E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə114/126
tarix08.04.2018
ölçüsü5,11 Kb.
#36631
1   ...   110   111   112   113   114   115   116   117   ...   126

 
232
Bank italyan sözü olan banco oturacaq deməkdir.  İlk olaraq İtalyada pulları 
skamiyalarda mübadilə edərdilər. Hazırda banklar bəşəri sivlizasiyanın dəyərli iqtisadi 
texnoloji nailiyyəti olaraq, böyük tarixi tapıntılar sırasında dayanır. Dünyada saysız, 
hesesabsız banklar içərsində orta hesabda yalnız iki mini etibarlılıq reytinqdə yüksəkdə 
dayanır. Siyahının önündə isə çoxmilyardlı kapitalla Almaniyanın Doyçe bankı on məşhur 
digər bankla birlikdə gedir. Pul qabı mənasında şərh edilən alman mənşəli birja isə banklara 
nisbətdə miqdar cəhətdən daha az saylıdır. 
 
Neft bankı neft dollarının etibarlı mühafizəsinə yardım etdiyi kimi, həm də kredit, 
valyutanın arbitrac prosesini tənzimləyən, xarici və daxili qiymətlərin rabitəsini uzlaşdıran, neft 
sektorunun elmi-texniki və texnoloji yeniləşməsini stimullaşdıran və  nəhayət inflyasiya ilə 
mübarizədə ən yaxşı vasitə olan iqtisadi artıma nail olmada çox mühüm strateji maliyyə alətidir. 
Biz neft fondunun sanbalı haqqında danışarkən eyforiyaya qatılmamalıyıq. Burada miflər 
və riflər yetərincədir. Sistemlənmiş  ən yaxşı iqtisadi mexanizmlər, maliyyə piramidaları, lider 
banklar belə gözlənilməz iqtisadi fəsadlardan sığortalanmamışdır. Ona görə  də, ARDNF 
strategiyasında daha çox diqqət və qayğı nümayiş etdirməliyik. Bu strategiya lokal arealda deyil, 
yaşadığımız bütün iqtisadi məkanın  şərait və  şərtləri daxilində  hərəkət etməlidir. Strategiyanın 
reallaşması mexanizmləri iqtisadi mühitin modernizasiya problemi ilə uzlaşdırmalı və müəyyən 
nisbətdə onun indikatorlarından birinə çevrilməlidir. 
ARDNŞ-də toplanmış  və toplanacaq vəsaitdən investisiya məqsədi ilə istifadə edilməsi 
məsələsinə  də proqram və layihələr  əsasında gerçəkləşdirilməlidir. Bu strategiya Azərbaycan 
Respublikası Prezidenti H.Ə.Əliyev cənablarının müvafiq  fərmanında  əksini tapmışdır. 
Ümumiyyətlə, qeyd olunmalıdır ki, indiki mərhələdə ARDNF-in qorunması və ondan investisiya 
məqsədi ilə istifadə olunması respublikada çox etibarlı  şəkildə  təşkil edilmişdir. Bu təşkil 
olunmanı DYİB da bəyənir və dəstəkləməkdədir. 
ARDNŞ-in vəsaitləri hər il artıma məruz qalır. Yaxın perespektivdə buradakı  vəsaitlərin 
illik yığımı milyon dollarlıq parametrləri ötüb keçəcəkdir. ARDNŞ-in birinci vitse prezidenti 
İ.H.Əliyev qeyd edir ki, «Bu gün Azərbaycan, büdcə gəlirlərindən savayı konsorsiumla birlikdə 
neft satışı hesabına hər il 160-180 milyon dollar qazanır. 2005-ci ildən etibarən Neft Fondunun 
illik mədaxili 500 milyon dollar təşkil edəcəkdir ki, bu da indikibüdcənin yarısına bərabərdir. 
2008-ci ildən etibarən bu göstərici bir milyard dollar olacaqdır».
50
 
ARDNŞ-in 2002-ci il büdəcəsinin gəlirləri 880.196,0 min manat, xərcləri 153.485,5 min 
manat təsdiq edilmişdir. ARDNF büdcəsinin mədaxil hissəsinin 81,6%-ini Azərbaycan 
Respublikasının payına düşən xam neftin satışından  əldə edilən gəlir, 5,5%-ni akrhesabı 
ödənişləri, 0,3%-ni xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət  əmlakından 
istifadə üçün icarə haqqı, 6,0%-ni fondun vəsaitinin yerləşdirilməsindən  əldə edilən gəlir və 
yerdə qalan 6,6%-ni digər gəlirlər və daxil olmalar təşkil edir. Xərclər hissəsinin isə 98%-i 
qaçqınlarla bağlı müvafiq sosial problemlərin həllinə, qalan 2%-i, 3162,2 milyon manatı fondun 
idarəetmə  xərclərinə yönəlmişdir. Göründüyü kimi, ARDNF-in 2002-ci il vəsaitinin idarəetmə 
xərcləri istisna olunmaqla yalnız 17,1%-i istifadəyə verilir. İndi burada 500 milyon  ABŞ 
dollarından çox vəsait toplanmışdır.  Şübhəsiz ki, bu vəsaitləri qaçqınların ehtiyaclarına məsrəf 
edilməsi yaranmış  çətin situasiya ilə bağlıdır. Lakin bu problem də  əbədi deyildir. Fondun 
vəsaitləri qeyd olunan təkrar istehsal və inkişaf problemlərinə  məsrəf olduqda daha effektli 
nəticələr verəcəkdir. Bununla belə, ARDNF-in aydın və mümkün şəffaflı, uzunmüddətli strateji 
planları da işlənib hazırlanmalı, respublika ictimayyiəti onun məqsəd və  məramının 
gerçəkləşməsinə daim nəzarət etməlidir. ARDNF kapitalının qorunması  məqsədi ilə müəyyən 
qismətdə  vəsaitlərini aparıcı maliyyə institutlarında yerləşdirməli, dayanaqlı  və etibarlı biznes 
qrumlarının səhmlərinin alınmasını  təmin etməlidir. Ümumilikdə beynəlxalq bazarın 
gözlənilməz kataklizmlərindən, rəqib cəhbədən göndərilən viruslardan qorunmaq məqsədi ilə 
mühafizə çətri yaratmalıdır. 
                                                 
50
 İlham Əliyev: «Biz hər şeyə müvəffəq olacayıq». Azərbaycan qəzeti 27 aprel 2002-ci il. 
 


 
233
Çox zaman KİV-də investisiya tələbində olan obyektlərin və yaxud da sosial təminatın 
yaxşılaşdırılmasında ARDNF-in vəsaitlərindən istifadə olunması haqda iqtisadi məzmunsuz 
fikirlərə rast gəlinir. Əlbəttə investisiya tələbli obyektlərin fond tərəfindən stimullaşdırılmasında 
heç bir qəbahət ola bilməz. Lakin bu fond fəaliyyətini səxavətli messanat kimi sponsorluqla 
gerçəkləşdirilməməlidir. Vurğulandığı kimi, onun missiyasının leymotivini yeni maliyyə 
resursları yaradan sahələrin inkişafına kapital qoyluşları təşkil etməlidir.  
Milli iqtisadiyyatın, daha çox isə onu qidalandıran sahənin modernizasiyası  xərcləri 
ARDNF-nin qayğı öhdəlikləri sırasında olmalıdır. Tənəzzül keçirən neft maşınqayırması 
sənayesinin modifikasiyası, onların itirilmiş bazarlara yenidən qaytarılması, universal 
standartlara uyğun olaraq yenidən qurulması, müvafiq beynəlxalq institutların monoqramlarının 
alınmasına yardım etməlidir. 
 
Monoqram-müəssisənin müəyyən institutların standartlarına uyğun müvafiq 
icazəsi ilə məhsul istehsal etmək səlahiyyəti verilən imtiyaz və reytinqdir. O, istehsal 
məhsulunun birbaşa beynəlxalq bazara çıxışında  əhəmiyyət kəsb edən sertifikat 
nümunəsidir. Azərbaycanda hələlik yalnız bir, Bakı maşınqayırma zavodu 2001-ci 
ildə Amerika Neft İnstitutunun monoqramını almışdır. Xəzərdə beynəlxalq neft 
kontrakları bağlanılmasında monoqram məsələsi də  əksini tapmışdır. Bakı 
neftmaşınqayırma zavodlarının bir qisminin də tam gücü ilə  işləməməsi və müvafiq 
kontraktlara xidmət etməməsi də həmən müqavilə şərtlərindən irəli gəlmişdir. 
 
«Şahdəniz» yatağının böyük təbii qaz potensialı analoji Təbii Qaz Fondunun yaradılmasını 
da  şərtləndirir. Fikrimizcə  gələcəkdə müvafiq fonların təsisatı spektri genişlənməsi labüd 
olacaqdır. Bu baxımdan quruda neftqazçıxarma kompleksində də oxşar, lakin bir qədər məxsusi 
olan fondun təsisatı da formalaşdırıla bilər. Bu haqda geniş  təhlil işi monoqrafiyanın  əvvəlki 
bölümlərində  əksini tapmışdır. Bununla belə, quruda neftqazçıxarmanı stimullaşdıran, onun 
davamlılığını təmin edəcək fondun yaradılması zəruriliyini bir daha vurğulayırıq. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə