Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
1   ...   5   6   7   8   9   10   11   12   13

33  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

©

 UNI



C

EF

/N



Y

H

Q



2

0

1



0

-

0



6

8

1



/J

ERR


Y

NÜMUNƏVİ 

TƏCRÜBƏ: 

Qaçqın uşaqlar 

üçün bacarıqlara 

əsaslanan təhsilin 

təmin edilməsi

Layihələrin idarə edilməsi üzrə səriştəyə sahib olan beynəlxalq konsaltinq şirkəti 

təhsil resurslarının qaçqın uşaqlara çatdırılması məqsədilə beynəlxalq təşkilatla 

birlikdə çalışmağa başlamışdır. Bu əməkdaşlıq çərçivəsində ən böyük təşəbbüs 

şərqi Çadda yaşayan təqribən 30, 000 qaçqın uşağın bacarıqlara əsaslanan 

təhsillə təmin edilməsi ilə bağlıdır. İdarəetmə sahəsində sahib olduğu səriştəni 

irəli sürməklə, şirkət irəliləyişi göstərmək üçün ölçülə bilən davranışların, nəticə 

və göstəricilərin müəyyən edilməsində beynəlxalq təşkilata dəstək vermişdir. 

Əsas çətinlik ondadır ki, ərazidə davam etməkdə olan münaqişə və qeyri-

sabitlik uşaqlar üçün davamlı təhsil proqramlarının yaradılmasını və onların 

mütəmadi zaman kəsiyi üçün nəzərdə tutulan tədris planı ilə təmin edilməsini 

çətinləşdirmişdir. Proqrama giriş sorğuları, həyata keçirilən təşəbbüsün bir 

hissəsi olaraq baxılmasını asanlaşdırmaq məqsədilə bu uşaqların müdafi əsi 

ilə bağlı əsas narahatçılıqları müəyyən etməyə çalışır. Bununla yanaşı, şirkət 

qaçqınların vəziyyəti ilə bağlı ictimai məlumatlılığın artırılmasına da yardım  edir.     

Fövqəladə halların təsirinə məruz qalan 

uşaqların müdafi əsinə yardım etməlidir  



34  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

10

©

 U



N

IC

E



F

/NYH


Q

1

9



9

9-

0



8

5

9



/LE

M

O



YN

E

“Bizlər birlikdə 



bütün qız və 

oğlanların heç bir 

ayrı-seçkilik forması 

olmadan sevgi, 

hörmət və rəğbət 

gördükləri oyun 

oynama və öyrənmə 

dövrü olan uşaqlıq 

dövrlərini  zövq 

alaraq yaşayacaqları 

dünya quracayıq…”

‘Uşaqlar üçün uyğun 

dünya’, Birləşmiş Millətlər 

Təşkilatının Baş Məclisi, 11 

oktyabr 2002-ci il

Bu prinsipə əsasən hörmətlə yanaşmaq üzrə korporativ məsuliyyətə daxildir:

a. Hökumətin uşaq hüquqlarının müdafi əsi və yerinə yetirilməsi üçün 

göstərdiyi səyləri sarsıtmamaq

 

Gəlir mənbələri yaratmaq üçün vergilərin ödənilməsi də daxil olmaqla, qanu-



nun aliliyinə hörmətlə yanaşmanın və cavabdehlik daşıyan biznes qaydalarından 

istifadənin hökumətlərin uşaq hüquqlarının müdafi əsi və yerinə yetirilməsi 

öhdəliklərinə cavab verməsi üçün mühüm olmasını qəbul edin.   

Bu prinsipə əsasən dəstək məqsədilə korporativ öhdəliyin olmasına daxildir:

b. Hökumətin uşaq hüquqlarının müdafi əsi və yerinə yetirilməsi üçün 

göstərdiyi səylərin dəstəklənməsi.

c. Uşaqlar üçün strateji-sosial sərmayə proqramlarına başlamaq barəsində 

düşünmək 

 

Mövcud proqramlara töhfənin verilməsi və ya hökumət, vətəndaş cəmiyyəti və 



uşaqlarla birlikdə sosial sərmayə proqramlarının hazırlanması və həyata keçirilməsi. 

Sağlamlıq, təhsil, yaradıcılıq, o cümlədən uşaqların müdafi əsi və uşaq hüquqları 

üzrə məlumatlılığın artırılması uşaq və uşaq hüquqları mütəxəssisləri tərəfi ndən 

uşaqlara qarşı prioritetlər kimi müəyyən edilmişdir.  



BÜTÜN BİZNES

STRUKTURLARI 

 


35  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

©

 U



N

IC

E



F

/NYH


Q

2

0



0

9-

1



9

2

6



C

R

O



P

/P

IR



O

Z

Z



I

NÜMUNƏVİ 

TƏCRÜBƏ: 

Şirkət çalışanları 

hər bir uşağın təhsil 

almaq hüququnu 

dəstəkləyir 

Qlobal miqyasda tanınmış maliyyə təşkilatı hər bir uşağın əsas təhsilə 

çıxışının təmin edilməsi məqsədilə təhsil keyfi yyətinin dünya miqyasında 

yaxşılaşdırılmasına və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərilən 

səyləri dəstəkləməyə çalışır. Proqramın uğur qazanmasının təməli şirkətin işçi 

heyəti ilə bağlıdır. Belə ki, 2005-ci ildə proqramın başlamasından bu yana, 

şirkətin işçiləri çoxlu sayda yerli uşaqların irəliyə sürdüyü təşəbbüslərlə bağlı 

layihələrin həyata keçirilməsi üçün həm öz vaxtlarını, həm də pullarını sərf 

etmişlər. Maliyyə təşkilatı isə bu ianələri tamamlamaqla onların səylərinə töhfə 

verir. Bu günə kimi, bu səylər nəticəsində təhsil layihələrinə 13 milyon ABŞ 

dolları dəyərində töhfə verilmişdir.  

Uşaqların hüquqlarının müdafi əsi və yerinə 

yetirilməsi üçün icma və hökumət səylərini 

dəstəkləməlidir



36  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

Uşaq Hüquqları Konvensiyasının qısa şərhi 

Aşağıdakı mətn Uşaq Hüquqları Konvensiyasının qeyri-rəsmi qısa şərhidir. Konvensiya və onun Fakültativ 

Protokollarının tam versiyasını əldə edə bilərsiniz: http://www2.ohchr.org/english/bodies/crc/

Preambula

Preambulada Birləşmiş Millətlər Təşkilatının əsas prinsipləri və insan hüquqlarına dair bəzi müvafi q paktların 

və bəyannamələrin konkret müddəalarını xatırladır. Preambulada təsdiq edilir ki, uşaqlar zəif olduqlarına görə 

xüsusi qayğı və mühafi zəyə möhtacdırlar. Burada ailə tərəfi ndən müdafi ə sahəsində əsas qayğı və məsuliyyət 

xüsusi şəkildə nəzərə çarpdırılır. Preambulada uşağın doğulmazdan əvvəl və doğulduqdan sonra hüquqi və 

digər müdafi əsinin zəruriliyi, uşağın mənsub olduğu xalqın mədəni dəyərlərinə hörmətin vacibliyi və uşaq 

hüquqlarının müdafi əsi işində beynəlxalq əməkdaşlığın həyati əhəmiyyətə malik rolu da təsdiq edilir.

Maddə 1

Uşaqlıq yaşının təyin edilməsi. 18 yaşına çatmamış olan şəxs uşaq sayılır. O hallar istisna təşkil edir ki, milli 

qanunlara uyğun olaraq yetkinlik yaşı daha erkən yaş çağında nəzərdə tutulur.

Maddə 2

Ayrı-seçkiliyin qarşısının alınması. Bütün hüquqlar istisnasız olaraq uşaqların hamısına şamil edilir. Dövlət 

(Hökumət) uşağı hər hansı formada ayrı-seçkilikdən qorumağa və onun hüquqlarını qorumaq üçün lazımi 

tədbirləri görməyə borcludur.



Maddə 3

Uşağın ən ümdə maraqlarının təmin edilməsi – Uşaq barəsində bütün tədbirlərdə onun ən ümdə maraqları 

tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafi q qayğı üçün məsuliyyət daşıyan valideynlər və ya digər 

şəxslər bu qayğını göstərmirlərsə, onda dövlət uşağı müvafi q qayğı ilə təmin etməlidir.



Maddə 4

Hüquqların həyata keçirilməsi. Dövlət bu Konvensiyada nəzərdə tutulan hüquqların həyata keçirilməsi üçün 

bütün mümkün tədbirləri görməlidir.

Maddə 5

Ailədə tərbiyə və uşağın inkişaf etməkdə olan bacarığı. Uşağın inkişaf etməkdə olan öz bacarığına müvafi q 

sürətdə tərbiyə edilməsi işində dövlət valideynlərin və genişləndirilmiş ailənin hüquqlarına və məsuliyyətinə 

hörmət bəsləməlidir.



Maddə 6

Sağ qalıb yaşamaq və inkişaf etmək. Hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə 

də dövlət uşağın sağ qalmasını və inkişafını təmin etməyə borcludur.

Maddə 7

Ad və vətəndaşlıq. Uşaq doğulduqda ona ad verilməsi hüququna malikdir. Uşaq həmçinin doğulduğu 

andan vətəndaşlıq almaq hüququna, habelə, mümkün halda, öz valideynlərini tanımaq və onlardan qayğı 

görmək hüququna malikdir.



Maddə 8

Fərdiliyin qorunub saxlanılması. Dövlət uşağın fərdiliyinin əsas cəhətlərini qorumağa və zəruri halda bərpa 

etməyə borcludur. Buraya ad, vətəndaşlıq və ailə əlaqələri də daxildir.

Maddə 9

Valideynlərdən ayrılma. Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu, uşağın ən 

ümdə maraqlarına zidd olmasın. Uşaq valideynlərinin birindən və ya hər ikisindən ayrıldıqda onların hər ikisi 

ilə əlaqə saxlamaq hüququna malikdir.



Maddə 10

Ailənin qovuşması. Ailənin qovuşması və ya uşaqla valideynlər arasında şəxsi münasibətlərin saxlanması 

məqsədilə uşaqlar və onların valideynləri hər hansı ölkəni tərk etmək və öz ölkəsinə getmək hüququna 

malikdirlər.



Maddə 11

Uşağın yerinin qanunsuz dəyişdirilməsi və geri qaytarılmaması. Dövlət valideynlərdən birinin və ya üçüncü 




37  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

tərəfi n uşağı oğurlamasının, yaxud xaricdə saxlamasının qarşısını almağa və belə hallarda lazımi tədbirlər 

görməyə borcludur.

Maddə 12

Uşağın baxışları. Uşaq öz baxışlarını azad ifadə etmək hüququna malikdir, özü də həmin uşaqla bağlı hər 

hansı məsələlərin həlli zamanı bu baxışlara diqqət yetirilməlidir.

Maddə 13

İfadə azadlığı. Uşaq öz rəylərini ifadə etmək və sərhədlərdən asılı olmayaraq, informasiya almaq, informasi-

ya və ideyalar vermək hüququna malikdir.

Maddə 14

Fikir, vicdan və din azadlığı. Dövlət valideynlər tərəfdən müvafi q rəhbərlik şəraitində uşağın fi kir, vicdan və 

din azadlığına hörmət etməyə borcludur.

Maddə 15

Assosiasiya azadlığı. Uşaq digər şəxslərlə görüşmək və assosiasiyalara daxil olmaq və ya onları yaratmaq 

hüququna malikdir.

Maddə 16

Şəxsi həyat hüququnun müdafi ə edilməsi. Uşaqlar onların şəxsi, ailə və ev həyatına, habelə yazışmasına 

müdaxilədən müdafi ə, eləcə də böhtan və iftiralardan müdafi ə olunmaq hüququna malikdirlər.

Maddə 17

Müvafi q informasiyaya əlyetərlilik. Dövlət uşaqları müxtəlif mənbələrdən informasiya və materiallar almaq 

imkanı ilə təmin etməli, uşağın sosial və mədəni inkişafına təkan verən materialların kütləvi informasiya 

vasitələri ilə yayılmasına rəvac verməli və uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər 

görməlidir.

Maddə 18

Valideynlərin məsuliyyəti. Valideynlər uşağın tərbiyəsi üçün əsas məsuliyyəti birlikdə daşıyırlar, dövlət 

isə onlara bu işdə həyanlıq göstərməlidir. Dövlət uşaqların tərbiyəsində valideynlərə lazımi köməyi 

göstərməlidir.



Maddə 19

Sui-istifadə və laqeyd rəftar hallarından müdafi ə. Dövlət uşağı valideynlər tərəfi ndən və ya uşağa qayğı 

üçün məsuliyyət daşıyan digər şəxslər tərəfi ndən onunla hər hansı formada pis rəftardan qorumalı və sui-

istifadə hallarının qarşısının alınması və zərərçəkənlərin müalicə olunması üçün müvafi q sosial proqramlar 

hazırlamalıdır.

Maddə 20

Ailədən məhrum olmuş uşağın müdafi əsi. Dövlət ailə mühitindən məhrum olmuş uşağın müdafi əsini təmin 

etməyə və ailə qayğısına alternativ qayğını, yaxud belə hallarda uşağın onlara baxılan müvafi q tərbiyə 

müəssisəsindən yerləşdirilməsini təmin etməyə borcludur. Bu vəzifələrin yerinə yetirilməsi üçün göstərilən 

səylər zamanı uşağın mədəni mənsubiyyəti hökmən nəzərə alınmalıdır.

Maddə 21

Uşağın övladlığa götürülməsi. Uşağın övladlığa götürülməsinin qəbul edildiyi və yaxud ona icazə verildiyi 

ölkələrdə övladlığa götürmə yalnız uşağın ən ümdə maraqları naminə və səlahiyyətli orqanların icazəsi ilə, 

habelə uşaq üçün təminatlar olduğu halda həyata keçirilə bilər.



Maddə 22

Qaçqın uşaqlar. Qaçqın uşaqlar və ya qaçqın statusu almağa çalışan uşaqlar üçün xüsusi müdafi ə təmin 

edilməlidir. Dövlət bu cür müdafi ə və köməyi təmin edən səlahiyyətli təşkilatlarla əməkdaşlıq etməyə bor-

cludur.


Maddə 23

Əlilliyi olan uşaqlar. Əlilliyi olan uşaq onun maksimum müstəqilliyi və sosial inteqrasiyasını təmin edən 

şəraitdə onun tam dəyərli və layiqli həyat sürməsinə kömək etmək üçün xüsusi qayğı, təhsil və hazırlıq 

hüququna malikdir.




38  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

Maddə 24

Sağlamlıq və səhiyyə xidmətləri. Uşaq ən yüksək standartlara müvafi q olan tibbi yardım hüququna malik-

dir; elə yardım ki, real sürətdə həyata keçirilə bilər. Dövlətlər körpələr və uşaqlar arasında ölüm hallarının 

azaldılmasına, ilkin və profi laktik tibbi yardımın, o cümlədən ictimai səhiyyə təhsilinin təmin edilməsinə 

xüsusi diqqət yetrilməlidirlər. Onlar bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etməli və hər şey etməlidirlər 

ki, heç bir uşaq səmərəli səhiyyə xidmətlərindən bəhrələnmək imkanından məhrum olmasın.



Maddə 25

Qəyyumluğun vaxtaşırı yoxlanılması. Baxılmaq, müdafi ə və ya müalicə edilmək məqsədi ilə dövlət 

tərəfi ndən qəyyumluğa verilmiş uşaq qəyyumluğun müntəzəm surətdə yoxlanılması hüququna malikdir.

Maddə 26

Sosial təminat. Uşaq sosial təminat imtiyazlarından, o cümlədən də sosial sığortadan istifadə etmək hüqu-

quna malikdir.

Maddə 27

Həyat səviyyəsi. Hər bir uşaq özünün fi ziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi 

hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. 

Dövlətin vəzifəsi bu məsuliyyətin həyata keçirilməsi üçün müvafi q şəraiti yaratmaqdan ibarətdir. Dövlətin 

vəzifələrinə valideynlərə və onların uşaqlarına maddi yardımın göstərilməsi də daxil ola bilər.

Maddə 28

Təhsil. Uşaq təhsil hüququna malikdir, buna görə də dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin 

etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil növlərinin təşviq etməkdən, bilik əsasında hamının ali təhsil 

almaq imkanın təmin etməkdən ibarətdir. Bu zaman məktəb intizamı uşağın hüquqlarının nəzərə alınması 

və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Dövlət uşağın hüququnun həyata 

keçirilməsi məqsədi ilə beynəlxalq əməkdaşlıq etməlidir.



Maddə 29

Təhsilin məqsədləri. Təhsil uşağın şəxsiyyətininin, sahib olduğu istedad, əqli və fi ziki qabiliyyətinin mak-

simum dərəcədə inkişaf etdirilməsi məqsədini daşımalıdır. Təhsil uşağı azad cəmiyyətdə fəal yetkin şəxs 

həyatına hazırlamalı və onu öz valideynlərinə, mədəni mənsubiyyətinə, dilə və dəyərlərə, başqalarının 

mədəni ənənələrinə və dəyərlərinə hörmət ruhunda tərbiyə etməlidir.

Maddə 30

Azlıqlara və yerli əhaliyə mənsub olan uşaqlar. Azlıqlara və yerli əhaliyə mənsub olan uşaqlar öz 

mədəniyyətindən, ana dilindən istifadə etmək və öz dininə etiqad bəsləmək hüququna malikdirlər. 

Maddə 31

İstirahət, yaradıcılıq və mədəni fəaliyyət. Uşaqlar istirahət etmək, oynamaq, mədəni-kütləvi tədbirlərdə 

iştirak etmək hüququna malikdirlər.

Maddə 32

Uşaq əməyi. Uşaq onun səhhəti, təhsili və ya inkişafı üçün təhlükə yaradan işlərdən qorunmaq hüqu-

quna malikdir. Dövlət bununla bağlı olaraq işləmək üçün minimum yaş həddi təyin etməli və iş şərtlərini 

tənzimləməlidir.



Maddə 33

Narkotiklərdən sui-istifadə. Uşaqlar narkotik və psixotrop maddələrin istifadəsindən və bu maddələrin 

istehsalı və distribusiyasına cəlb olunmaqdan qorunmaq hüququna malikdir.

Maddə 34

Cinsi istismar. Dövlət fahişəlik və pornoqrafi yaya cəlb olunmaq da daxil olmaqla, uşaqları cinsi istismar və 

sui-istifadədən qorumalıdır.

Maddə 35

Uşaqların satışı, alveri və oğurlanması. Dövlət uşaqların satışı, alveri və oğurlanmasının qarşısının almaq 

məqsədilə bütün tədbirləri görməyə borcludur.



39  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

Maddə 36

İstismarın digər formaları. Uşaq, onun rifahının istənilən cəhətinə ziyan vuran istismarın 32-35-ci 

maddələrdə qeyd edilməyən digər bütün formalarından müdafi ə olunmaq hüququna malikdir.

Maddə 37

İşgəncə və azadlıqdan məhrum edilmə. Heç bir uşaq işgəncələrə, qəddar münasibət və ya cəza növlərinə, 

qanunsuz olaraq həbs edilməyə və ya azadlıqdan məhrum edilməyə məruz qalmamalıdır. 18 yaşına 

çatmamış şəxslər tərəfi ndən törədilmiş cinayətlərə görə nə ölüm cəzası, nə də azad edilmək imkanı 

nəzərdə tutulmayan ömürlük həbs cəzası kəsilmir. Azadlıqdan məhrum edilmiş hər bir uşaq məhbəsdə 

yaşlılardan ayrı saxlanılmalıdır (əgər hesab edilsə ki, bunu uşağın ən ümdə maraqları naminə etmək gərək 

deyildir). Azadlıqdan məhrum edilmiş uşaq hüquqi və digər yardım vasitələrinə əlyetərlilik, o cümlədən 

ailəsi ilə əlaqə saxlamaq hüququna malik olmalıdır.



Maddə 38

Silahlı münaqişələr. Dövlətlər 15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirak etməsinin 

qarşısını almaq üçün bütün müvafi q tədbirləri görməlidir. 15 yaşından kiçik heç bir uşaq silahlı qüvvələrdə 

hərbi xidmətə cəlb edilə bilməz.  Dövlətlər, həmçinin müvafi q beynəlxalq hüquqda göstərildiyi kimi,  siyasi 

münaqişədən zərər çəkən bütün uşaqların müdafi əsini təmin etməli və onlara qayğı göstərməlidir.

Maddə 39

Reabilitativ qayğı. Dövlətlər, silahlı münaqişə, işgəncə, qəddar münasibət və ya istismar nəticəsində zərər 

çəkmiş uşaqların sağalması məqsədilə uyğun şəkildə müalicə olunması üçün lazımi tədbirlər görməlidirlər.

Maddə 40

Yuvenal ədliyyənin idarə edilməsi. qanunvericiliyin pozulmasında təqsirləndirilən və ya müqəssir sayılan 

hər bir uşaq onunla elə bir rəftar hüququna malikdir ki, belə rəftar uşaqda ləyaqət və mənlik hissələrinin 

inkişafına kömək edir və bu zaman uşağın yaşını nəzərə alaraq onun müdafi əsini təmin etmək məqsədi 

daşıyır. Mümkün və uyğun olan hallarda, məhkəmə icraatlarına və institusional yerləşmələrə yol 

verilməməlidir



Maddə 41

Mövcud standartlara hörmət. Uşaq hüquqları ilə bağlı müvafi q milli və beynəlxalq qanunvericilikdə 

müəyyən edilən standartların səviyyəsi Konvensiyadakı standartların səviyyəsindən yüksək olduqda, ən 

yüksək səviyyəli standartlardan istifadə edilməlidir.



Maddə 42-54

Konvensiyanın icrası və qüvvəyə minməsi. Bu maddələr xüsusilə nəzərdə tutur:

Bu Konvensiyanın 20 dövlət tərəfi ndən təsdiq edildikdən 30 gün sonra qüvvəyə minməsi;

 



İştirakçı dövlətlərin Konvensiyada göstərilən hüquqlar barədə həm yaşlılar, həm də uşaqlara geniş 

 



məlumat vermək öhdəliyi;

Konvensiyanın təsdiq edilməsindən iki il sonra və hər beş ildən bir İştirakçı dövlətlərin təqdim etməli 

 



olduqları hesabatları nəzərdən keçirmək məqsədilə Uşaq Hüquqları Komitəsinin yaradılması; 



İştirakçı dövlətlərin Konvensiyada tanınmış hüquqların təsbit olunması sahəsində onların gördükləri 

 



tədbirlər  və bu hüquqların həyata keçirilməsində əldə edilmiş tərəqqi haqqında sözü gedən 

hesabatları Komitəyə təqdim etmək öhdəliyi;

İştirakçı dövlətlərin ölkələrində öz hesabatlarının geniş aşkarlığını təmin etmək öhdəliyi;

 



UNICEF, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər 

 



Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı kimi Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış  

idarələrinin, o cümlədən BMT ilə məsləhətçi statusuna malik qeyri-hökumət təşkilatları kimi digər 

mötəbər orqanların Komitənin iclaslarında iştirak etməyə və orada öz fəaliyyət sahələri çərçivəsində 

Konvensiyanın həyata keçirilməsi barəsində öz ekspert rəylərini təqdim etməyə dəvət edilməsi, və 

Komitənin onlara İştirakçı Dövlətlərin texniki məsləhət və yardım tələbləri ilə müraciət etməsi vasitəsilə 

Konvensiyanın əhatə etdiyi sahə üzrə beynəlxalq əməkdaşlığın əldə olunması;

Komitənin uşaq hüquqları ilə bağlı səciyyəvi məsələlər üzrə xüsusi tədqiqatların aparılması ilə əlaqədar 

 



Baş Məclisə tövsiyə vermək hüququ.

Konvensiya tərəfi ndən dəqiq şəkildə göstərilən uşaq hüquqları, həmin Konvensiyanın uşaqların satışı, 

uşaq fahişəliyi və uşaq pornoqrafi yası və uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ 

Protokolları tərəfi ndən daha da dəstəklənir.  




1

2

3

4

5

6

7

8

9

10

Uşaqların hüquqlarına hörmətlə yanaşma 

məsuliyyətlərini yerinə yetirməli və uşaqların insan 

hüquqlarını dəstəkləməyə çalışmalı

Bütün işgüzar fəaliyyətləri və münasibətlərində də 

olmaqla, uşaq əməyinin aradan qaldırılmasına 

töhfə verməli

Gənc çalışanlar, valideynlər və qayğı 

göstərən digər şəxsləri layiqli işlə təmin etməli

Bütün işgüzar fəaliyyətləri və müəssisələrində 



uşaqların müdafi əsi və təhlükəsizliyini təmin 

etməli


Məhsul və xidmətlərin təhlükəsiz olduğundan 

əmin olmalı və onların vasitəsilə uşaq hüquqlarına 

dəstək verməyə çalışmalı

Uşaq hüquqlarını dəstəkləyən marketinq və 



reklam vasitələrindən istifadə etməli

Ətraf mühitlə bağlı, o cümlədən torpaqların 

alınması və istifadəsi zamanı uşaq hüquqlarına 

hörmətlə yanaşmalı və onları dəstəkləməli

Təhlükəsizlik tədbirlərinin təşkili zamanı 

uşaq hüquqlarına hörmətlə yanaşmalı və onları 

dəstəkləməli 

Fövqəladə halların təsirinə məruz qalan 

uşaqların müdafi əsinə yardım etməli

Uşaqların hüquqlarının müdafi əsi və yerinə 

yetirilməsi üçün icma və hökumət səylərini 



dəstəkləməlidir.

BÜTÜN 

BİZNES

STRUKTURLAR

 

Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə