Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
1   2   3   4   5   6   7   8   9   ...   13

15  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

©

 U



N

IC

E



F

/NYH


Q

2

0



1

1

-1



3

8

8



/P

A

G



E

Uşaqların hüquqlarına hörmətlə yanaşma 

məsuliyyətlərini yerinə yetirməli və uşaqların 

insan hüquqlarını dəstəkləməyə çalışmalıdır

biznes strukturunun birbaşa olaraq səbəb ola biləcəyi və ya öz əməliyyatları vasitəsilə 

yaranmasına yardım edə biləcəyi, yaxud müəyyən bir işgüzar münasibət nəzdində 

apardığı əməliyyatlar, təmin etdiyi məhsul və xidmətlərlə bağlı yarana biləcək mənfi  

təsirləri də nəzərə almalıdır. İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılığı həyata keçirmək 

üçün bütün biznes strukturları: 

Uşaqların hüquqlarına olan və ya ola biləcək potensial mənfi  təsiri müəyyən etməli və 

 



bunun qiymətləndirməsini aparmalıdır. Bu zaman insan hüquqları ilə bağlı olaraq ekspert 

rəyindən faydalanmalı, eləcə də uşaqlar və təsirə məruz qalmış digər potensial qrup və 

əlaqədar tərəfl ərlə hərtərəfl i məsləhətləşmələr aparılmalıdır. Bu zaman həmçinin nəzərə 

alınmalıdır ki, qızlar və oğlanlar fərqli risklərlə üzləşə bilərlər.          

Təsirin qiymətləndirilməsi nəticəsində əldə olunan nəticələri uyğun daxili funksiya və 

 



proseslər boyunca inteqrasiya etməli və lazımi təbirləri həyata keçirməlidir (Rəhbər 

Prinsiplərdə müəyyən edildiyi kimi). Biznes strukturu uşaq hüquqlarına mənfi  təsirin 

yaranmasına səbəb olduqda və ya onun yaranmasına töhfə verdikdə və yaxud həmən 

təsiri yarada biləcəyini müəyyən etdikdə, həmən təsiri yaradan fəaliyyəti dayandırmaq 

və ya onun qarşısını almaq üçün lazımi tədbirləri görməli, o cümlədən qalan bütün təsiri 

azaltmaq üçün sahib olduğu rıçaqdan istifadə etməlidir. Biznes strukturu yaranan mənfi  

təsirlə qurduğu işgüzar münasibət vasitəsilə əlaqəlidirsə, o zaman, həmin biznes struk-

turu yenidən sahib olduğu rıçaqdan istifadə etməli və görülə biləcək uyğun tədbirləri 

müəyyən etmək üçün digər münasib məqamlar üzərində düşünməlidir.   

Uyğun keyfi yyət və kəmiyyət göstəricilərindən istifadə etməklə və, təsirə məruz qalmış 

 



uşaqlar, ailələr və digər tərəfl ər də daxil olmaqla daxili, xarici resursların rəyini öyrənərək 



uşaqların hüquqları üzərində yaranmış təsirin aradan qaldırıldığını yoxlamaq məqsədilə 

tətbiq etdiyi cavab tədbirlərinin monitorinqini aparmalı və səmərəliliyini izləməlidir. Bu zaman 

biznes strukturları fəaliyyətin nəticəsi ilə qiymətləndirilən müqavilələr və fəaliyyətin mütəmadi 

nəzərdən keçirilməsi, eləcə də sorğu və auditlər (özünü-qiymətləndirmə və müstəqil 

auditlər) kimi mövcud olan digər alətlərdən istifadə etmək haqqında düşünməlidir.     



16  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

1

Biznes fəaliyyətinin uşaqların hüquqlarına təsirini aradan qaldırmaq üçün 

 



göstərdiyi səylər barəsində xaricə məlumat verməyə hazır olmalı və bunu 



təsiri tam şəkildə əks etdirən və nəzərdə tutulan kütləyə çatdırılacaq forma və 

tezlikdə həyata keçirməlidir. Biznes strukturları tətbiq etdikləri cavab tədbirlərinin 

uyğunluğunu dəyərləndirmək üçün kifayət qədər informasiya ilə təmin etməlidir. 

Bu cür məlumatın ötürülməsi təsirə məruz qalan tərəfl ər və işçi heyəti üçün və 

yaxud kommersiya sirrindən irəli gələn tələblərin qanuniləşdirilməsi yönündə heç 

bir risk yaratmamalıdır. 

iii. 

Mənfi  nəticələrin aradan qaldırılması üçün uşaq yönümlü proseslər: 

yaranmasına biznes strukturunun səbəb olduğu və ya töhfə verdiyi uşaqların 

hüquqlarına istənilən əks təsirin mənfi  nəticələrinin aradan qaldırılmasını 

təmin edən proseslərdir. Əgər biznes strukturları müəyyən edərlərsə ki, 

onların fəaliyyəti insan hüquqlarına mənfi  təsir edir və ya bu prosesə töhfə 

verir, həmin biznes strukturları qanunvericilik ilə müəyyən edilmiş proses 

vasitəsilə həmin mənfi  halların aradan qaldırılmasını təmin etməli və ya bu-

nun üçün əməkdaşlıq göstərməli, o cümlədən səmərəli işlək vəziyyətdə olan 

şikayətlərin ünvanlandırılması mexanizmlərini və ya münasib olduqda məhkəmə 

vasitəsilə həll mexanizmlərini təmin etməlidir. İşlək səviyyəli mexanizmlər qız 

və oğlanlar, onların ailələri və onların maraqlarını təmsil edən tərəfl ər üçün 

müyəssər olmalıdır və Biznes Fəaliyyətləri və İnsan Hüquqları üzrə Rəhbər 

Prinsiplər sənədinin 31 saylı prinsipində müəyyən edilmiş qeyri-məhkəmə üsullu 

şikayətlərin həlli mexanizmləri ilə bağlı eff ektivlik meyarlarına cavab verməlidir. 



c. uşaqların insan hüquqlarını dəstəkləmək məqsədilə öhdəliyin götürülməsi 

Uşaqların hüquqlarına hörmətlə yanaşmağa əlavə olaraq, biznes strukturları 

öz fəaliyyətləri və işgüzar münasibətləri vasitəsilə də uşaqların hüquqlarının 

dəstəklənməsində əhəmiyyətli rol oynaya bilərlər. Bu əsas biznes fəaliyyətləri, 

strateji sosial yönümlü sərmayələrin yatırılması və xeyriyyəçilik, təşviqat və ictimai-

siyasi məşğuliyyət, eləcə də tərəfdaşlıq və digər bu kimi kollektiv fəaliyyət tərkibində 

çalışmaq yolu ilə həyata keçirilə bilər. Uşaqların hüquqlarını dəstəkləmək üçün lazım 

olan imkanlar adətən, uşaqlar və onların ailələri, eləcə də müvafi q uşaq hüquqları 

mütəxəssisləri ilə məsləhətləşmələr də daxil olmaqla, işgüzar müəssisənin həyata 

keçirdiyi insan hüquqları ilə bağlı lazımi ehtiyatlılığın öyrənilməsi prosesləri zamanı 

müəyyən edilir. Uşaqların hüquqlarını dəstəkləməyə yönəlmiş könüllülük fəaliyyəti 

uşaqların hüquqlarına hörmətlə yanaşmaq məqsədi güdən fəaliyyətə əlavə sayılmalı 

və onu əvəz etməməli, o cümlədən uşaq hüquqları üzrə əsas prinsipləri özünə 

rəhbər tutmalıdır. 



d. Uşaq hüquqlarının təşviqi sahəsində ilk sırada yer almaq

Biznes strukturları uşaq hüquqlarını, Prinsipləri və bununla bağlı ən yaxşı təcrübələri 

təchizatçılar, biznes ortaqları və rəqibləri də daxil olmaqla, cəmiyyət arasında təbliğ 

etməyə təşviq edilir.   



BÜTÜN BİZNES

STRUKTURLARI 

 


Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə