E. A. MƏMMƏdova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/77
tarix04.02.2018
ölçüsü2,83 Kb.
#23457
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

 
70
çaylarda  hidropostlar,  şaxtalar  və  s. – dən  ibarət  məntəqələri  üzrə  
aparılır. 
Müşahidə  şəbəkəsi  öz  tərkibinə  və  təyinatına  görə  dörd  
növə  ayrılır: 
1)  nəzarət  şəbəkəsi  hər  bir   təsərrüfat  obyektində  olmalıdır  
və    yeraltı  suların  keyfiyyəti,  səviyyəsi,  sərfi  və    digər  gös-
təricilərinə    nəzarət  funksiyasını  yerinə  yetirməlidir.  Bu  şəbəkə  
yeraltı  suların  istismarını  həyata  keçirən  təşkilatın  tabeçiliyində  
olur; 
2)  ixtisaslaşdırılmış    (xüsusi)    şəbəkə    kəşfiyyat  işlərinin  
aparılması  zamanı  müvəqqəti  olaraq  yaradılır  və  işin  sonunda  ya  
ləğv  edilir,  ya  da  müvafiq  təşkilatın  tabeçiliyinə  verilir; 
3) dayaq  hakim  (əsas)  şəbəkə   ayrı – ayrı  tipik  və  mühüm  
xalq  təsərrüfatı  əhəmiyyətli  su  təsərrüfatı  obyektlə-rində  nəzarət 
– mühafizə  və  tədqiqat məqsədləri  üçün  yaradılır  və  Ekologiya  
və    Təbii  Sərvətlər  Nazirliyinin  hidrorejim  partiyalarının  
tabeçiliyində  olur;  
4)  dayaq  regional    şəbəkə     -  istismarın  yeraltı    suların  
rejiminə      təsirinin  öyrənilməsi  və  iri  regionlarda  yeraltı  su  
resurslarının  optimal  və    səmərəli  istifadəsi  formalarının  
əsaslandırılması  üzrə  informasiyaların  alınması  üçün  yaradılır  və  
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin   tabeçiliyində   olur. 
Bütün  müşahidə    məntəqələri  aşağıdakı    tələblərə    cavab  
verməlidir:   
1)  səmərəli  və  iqtisadi  cəhətdən  sərfəli  konstruksiyaya  
malik  olmalı; 
2)  zərərli  amillərin  təsirindən  izole  olunmalı    və    sulu  
horizontun  çirklənməsi  halı  istisna  olmalıdır; 
3)  müşahidələrin  tez  və    keyfiyyətlə  yerinə  yetirilməsinə  
imkan  verməlidir. 
Müşahidə  şəbəkəsinin  yerləşməsi  rayonun  hitdrogeoloji  və  
digər  şəraitlərindən,  sulu  horizontun  xüsusiyyətlərindən,   
məqsəddən  və  s. – dən  asılıdır.  Bir  qayda  olaraq,  quyular  sulu  
horizontun  əsas  xüsusiyyətlərinin  dəyişməsi  istiqamətində  xətlər  
üzrə    yerləşdirilir.  Hər  bir  sulu  horizonta  minimum  bir  quyu  
qazılmalıdır.  Artezian  hövzələrində    quyular    hər  birində  3 – 6  


 
71
ədəd  olmaqla  iki  çarpaz   kəsişən  xətlər  üzrə  yerləşdirilir.  Bu  
zaman  hər  geomorfoloji  elementdə   bir  quyunun  olması  vacibdir.  
İki-üç  horizontdan  ibarət  komplekslərdə  horizontların hər  birinə  
pilləli  yerləşdirilmiş  quyular  qrupu  qazılır.  8  və  9  saylı  
şəkillərdə  müşahidə  quyularının  yerləşməsi  göstərilmişdir.  Çayla  
sərhəd  olduqda  aralarındakı  məsafə  50 – 100 m  olmaq-la  2 - 4  
quyu    qazılır. 
 
                
 
         
 
 
Şəkil  8.  Hidrogeoloji  rayonda  müşahidə  quyularının  yerləşmə  
sxemi: 
1 – yeraltı  su  rejiminin  çayboyu  tipi  sahəsi;  2 -  yeraltı    su  
rejiminin yamac  tipi  sahəsi;  3 - yeraltı  su  rejiminin  çayarası  tipi  
sahəsi;  4 -  terrasın  sərhədi;  5 -  müşahidə  quyularının  yerləşdiyi  xətt 
 
 
Müşahidə    quyularının  konstruksiyası    və  avadanlıq-
laşdırılması  yeraltı    suların  üzərində    keyfiyyətli   müşahidəni  
təmin  etməlidir.  10  saylı    şəkildə  qrunt  sularına  qazılmış  qu-
yuların  konstruksiyası,  11  saylı  şəkildə   pyezometrin  köməyi  ilə  


 
72
üç  sulu  horizont  üzərində  müşahidələr  üçün   qazılmış  quyuların  
konstruksiyası  göstərilmişdir. 
   
 
    
 
 
 
                                                       
  
 
 
Şəkil  9.  Sugötürücü  rayonunda  müşahidə  quyularının  yerləşmə  
sxemi: 
a   -    artezian  hövzələrinin  mərkəz  hissəsində;  b -  təzyiqli  layın  
çayla  qarşılıqlı    əlaqəsi  zonasında;  c -  mulda  və  qrabenlərdə;  d -  
dağətəyi  şleyflərdə  və  gətirmə  konuslarında ;  e - f   -  dağarası  dərələrdə  
;  1 -  «böyük  quyunun»  konturu;  2 – istismar  quyusu;             3 -  
müşahidə    quyusu    və  onun  sıra  sayı;  4 -  zəif  sukeçirici  süxurların  
konturu;  5 -  gətirmə  konusunun  konturu;  6 -  çayın  axım  istiqaməti;    7 
-  yeraltı  suların  axım  istiqaməti;  8 -  zəif  sukeçirici  çatlı  süxurlar;  9 – 
qumdaşı  doldurucuları  ilə  çaqıllar;  10 -  çaqıllarla  gilli  qumlar;     11 – 
süzgəcli   quyu 
 


 
73
 
Pozulmuş  və  pozulmamış  rejim  şəraitində   yeraltı  suların  
rejimi  üzərində    müşahidələrin  davametmə  müddəti  tədqiqatın  
mərhələsindən,  məqsədindən,  geoloji – hidrogeoloji  şəraitin  
mürəkkəbliyindən  və  s.  xüsusiyyətlərdən  asılıdır.  Yeraltı  suların  
axtarışı,  ilkin-   və    dəqiq  kəşfiyyatı    mərhələlərində  rejim  
müşahidələrinin  davametmə  müddəti  bir  neçə  aydan   2 – 3  ilə  
qədər  ola  bilər.  Yeraltı    suların  istismarı,  faydalı    qazıntı  
yataqlarının  işlənilməsi,  meliorativ  və    digər  tədbirlərin  həyata  
keçirilməsi  zamanı  müşahidələr  bütün  tədbir  müddətində  aparılır.  
 
                                  
      
     
 
                                                 
 
 
Şəkil  10.  Qrunt   suyu  səviyyəsi  üzərində  stasionar  müşahi-dələr  
zamanı  quyunun  avadanlıqlaşdırılması: 
1 – səsboğucu;  2 -  tökmə  qrunt  (gil);  3  -  mufta ;  4 – kipgəc;    5 
-  süzgəc;  6 – tıxac 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə