühafizə 

və  elektron  imza  sistemindən  istifadə  edilməsi  haqqında  müqavilə  əsasında  həyata 

keçirilir. 

9.8.

 

Müştərilərə  hesablaşma-kassa  xidməti,  əməliyyat  günü  ərzində  bilavasitə  həmin 



əməliyyatları yerinə yetirən əməliyyatçı tərəfindən həyata keçirilir. 

9.9.


 

Frant-ofis tərəfindən bank  sənədlərindən məlumatların  ABİS-ə  daxil  edilməsi bütün 

əməliyyat günü ərzində həyata  keçirilir və əməliyyat gününün bağlanması haqqında 

bankdaxili  qaydaya  uyğun  başa  çatdırırılır.  Tərtib  olunmaq  üçün  sistemə  ötürülən 

sənədlər  balans  hesabları  üzrə  seçilməli,  balans  hesablarının  daxilində  isə  şəxsi 

hesabların  artan  nömrələri  qaydasında  bölünməlidir.  ABİS-ə  daxil  etmək  üçün 

ötürülən sənədlər üzrə çap olunmuş məlumatlar icraçı tərəfindən günün sənədləri ilə 

tutuşdurulur və xüsusi ayrılmış əməkdaş (nəzarətçi ) tərəfindən yoxlanılır.  

9.10.

 

Hər  bir  bankda  müştərilərə  hesablaşma-kassa  xidməti  üçün  konkret  vaxt  müəyyən 



edilir və sənədlərin icra vaxtını əks etdirən sənədlərin dövriyyə cədvəli tərtib olunur. 

Sənədlərin dövriyyə cədvəli bank rəhbəri tərəfindən təsdiq edilir. 

9.11.

 

Kassa əməliyyatlarının  təşkili  həyata  keçirildikdə, bankın  baş mühasibi  (rəhbərliyin 



göstərişi  ilə  bu  işin  aparılması  həvalə  olunmuş  məsul  şəxs)  pul  vəsaitlərinin 

hərəkətinin uçotunu təmin etməlidir. 

9.12.

 

Pul  vəsaitlərinin  hərəkəti  mühasibat  bölməsi  tərəfindən  qeydiyyata  alınan  müvafiq 



ilkin sənədlər əsasında kassa kitabında əks etdirilir. Kassa kitabı kassaya mədaxil və 

məxaric üzrə sənədlərin yazılışını əks etdirir. Bu yazılışlarda müştərilərin şəxsi hesab 




 

15

nömrələri,  bankların  nağd  pul  dövriyyələri  (kassa  dövriyyləri)  haqqında  hesabatın 



simvol  nomenklaturasına  uyğun  olaraq  kassa  dövriyyələri  simvolları  və  məbləğlər 

göstərilir.  Kassa  kitabı mütləq  kağız daşıyıcısına çap olunması  şərti  ilə  ABİS-də  də 

aparıla  bilər.  Kassa  kitabında  yazının  pozulması  və  razılaşdırılmamış  düzəlişlərin 

aparılması  qadağandır.  Düzəlişlər  bankın  baş  mühasibinin  (rəhbərliyin  göstərişi  ilə 

bu  işin  aparılması  həvalə  olunmuş  məsul  şəxsin)  və  xəzinədarın  imzaları  ilə  təsdiq 

olunmalıdır.  

9.13.

 

Kassa kitabı  (ABİS-dən  çıxarış) nömrələnməli,  tikilməli  və möhürlənməlidir.  Kassa 



kitabında  vərəqlərin  sayı  bankın  baş  mühasibinin  imzası  ilə  təsdiq  olunmalıdır. 

Əməliyyat  gününün  sonunda  kassa  kitabının  yekunu  hesablanır  və  bankın 

xəzinəsinin  mədaxil  və  məxaric  məlumatları  ilə  üzləşdirilir.  Əməliyyat  gününün 

sonuna xəzinənin faktiki qalığı uçot registrindəki məlumatlarla tutuşdurulur. 

 

10. Bankdaxili nəzarət 

 

10.1.  Daxili nəzarət - bank tərəfindən aparılan əməliyyatların müəyyən olunmuş qaydalara 



və  mühasibat  uçotu  standartlarına  riayət  olunmasına  nəzarətdir  və  aşağıdakıların 

təmin olunmasına istiqamətlənir: 

-   bankın  əməliyyatlarının  mövcud  qanunvericiliyin  tələblərinə,  habelə  bankın 

səlahiyyətli  orqanı  tərəfindən  təsdiq  olunmuş  bankın  daxili  sənədlərinə,  uçot 

siyasətinə  və  uçot  prosedurları  ilə  müəyyən  olunmuş  tələblərə  uyğun  olaraq 

aparılmasına; 

-

 

mövcud qanunvericiliyin tələblərinin bank tərəfindən yerinə yetirilməsinə; 



-

 

bank  tərəfindən  aparılan  əməliyyatların  mühasibat  uçotunda  və  maliyyə 



hesabatlarında MHBS-yə uyğun əks olunmasına; 

-

 



bankın  aktivlərinin,  öhdəliklərinin  və  kapitalının  səmərəli  idarəetmə  sisteminin 

yaradılmasına; 

-

 

bankın  fəaliyyəti  üzrə  risklərin  idarə  olunmasına  və  onların  minimallaşdırılması 



üzrə monitorinqin həyata keçirilməsinə. 

10.2.  Daxili  nəzarətin  təşkil  olunmasında  aparılan mühasibat  əməliyyatlarının xarakterinə 

və həcminə uyğun etibarlılıq səviyyəsi təmin edilməlidir.  



Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə